Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

 
116 
silahı var – QORXU. Cəmiyyətdə qorxu insan orqa-
nizmindəki  xərçəng  kimidir.  Metastaz  vermiş  xər-
çəng  üçün  tətbiq  edilən  kimyəvi  maddə  orqanizmin 
bütün  xəstə  hüceyrələrini  bir  yerə  topladığı  kimi, 
Qorxu da insanın adını bildiyimiz bütün naqis xassə-
lərini üzə çıxarıb cəmiyyətdə hakim hissə çevirir. Və 
cəmiyyət  dünəni  XOF,  bu  günü  SƏKSƏKƏ,  sabahı 
QORXU içində “yaşayır...”  
“Biz  artıq  istədiyimizi  yazmaq  və  demək  hüqu-
quna can atmırıq, təki susmaq hüququmuzu almasın-
lar”. Sovet dövrünün bu acı zarafatı sözün həqiqi mə-
nasında həyat reallığı idi. Bəs indi necədi?.. Kommu-
nist illərindən çoxmu fərqlidir bu gün: bir şey eşidi-
rik, başqa şey görürük və ən dəhşətlisi, buna təəccüb-
lənmirik. Nəsə dəyişibmi? 
Uzun illər xalq iqtidar və müxalifət dediyimiz si-
yasi partnomenklaturanın əlində girinc qalanda ümid 
yalnız  cəmiyyətin  “hər  iki  ciyəriylə  nəfəs  alacağı” 
zamanı gözləməyə idi. Artıq xalq onların birini itirib, 
“tək ciyərlə nəfəs alır”. Deyirlər, ümidi ölmüş insan 
özü də bilmədən vəhşiyə, yırtıcıya dönür. Ümidi kə-
silmiş  cəmiyyət  isə  amoralist  (cəmiyyətdə  qəbul 
olunmuş  əxlaq  normalarına  sayğısızlıq)  insan  yığna-
ğına – kütləyə çevrilir.  
İndi  həqiqəti  deyə  bilmək  uğrunda  mübarizə 
arxaikləşib, çünki həqiqətin özü nisgil qarışıq təəssüf 
doğuran,  süzülüb  nimdaşlaşmış  bayraq  kimidi.  Təki 
mənim  susmaq  hüququmu  əlimdən  almasınlar,  təki 
məni istəmədiyimi demək çıxılmazlığına salmasınlar. 
Yox,  susa  bilməyəcəksən,  qoymazlar.  Şüarlar  döv-


 
117 
rünə qayıtdığımız bir vaxtda susa bilməzsən: ölkəmiz 
büdcədən  tutmuş,  yeyilən  və  yeyilməyən  hər  şeyin 
qiymət atına minib dünya standartlarına çatdığı, xal-
qımızın  bəxtəvər  Avropa  ailəsinə  (oxu,  kommuniz-
mə)  qovuşmanın  astanasında  olduğu  bir  dövrdə  sən 
necə susa bilərsən? Susmaq olmaz – göz sataşan hər 
yerdə  zəfər,  qələbə,  analoqu  olmayan  inkişaf  varsa, 
demək danışmaq vaxtıdı.  
Susmaq  hüququ  insanın  istəmədiyini  deməyə 
məcbur  ediləndə  əl  atdığı  sonuncu  saman  çöpüdü. 
Tarif Şurasının son qiymət artımını tərifləyən zavallı 
insanlar – “zəhmətkeşlər” (bu sözü  Zamin Hacı illə-
rin dibindən çıxarıb, “tozunu alıb”) doğrudanmı sevi-
nirlər,  bəs,  prezidentlik  müddətinin  uzadılması  doğ-
rudanmı  prezidentə  ürəkdən  gələn  sonsuz  sevginin 
təzahürüdü?..  Susan  və  ya  susdurulan  (bunların  ara-
sında fərq böyük deyil), sonra başqa səslə danışan nə 
qədər ictimai-siyasi snoblar (hakim elitanı təqlid edib 
digərlərini bəyənməyənlər kimi başa düşülməsi məs-
ləhətdi) yetişib və yetişir.  
Cəmiyyətin  daxili  hərarəti  qalxmadan  da  daim 
səfərbər  olan  zavallı  “zəhmətkeşlər”in,  “qolçomaq 
ziyalılar”ın  susmaq  hüququ  çoxdan  yoxdu.  Vəziyyət 
bir  az  ciddiləşsə,  “orta  ziyalı  təbəqə”,  daha  da  ağır-
laşsa, “yüksək ziyalı təbəqə” və ya “elita” danışacaq.  
Sabah Qarabağ məsələsini kompromis yolla həlli 
“məsləhət”  bilinsə,  “Azərbaycanın  xoşbəxt  gələcəyi 
Qarabağı  verməkdən  keçir”  təşviqatına  start  verilsə, 
bu  “elita”  kamera  qarşısında  növbəyə  düzülmək  cə-


 
118 
zasına  məhkum  edilməyəcəkmi?  Onda  daha  ölkədə 
“lal” adam qalmayacaq. 
Dunayevskinin  Stalin  dövründə  yazdığı  məşhur 
mahnıdakı  kimi:  “Ya  druqoy  takoy  stranı  ne  znayu, 
qde tak volno dışet çelovek...” 
 
19 fevral 2007 
 
 
 


 
119 
 
Bizim saziş 
 
ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin iq-
tidarla  müxalifət  arasında  saziş  bağlamaq  təklifi  öl-
kədə mövcud ictimai, siyasi və mənəvi-psixoloji du-
rumun gerçək qiymətini verməyə, bizim hansı ovqata 
kökləndiyimizi  bir  daha  saf-çürük  eləməyə  əvəzsiz 
imkan yaradıb. Yanılmıramsa, ABŞ-la rəsmi münasi-
bətlərdə olduğumuz son 13 ildə bu təklif mahiyyət və 
forma baxımdan yeni diplomatik səydi, hər halda nə 
vaxtsa bu cür təşəbbüs olduğu yadıma gəlmir. Təklif 
qış  yuxusundan  ayılmaqda  olan  torpağımızda  nik-
binliklə  canlanmanın  qarışığından  alınan  əsl  bahar 
ümidləri doğurur.  
Ümid öz  yerində, bir az real mətləblərdən danı-
şaq.  Elə  saziş  sözünün  özündən.  Saziş  deyəndə  çox 
şey  yada  düşür:  ticarət,  siyasət,  hərb  və  sair.  Bütün 
hallarda  bu  söz  öz  bətnində  sülh,  əminamanlıq,  bir-
gəlik,  əməkdaşlıq  kimi  anlayışları  gəzdirir.  Odur  ki, 
cənab Harnişin ideyasına sülh və sabitliyə təşnə kimi 
görünən  iqtidarla  müxalifətin  dərhal  əməli  reaksiya 
verəcəyini təklif səslənən vaxtdan hər gün gözləmək-
dəyik.  Siyasi  barrikadanın  hər  iki  tərəfindəki  ovqatı 
bilmək, kiminsə irəli durub “sülh”ə addım atıb-atma-
yacağını təxmin etmək üçün tərəflərin son illər qəzet 
və televiziyalarda səsləndirdiyi DİALOQ çağırışları-
nı  xatırlamaq  kifayətdi.  Bu  çağırışlarsa  məşhur 
“İsaq-Musaq” axtarışını xatırladır:  
– İsaq, tapdın? 


 
120 
– Musaq, yox! 
– Mən dialoqa hazıram! 
– Mən də hazıram! 
– Tapdın? 
– Yox! 
İlk baxışda elə görünürdü ki, onların axtardığını 
Harniş tapıb. Və indi deyəcəklər ki, cənab səfir, bu-
yurun zəhmət olmasa, sazişi hazırlayın, biz də imza-
layaq. Amma bunu demək lap ağ olardı, özümüz et-
məliyik. “Cənab səfir, sazişi mən hazırladım və qol-
lamağa hazıram, buyurun, hansı bəndlərini deyirsiniz 
müzakirə edək, təki o biri tərəf də qollasın”. 
… Ölkə iki cəbhəyə bölünüb, sanki, leksikon da 
müharibədəki  kimidi.  Burada  ən  çox  işlədilən  söz 
“düşmən”, “satqın”, “xain”di. Bəlkə, belə deyil? İqti-
dar nümayəndəsi müxalifətə bir kəlmə xoş söz desin, 
əl  uzadıb  görüşsün,  yaxud  əksinə,  bunu  müxalifət 
təmsilçisi eləsin, yarlığı dərhal üstündədi – SATQIN. 
Satılmaq  düşmən  cəbhəsinə  keçməkdi.  Onu  yaxşı 
halda sıradan qovur və ya həbs edirlər, pis halda isə 
güllələyirlər.  
Bilmirəm  ölkə  müxalifəti  erməni  müxalifətiylə 
daha isti və səmimi görüşər, yoxsa öz iqtidarı ilə, ya-
xud əksinə, ölkə iqtidarı erməni iqtidarı ilə mehriban 
söhbətləşər, dil tapar, yoxsa öz müxalifəti ilə? Söhbət 
bu sualın qəlizliyindən getmir. Məsələ, ümumiyyətlə, 
bu  sualın  haradan  və  necə  yaranmasındadı.  Nə  xan-
lıqlar  dövründə,  nə  bolşeviklərin  müstəqilliyimizə 
son qoyduğu vaxtda, nə onların 70 illik hakimiyyəti 
illərində,  nə  20  yanvarda,  nə  də  məğlubiyyət  dolu 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə