392
oxucu kütləsinin diqqətini cəlb edəcəkdir. Belə ki,əsər
Qarabağ savaĢındakı bəzi qaranlıq məqamları
iĢıqlandıra bilir.
393
FƏDAKAR ALİM, GÖRKƏMLİ PEDAQOQ
Mədəd müəllimlə tanıĢlığımızdan əvvəl onun oğlu
MüĢfiqlə tanıĢ olmuĢdum. MüĢfiqlə tanıĢlığım isə
məndə
Mədəd
müəllimin ailəsi, ümumiyyətlə
Çobanovlar haqqında ilk xoĢ təəssüratlar yaratmısdı.
Mədəd müəllimin özü ilə ilk tanıĢlığım Ģair
R.Abdullayevin yaradıcılıq gecəsində olmuĢdu. O,
həmin gecəyə R.Abdullayevin yaradıcılığına həsr
olunmuĢ sanballı əsəri ilə gəlmiĢdi. O zaman biz bir
masa arxasında oturduq. Görünür hər ikimizin
müəllimliyimizi nəzərə alıb, sonralar da Ramiz
müəllim bizi həmiĢə öz məclislərində eyni masa
arxasında oturdardı. Bu görüĢlər aramızda isti
münasibətlərin yaranmasına səbəb oldu və mən
Mədəd müəllimin 60 illik yubileyinə dəvət olundum.
Məhz onun bu yubileyində səslənən çıxıĢlar, çap
olunan avtobioqrafik məlumatlar məndə onun həyatı
və yaradıcılığı haqqında geniĢ və obyektiv təsəvvur
yaratdı. Gürcü ədəbi mühitində yetiĢən, yazıb
yaradan, filologiya elmləri doktoru, professor adına
kimi yüksələn M.Çobanov doğrudan da fədakar
alim,görkəmli pedaqoqdur. Onun yaradıcılığı çox
Ģaxəlidir. O, Azərbaycan dilçiliyinin bir sıra aktual
problemlərinə həsr olunmuĢ çox saylı əsərlər çap
etdirməklə yanaĢı ədəbi tənqid və jurnalistika,
pedaqogika, dillərin tədrisi metodikası, tarix və hərbi
tarix sahəsində qələmini sınamıĢ və sanballı əsərlər
yaratmıĢdır.
394
M.Çobanovun
pedaqoji
fəaliyyətinin
qızıl
səhifələrindən biri Gürcüstan Respublikasının Təhsil
Nazirliyinin təklifi ilə Azərbaycan məktəbləri üçün
1992-1993-cü illərdə yazdığı fənn proqramları və
“Azərbaycan
dili”,
“Azərbaycan-Türk
dili”
dərslikləridir. O, həmin dərslikləri yazmaqla qonĢu
ölkədə yaĢayan həmvətənlərimizə ölçüyəgəlməz
xidmət göstərmiĢdir. Onun yaradıcılığında Borçalı
mövzusu xüsusi yer tutur. Borçalı alimləri və
toponimləri barədə əsərləri doğulub boya- baĢa
yetdiyi yurda böyük məhəbbətin, gərgin əməyin
bəhrəsidir.
Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində
keçirilən yubileyində mənə Mədəd müəllim haqqında
çox Ģeylər məlum oldu. Sovet dönəmində rus dilində
fəaliyyət göstərən bu məktəbin müstəqillik dövründə
tezliklə Azərbaycan dilində fəaliyyət göstərməsi üçün
Mədəd
müəllim Azərbaycan Təhsil Nazirliyi
tərəfindən bu məktəbə “Dillər” kafedrasına müdir
vəzifəsinə göndərilmiĢdir. O, məktəbdə bütün
normativ sənədlərin Azərbaycan dilinə tərcüməçisi
olmaqla yanaĢı, bir sıra dərslik və dərs vəsaitlərinin,
habelə tədris proqramlarının müəllifi və tərcüməçisi
olmuĢdur. Mədəd müəllim məktəbdə kursantların
intelektual
səviyyələrini
yüksəltmək məqsədilə
müxtəlif dərnəklər yaratmıĢ, konfrans və viktorinalar
təĢkil etmiĢ, özü baĢ redaktor olmaqla çoxtirajlı
“Dalğalar qoynunda” qəzetinin çap olunmasına nail
olmuĢdur..Həmin məktəbin Azərbaycan dilində
395
uğurlu fəaliyyətində Mədəd müəllimin də zəhməti
vardır.
Tale mənə Mədəd müəllimin 70 illik yubileyində
də iĢtirak etməyi qismət elədi. Onun haqqında yazılan
avtobioqrafik
kitabla
tanıĢ
olduqdan
sonra
təəccülənməyə bilmirsən. Ġki yubiley arası müddətdə
bu insan necə məhsuldar iĢləmiĢ, nələr yaratmıĢdır?!
Millətinə sədaqətli, Vətəninə bağlı, Ulu Borçalını
sonsuz məhəbbətlə sevən, görkəmli alim və pedaqoq,
müdrik ağsaqqal, gözəl insan, filologiya elmləri
doktoru,
professor
Mədəd
Çobanov çoxsaylı
kitabların və elmi əsərlərin müəllifidir. Məncə onun
əsərləri siyahısında baĢda MüĢfiq Mədəd oğlu durur.
Mədəd müəllimi 75 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, möhkəm can sağlığı və
yaradıcılıq uğurları arsulayıram! Onun irəlidə qeyd
etdiyim kimi 60 və 70 illik yubiley təntənələrində
iĢtirak etmiĢəm. O gün olsun 80, 90, 100 illik
yubileylərində iĢtirak edək!
396
ELMİMİZİN VƏ ELİMİZİN AĞSAQQALI
YaxĢı
yadımdadır, biz fizika fakültəsini
bitirəndə dövlət imtahanı komissiyasının sədri
Azərbaycan EA-nın Fizika institutunun əməkdaĢı idi.
O vaxt biz onun haqqında məlumatlı olmasaq da əmin
idik ki, ən azı elmlər doktorudur. Lakin onun II Dünya
savaĢı iĢtirakçısı olduğu heç ağlımıza da gəlmirdi. O
vaxtlar biz tələbələr arasında belə bir fikir
formalaĢmıĢdı ki, Akademiya iĢçiləri öz dar
ixtisaslarına möhkəm qapandıqlarında ümumi kursu
tamam unutmuĢlar. Lakin elə ilk imtahandan bizim
komissiya sədrimiz bu fikri tamamilə alt-üst etdi. O
elə suallar verir və aldığı cavabları elə Ģərh edirdi ki,
komissiyanın diğər üzvləri (illərlə ali məktəblərdə
fizikanı tədris edən) öz maraqlarını gizlədə
bilmirdilər. Sədr Ģəxsən özü məni sorğuya tutdu.
Adətən tələbələrin bilikləri imtahan tam qurtardıqdan
sonra komissiya üzvlərinin birgə məsləhətləĢməsi
nəticəsində qiymətləndirilir. Lakin sədr imtahanın
sonunu gözləmədi. Son sualına cavab verdikdən sonra
dərhal “əla” dedi. Dövlət imtahanı qurtardıqdan sonra
o, məni yanına çağırıb aspiranturaya, özü də Fizika
institutunun aspiranturasına daxil olmağı tövsiyyə
etdi. Bununla da mənim gələcək həyat yolumun
seçimində tərəddüdlərə son qoyuldu. Mənim ali
təhsildən sonrakı yoluma iĢıq saçan o vaxtlar (1967-
cü ildə) fizika-riyaziyyat elmləri doktoru, professor,
Dostları ilə paylaş: |