Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə80/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   76   77   78   79   80   81   82   83   ...   101

 

 

364 



 

Moskvada baĢladığı tədqiqat iĢlərini davam etdirmək, 

həmin  iĢlərlə  Azərbaycan  tələbələrini  tanıĢ  etmək 

lazım idi. Ona görə də R.Yəhyayev institut rəhbərliyi 

qarĢısında  APĠ-də  nəzəri  fizika  kafedrası  yaradılması 

təklifini  irəli  sürüb,  əsaslandırdı.  Onun  ciddi  cəhdi 

boĢa  çıxmadı,  institutda  nəzəri  fizika  kafedrası 

yaradıldı  və  onun  ilk  müdiri  də  dosent  R.Yəhyayev 

seçildi.  Həmin  vaxtdan  baĢlayaraq  o,  tələbələr  üçün 

dərslik,  dərs  vəsaitləri,  müəllimlər  üçün  metodiki 

göstəriĢlər  yazmağa  baĢladı.  Rafiq  müəllim  20-yə 

yaxın  dərslik  və  dərs  vəsaitinin,  50-yə  yaxın  elmi 

əsərin  müəllifidir.  Onun  əsərləri  keçmiĢ  SSRĠ-nin  və 

dünyanın  ən  nüfuzlu  jurnallarında  çap  olunmuĢdur. 

Onun  yazdığı  “Kvant  mexanikasına  giriĢ”,  “Kvant 

mexanikasından 

metodiki 

göstəriĢ”, 

“Nisbilik 

nəzəriyyəsinin elementləri”, “Bionika”, “Mikroaləmin 

sirləri”  və  b.  adlı  kitabları  bu  gün  də  tələbələrin 

istifadəsindədir.  

R.Yəhyayevin  parlaq  elmi  pedaqoji  fəaliyyəti 

Respublika  Ali  və  orta  ixtisas  təhsili  nazirliyinin 

(indiki Təhsil Nazirliyi) diqqətindən yayınmadı. 1986-

cı ildə o, Naxçıvan Dövlət Pedaqoji institutuna (indiki 

Naxçıvan  Dövlət  Universiteti)  tədris  iĢləri  üzrə 

prorektor  vəzifəsinə  təyin  olundu.  Naxçıvanda  da 

Rafiq  müəllim  institut  kollektivinin,  eləcə  də 

Naxçıvan camaatının hörmətini qazandı. O, Naxçıvan 

Ali  Məclisinə  deputat  seçildi.  SSRĠ  Ali  Attestasiya 

Komissiyası  isə  ona  doktorluq  dissertasiyası  müdafiə 

etmədən  professor  adını  verdi.  Naxçıvan  pedaqoji 



 

 

365 



 

institutunun  o  vaxtkı  rektoru,  professor  Ġ.Cəfərov  və 

professor  R.Yəhyayevin  birgə  səyi  nəticəsində  NPĠ, 

Naxçıvan  Universitetinə  çevrildi.  Bu  çevrilmə  baĢqa 

ali  məktəblərdə  olduğu  kimi  formal  xarakter 

daĢımırdı.  Belə  ki,  yeni  universitetdə  yeni  Ģöbələr, 

müxtəlif  ixtisaslar  üzrə  fakültələr  açıldı.  Naxçıvan 

ziyalıları  bu  iki  Azərbaycan  ziyalısının,  aliminin  o 

vaxtkı fəaliyyətini məmnunluqla indi də xatırlayırlar.  

1990-cı  ildə  R.Yəhyayev  Azərbaycan  Təhsil 

Nazirliyinin  ali  təhsil  idarəsinə  baĢ  inspektor 

vəzifəsinə  köçürüldü.  Qısa  aradan  sonra  professor 

R.Yəhyayev həmin idarənin rəisi təyin edildi.  

Azərbaycan  ali  təhsil  sisteminə  dərindən  bələd 

olan  R.Yəhyayev  nazirlik  üçün,  bu  idarə  üçün  bir 

tapıntı idi. Lakin amansız əcəl bu gözəl alimə, mahir 

pedaqoqa,  hər  Ģeydən  əvvəl  iĢıqlı  insana  bu  vəzifədə 

öz  istedadını  göstərməyə  macal  vermədi.  27  noyabr 

1992-ci 

ildə 


vaxtsız  əcəl  onu  əzizlərindən, 

dostlarından,  sevimli  peĢəsi  və  tələbələrindən 

amansızcasına  ayırdı.  Ġlin  payız  fəslində  dünyaya 

gələn  qiymətli  dostumuz  Rafiq  elə  payızda  da  bu 

dünyanı tərk etdi.  

Mən  də  elə  o  vaxtdan  ürəyimin  ağrısını  dost 

itkisindən inləyən misralara köçürdüm: 

 

...Çəkinərdi səndən yolun azanlar, 



Əyri yaza-yaza düzü pozanlar

ĠĢığına toplaĢardı insanlar – 

Çoxlarını gətirirdin “dinə”, sən. 



 

 

366 



 

 

Düz sözünü söyləyərdin birbaĢa, 



Haqq yolunda giriĢərdin savaĢa; 

Arxa idin daim qohum-qardaĢa, 

Dostlar üçün önə çıxan sinə, sən. 

 

Zalım əcəl elə öz iĢindədir 



Pisi qoyub, yaxĢının peĢindədir; 

Dirilər var, Vallah ölü gündədir, 

YaĢayırsan ürəklərdə yenə, sən... 

 

Allah sənə rəhmət eləsin, əzizim! 



 

 

 

 

 

 

 

 

 

 




 

 

367 



 

NURLU İNSAN 

 

Ölümündən  sonra  onun  haqqında  yazmaq,  Ģirin 



xatirələri  dilə  gətirmək  mənim  üçün  çox  ağırdır. 

Ömrümdə  ağlıma  gəlməzdi  ki,  mən  onun  haqqında 

onsuz  xatirə  yazacağam,  onu  son  mənzilə  yola 

salacağam.  ġairlər  diyarında  dünyaya  göz  açıb 

avtomatika  və  telemexanika  sahəsində  dünyada 

tanınmıĢ  alim  oldu.  Dinimizin  peyğəmbəri  Həzrəti 

Məhəmməd  qədər,  cəmisi  63  il  yaĢadı.  ġərəfli  bir 

ömür sürdü. 

Söhbət texnika elmləri doktoru, professor, əməkdar 

elm  xadimi,  Lütfizadə  adına  Beynəlxalq  Müasir 

Elmlər  Akademiyasının  həqiqi  üzvi  Ġsa  Mədəd  oğlu 

Abdullayevdən gedir. 

Ġ.Abdullayev  1945-ci  ilin  12  aprelində  Qazax 

rayonunda  dünyaya  gəlmiĢdi.  O,  orta  məktəbi  qızıl 

medalla,  M.Əzizbəyov  adına  Neft  və  Kimya 

Ġnstitutunu  (indiki  ADNA  )  fərqlənmə  diplomu  ilə 

bitirdikdən  sonra  Ġnstitut  Elmi  ġurasının  qərarı  ilə 

aspiranturada  saxlanıldı.  O,  1973-cü  ildə  namizədlik, 

1992-ci 

ildə 


isə 

müvəffəqiyyətlə 

doktorluq 

dissertasiyası  müdafiə  etdi.  1963-cü  ildə  keçmiĢ  M. 

Kalinin adına “Teleaparatura və avtomatika cihazları” 

zavodunda  çilingər  kimi  əmək  fəaliyyətinə  baĢlayan 

Ġ.Abdullayevin 

1969-cu 


ildən 

bütün 


həyatı 

Azərbaycan  Neft  Akademiyası  ilə  bağlı  olmuĢdur. 

Neft  Akademiyasında  həmiĢə  sayılıb  seçilən 

alimlərdən  olan  Ġsa  müəllim  1991-1996-cı  illərdə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə