Milli Kitabxana
718
Əl açıram mən sənə,
Bir az sevinc ver mənə.
Dərdi,kədəri yenə
Eyləmə bol,İlahi!
Yaman dərddir ayrılıq,
Üzü sərtdir ayrılıq.
Lap namərddir ayrılıq,
Bilmir sağ-sol,İlahi!
26.07.2004.
TƏRƏKƏMƏ
Qışda qışlaqlarda qışlamağın var,
Yayda yaylaqlarda yaylamağın xoş.
Çəməni,çiçəyi xoşlamağın var,
Yatağı,sürünü haylamağın xoş.
Ay tərəkəmə!
Mən deyim,sən özün say,tərəkəmə!
Ləhlər qabağında Bozların çöküb,
Yuxan sac üstündə,oxlovun işlər.
Pendiri lavaşa qonağın büküb,
Oturub yanında bir loxma dişlər.
Ay tərəkəmə!
Eylə dələməni pay,tərəkəmə!
Çomağa söykənib gendən baxarsan,
Yapıncı çiynində qanad kimidir.
Qartala qoşulub süzüb axarsan,
Uçuş qırılmayan inad kimidir.
Ay tərəkəmə!
Yox sənə uçuşda tay,tərəkəmə!
Neyin var,tütəyin,balabanın var,
Dağı da uyudur çoban bayatın.
Milli Kitabxana
719
Elə məqamın var,elə anın var,
Ruh kimi ötüşür ömrün,həyatın,
Ay tərəkəmə!
Gəlibdir yenə də yay,tərəkəmə!
Madyanın yüklüdür,ayğırın oynaq,
Qulunun,day-dayçan otlar,kişnəyər.
Daim çiçəkləyər yuxunda yaylaq,
Quzular mələyər,atlar kişnəyər.
Ay tərəkəmə!
Salmısan aləmə hay,tərəkəmə!
Aran istiliyi,dağ sərinliyi
Canına işləyib,qanına keçmiş.
Görüb bu mənanı,bu dərinliyi
Səni bir gözəl qız sevgili seçmiş,
Ay tərəkəmə!
Günəş Tərəkəmə,Ay tərəkəmə!
Göyün hər qatında bir ulduzun var,
Gecən işıqlıdır,gündüzün aydın.
Aranda günəşin,dağda buzun var,
Hər yerin,hər yanın,hər üzün aydın.
Ay tərəkəmə!
Ağa tərəkəmə,bəy tərəkəmə!
30.07.2004.
LAYLA
( Mingəçevir şəhər litseyinin şagirdi Aytən Vilayət
qızı Quliyevanın əziz xatirəsinə)
Eşitdim... Dedilər... Aytənmiş adın...
Ulduzlar içində Ay kimisənmiş.
Sığmırmış sinənə arzun,muradın...
Göylərdən yerlərə pay kimisənmiş.
Şirin nəvəymişsən,sevimli övlad...
Milli Kitabxana
720
Novruz çiçəyindən zərif imişsən.
Sənə yaraşırmış daşıdığın ad,
Tərifin özünə tərif imişsən.
Mən necə eləyim,Muğan çiçəyi!
Yenə canım qızdı,ürəyim dindi.
O çiçək əllərin yığan çiçəyi
Əziz xətrin üçün yığırlar indi.
Bir vaxt göz həkimi olasan deyə
Yaxında,uzaqda sözə gəlibsən.
Axı,həris olur göz gözəlliyə,
Özün də bilmədən gözə gəlibsən.
Heyiflər... heyiflər... heyiflər sənə!
Çiçək içindəydin,.. bar tutasıydın.
Görəsən, o sözü deyiblər sənə?..
Görəsən,sən kimi yar tutasıydın?
Axı,nə oldu ki,tələsdin gora?
Ötüb niyyətindən o yana getdin.
Əlac etməkdənsə nursuza,kora,
Torpaqla,daş ilə izdivac etdin.
Burla Xatunsanmış,nəsənmiş belə?
Saçı buruq-buruq,boyu uzun qız!
Daha mələklərlə verib əl-ələ
Cənnət günəşində isin,qızın,qız!
Daha evinizin qabağındakı
Bağa bir cüt bülbül gəlib oxuyur.
Mənim də ömrümün bu çağındakı
Kövrək ürəyimi dəlib oxuyur.
Onlar saflığına şəhadət verən
Bülbül cildindəki mələklərmidir?
O bağda açılan çiçəklər,görən,