46
qədər sonra rəngarəng söhbətlərdən bağlanmış söh-
bət çələngi çeşidli özbək yeməkləri və içkilərilə bir-
likdə nə vaxtsa mövcud olmuş Bakının tramvay rels-
ləri kimi yan-yana gedirdi. Ev sahibinin sifətindəki
narahatçılıq da elə bu relslər kimi yoxa çıxmışdı.
Amma bu, uzun çəkmədi. Tezliklə yanımızdakı
ikinci masaya bazburudlu, qalstuklu adamlar gəldi.
Restoran heyətinin tam səfərbər edilməsi gələnlərin
ali qonaq olmasına dəlalət edirdi. Bizim masadakı
cürbəcür dillərdə danışan xaricilər, hətta sarışın pol-
yak gözəli də öz dəyərini itirmişdi. Bütün
diqqət yeni
qonaqlardaydı. Süfrə sahibimizin həyəcan və nara-
hatlığı artıq hamımıza sirayət etmişdi.
Gələnlərin çox yüksək rütbəli məmurlar – arala-
rında nazir, deputat da vardı – olduğunu öyrənməyi-
miz çox çəkmədi. Onlar gəlişlərilə ilk anda başa düş-
mədiyimiz bir qaramat da gətirmişdilər. İndi bizim
yox, onların səs-küyü ətrafı başına götürmüşdü. Ara-
larında birinin onsuz da qıyıq olan gözünü bir az da
qıyıb hərdən bizim özbək dostumuza oğrun-oğrun
baxması diqqətimdən yayınmadı. Dostumuz həmin
qıyıq gözün yiyəsini tanımışdı və bu gözlərdə yazı-
lanları oxuduqca onun ürək döyüntülərinin necə art-
dığını masanın o biri başında “eşidirdim”, düz sö-
zümdü. Onu belə zavallı görmək ağır idi.
Dostumuzun məclisi qapalı otaqda açmaq istə-
məsinin məqsədini indi anlamışdıq. Bəzən azadlıq
açıq havada yox, dörd divar arasında, hətta zirzəmidə
olur. Avtoritar rejimlərdə belə olub, elə indi də belə-
di. Məclisin boğanaq havasını dəyişmək lazım idi.
48
dim. Dünyanın yarısını hüzuruna gətirən Əmir Tey-
mur 5-10 partnomenklaturu ayağa qaldıra bilmirdi.
Özümü işə salmışdım, mənim bu dilxoşluğum yaxşı
heç nə vəd eləmirdi. Amerikalı dostum isə mərci
udubmuş kimi qımışırdı.
Səsimi bir qədər də qaldırdım. İndi məni hamı
eşidirdi. Nəvaidən tutmuş Əmir Teymuracan (hələ
qazax və türkmənlərin də nəhənglərini özbəklərin
ayağına yazdım) yada saldım. Qalstukların sıxıb şi-
şirtdiyi qıpqırmızı sifətlərdən dombalan gözlərin bi-
rində laqeydlik, digərində ikrah vardı. Axı mən
onları necə insafa gətirim, bunlar heç dədələrinin də
sağlığına ayağa durana oxşamırlar. Məclisimizin sa-
hibi, yazıq dostumuzsa dirigözlü ölmüşdü.
“Vıpyem za velikovo sına uzbekskovo naroda,
za İslama Karimova!” – nidam özümü də diksindirdi.
Bir məclis “tuluq” ləngərləyib dik ayağa durdu. Bi-
zim masadakılar da qalxdı. Amma orada əsl Daşkənd
zəlzələsi baş verdi; boşqablar şaqqıldadı, bakallar
cingildədi, yaşıl çay dolu piyalə yerə düşüb qırıldı.
Sonra bayaqkı donuq gözlərə işıq gəldi, alışıb yandı-
lar. Razılıq
əlaməti olaraq üzümə gülür, başlarını yel-
ləyirdilər. Onların məclisimizə, xüsusilə də mənə
münasibəti tamam dəyişdi. O yandakı qıyıq göz bö-
yümüşdü, daha özbək dostumuza açıq gözlə baxırdı.
Dostumuz isə Sizifdən fərqli olaraq daşı dağın başına
“qaldırmışdı”, indi rahat-rahat gülürdü.
Sanki mən İslam Kərimovun məclisdəki xüsusi
nümayəndəsi, masa ətrafındakılar isə onun xarici
dostları idi. Onlardan biri baş aşbazı çağırtdırıb bizim