Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Kitabda  maraqla  oxunan  daha  iki  yazı  diq-
qəti cəlb edir. “Bekar(a) ömür” və “Özünü axta-
ranlar  ölkəsi  və  ya  maydan  sonra  gələn  aprel”. 
Ölkəmizin  23  aylıq  şərəf  nümunəsi  olan  Xalq 
Cümhuriyyəti tariximizə müasir baxış ikinci ya-
zının  qayəsini  təşkil  edir.  Müasir  mədəniyyəti-
mizə  baxış,  qədim  türk  yaddaşına,  adətinə,  ən-
ənəsinə və tarixinə həsr edilmiş bir filmə üç mil-
yonluq  bir  türk  şəhərində  üç tamaşaçının tapıl-
maması,  doğrudan  da,  həyəcan  təbilidir.  Bu 
təbili  çalanlardan  biri  də  Vahid  Qazi  və  onun 
oxuculara  təqdim  edilən  “Yaddaş  ləpirləri.  De-
mokratiya  yazıları”  kitabıdır.  Qəm  naxışların-
dan toxunmuş Qarabağ xalısı – bir kitab... 
 
 Cəmil HƏSƏNLİ
tarix elmləri doktoru, professor  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
Nərgiz, Uğur, Ayan üçün 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
10 
 
 
 
 
 
 
 
 
Yaddaş 
ləpirləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
11 


 
12 
 
Ölü şəhərlər muzeyi 
 
Azərbaycan  və  Ermənistan  ziyalılarından  ibarət 
bir qrup qarşılıqlı səfərlə hər iki ölkənin media həya-
tına canlanma gətirdi. Ardınca Azərbaycan prezidenti 
Rusiya  telekanalına  müsahibəsində  Qarabağ  proble-
miylə bağlı yeni və ciddi açıqlama verdi. Ermənistan 
prezidenti  isə  kiprli  həmkarı  ilə  görüşdə  yeni 
olmayan fikirlərini bir daha təkrarladı.  
Mövzu  qəzet  və  saytlarımızı  zəbt  edib,  bolluğu  ilə 
göz  çıxarır.  Əsas  sual  da  budur:  “Sən  Qarabağa  ge-
dərdinmi?” Ən müxtəlif cavablar oldu. Mənim ürəyimi 
titrədən də bu sualın bir qarabağlı kimi mənə də ünvanla-
na biləcəyi “qorxusu” idi – bu suala nə cavab verərdim...  
 
*** 
 
Dünya sivilizasiyasının beşiklərindən olan Krımda 
on altı ölü şəhər açıq muzey kimi durur, hamısının da 
öz tarixi, mədəni kimliyi var. Onlardan birinin – Puşki-
nin “Baxçasaray fontanı” şeirinin hesabına rus-kommu-
nist fəlakətindən adını qoruya bilmiş əsrarəngiz Baxça-
saray şəhərinin qədim hissəsindəki Xan Sarayının dar-
vazası  ağzından  yuxarı  qalxan  yolun  sonunda,  sanki 
göy üzünə dikələn cığırın o biri ucunda, buludların əha-
təsində  mövqe  tutan  Cufut-Kala  mağara-şəhəri  15  ildi 
qəlbimi və ruhumu fəth edib.  
Cufut-Kala Krım xanlığının paytaxtı olub. Sonralar 
xanlıq  böyüdükcə  ərazi  azlığı  və  su  problemi  sə-


 
13 
bəbindən xan aşağıda, daha böyük yerdə özünə paytaxt 
seçib  Baxçasarayı.  Cufut-Kalanı  isə  qəraim  türklərinə 
verib.  Krım-tatarca  “cuhudların  qalası”,  qəraimcə  isə 
“Cuft Kale”, yəni, “çift qala”, “cüt qala” anlamını verir.  
1994-cü  ilin  yayında,  türkçülüyün  hələ  qanımı 
qaynatdığı dönəmdə yüzillərin araba təkərlərinin  daş 
yollarda  bəzən  barmaq  uzunluğunda  dərinə  işləmiş 
izlərini səmt tutub dar küçələrlə getdiyim vaxt keçir-
diyim hislər hələ də dipdiridir.  
Hündürlüyü 5 adam boyunda, duruşundan tarixin 
zəhmi tökülən cənub darvazasından girib bir vaxtlar 
tacirlərin  mal  satdığı  bazarın  sağ  yanından  keçirəm. 
Bir az da sağa burulub mağara-evlərin balaca oyuq-
pəncərələrinin  önündən  ötürəm,  burnuma  xoş  və 
tanış iy gəlir. Təzə gəlin piti asıb ərini gözləyir. Şu-
şada  Sabir  əminin  –  “Turist  Sabir”in  pitisinin  qo-
xusuydu eynən.  
Yoluma  davam  edirəm.  Kiçik  meydançada  ağ-
saqqal kişilər çöməlib oturublar, söhbət edirlər: “De-
yəsən, bizim sözümüzü xana çatdırmırlar, axı. Bəlkə, 
özümüz bir də onun hüzuruna gedək? Deyək ki, su-
suz yaşamaq olmur burda. Neçə ildir söz verilir, am-
ma əlac edən yoxdur. Hamı çıxıb gedəcək, şəhər boş 
qalacaq axırda”. Bir başqası cavab verir: “Xanın bizi 
dinləməyə vaxtı nə gəzir... Yenə harasa üz tutur, de-
yirlər,  bu  dəfə  Moskvaya  hücum  edəcək.  Getsin,  al-
sın,  bizim  uşaqlar  da  pis  vuruşmurlar,  sözüm  yox, 
amma bizim də işimizə əncam çəksin barı”.  
Küçə sola burulur. Tində qəraim kenassasıdı, yə-
ni  məbədi.  Qəraizm  yəhudiliyin  təriqətidi.  Şəhərin 


 
14 
əksər evlərindən fərqli olaraq, bura daşdan tikilib, üs-
tü  kirəmitlidir.  (Şəhərdə  heç  ev  yoxdur  ha,  ev  dedi-
yimiz  yonulub-yarılıb  qayadan  düzəldilmiş  mağara-
sığınacaqlara bənzəyir.) İbadət vaxtıdı, deyəsən. Düz 
keçirəm.  
Qəraimlərin tarixini hərə bir yerə yazır, mən on-
ları xəzərlərin davamçıları hesab edənlərdənəm. Türk 
dilində  danışırlar.  Dini  ayinləri  də  qəraim  türkcəsin-
dədi.  
Qarşıdan gələn öküz arabasına yol verib yoluma 
davam edirəm. Təkərlər ağ sal daşların içində açılmış 
bir  xətt  boyunca  diyirlənir.  Eynən  relsin  üstüylə 
gedən  tramvay  kimi.  Çıxardıqları  səslər  də  bənzəyir 
bir-birinə. Sağ tərəf sıldırımdır, odur ki, yol sola bu-
rulur.  Aşağıda  dərin  dərələr  göz  aparır,  yavaş-yavaş 
öyrəşirsən.  Xuraman  özünü  buradan  atıb?  Görəsən, 
niyə atıb? Səbəbini bilən varmı? 
Tini  dönürəm.  Böyük  mənzərə  qarşımdadı.  Sol-
da şəhərin ən hündür tikilisidi. Bura Toxtamış xanın 
qızı Canıke xanımın 1437-ci ildə tikilmiş məqbərəsi-
di. Ziyarət edirəm. Bu ucalıqdan baxanda babası Çin-
giz xanın yaratdığı tarixin ən əzəmətli imperiyasının 
sərhədlərinin səmada Tenqrinin qapısı ağzında üfüqə 
çevrildiyini asanca görə bilər hər türk oğlu türk. Özü-
mü  bu  məkanın,  bu  üfüqin  bir  parçası  hiss  edirəm. 
Şahin kimi bu sonsuzluğa şığımaq istəyirəm, elə dəli 
şahinlərin özü kimi. Tarix yaddaşımdan retrovari gö-
rüntülərlə keçir, özüm tarix oluram...  
Bir qədər sağda mağara-şəhərin ikinci darvazası-
dı. Əsrləri addımlayırammış kimi nəhəng divar daşla-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə