Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

 
112 
bunun bir çox ağır fəsadlarını qeyd edirlər. Bircə bu 
fakta  diqqət  yetirmək  kifayətdi:  hazırda  iki  milyon 
əhalisi  olan  Minsk  şəhərində  cəmi  dörd  belarusdilli 
məktəb  var.  Belarusca  danışanları  əvvəllər  əyalət 
adamı sayırdılar, indi isə müxalifətçi hesab edirlər...  
Rusiya  telekanalları  ölkənin  elektron  KİV  siste-
mində hegemon üstünlüyə malikdi. Belarusdilli qəzet-
ləri  barmaqla  saymaq  olar.  Artıq  Milli  Bank  rus 
rubluna  keçidin  təqvimini  hazırlayıb.  Lukaşenko  isə 
özünü birləşmiş Rusiya-Belarus dövlətinin başçısı və-
zifəsinə  ən  real  namizəd  hesab  edir.  Hətta  Rusiyanın 
vilayətlərində  yaratdığı  sənaye-ticarət  nümayəndəlik-
lərinə özünün potensial dayaq məntəqələri kimi baxır. 
Əhalinin  artım  sürəti  sıfıra  bərabərdi  və  ya  on-
dan da aşağıdı. Aparılan sorğular göstərir ki, şagird-
lərin  86  faizi  orta məktəbi  bitirən  kimi  ölkədən  get-
mək  istəyir,  qadınların  böyük  əksəriyyəti  isə  xarici 
vətəndaşa ərə getməyi arzulayır. 
Ölkədə  avtoritarizm  tam  gücü  ilə  hökm  sürür. 
Məmurlar mükafat, yaxud cəza prinsipi ilə idarə olu-
nur.  Son  prezident  seçkisindən  sonra  172  məmur 
dövlət büdcəsi hesabına “Mersedes” markalı avtomo-
billə mükafatlandırılıb. Amma eyni zamanda məmur-
lara qarşı ildə 20 mindən çox cinayət işi açılır. Bütün 
bunlar məmur aparatını qorxu altında saxlamaq üçün 
edilir. Yerli mütəxəssislər prezidentin kadr siyasətini 
bolşeviklərinkinə bənzədirlər. Ölkənin baş prokuroru 
heç bir hüquq təhsili olmayan hərbçi, tank qoşunları 
mayorudu.  Mərkəzi  Banka  isə  inşaatçı,  trest  müdiri 
işləmiş şəxs rəhbərlik edir. 


 
113 
Ölkədə  qeydiyyatdan  keçmiş  18,  qeydiyyatsız 
isə 3 partiya fəaliyyət göstərir. Onların heç biri ayrı-
lıqda  real  güc  mərkəzi  deyil.  Hətta  birləşmiş 
müxalifət belə öz partiyası olmayan prezidentlə mü-
qayisədə gücsüzdü. Müxalifətin özü də yekcins deyil. 
Bəziləri  Lukaşenkonu  ölkənin  Rusiyaya  az  inteqra-
siya  olunmasında,  digərləri  isə  milli  maraqları 
Rusiyanın ayaqları altına atmaqda ittiham edir. 
Bir  sözlə,  bu  gün  hələ də  Rusiyanın  təsir  dairə-
sindən  çıxa  bilməyən  (azsaylı  vətənpərvərlər  olma-
saydı, çıxmaq istəməyən yazardım) Belarus insan hü-
quqlarının  kütləvi  şəkildə  pozulduğu  avtoritar  döv-
lətlər  siyahısındadı.  Özünütəcrid  siyasəti  Belarusa 
Avropa  üçün  arzuolunmaz  ölkə,  Lukaşenkoya  isə 
qəbuledilməz prezident statusu bəxş edib.  
... Xalqlar bir-birinə oxşayır, öz tarixləri, öz tale-
ləri ilə.  
...  Xalqlar  bir-birinə  həm  də  oxşamırlar.  Yazıq 
olduqları qədər güclü, güclü olduqları qədər də yazıq 
olmaları ilə... 
Fevral, 2003 


 
114 
 
Susmaq hüququ 
 
Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlə-
rin  sözünü  qəribçiliyə  salmaq  lazım  deyil.  Səmavi 
dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tu-
turlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər 
qazanır, hörmətə
 
minir. Bəlkə də, elə buna görədi ki, 
bütün  avtoritar  hakimiyyətlərin  azad  adamlara  mü-
nasibəti divin hər an sına biləcək, canının saxlandığı 
şüşəyə  münasibəti  kimidi.  Bu  hakimiyyətlər  azad 
sözün  kökünü  mikrob  kimi  kəsməyi  cəmiyyətin 
“dirilik suyu” hesab edir. Totalitar rejim söz azadlığı-
nın  düşmənidi,  burada  istədiyini  yazmaq,  danışmaq, 
çap  etdirmək  mümkün  deyil.  Yalnız  sənə  icazə  ve-
rilən  haqda  yaza  və  danışa  bilərsən.  Tarixin  bütün 
dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq 
“izm”lərdə belə olub.  
Yalnız bir istisna var: kommunizm. Kommunizm 
insanları tək istədiklərini demək və yazmaqdan məh-
rum  etmir(di).  Bütün  dağıdıcı  “izm”lər  susmayanı, 
qələmini qırmayanı həbsə, sürgünə, çox vaxt da daha 
uzağa – o dünyaya göndər(ib)ir. Kommunizmin digər 
diktaturalardan  daha  uzağa  gedən  bir  fərqi  var:  o 
nəinki insana onu razı salmayan fikir və yazıları qa-
dağan  edir,  hətta  həmin  insana  onu  qane  edənlər 
haqqında danışmaq və yazmağı “məsləhət” görürdü. 
20-ci  əsr  rus  ədəbiyyatının  patriarxı  Mixail  Şoloxov 
“Sakit Don”u öz əllərilə yenidən nəşr üçün “sosialist 
realizmi”  üslubunda  redaktə  etmədimi?  Sənətkarın 


 
115 
əsəri onun balasıdır, deyirlər. Şoloxova öz əliylə “ba-
lasını öldürtdülər”. Və Kremlin Qurultaylar Sarayın-
da onu bu işə vadar edənlərin şəninə tərif söylətdirdi-
lər. Amma “Sakit Don”a Nobel mükafatını “sosialist 
realizmi” variantına görə verməmişdilər.  
1933-cü ildə Nobel mükafatı almış başqa bir rus 
yazıçısı İvan Bunin SSRİ-yə dönmək istəməməyinin 
səbəbini belə izah edirdi: “Onlar məni demək istəmə-
diyimi  deməyə,  inanmaq  istəmədiyimə  inanmağa 
məcbur etmək istəyəcəklər”. 
Kommunizmdə  susmaq  olmaz.  Burada  yalnız 
ölülər  susur.  Sağ  qalanlarsa  susub  sonradan  başqa 
səslə danışanlardı. Mən heç onu demirəm ki, dünya-
nın bir saylı antikommunisti Aleksandr Soljenitsinin 
“Aeroflotun  rahat  kreslosunda  ölkədən  qovulması”-
nın sirri çoxları üçün elə sirr olaraq qalır. Necə yəni, 
insanların, hətta xəyallarına əl gəzdirməyi özünə rəva 
bilən  kommunistlər  onların  cinayətlərini  elə  Mos-
kvadakı  isti  mənzilində  yazdığı  kitabında  açıb  gös-
tərən birisini öz əllərilə xaricə yola saldılar? Onların 
cinayətlərini dünyaya car çəkmək üçünmü? İstənilən 
əlyazmanı  Amerikanın  atom  bombasından  da  təhlü-
kəli  sayan  kommunist-çekistlərin  xəbəri  olmadan 
Soljenitsinin  əlyazma  və  şəxsi  arxivini  dövlət  poçtu 
ilə  arxasınca  kim  göndərə  bilərdi?..  Bəs  sevimli 
“Moskviç” maşınını hansı “dissident” sərhəddən ke-
çirib?.. 
“Susmaq qızıldır” deyənlər nə vaxtsa insanı sus-
mağa  belə  qoymayacaqlarını  ağıllarına  da  gətirməz-
dilər. Bunu yalnız kommunistlər bacardı. Onların bir 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə