Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə77/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   73   74   75   76   77   78   79   80   ...   101

 

 

352 



 

mərkəzlərində    tanıyır  və  bu  əsərlərə  istinad  edirlər. 

1985-ci 

ildən 


Y.Əsədov 

Nyu-York 

Elmlər 

Akademiyasının  üzvüdür.  



Yusif  müəllimin  300-dən  artıq  əsərini  müxtəlif 

ölkələrin  elmi  jurnallarında  və  məcmuələrində    çap 

etdirmisdir.  1988-ci  ildə  professor  elmi  adını  alan 

Y.Əsədov  40-dan  artıq  Beynəlxalq  konfransın 

iĢtirakçısı    olmuĢ  və  həmin  konfranslarda  müxtəlif 

məruzələrlə  çıxıĢ  etmiĢdir.  Y.Əsədov  Soros  mükafatı 

laureatıdır.  ABġ-da  fəaliyyət  göstərən  Beynəlxalq 

Biblioqrafiya  Mərkəzi  1990-cı  ildə  onun  adını 

Dünyanın  500  görkəmli  Ģəxsiyyəti  adlı  soraq 

kitabçasına daxil etmiĢ, 2010-cu ildə isə Qızıl medalla 

təltif etmiĢdir. 

Y.Əsədov  1993-cü  ildə  quruluĢ  tədqiqatları 

sahəsindəki  iĢlərinə  görə  Beynəlxalq  Elm  Fondunun 

qrantını  almıĢdır.  Onun  28  yarımkeçirici  kristalda 

aldığı  rentgendifraksiya  tədqiqatlarının  nəticələri 

ABġ-ın  Beynəlxalq  Difraksiya  Mərkəzində  qeydə 

alınmıĢ  və  ona  sertifikat  verilmiĢdir.  Professor 

Y.Əsədov iki doktorluq dissertasiyasının məsləhətçisi 

olmuĢ,  20  elmlər  namizədinə  rəhbərlik  etmiĢdir.  Bu 

sətirlərin müəllifi də onun yetirmələri sırasındadır.   

Yusif  müəllim  elmi  fəaliyyətlə  yanaĢı,  pedaqoji 

sahədə  də  geniĢ  fəaliyyət  göstərir.  O,  müxtəlif  ali 

məktəblərdə  dövlət  imtahan  komissiyasının  sədri 

olmuĢ,  qardaĢ  Türkiyənin  Qaradəniz  Texniki 

Universiteti 

müəllimlərinə 

“RentgenquruluĢ 

təhlili”ndən mühazirələr oxumuĢdur. O, həm də elmin 




 

 

353 



 

təĢkilatçısı kimi də özünü göstərmiĢdir. Belə ki, Yusif 

müəllim  Beynəlxalq  Kristalloqrafiya  Cəmiyyəti 

Fizika  problemləri  üzrə  Koordinasiya  ġurasının, 

AMEA-nın Fizika və Astronomiya üzrə Koordinasiya 

ġurasının  üzvüdür.  Uzun  müddət  Azərbaycan 

Respublikası  Prezidenti  yanında  AAK-ın  Ekspert 

ġurasının  üzvü,  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetində fəaliyyət göstərən “Kristalloqrafiya və 

kristallofizika”  ixtisası  üzrə  müdafiə  Ģurasının  sədr 

müavini  olmaqla  elmi  kadrların  yetiĢdirilməsində 

müstəsna rol oynamıĢdır. Artıq bir neçə ildir ki, Yusif 

müəllim  Radiasiya  institutunda  fəaliyyət  göstərən 

ĠxtisaslaĢdırılmıĢ müdafiə Ģurasının üzvüdür.  

       80  yaĢlı  professor  Y.Əsədovun  həyatda  müəllifi 

olduğu  Ģah  əsərlər  isə  onun  övladlarıdır.  Oğlu  Fuad 

fizika-riyaziyyat  elmləri  namizədi,  qızlarından  Fəridə 

tibb  elmləri  namizədi,  Səbinə  isə  fizikdir.  Ailədə  isə 

babanın ən qiymətli var-dövləti – altı nəvəsi böyüyür. 

Bir  də,  qeyd  etmək  lazımdır  ki,  Yusif  müəllimin 

elm  yolunda  inamla  irəliləməsində  ömür-gün  yoldaĢı 

Solmaz  xanımın  müstəsna  rolu  olmuĢdur.  Solmaz 

xanım  ailəsinin  bütün  çətinliklərinə  dözəcəyinə  (elm 

axı  cəfasız  olmur!)  Yusif  müəllimi  əmin  etdikdən 

sonra o, bu yolu keçmək qərarına gəlmiĢdi. 

O,  bu  gün  də  var  gücü  və  inamla  çalıĢır,  iĢləyir, 

qarĢıya  qoyduğu  problemi  həll  etməklə  məĢğuldur. 

Arada  bir  rəssamlıqla  da  məĢğul  olur.  Bu  da  onun 

hobbisidir.  Ürəkdən  can  atdığı  yer  isə  labora-

toriyasıdır.  Axı  orada  onu  əməkdaĢları  və 




 

 

354 



 

doktorantları    gözləyirlər.  Ġrəlidə  isə  neçə-neçə 

yuxusuz 

gecələr, 

uğurlu 

nəticələr, 



mötəbər 

konfranslar, dissertasiya müdafiələri var. 

Uğur olsun, Yusif müəllim! 80 yaĢın mübarək! 

 

                                                                               



“Kredo”,12 dekabr 2014-cü il 

 

 



 

 

 



 

 

 



 

 

            



 

 



 

 

355 



 

BÖYÜK  MÜƏLLİM,  İSTEDADLI    

TƏHSİL   TƏŞKİLATÇISI 

 

Onu  Boradigah  onbirillik  məktəbinə  direktor 

vəzifəsinə  təyin  edəndə  çox  cavan  idi,  otuz  üç  yaĢı 

vardı. Lakin gənc olmasına baxmayaraq çox təcrübəli 

idi.  Hələ  21  yaĢında  ikən  həmin  məktəbdə  direktor 

müavini  vəzifəsində  çalıĢmıĢdı.  O,  məktəbə  direktor 

təyin olunandan sonra ora yeni nəfəs, ab-hava gətirdi. 

Mən  o  zaman  doqquzuncu  sinifdə  oxuyurdum.  Ġndi 

həvəslə  danıĢdığımız  məktəb  islahatlarını,  Ģagird-

müəllim  münasibətlərində  demokratiya  cücərtilərini 

məhz o, direktor təyin olunduqdan sonra məktəbimizə 

gətirdi.  Söhbət  Masallı  rayonu  Boradigah  qəsəbəsi  1 

saylı  orta  məktəbin  direktoru,  ali  kateqoriyalı  dil-

ədəbiyyat müəllimi, Respublikanın Əməkdar müəllimi 

Nəriman Muxtar oğlu Hüseynovdan gedir. 

Nəriman  müəllim  1  iyul  1928-ci  ildə  anadan 

olmuĢ,  1945-ci  ildə  orta  məktəbi  bitirmiĢdir.  Sanki 

müəllim  doğulmuĢdur.  Orta  məktəbin  10-cu  sinfində 

oxuyarkən  ikinci  növbədə  birinci  sinif  Ģagirdlərinə 

dərs  deyirdi.  Ona  görə  də  orta  məktəb  məzunu  olan 

gənc Nəriman demək olar ki, özünün gələcək yolunu, 

peĢəsini seçmiĢdi. 

Əlbəttə,  o,  məktəbi  bitirən  ili  II  Dünya  SavaĢı 

yenicə  bitmiĢdi  və  ölkəmizdə  müxtəlif  peĢə 

sahiblərinə, o cümlədən müəllimlərə də böyük ehtiyac 

vardı.  Lakin  kənd  təsərrüfatını  inkiĢaf  etdirmədən  o 

vaxt baĢ verən kütləvi aclığın qarĢısını almaq olmazdı. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə