Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə91/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

 

 

408 



 

...Bir dəfə Əhməd müəllim məni  yanına cağırdı. 

O vaxt respublikamızın yenicə  müstəqil  addımlarını 

atırdı  və  yeni-yeni  cəmiyyətlər,  mədəniyyət 

mərkəzləri  yaradılmıĢdır.  Əhməd  müəllim  “ViləĢ” 

xeyriyyə  cəmiyyətini  yaratmaq    fikrində    olduğunu 

söylədi. Sonra o mənə: 

-Sənin  cəmiyyət  yaratmaqda    təcrübən  var.  (O 

mənim sədr olduğum “Körpü ” cəmiyətinin   nəzərdə   

tuturdu.)  Bəzi təĢkilati iĢlərdə  də bizə  sən də  kömək 

et, -dedi. 

 

Əlbəttdə,  bu  cəmiyyətin  yaradılması  üçün 



çalıĢan  yoldaĢlarla yanaĢı mən də Əhməd  müəllimin 

verdiyi    tapĢırıqları  can-baĢla    yerinə  yetirməyə  səy 

etdim. 

“ViləĢ” 


xeyriyyə 

cəmiyyəti, 

bəzi  

cəmiyyətlərdən  fərqli  olaraq  hər  çür  yerliçilik, 



tayfabazlıq, millətçilik və s.  kimi  ziyanlı  meyllərdən  

uzaq oldu. Çünki bu  cəmiyyətdə rəhbərlik  edən Ģəxs 

sözün  əsl    mənasında      ağsaqqal    idi.  Biz  həmin   

dövrdə    yaradılan    bəzi  xeyriyyə      cəmiyyətlərinin  

siyasi  fəaliyyətinə    meylini,  milli-etnik    intriqaların 

qızıĢdırılmasında  cənfəĢanlığını    yada  salıb,  Əhməd  

müəllimin    Respublika    Prezidenti  H.Əliyevin  

yanında  qondarma    “TalıĢ  Muğan  Respublikası”nın 

yaradılması  ilə    əlaqədar    keçirilən    müĢavirədəki  

çıxıĢını  nəzərə  alsaq,  “ViləĢ”    xeyriyyə        cəmiyyəti  

sədrinin    nə  qədər      müdirk      bir  ağsaqqal    olduğuna  

əmin olarıq.  




 

 

409 



 

...Oğlu  Həsənin  toyuna  hazırlaĢırdı.  Toyun 

harada    keçirilməsi  barədə      mənimlə    bir  necə  dəfə  

söhbət etdi  və dedi: 

-Vaqif,  bu,  mənim    sonuncu  övladımın   

toyududur.  Ġstəyirəm  toya    çox  adam  dəvət  edim. 

Ġstəyirəm  ki,  ətrafımda        balalarım,  nəvələrim, 

yaxınlarım olsun. 

“Azərbaycan” mehmanxanasının  “xalçalı”  zalın-

da    keçirilən  toyun      “qəhrəmanları”  doğurdan  da  

Əhməd  müəllimin    balaları,  nəvələri    oldular.    Onun 

övladları  mütəmadi  olaraq  ona  yaxınlaĢır,  onu  öpür, 

təbrik  edirdilər.  Mən  özüm  toy  ərzində  Əhməd   

müəllimin  azı  7-8  dəfə  öpüb    qucaqlayıb      təbrik 

etmiĢəm.  Ġndi düĢünürəm:  bu nə idi? Nə üçün həmin 

gecə    Əhməd  müəllimə  diqqət,  necə  deyərlər 

“norma”dan  çox çox artıq idi.  Bəlkə, hamının  ürəyinə 

dammıĢdı  ki,  bu  onun  son  toy    məclisidir,  son   

Ģənliyidir.  Həmin  məclisdə    ağsaqqal    professor 

X.Məmmədov  çox    gözəl  çıxıĢ  etdi.  O,  Əhməd 

müəllimin  ilk  övladının      toyunda  kimlərin,  sonrakı 

toylarda  daha    kimlərin    iĢtirak  etdiyini  xronoloji 

ardıcıllıqla  xatırlatdı. Son toyda iĢtirak etməyən dostları 

yada  saldı.  Həmin    anda    mən    Əhməd    müəllimin  

üzünə  baxdım  .  Sifətində    dolmuĢ    bulud  cizgiləri   

gördüm. .. 

Əziz    oxucum!  Əhməd  müəllim  haqqında    nə 

qədər  danıĢsam, nə qədər  yazsam, bitməz. Ona görə 

mən  bu  qısa    xatirələrimi  poeziyanın  dili  ilə 

yekunlaĢdırmaq istəyirəm: 




 

 

410 



 

 

Başı qarlı dağ idi, 

Qaynayan bulaq idi, 

Ağsaqqalla ağsaqqal, 

Uşaqla uşaq idi 

Əhməd müəllim. 

 

Buz qırardı gözləri, 

Qandırardı sözləri, 

El üçün  alışmağa 

Çağırardı bizləri 

Əhməd müəllim. 

 

Xeyirxahlıq əkərdi, 

El qeyrəyi  çəkərdi, 

Bilməyənlər qoy bilsin: 

Yıxıtmazdı, tikərdi 

Əhməd müəllim. 

 

Qapı döyən çavuşdu, 

Nə qaldı, nə sovuşdu?! 

Masallı torpağına 

Tələsərək qovuşdu 

Əhməd müəllim. 

 

Dünya hələ olacaq, 

Boşalacaq, dolacaq... 

İnanıram qəlblərdə 

Həmşəlik qalacaq 


 

 

411 



 

Əhməd müəllim ! 

 

Allah sənə rəhmət  eləsin Əhməd   müəllim! 

 

F.Əkbərov - Mənalı ömürdən səhifələr. Bakı, 1998 

 

 

UCA  ZİRVƏLƏR  FATEHİ   

İŞIQLI  İNSAN 

 

Görkəmli  cərrah-kardioloq,  böyük  vətəndaĢ-

alim, tibb elmləri  doktoru,  professor,  Beynəlxalq 

Cərrahlar  Cəmiyyətinin  həqiqi  üzvü  Heybət  Ġzzət 

oğlu  Abdullayev  keçən  əsrin  60-cı  illərinin  sonu, 

70-ci  illərin  əvvəllərində  özünün  mürəkkəb  və 

orijinal cərrahi əməliyyatları ilə nəinki keçmiĢ SSRĠ-

də,  hətta  bütün  dünyada  ad  çıxarmıĢdı.  O, 

Azərbaycanda 

ürəyə 


cərrah 

bıçağını 

ilk 

toxunduraraq  ilk  dəfə  süni  qan  dövranı  aparatı  ilə 



ürəkdə  cərrahi  əməliyyat  aparmıĢdır.  Prof.  H. 

Abdullayev  dünyada  ilk  olaraq  yüksək  təzyiq 

altında-barokamerada  cərrahi  əməliyyat  apararaq 

həyatdan  əlini  üzmüĢ  xəstəni  yenidən  həyata 

qaytarmıĢdır.  Belə  əməliyyatların,  belə  uğurların 

sayı çoxdur. Gəlin söhbətimizə əvvəldən baĢlayaq. 

Heybət  Abdullayev  15  may  1929-cu  ildə 

Bakı  Ģəhərində  dünyaya  gəlmiĢdir.  O,  1947-ci 

ildə  Bakı  Ģəhərindəki  1  saylı  orta  məktəbi, 

1954-cü  ildə  isə  N.Nərimanov  adına  Azərbaycan 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə