Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

 
121 
Qarabağ müharibəsində qarşılıqlı nifrətin topluma bu 
qədər  hakim  olması  yada  düşmür.  “Nifrət”in  hərbi 
qarşılığı  silahdı.  Onu  düşmənə  yönəldərlər.  Biz  onu 
özümüzə çeviririk, niyə? Bu, necə olur? Yəqin düz-
gün cavabı gələcək arxivlərdə toz udan tarixçilər ve-
rəcək.  Bu  gün  isə  Allah  bizi  öz  silahımızdan  açıla 
biləcək atəşdən qorusun! Onun yarası indiyədək aldı-
ğımız  bütün  yaralardan  dərin  olar.  Və  belə  döyüşdə 
qalib olmur... 
ABŞ səfiri saziş təklif edir. Əcnəbi diplomat bi-
zim  bir-birimizlə  dünyanın  qəbul  elədiyi  sivil  dildə 
danışmağımızı istəyir. Biz necə, bunu istəyirikmi? İs-
təyirsinizmi, cənablar və bəylər? Yoxsa Şeyx Nəsrul-
lahın  kəşfindən  qorxan  kimi,  “ölülərin  dirilib  haqq-
hesab  soracağından”  –  günahlarımızdan,  məsuliy-
yətimizdən  qorxaq...  Bu  saziş  200  yaşa  çatan  “Kü-
rəkçay” müqaviləsi deyil ki, utanaq, alçaldıcıdı deyə. 
Heç Bişkek protokolu da deyil, başımızı aşağı salaq. 
Yəni  bir  urvatlı  seçki  Qarabağ  müharibəsindən  də 
qorxuncdur?  Adam  sualların  içində  girinc  qalanda 
bütün müqayisələr yerinə düşür. 
Təklifi əcnəbi versə də saziş bizim sazişdi – yeni 
milli dəyərlərin, elə millətin özünün formalaşmasına 
təkan verəcək sonrakı sazişlərin əsasını qoya biləcək 
saziş. 
 
 
 
 
 
 
 
 
 
 
12 aprel 2005 
 
Yazının  ruscası yerli mətbuatda dərc olunub. 


 
122 
 
Rusiya səfirinə məktub 
 
Rusiya Federasiyasının Azərbaycandakı səfiri 
cənab Vasili İstratova 
 
 
Cənab səfir! 
Bu kiçik məktubu kimə ünvanlamaq barədə çox 
düşündüm:  Rusiyadakı  dostlaramı,  hər  cür  hörmətə 
layiq ictimai xadimlərəmi, yoxsa dövlət rəsmilərinə-
mi? Darmacalda son əlçatan Sizi bildim. 
Mənim polisim bu məktubu Sizin səfirliyin qar-
şısında  oxumağa  və  şəxsən  Sizə  təqdim  etməyə  im-
kan verməz, yəqin. Odur ki, bunu mətbuat vasitəsilə 
çatdırıram. Mən nə dövlət adamıyam, nə də diplomat 
– fikirlərimi heç nəyə bükmədən çılpaq deyəcəm. 
Sizin təmsil etdiyiniz dövlət avqustun 8-də Gür-
cüstana  qoşun  yeridib,  yenidən  Qafqazı  işğal  etmək 
fikrinə  düşüb.  Gürcüstanın  “vilayət  statuslu” torpaq-
larının zəbt olunması bir azərbaycanlı kimi məni na-
rahat edir, çünki mənim də Qarabağ adlı belə “yara-
lı” torpağım var. Bir qafqazlı kimi isə qüruruma to-
xunur.  
Artıq  üçüncü  dəfədir  ki,  Kremldən  Qafqaza  qo-
şun yeritmək əmri verilir. Kreml deyəndə mən Rusi-
ya imperiyası, bolşevik Rusiyası və Rusiya Federasi-
yasını nəzərdə tuturam. Hər üçünün qonşulara müna-
sibəti mahiyyətcə oxşardı.  


 
123 
Rusiya Qafqazı uzun illərin müharibəsindən son-
ra  zəbt  edə  bildi.  Cavad  xan,  Şeyx  Şamil  və  onlar 
kimi  yüzlərlə  insan  bu  işğalla  barışmadı.  Sovetlərin 
də  işğalı  asan  olmadı.  Minlərlə  insan  əldə  silah 
dağlara  çəkildi  və  40-cı  illərədək  vuruşdu.  Qafqaz-
lılar  hər  fürsətdə  azadlıq  mücadiləsinə  başlayıblar. 
Bunu Siz məndən də yaxşı bilirsiz.  
Sizə  indi  də  asan  deyil.  Blmirəm  niyə  bizim 
azadlığımızı  həzm  edə  bilmirsiz?  Biz  azadlığı  sevi-
rik, çünki onun nə demək olduğunu bilirik. Bəlkə də, 
bu bizim “təhkimçi” və “proletar” ola bilməməyimiz-
dəndi. Məgər aydın deyilmi ki, Siz bu 200 ildə Qaf-
qazı məğlub edə bilməmisiz?! Torpağı zəbt, minlərlə 
insanı məhv etmək olar, amma ruhu yox. Siz Qafqa-
zın  ruhuna  qalib  gələ  bilmədiniz.  Amma  Qafqazı 
sevgi  və  hörmətlə  ram  etmək  olardı.  Siz  lap  əvvəl-
dən, 200 il qabaqdan səhv etdiniz.  
Hələ  80-ci  illərin  sonunda  Soljenitsin  Qafqazı 
Rusiyanın “kəsilib atılması” vacib olan “qara yarası” 
adlandırırdı. Mən bu böyük insanın Puşkin, Lermon-
tov və sairələrin heyran qaldığı bir diyarı niyə “qara 
yara” adlandırmasının səbəbini bilirəm. Bədəndə yad 
cism  yaşaya  bilmədiyi  kimi  Qafqaz  da  bu  200  ildə 
Rusiya ilə vahid orqanizm olmadı. Siz hələ də 20-ci 
əsr rus patriarxının nəsihətini eşitmirsiniz. 
Qafqazda  “oyuncaq  dövlətləri”  yenə  5–10  ildə 
əldə saxlayın, sonra nə olacaq? Bu torpaqları və ora-
da yaşayanları Sibirə və ya Tayqaya aparası deyilsiz. 
Əvvəl-axır  özünüz  çəkilib  gedəcəksiz,  Mərkəzi  və 
Şərqi  Avropadan  getdiyiniz  kimi.  Mən  bu  xalqların 


 
124 
yenidən  bir  yerdə  firavan  yaşayacağına  əminəm.  O 
vaxt sizlər heç də xoş təəssüratla xatırlanmayacaqsız. 
Nifrəti qazanmaq onu unutmaq qədər çətin deyil. Biz 
hələ də 1989-cu ilin 9 aprelini, 1990-cı ilin 20 yanva-
rını unuda bilməmişik. 
Cənab səfir! 
Bizi ram etmək haqda düşünməyin, bizimlə dost 
olun. Siyasətinizi 180 dərəcə dəyişsəz görərsiz ki, biz 
nə qədər mehriban, qonaqpərvər və dostcanlıyıq. Bu 
torpaqlardan  heç  kim  köçüb  getməyəcək.  Siz  bizim 
mehriban qonşumuz olsanız biz özümüzə dünyanın o 
başında dost axtarmarıq. 
Bir  qədər  acı  sözlərimdən  inciməyin.  Axı,  yaz-
mışdım ki, mən diplomat deyiləm. 
Mehriban qonşu olmaq arzusu ilə
Vahid Qazi 
 
10 avqust 2008 
 
Yazının  ruscası yerli mətbuatda dərc olunub. 
 
 


 
125 
 
İntibah təməlçiləri 
 
Ömrünü  “qızqaytaran”  marketlərə  bağışlayan 
Bakı  bukinistlərindən  20–25  il  əvvəl  aldığım,  hələ 
ondan da 20–25 il əvvəl nəşr edilən, artıq yaşı yaşımı 
haqlamış,  səhifələri  toz  qoxuyan,  bəxti  üzünə  gülüb 
Ağdama,  sonra  da  yüzlərlə  kitaba  qarışıb  Yerevan 
Kağız Emalı zavoduna reinkarnasiya (qəşəng sözdü, 
həm də dəbdədi), yaxud da evimizin ortasında çatılan 
düşmən  ocağına talaşa  olmağa  getməyib  Bakıda  qa-
lan  kitabları  ilin-günün  bu  vaxtında  oxumaq  həvəsi-
min yaranma səbəbini bilmirəm. Tozunu uda-uda ar-
xasına düşüb biriylə bir zamana, o biriylə başqa mə-
kana gedirəm.  
Meri  Abramsonun  “Ot  Dante  k  Alberti”  kitabı 
isə məni italyan İntibahının ilk illərinə apardı... 
Cəsarət  və  ehtiyatlılıq,  işgüzarlıq  və  sərhesablıq, 
hərtərəfli bilik və geniş dünyagörüşü, zirəklik və diplo-
mat  bacarığı  tələb  olunan  ilkin  kapitalist  münasibət-
lərinin ortaya çıxardığı sənətkar və tacirlərdən ibarət so-
sial təbəqənin italyan cəmiyyətinə gətirdiyi yeni ictimai 
şüurun  Renessans  adlanan  mədəniyyət  erasına  təməl 
olacağı o dövrdə kimsənin ağlına gəlməzdi. İnsanların 
şüur, mədəniyyət, dini baxış və dünyagörüşündə çevri-
liş  edən  humanist  Avropa  intellektual  hərəkatının  ilk 
illərində yaranan ictimai münasibətlər, nə qədər qəribə 
görünsə də, bizim bu günümüzlə səsləşir. 
 
Sitatları  mən  gətirim,  qənaətə  özün  gəl,  dostum 
oxucu! 
 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə