Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə90/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   86   87   88   89   90   91   92   93   ...   101
    Bu səhifədəki naviqasiya:
  • Mirvari

 

 

404 



 

hansı  fəaliyyətinə  görə  tariximizdə  yer  aldığını 

bilmirdim.  Bu  kitabı  oxuyandan  sonra  mənə  məlum 

oldu ki, bu insan çox böyük ictimai-siyasi xadim imiĢ. 

Təsəvvür  edin  ki,  30-cu  illərdə  bu  azərbaycanlı  kiĢi 

Tacikstan  Kommunist  Partiyası  Mərkəzi Komitəsinin 

birinci katibi, sonradan SSRĠ hökumətində çox məsul 

vəzifələrdə  çalıĢıb.  Sovet  quruluĢu  dağılsa  belə,  bu 

fakt bir azərbaycanlı kimi məndə qürur hissi doğurur. 

         Nəbi Əsgərovun “Xətai rayonu: mənəvi dünyası, 

keçmiĢi,  bu  günü”  adlı  kitabında  belə  faktlar, 

məlumatlar onlarcadır. 

        Bizcə, bun kitab bütöv bir rayonun qəsəbə, küçə, 

meydan  adlarına  həsr  olunmuĢ  ilk  təĢəbbüs  kimi 

təqdirə  layiqdir.  Onu  da  bilirik  ki,  ilk  təĢəbbüslər 

qüsursuz olmur. 

        Ġnanırıq  ki,  təqdim  olunan  bu  kitab  nəinki  Xətai 

rayonu  sakinləri  tərəfindən,  həm  də  ölkəmizin  bu 

problemlı  maraqlanan  oxucuları  tərəfindən  rəğbətlə  

qarĢılanacaq, bütün rayonlarımız barədə də bu yöndə 

kitablar iĢıq üzü görəcəkdir. 

                                                                              

Bakı, Nərgiz nəĢriyyatı, 2003-cü il 

 

   



 

 

 


 

 

405 



 

EL AĞSAQQALI 

Əhməd  müəllim  barəsində  yazmaq  mənim  üçün 

həm  asandır, həm də çətin. Asandır ona görə ki,  mən 

hələ onuncu sinifdə oxuyandan  onu tanımıĢ, bu gözəl 

insan,  alim-pedaqoqla  ünsiyyətdə  olmuĢ,  onun  

elmindən, 

zəkasından 

və 

insanlığından 



bəhrələnmiĢəm. Çətindir ona görə ki, Əhməd müəllim 

artıq    aramızda  yoxdur  və  onun  xəyalını  xatirələrdə 

canlandırmalı olacağam. 

....YaxĢı 

yadımdadır, 

mən 


Boradigah 

qəsəbəsində 

orta 

 

məktəbin 



10-cu 

sinifində 

oxuyurdum. Məktəbimizə  yeni   direktor təyin  etdilər. 

O zaman  məktəbdə Ģagird  təĢklatı adlı bir təĢkilat var 

idi.  Yeni  direktorun  gəliĢi  ilə  əlaqədar  həmin 

təĢkilatın 

iclası  cağırıldı.  Yeni  direktorumuz  

konspektsiz-filansız düz 20 dəqiqə çıxıĢ etdi. Elə çıxıĢ 

etdi  ki,  ilk    görüĢdən  Ģagird      kollektivinin   

məhəbətini  qazandı.  Sevindik  ki,    bizim  belə    natiq  

direktorumuz  var.  Bu,  Əhməd  müəllim  idi. 

Sevincimiz  uzun sürmədi. Təxminən  6-7 aydan sonra  

Əhməd  müəllim  bizim      məktəbi  tərk  etdi.  Demə,  o  

bizim    məktəbə  iĢləməyə  gələrkən  artıq  V.Ġ.Lenin 

adına  APĠ-nin  pedoqoqika  kafedrasının  aspirantı 

(qiyabi)  imiĢ.  Və  institutun    rəhbəərliyi  Əhməd  

müəllim kafedraya  iĢləməyə dəvət edibmiĢ.  

....APĠ-də  oxuyurdum.  Bir  gün    “Pedaqoqika 

tarixi”ndən  bizə  dərs  deyən  dosent  Ə.Tağıyevin 

əvəzində    auditoriyaya  Əhməd  müəllim  daxil  oldu. 

Biz o vaxt  öyrənmiĢdik ki,  humanitar fənlərdən dərs 



 

 

406 



 

deyən    müəllimlər  konspektsiz  auditoriyaya  daxil  

olmurdular.  Lakin  Əhməd  müəllim    bir  nəfəsə    bir 

qoĢa saatlıq dərsi  sinədəftər  bizə keçib, sanki hamını 

ovsunladı. 

....Dördüncü 

kursda 

oxuyurdum 



Bütün 

qiymətlərim  “əla”  idi.  Yalnız  birinci  kursda    “Riyazi 

analizdən”  dörd  qiyməti  almıĢdım.    Əhməd  müəllim  

əmim  Qubad, dayım Əlirza ilə çox  yaxın olduğundan   

bu  barədə  məlumatı  var  idi.    Bir  gün  institutda  məni  

görüb soruĢdu: 

-Vaqif sən  istəmirsən  ki, “Riyazi analiz”dən  də  

“beĢ ”  qiyməti alasan? 

-Ġstəyirəm,  -dedim.  Amma  “Riyazi  analiz”dən     

iki dəfə imtahan vermiĢəm. Bir  dəfə “dörd”, bir dəfə 

isə “ beĢ”qiymət almıĢam. 

- Nə  olsun ki?.. gərək hər ikisi “beĢ” olsun, -dedi. 

Mən  yenidən    imtahan  vermək    üçün    göndəriĢ 

almağın cətinliyini ona söyləyəndə Əhməd müəllim: 

GöndəriĢ    almaq    məndən,  imtahan  vermək 

səndən,- dedi. Sonra gülümsəyərək: 

-Yoxsa imtahandan qorxursan?- soruĢdu. 

Mən  imtahanı  “beĢ”ə    verəcəyimi  söyləyəndə  o 

mənə: 

-Sabah dərsdən  sonra  dekanlığın qabağında ol,  - 



dedi. 

Ertəsi  gün  göndəriĢ    alıb  mənə  verdi.  Və  tapĢırdı 

ki,  biliyimə tam əmin olandan sonra təkrar imtahana 

gedim.  Həmin  imtahandan    “beĢ”  qiymət  aldıqdan 

sonra  Əhməd  müəllimin  necə    sevdiyini  təsvir  edə 



 

 

407 



 

bilmirəm.  O,  doğma    balasının  müvəffəqiyyətinə 

sevinən kimi sevinirdi. 

...APĠ-də  laborant  iĢləyirdim.  Kafedramızın 

dossenti, mərhum  Müseyib BəĢirovla dostluq edirdik. 

Hər  ikimizin    subay  vaxtlarımız  idi.  Dənizkənarı 

bulvarda  oturub  dənizə  tamaĢa  edirik.  Düzü,  yaxĢı 

nahar  etməyə  pulumuz  da  yox  idi.  Birdən    uzaqdan 

Əhməd  müəllimi gördük. Demə, o da  bizi görübmüĢ 

və  bizə  doğru  gəlirdi.  SalamlaĢdıq.  Hal-əhval  tutub  

birdən: 

-Ə, 


bura  baxın,  subaylar,  ac  adamlara 

oxĢayırsınız, dedi. - Deyəsən, axı nahar etməmisiniz? 

Biz 

etiraz 


edərək 

bildirdik  ki,  yemiĢik 

(ağsaqqaldan  utandıq).  Əhməd  müəllim  sözümüzü 

bitirməyə  qoymadı...  Və    bizi    “Mirvari”i    kafesinə 

apardı. Oturduğumuz yerdən  “Mirvari” kafesinə kimi 

təxminən  200-300  metr  məsafə  vardı.  Biz  kafeyə 

çatana  kimi  Əhməd    müəllim  o  qədər    adamla  

salamlaĢıb  görüĢdü  ki,  məndə  bütün    Bakının    onu 

tanıması  təsəvvürü  yarandı.  Kafedə    o,  balıq  kababı  

sifariĢ  etdi.  Sonra  nə  içmək    istədiyimizi    soruĢdu. 

Cavab gözləmədən: 

-Ġndi  yaydır  istidir,  araq  ürəyə  ziyandır. 

Hamısından yaxĢı “Sadıllı”dır – dedi. 

Yeyib  içəndən  sonra  evə  getməyi  tapĢırdı.  Özü 

yenidən  “Mirvari”yə  qayıtmalı  oldu.    Belə  ki,  biz  

oradan    cıxanda  məhrum  yazıcı–jurnalist  Əlfi  

Qasımov bir necə yoldaĢla   bizimlə üz-üzə gəldi. Və 

onlar Əhməd  müəllimi geri qaytardılar. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə