Milli Kitabxana
737
əlimi çəkincə mən,
Hövlnak oyandım həmən.
Bu yuxu nə yuxuydu,
şükür sənə,ey Xuda!
Boynu qızıl zəncirli
bir it gördüm yuxuda.
O əl kimin əliydi,
çubuq kimi çubuğu?
Məni elə yandırıb,
göynədibdir bu yuxu,
Sızlayıram hələ də.
Lənət qızıl zəncirə,
çubuq tutan ələ də!
Lənət özgə itindən
sədaqət umana da!
Qulaq kəsib Allaha,
Haqqa göz yumana da!
Lənət,lənət korlara,
Zülümlərə,zorlara!
Şükür sənə,ey Xuda!
Sən varsansa,çin olsun
gördüklərim yuxuda.
05.05.2006.
II
Bir qadın səsi gəldi
qulağıma qəfildən,
– Məni öldürmə, – deyə
yalvardı cani-dildən.
Səs yanıqlı yalvarır,
diləyirdi hey imdad,
– Kəsmə,öldürmə məni, –
deyə dad çəkirdi,dad.
Yuxumda həyəcandan
titrəyirdim,əsirdim.
Ona kömək etməyə
can atıb,tələsirdim.
Birdən əlində bıçaq
Milli Kitabxana
738
bir zorba cani gördüm.
Dad eləyən qadının
yoxdur həyanı gördüm.
O,əli bıçaqlının
qabağında gedirdi.
Nə imdad diləyirdi,
nə də fəryad edirdi.
Yaxşı tanımaq üçün
boylanarkən oyandım.
Oyanmağım üzündən
yandım,yandıqca yandım.
Yenə də şükür sənə,
şükür sənə,Yaradan!
O əlibıçaqlını
özün götür aradan.
Eşit o günahsızın naləsini,ahını,
Var isə,yox isə də
bağışla günahını.
06.05.2006.
III
Dişlərini çəkilmiş gördüm,
qan oldu bağrım.
O qədər artdı ağrım,
Hövlnak qalxdım yuxudan,
canım qan-tər içində.
Başım dərd-sər içində.
Səhəri diri-gözlü
açdım bu axşam yenə.
Uzadıram da çatmır
niyə əllərim sənə?
Dişlərini kim çəkib,
ağzın əyilib niyə?
Dişlərinə,ağzına
yəqin durmadın yiyə.
Mən indi neynim,axı,
nə daş töküm başıma?
Ayıldıqca od yağır
Milli Kitabxana
739
bu yuxu yaddaşıma.
Mənim yuxum çin olur,
qorxmayım necə axı?
Gördüyümü görmüşəm
yuxuda gecə axı!
Əlim sənə çatmadı,
Tanrım çatsın dadına!
Dişsizlik yazılmasın
məhəbbətin adına.
01.06.2006.
IV
Yuxuda gördüm ki,toyundur sənin,
Yaşıl budaqlarda işıqlar yanır.
Sən demə,toyun da oyundur sənin,
Ürəyim döyünür,həyəcanlanır.
Çağırıb gəlinlik taxtına sarı
Məni sevdiyini elan edirsən.
Kəsir qabağımı toy adamları
Amma soruşmurlar: – Hara gedirsən?
Təmkinlə,aramla qalxıram bu an
Taxtına söykənən nərdivan boyu.
Taxta ayağımı qoyduğum zaman
Kim isə saxlayır çalınan toyu.
Sənə uzadınca əlimi həmən,
Bir də görürəm ki,çaylaqdayam mən.
Gedirəm təptəzə,geniş bir yolu,
Eşqinlə,sevginlə ürəyim dolu.
Adını çəkincə oyanıram,bax,
Aya söyləyirəm duyğularımı.
Mən yuxu yozmağı bacarmıram,ax,
Şeirə çevirirəm yuxularımı.
25.03.2007.
Milli Kitabxana
740
QAYMAQ DA GÖZƏLDİR,QUYMAQ DA...
“HƏBLƏ”
Qarnın yekəsi
yiyəsinin dalına şələdir.
Ayağına tələdir,
Başına torba.
Burnun yekəsi
Nə qədər olsa da zorba,
Xanım zənni aldadandır.
Qaş-qabağını salladandır.
Başın yekəsi də elə,
Ağzın yekəsi də elə...
Şəkililər demişkən –
... Həblə,.. həblə.
15.01.2004.
ŞƏKİLİLƏR DEMİŞKƏN
I
Adamdan adam iyisi gələr,
Badam iyisi gəlməz.
Şəkililər demişkən,
Kişinin dalınca
Milli Kitabxana
741
ciyisi gəlməz.
II
Bundan adam iyisi gəlir,
Ondan badam iyisi.
Adam iyisi gələnin özü xoşdur,
Badam iyisi gələnin ciyisi.
20.03.2005.
GÖZƏLDİR
Qaymaq da gözəldir,
Quymaq da.
Hər ikisinə
uymaq da.
Demək də,
Yemək də,
duymaq da.
20.03.2005.
BALAXANIM
İlin dörd fəslindən bircəsi yazdır...
Hey, Balaxanım!
Di get,gələn yaza adını yazdır,
Ey, Balaxanım!
Güllər çəmən-çəmən dərildi,getdi...
Yaylıqlar üstünə sərildi,getdi...
Çox simlər kökləndi,gərildi,getdi...
Çalındı tar,kaman,ney,Balaxanım.
Açdı açılası,soldu solası,
Sənli də,sənsiz də oldu olası.
Qədəhlər çox idi,doldu dolası,
İçildi,qalmadı mey,Balaxanım.
Milli Kitabxana
742
Xəmir də çox qalsa,kündə küt gedər.
Ya tək-tək tökülər,ya cüt-cüt gedər.
Bəzəkli dünyadan hamı lüt gedər,
Olacaq olası şey,Balaxanım.
Böyük xanım oldu xırda xanımlar,
Şərəfdir,bəzəkdir yurda xanımlar.
Bəhsə-bəhs salıbdır burda xanımlar,
Küllən,kül başına,key Balaxanım!
01.07.2004.
Milli Kitabxana
743
HAMIDAN
A çər dəyib gəbərmiş,
A gözləri bərəlmiş.
Səninki nə xəbərmiş!
Atan neçə nəfərmiş,
Anan neçə nəfərmiş?
Sən hamının qohumu,
Hamının kirvəsisən.
Hamılıq zirvəsisən.
Ərəblər gec biliblər
qohumsanmış Buş ilə.
Bağdaddan məktub gəlib
sənə qaranquş ilə.
Bəsrədəki ciyin də,
Leyləklər qanadında,
durnalar dimdiyində
sığallayıb çənəni
Tutub şaxlı pul kimi
şıqqıldadım mən səni.
Kəfkirli saat kimi
çıqqıldadım mən səni.
Putinlə dostluğundan
danış ağız dolusu.
Azmı yalan görmüşük
dəftər,kağız dolusu?
Qədəh cingildətmisən
Parisdə Jak Şirakla.
Axtarsınlar qoy səni
Şəkidə çilçıraqla.
A çər dəyib gəbərmiş,
A gözləri bərəlmiş,
Səninki nə xəbərmiş!
Milli Kitabxana
744
Sən hamının qohumu,
hamının adamısan.
Ərmisən,arvadmısan,
anamı,atamısan?
Dostmusan,düşmənmisən?
Hər kim olsa,tənmisən?
Vallah,sənə yaraşır
hər cürə hörmət,
ad-san.
Ünvansızın birisən,
axı,sən hamıdansan.
02.06.2005.
ÇOXALIB
Yolun haçalanıb haçandan bəri,
Döngənin,dalanın sayı çoxalıb.
Gündə bir ünvana qaçandan bəri,
Əmi,xala,bibi,dayı çoxalıb.
Gözünü qan tutub qanlı görüşdən,
Qısır mal gec gələr,axı,örüşdən.
Əlinə verirlər paydan,pürüşdən,
Sanırsan hayının hayı çoxalıb.
Bu nə acı çimir,ağır yuxudur,
Sənə taleyinmi torlar toxudur?
Bir təskinlik yerin var isə,budur;
Sənin kimilərin tayı çoxalıb.
Qoru,Vaqif Aslan,bir saf nəfəsi,
İlahi sayma,gəl,hər yetən kəsi.
Dolub ürəklərə armud həvəsi,
Hayana baxırsan,ayı çoxalıb.
24.03.2006.
Milli Kitabxana
746
Vaqif Aslan
(Aslanov Vaqif Cumay oğlu)
SEÇILMIŞ ƏSƏRLƏRI
IV cilddə
I cild
Kompüter tərtibatı: İsayeva Xəyalə Akif qızı
Texniki redaktor: Cavad Alxasoğlu
Çapa imzalanmışdır
: 16.03.2009.
Kağız formatı
60х84
1
/
16
Çap vərəqi 45.
Sifariş:
15.
Qiyməti müqavilə ilə
Dostları ilə paylaş: |