Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə82/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   78   79   80   81   82   83   84   85   ...   101

 

 

372 



 

Aygün onun bu vəziyyətini görüb hay-haray salmağa 

baĢlayıblar.  Ġsa  danıĢmağa  halı  olmadığından 

barmağını dodaqlarına yaxınlaĢdırıb “susun” iĢarəsini 

verib.  Bununla  o,  qonĢuları  narahat  etməməyi 

ailəsindən istəyib. Bəli o, ölüm ayağında belə heç kəsi 

narahat etməyə razı olmayan böyük bir insan idi.  

Həyatda  öz  sözü,  öz  mövqeyi,  elmdə  öz  izi,  öz 

məktəbi olan  prof. Ġ.Abdullayev  insanlığı  qədər  alim, 

alimliyi  qədər  insan  idi.  Onun  alimliyi  insanlığını, 

insanlığı isə alimliyini tamamlayırdı. 

Ġnsan  ömrü  bir  səfər,  həyat  isə  əvvəli,  axırı 

görünməyən uzun bir yoldur. Ġsa müəllim bu yolda öz 

səfərini  Ģərəflə,  ləyaqətlə  baĢa  vurdu.  Bu  dünyada 

övladlarına müqəddəs and yeri, Ģagirdlərə elm məbədi 

və  çoxlu  əsərlər,  özünə  isə  “rəhmət”lə  yad  edilən 

abidə qoyub getdi. 

Azərbaycanın  dilbər  guĢələrindən  olan  Qazax 

torpağı  bəĢəriyyətə  çox  dahilər,  mənəviyyatımızın 

səmasına  çox  ulduzlar  bəxĢ  etmiĢdir.  Məncə  əziz 

dostum  Ġsa  Abdullayev  həmin  ulduzlar  arasında  öz 

parlaqlığı  ilə  seçilir  və  Azərbaycan  elmi  dünyaya  öz 

töhfələrini  verdikcə  həmin  ulduzun  parlaqlığı  gün-

gündən artacaqdır. 

                                               

 

 



 

 

 



 

 

373 



 

 

 



 

 

AĞIR İTGİ 

 

YaĢasaydı bu il altmıĢ yaĢı tamam olacaqdı. Lakin 



vaxtsız  əcəl  buna  imkan  vermədi.  Düz  bir  il  bundan 

əvvəl,  əlli  doqquz  yaĢında    xalqımızın  alim-vətəndaĢ 

oğlu  ġakir  Ağabəy  oğlu  Məmmədov  qıflətən 

dünyasını  dəyiĢdi.  O,  1947-ci  ilin  10  sentyabrında 

Masallı  rayonunun  Xıl  kəndində  kolxozçu  ailəsində 

dünyaya  göz  açmıĢdı.  Hələ  körpə  ikən  atasını  itirən 

ġakir  yetimliklə  baĢ-baĢa  qalaraq  həyatın  bütün 

çətimğnliklərini  öz  zərif  uĢaq  çiyinlərində  daĢımalı 

olmuĢdu.  Böyük qardaĢı,  Xıl  kənd  məktəbinin  ilk  ali 

təhsilli məzunu Əfruz müəllim onun əllərindən tutaraq 

büdrəməkdən 

qorumuĢ, 

ona 

atalıq 


qayğısı 

göstərmiĢdi. 

ġakir orta məktəbi qızıl medalla bitirib V.L.Lenin 

adına  APĠ-nin  (indiki  ADPU)  riyaziyyat  fakültəsinə 

daxil olmuĢ, və 1970-ci ildə oranı fərqlənmə diplomu 

ilə bitirərək fakültə elmi Ģurasının qərarı ilə institutda 

saxlanmıĢdı.  Elmə  böyük  maraq  və həvəs  onu daima 

öz  üzərində  iĢləməyə  sövq  edib,  nəticədə  institutun 

aspiranturasına  gətirib  çıxardı.  TanınmıĢ  alim,  prof. 

Ə.M.Məmmədovun  rəhbərliyi  altında  namizədlik 

dissertasiyası  üzərində  iĢləməyə  baĢladı.  Prof. 

Ə.Məmmədov  həmin  illəri  belə  xatırlayır:  “Mən 




 

 

374 



 

ġakirə  dərs  demiĢdim.  Hələ  tələbə  ikən  onun  riyazi 

təfəkkürünü  və  məntiqini  duyub  ona  tələbə  elmi 

cəmiyyətinin  xətti  ilə  elmi  iĢ  verdim  və  o, 

konfranslarda  çıxıĢlar  edərək  çox  böyük  uğurlar 

qazandı.  Sonra  mən  bu  iĢi  bir  qədər  də  geniĢləndirib 

ona  dissertasiya  mövzusu  kimi  iĢləməyi  məsləhət 

gördüm.  Dissertasiyanın  mövzusu  belə  idi:  “Jevrey 

tipli 

funksiyalar 



sinifləri 

üçün  kvadratur  və 

interpolyasiya  düsturlarının  qurulması  və  onların 

inteqral  tənliklərin  həllinə  tədbiqi”.  Bu  problem  ilk 

dəfə ġakirin dissertasiyasında tədqiq olunmuĢ və onun 

aldığı nəticələr bütün dünya riyaziyyatçıları tərəfindən 

qəbul edilmiĢdi. 

Doğrudan  da  ġ.Məmmədov  1983-ci  ildə  Kiyev 

Dövlət  Universitetində  namizədlik  dissertasiyası 

müdafiə  edərkən  onun  rəsmi  opponentləri-Ukrayna 

EA-nın M.QluĢkov adına Kibernetika Ġnstitutunun baĢ 

elmi iĢçisi, fizika-riyaziyyat elmləri doktoru, professor 

B.K.Zaderko, M.Lomonosov adına MDU-nun dosenti 

Y.M.Jileykin,  habelə  dissertasiya  müdafiə  Ģurasının 

üzvləri,  akademik  Ġ.Ġ.LyaĢko,  Kiyev  universitetinin 

professoru, 

fizika-riyaziyyat 

elmləri 


doktoru 

A.M.Bobko alınan nəticələri yüksək qiymətləndirmiĢ, 

dissertasiya  müəllifinə  həmin  elmi  axtarıĢları  davam 

etdirməyi  təkidlə  tövsiyə  etmiĢlər.  O,  bu  tövsiyələrə 

laqeyd  yanaĢmadı,  elmi  fəaliyyətini  müvəffəqiyyətlə 

davam  etdirərək  30-dan  artıq  elmi  əsərini  keçmiĢ 

SSRĠ-nin  elmi  məcmuələrində,  xarici  ölkə  elmi 

jurnallarında çap etdirmiĢdi. ġakir müəllim aldığı elmi 




 

 

375 



 

nəticələri  alim  həmkarları  ilə  müzakirə  etməyi,  fikir 

mübadiləsi  aparmağı  çox  yüksək  qiymətləndirirdi. 

Məhz  buna  gğrə  də  müxtəlif  səpkili  elmi  konfrans, 

seminar və simpoziumlarda iĢtirak edirdi. Onun aldığı 

elmi  nəticələr  Kiyev,  Sverdlovsk  və  baĢqa  Ģəhərlərdə 

keçirilən  konfranslarda  yüksək  qiymətləndirilmiĢdi, 

ġakir  müəllim  doktorluq  dissertasiyası  kimi  yeni  bir 

fundamental əsər ərsəyə gətirməyi planlaĢdırırdı. Ona 

görə  də  o,  ADPU-nun  elmi  Ģurasında  doktorluq 

dissertasiyası mövzusunu təsdiq etdirmiĢdi. 

O,  təkcə  alim  kimi  deyil,  həm  də  gözəl  bir 

müəllim  kimi  fəaliyyət  göstərərək  tələbə  və  müəllim 

kollektivi  tərəfindən  sevilirdi.  ġakir  müəllim  1987-ci 

ildən  ADPU-nun  riyaziyyat  fakültəsinin  dekan 

müavini,  1996-cı  ildən  isə  həmin  fakültənin  dekanı 

vəzifəsində  çalıĢdı.  Onun  fakültə  dekanı  vəzifəsinə 

seçilməsi  fakültəyə  yeni  ab-hava,  yaradıcılıq  həvəsi 

gətirdi.  Riyaziyyat  fakültəsi  tələbələri  müxtəlif 

səviyyəli  olimpiada  və  yarıĢlarda  iĢtirak  edərək  qalib 

çıxırdılar.  Fakültə  elmi  Ģurasının,  müəllimlərinin 

fəaliyyətində bir canlanma əmələ gəlmiĢdi. O, fakültə 

dekanı  kimi  özünün  yeni  bir  keyfiyyətini-təlim  və 

tərbiyənin  gözəl  təĢkilatçısı  keyfiyyətini  üzə  çıxardı. 

ġakir müəllim fakültə dekanı olarkən belə elmi, elmi-

metodiki  fəaliyyətini  davam  etdirirdi.  O,  tələbələr 

üçün  10-a  yaxın  dərslik  və  dərs  vəsaiti  hazırlamıĢdı. 

Təhsilin  təĢkili  sahəsində  fəaliyyətini  gün-gündən 

geniĢləndirirdi.  O,  Tələbə  Qəbulu  üzrə  Dövlət 

komissiyasının  riyaziyyat  seminarının  rəhbəri  kimi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə