Milli Kitabxana
18
Al qanımdan rəng alır
Xəncərinin tiyəsi.
Necə olur ayrı cür
Kərbəla faciəsi?!
Çapma atını yalqız,
Yürümə özbaşına.
Kömək əlini uzat
Piyada qardaşına.
Şümürəm deyə əsmə
Üzərimə yel kimi.
Həsənəm deyə tökmə
Göz yaşını sel kimi.
A mənim qurd qardaşım!
Huşsuz, manqurt qardaşım!
Di gəl, özümüz olaq
Başımızın yiyəsi.
Bizlərdən uzaq olsun
Kərbəla faciəsi!
Erməni – ermənidir,
İtdir-qurddur, hər nədir.
Axı, onnan bizimki
Açıq müharibədir.
Bəs sən hansı ağılla
Öz-özünü bölürsən?
Bölündükcə ölürsən.
Yatmısan, oyan daha!
Oyaqsan, silkələn, qalx!
Mən səni and verirəm
O bir olan Allaha!
Gözlərinə su ver, bax,
Öz-özünü yeməkdir
Kərbəla faciəsi.
Bildinmi nə deməkdir
Kərbəla faciəsi?!
Milli Kitabxana
19
GƏLMƏDİ
Burda hürməyir it,banlamır xoruz,
Dedim qapı döyüm,əlim gəlmədi.
Sonsuz bir anaymış Zəngəzur,Gorus
İstədim hay salım,dilim gəlmədi.
Qorxdum ki,eşidər Ələsgər,Alı,
Sazın da,sözün də dəyişər halı.
Kül mənim başıma Göyçə mahalı,
Yığışıb üstünə elim gəlmədi.
Dizlərim büküldü,yıxıldım yerə,
Yetim uşaq kimi sıxıldım yerə.
Bu yazıq canıma azı min kərə
Mən ölüm dilədim,ölüm gəlmədi.
21oktyab 1989
AY SƏNİ
Ay səni Ziyad xan Qacarın oğlu!
Nə deyib sevmişdin sən Əsli xanı?
Keşişlər yığışıb qaralı-ağlı,
Mehir istəyirlər Azərbaycanı.
Köynək göndəriblər bəy xonçasında,
Sağdişi,soldişi seçib özləri.
Lələm də bir əli tapançasında
Çağırır təmkinə,sülhə bizləri.
Neynirəm aranı-turanı,nağlı?
Mən özüm bir özgə dastan yaratdım.
Ay səni Ziyad xan Qacarın oğlu!
Sehirli düyməni qoparıb atdım.
Qərənfil bitirdi qanım qırmızı,
Qana boyandıqca bu şəhid canım.
Səni kül etsə də keşişin qızı,