404
hansı fəaliyyətinə görə tariximizdə yer aldığını
bilmirdim. Bu kitabı oxuyandan sonra mənə məlum
oldu ki, bu insan çox böyük ictimai-siyasi xadim imiĢ.
Təsəvvür edin ki, 30-cu illərdə bu azərbaycanlı kiĢi
Tacikstan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi, sonradan SSRĠ hökumətində çox məsul
vəzifələrdə çalıĢıb. Sovet quruluĢu dağılsa belə, bu
fakt bir azərbaycanlı kimi məndə qürur hissi doğurur.
Nəbi Əsgərovun “Xətai rayonu: mənəvi dünyası,
keçmiĢi, bu günü” adlı kitabında belə faktlar,
məlumatlar onlarcadır.
Bizcə, bun kitab bütöv bir rayonun qəsəbə, küçə,
meydan adlarına həsr olunmuĢ ilk təĢəbbüs kimi
təqdirə layiqdir. Onu da bilirik ki, ilk təĢəbbüslər
qüsursuz olmur.
Ġnanırıq ki, təqdim olunan bu kitab nəinki Xətai
rayonu sakinləri tərəfindən, həm də ölkəmizin bu
problemlı maraqlanan oxucuları tərəfindən rəğbətlə
qarĢılanacaq, bütün rayonlarımız barədə də bu yöndə
kitablar iĢıq üzü görəcəkdir.
Bakı, Nərgiz nəĢriyyatı, 2003-cü il
405
EL AĞSAQQALI
Əhməd müəllim barəsində yazmaq mənim üçün
həm asandır, həm də çətin. Asandır ona görə ki, mən
hələ onuncu sinifdə oxuyandan onu tanımıĢ, bu gözəl
insan, alim-pedaqoqla ünsiyyətdə olmuĢ, onun
elmindən,
zəkasından
və
insanlığından
bəhrələnmiĢəm. Çətindir ona görə ki, Əhməd müəllim
artıq aramızda yoxdur və onun xəyalını xatirələrdə
canlandırmalı olacağam.
....YaxĢı
yadımdadır,
mən
Boradigah
qəsəbəsində
orta
məktəbin
10-cu
sinifində
oxuyurdum. Məktəbimizə yeni direktor təyin etdilər.
O zaman məktəbdə Ģagird təĢklatı adlı bir təĢkilat var
idi. Yeni direktorun gəliĢi ilə əlaqədar həmin
təĢkilatın
iclası cağırıldı. Yeni direktorumuz
konspektsiz-filansız düz 20 dəqiqə çıxıĢ etdi. Elə çıxıĢ
etdi ki, ilk görüĢdən Ģagird kollektivinin
məhəbətini qazandı. Sevindik ki, bizim belə natiq
direktorumuz var. Bu, Əhməd müəllim idi.
Sevincimiz uzun sürmədi. Təxminən 6-7 aydan sonra
Əhməd müəllim bizim məktəbi tərk etdi. Demə, o
bizim məktəbə iĢləməyə gələrkən artıq V.Ġ.Lenin
adına APĠ-nin pedoqoqika kafedrasının aspirantı
(qiyabi) imiĢ. Və institutun rəhbəərliyi Əhməd
müəllim kafedraya iĢləməyə dəvət edibmiĢ.
....APĠ-də oxuyurdum. Bir gün “Pedaqoqika
tarixi”ndən bizə dərs deyən dosent Ə.Tağıyevin
əvəzində auditoriyaya Əhməd müəllim daxil oldu.
Biz o vaxt öyrənmiĢdik ki, humanitar fənlərdən dərs
406
deyən müəllimlər konspektsiz auditoriyaya daxil
olmurdular. Lakin Əhməd müəllim bir nəfəsə bir
qoĢa saatlıq dərsi sinədəftər bizə keçib, sanki hamını
ovsunladı.
....Dördüncü
kursda
oxuyurdum
Bütün
qiymətlərim “əla” idi. Yalnız birinci kursda “Riyazi
analizdən” dörd qiyməti almıĢdım. Əhməd müəllim
əmim Qubad, dayım Əlirza ilə çox yaxın olduğundan
bu barədə məlumatı var idi. Bir gün institutda məni
görüb soruĢdu:
-Vaqif sən istəmirsən ki, “Riyazi analiz”dən də
“beĢ ” qiyməti alasan?
-Ġstəyirəm, -dedim. Amma “Riyazi analiz”dən
iki dəfə imtahan vermiĢəm. Bir dəfə “dörd”, bir dəfə
isə “ beĢ”qiymət almıĢam.
- Nə olsun ki?.. gərək hər ikisi “beĢ” olsun, -dedi.
Mən yenidən imtahan vermək üçün göndəriĢ
almağın cətinliyini ona söyləyəndə Əhməd müəllim:
GöndəriĢ almaq məndən, imtahan vermək
səndən,- dedi. Sonra gülümsəyərək:
-Yoxsa imtahandan qorxursan?- soruĢdu.
Mən imtahanı “beĢ”ə verəcəyimi söyləyəndə o
mənə:
-Sabah dərsdən sonra dekanlığın qabağında ol, -
dedi.
Ertəsi gün göndəriĢ alıb mənə verdi. Və tapĢırdı
ki, biliyimə tam əmin olandan sonra təkrar imtahana
gedim. Həmin imtahandan “beĢ” qiymət aldıqdan
sonra Əhməd müəllimin necə sevdiyini təsvir edə
407
bilmirəm. O, doğma balasının müvəffəqiyyətinə
sevinən kimi sevinirdi.
...APĠ-də laborant iĢləyirdim. Kafedramızın
dossenti, mərhum Müseyib BəĢirovla dostluq edirdik.
Hər ikimizin subay vaxtlarımız idi. Dənizkənarı
bulvarda oturub dənizə tamaĢa edirik. Düzü, yaxĢı
nahar etməyə pulumuz da yox idi. Birdən uzaqdan
Əhməd müəllimi gördük. Demə, o da bizi görübmüĢ
və bizə doğru gəlirdi. SalamlaĢdıq. Hal-əhval tutub
birdən:
-Ə,
bura baxın, subaylar, ac adamlara
oxĢayırsınız, dedi. - Deyəsən, axı nahar etməmisiniz?
Biz
etiraz
edərək
bildirdik ki, yemiĢik
(ağsaqqaldan utandıq). Əhməd müəllim sözümüzü
bitirməyə qoymadı... Və bizi “Mirvari”i kafesinə
apardı. Oturduğumuz yerdən “Mirvari” kafesinə kimi
təxminən 200-300 metr məsafə vardı. Biz kafeyə
çatana kimi Əhməd müəllim o qədər adamla
salamlaĢıb görüĢdü ki, məndə bütün Bakının onu
tanıması təsəvvürü yarandı. Kafedə o, balıq kababı
sifariĢ etdi. Sonra nə içmək istədiyimizi soruĢdu.
Cavab gözləmədən:
-Ġndi yaydır istidir, araq ürəyə ziyandır.
Hamısından yaxĢı “Sadıllı”dır – dedi.
Yeyib içəndən sonra evə getməyi tapĢırdı. Özü
yenidən “Mirvari”yə qayıtmalı oldu. Belə ki, biz
oradan cıxanda məhrum yazıcı–jurnalist Əlfi
Qasımov bir necə yoldaĢla bizimlə üz-üzə gəldi. Və
onlar Əhməd müəllimi geri qaytardılar.
Dostları ilə paylaş: |