Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 
78 
bizim də canımızda xəstəliyə çevrilməyib, gen daşıyı-
cımız  olmayıb,  qurun  bu  ədalət  məhkəməsini!  Bəşə-
riyyətin gələcəyi naminə qurun! Baxmayın türk olma-
ğımıza,  dinimiz  islamdır  deyə  uzaq  durmayın!  Bizi 
xəstələnməyə qoymayın!” 
 
*** 
 
Oğlumun  yanına qayıtdım. Nə fikirləşdiyini bil-
mədim, heç soruşmadım da. Hədiyyəsini götürüb ki-
tab rəfinə, göz qabağına qoydum. Talisman kimi bizi 
NİFRƏT xəstəliyindən qorusun deyə... 
Qoruyacaqmı? 
 
25 fevral 2010 
 
Məqalə ingilis, türk və rus dillərinə tərcümə olu-
naraq yerli və xarici mətbuatda dərc edilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
79 
 
Kerolayn Koks, Yelena Bonner 
və genosid debatları 
 
Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi 
Nümayəndələr  Palatasının  xarici  əlaqələr  komitəsində 
qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yaz-
dığım  “Şahmat  taxtasında  beysbol”dan  sonra  soyqırımı 
mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm.  
Yazmaq  istədiyimi  yazmışdım.  Yazmışdım  ki, 
1915-ci  il  Osmanlı  Türkiyəsində,  1918-ci  ilin  mart  və 
sonrakı aylarında Azərbaycanda, 1992-ci ildə Xocalıda 
baş  verən  hadisələrlə  bağlı  beynəlxalq  aləmdə  ədalət-
sizliklə  üzləşmişik.  Onu  da  yazmışdım  ki,  “...Ədalətin 
bərpa olunması düşmənə nifrətdən yox, Qarabağa sev-
gidən keçir. Nifrət, kin bir hiss olaraq ilk növbədə onun 
bəsləndiyi obyekti yox, öz mənbəyini – insanın özünü 
məhv  edir.  İnsanı  içindən  yeyir,  adamı  insanlıqdan 
çıxarır. Nifrət insan mənəviyyatını korlayır, onu obyek-
tivlikdən uzaq, rasional düşüncədən məhrum edir”. 
İnsan  orqanizmi  hepatit,  poliomielit  (yoluxucu 
uşaq  iflici),  quduzluq,  QİÇS  və  bu  sayaq  neçə-neçə 
yoluxucu  virusa  həssasdı.  Mən  bu  sıraya  nifrəti  də 
əlavə edərdim, sağalması mümkün olmayan xəstəlik 
kimi. Metastaz verən xərçəng kimi...  
 
*** 
 
Mətbuatda  yazılıb  ki,  Böyük  Britaniya  parlamen-
tinin Lordlar Palatasında uydurma erməni soyqırımı ilə 


 
80 
bağlı dinləmələr başlayıb. Baronessa Kerolayn Koksun 
təklif  etdiyi  “Ermənistanda  1915-1917-ci  il  hadisələri 
mövzusunda” debat palatanın gündəliyinə daxil edilib. 
Xanım  Koks  həmişəki  kimi,  məzlum  erməni  xalqının 
hüquqları  mövzusunda  “gözüyumulu”,  ağına-bozuna 
baxmadan danışıb. Burada qeyri-adi nəsə  yoxdu, onun 
belə çıxışlarına öyrəşmişik. Orada dediklərini oxudum, 
bu sözləri isə diqqətimin süzgəcində ilişib qaldı: “Qara-
bağda ermənilər etnik təmizlənməyə məruz qalıb”. Ta-
nış  cümlə  idi.  Eyni  sözləri  12  il  əvvəl  də  eşitmişdim. 
Hadisə belə olmuşdu.  
...  1998-ci  ildə  Polşa  Seymində  keçirilən  İnsan 
Hüquqları  üzrə  III  Beynəlxalq  Konfransa  qatılmaq 
üçün  Varşavaya  gəlmişdik.  Konfransın  sıradan  bir 
tədbir olmayacağı elə iştirakçıların siyahısı ilə tanış-
lıqdan məlum oldu. Siyahıda BMT, ATƏT və bu ki-
mi həşəmətli beynəlxalq təşkilat təmsilçiləriylə yana-
şı,  dünya  çaplı  keçmiş  dissidentlər,  məşhur  hüquq 
müdafiəçiləri, bir çox ölkənin parlament və hökumət 
üzvləri, neçə-neçə bu sayaq adamlar vardı. Azərbay-
canı isə bir neçə QHT və siyasi partiya nümayəndəsi 
təmsil edirdi.  
Tədbirin  ilk  günündən  Çeçenistan  prezidenti 
Aslan  Məshədov,  onun  o  vaxt  çox  populyar  olan 
mətbuat katibi Mövladi Uduqov və onların yanından 
aralanmayan  Yelena  Bonner  hamının  diqqətini  özlə-
rinə  cəlb  eləmişdilər.  Sessiyalar  bir-birini  əvəz  edir, 
konfrans gündəlik üzrə gedirdi. Fasilələrdə neçə-neçə 
ölkədən  gələn  tanışla  görüşür,  adını  eşidib  üzünü 
yeni  gördüyümüz  adamlarla  (məsələn,  vaxtilə  Çili 


 
81 
kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilən 
məşhur sovet dissidenti, indi Kembric Universitetinin 
professoru  Vladimir  Bukovski  kimi)  tanış  olurduq. 
Fasilələrin  birində  Krım  tatarlarının  liderlərindən 
olan  İlmi  Ömərov  yaxınlaşıb  mənə  bir  vərəq  uzatdı. 
“Dağlıq  Qarabağ  parlamentinin  üzvü  Babayanın 
konfrans  iştirakçılarına  müraciəti”.  Sən  demə,  bu 
erməni konfrans iştirakçılarına ünvanladığı müraciəti 
çoxaldıb  yayırmış.  “Dağlıq  Qarabağ  xalqının”  çox-
əsrlik  zülmündən  bəhs  edən  müraciət  bu  yeni  “res-
publikaya” dəstək xahişiylə bitirdi.  
Fasilədən sonra milli azlıqların hüquqlarına həsr 
olunan  sessiyadan  bir  xeyli  keçmiş  qoltuğumda  Ba-
bayanın  bir  dəstə  müraciəti  (“dəyərli”  sənəd  oldu-
ğundan hamısını götürmüşdüm) özümü İlminin yanı-
na çaxdım. Mövzu ətrafında dünyaca məşhur akade-
mik  Andrey  Saxarovun  dul  qalmış  zövcəsi  Yelena 
Bonner çıxış edirdi. Mərhəmət və ədalət hislərindən 
hördüyü söz çələngi az qala onu Tereza Anaya bən-
zədirdi.  O,  xalqların  öz  müqəddəratını  təmin  etmək 
hüququndan  danışır  və  nümunə  kimi  Çeçenistanın 
adını  çəkirdi.  Alovlu,  eyni  zamanda  yanğılı  sözləri 
rəhmətlik Aslan Məshədovun – dünyanın diqqət mər-
kəzində  olan  bir  xalqın  liderinin  ürəyindən  tikan çı-
xarsa da, bir nöqtəyə zillənmiş gözlərində nigarançı-
lıq  dolu  qayğı  apaydın  hiss  olunurdu.  Uduqov  isə 
barmaqlarından  çənəsinə  haça  düzəldib  həmişəki  şit 
ədasına yeni çalarlar qatırdı (“baş kəsib, qan tökmə-
yən”, amma “baş kəsib qan tökən”lərin əvəzinə qür-
rələnənləri elə öz davamız vaxtı da az görməmişik). 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə