388
olur ki, müəllif hadisələrin içində olduğundan verdiyi
məlumatlar düsüst və inandırıcı, təsirli və təbiidir.
Müəllifin Qarabağa ezamiyyəsi uzun müddətli
olduğundan, müstəntiq kimi fəaliyyəti ilə yanaĢı
müxtəlif kənd və yaĢayıĢ məntəqələrinin
müdafiəsində
iĢtirak
etdiyindən
o
yerlərin
coğrafiyasını da yaxĢı bilir və konkret faktlarla
müdafiənin qurulma imkanlarından bəhs edir.
Əsər təsadüf nəticəsində öz həmkəndlisini tüfənglə
qətlə yetirən Tural adlı gəncin faciəsiylə baĢlayır.
Hadisə Tural və yaĢıdları (onlar orta məktəb
Ģagirdləridir) kəndin müdafiəsində duran həmkəndli
döyüĢçülərə yemək aparan zaman baĢ verir. Bu faciə
onu həyatının sonuna kimi izləyir. Tural atasını,
anasını
və
qardaĢını
itirir,
özü
isə
əsir
düĢür.Əsirlikdən azad olduqdan sonra (onu erməni
əsirlə dəyiĢirlər) təsadüfən qətlə yetirdiyi Kamranın
əmisi Hakimin tələsinə düĢür. Heç bir müqavimət
göstərmədən, götür-qoy etmədən onun tapĢırıqlarını
yerinə yetirir və özü də bilmədən cinayət əməlləri
törədir. (Onun ayrı çarəsi də yoxdur. Belə ki, Hakim
əsirlikdən yenicə azad olmuĢ yeniyetmənin adına bir
neçə
yalançı
müəssisələr
açdırır,
müxtəlif
maxinasiyalar edir və nəticədə Tural vergidən
yayınma maddəsi ilə həbs olunur. Tural hey susur,
haqsız ittihama etiraz etmir, vaxtilə Kamranın qətlinə
görə cəzanı indi çəkmək istəyir. Fırıldaq yolu ilə
milyonlar qazanan Natiq isə üçmərtəbəli villasında
389
oğlu qətlə yetirildikdən sonra xəstələnib dəlixanaya
düĢür.
Əsərin əsas hissəsi Qaradağlı kəndinə, kənd
əhalisinin müharibə dövründəki əhval-ruhiyyəsinə,
onların doğma yurda bağlılığına,dözümünə, Ģücaətinə
və mübarizliyinə həsr olunmuĢdur. Qaradağlının
müdafiəsində Hakim kimilər yoxdur. Orda kolxoz
sədri Fəxrəddin kiĢi var, Sahib var, Tural var, qonĢu
kənd məktəbinin direktoru var,necə deyərlər “pəpə
yeyəndən məmə yeyənə kimi” kəndin bütün sakinləri
var. Erməni tərəfdən isə döyüĢlərə rəhbərliyi xaricdə
erməni diasporunun nümayəndəsi Aqo adlı bir daĢnak
edir. Erməni tərəfdən döyüĢlərin əsas siması xüsusi
təlimlər keçmiĢ,Suriya və Livandan pul ilə ələ
keçirilmiĢ və Qarabağa gətirilmiĢ muzdlulardır. Onlar
xüsusi qəddarlıqla azərbaycanlıları qətlə yetirir,
öldürülənlərin hesabatını xüsusi dəftərçədə qeyd edir,
alacaqları pulu hesablayırlar.
Əsərdə bir sıra bildiklərimiz dəqiqləĢdirilir və
bilmədiklərimizə aydınlıq gətirilir. Əvvəla bir daha
əmin oluruq ki, erməni tərəfdən döyüĢü aparan əsasən
xarıci ölkələrdən gələn ermənilər və daĢnaksütun
partiyasının təsiri altına düĢən yerli ermənilərdir.Bu
ermənilər əlbəttə Qarabağ ermənilərinin hamısı deyil.
Buna yolu azıb Liana adlı erməni qızının evinə gələn
Turala ev sahibi və ev sahibəsinin münasibəti göstərir.
Məlum olur ki, ev sahibi Turalın atası il dost
olmuĢdur. Lakin C.Cabbarlının “1905 ci ildə”
əsərində olduğu kimi burada Ġmanverdi-Allahverdi
390
qarĢıdurması baĢ verməmiĢdir. Ev sahibi Turalı
erməni quldurlarından qorumaq üçün kəndlərinin
sərhəddinə kimi ötürür. (Bakıda qarıĢıqlıq düĢən
zaman azərbaycanlılar azmı erməniyə evlərində
sığınacaq vermiĢdilər?)
Əsərdə
bir daha göstərilir ki, Qarabağ
döyüĢlərində qarabağlılarla yanaĢı Azərbaycanın
demək olar ki, bütün bölgələrindən gələn könüllülər
iĢtirak etmiĢlər. Bakı, ġəki, Lənkəran, Naxçıvan və s.
Masallıdan olan Ceyhun və qardaĢı valideyinlərindən
xəbərsiz universitet təhsillərini yarımçıq qoyub
Qarabağa döyüĢməyə getmiĢlər. Ceyhun bu
döyüĢlərdə qardaĢını itirir. Belə itkilərimiz çox olub.
Vətənə sevgi, torpaq təəssübü və qeyrət igidlərimizi
ruhdan salmamıĢ və Vətən uğrunda döyüĢlərdə daha
mübariz olmağa səsləmiĢdir. Çox təəssüflər olsun ki,
bu insanların mübarizə əzmi o vaxtkı Respublika
rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilməmiĢ,
neçə-neçə qoca,cavan qız-gəlin, uĢaq erməni gülləsinə
tuĢ gəlmiĢ və yaxud da bu faĢistlərinin girovluğunda
qalmıĢdır.
Əsərdə erməni əsirliyində qalan azərbaycanlılara
edilən
zülmlər, insanlığa sığmayan əclaflıqlar
oxucunu dəhĢətə gətirir. M.Quliyev bir hüqüqĢünas
kimi erməni cinayətlərinə hüquqi qiymət verir.
Diqqəti çəkən məqamlardan biri də əsirlərin
dəyiĢdirilməsi prosesidir. Müəllif bu prosesi əsərdə
ətraflı iĢiqlandırır. Azərbaycan əsirliyində olan erməni
qızı dəyiĢmə zonasında çox qıvraq və gülə-gülə
391
sərhəd xəttini keçib babasının qucağına atılır, erməni
əsirliyində olan azərbaycanlı isə zorla, taqətsiz özünü
sərhəd xəttinə yetirir. Bu prosesi müĢahidə edən
Livanlı Tiqranda Azərbaycan tərəfinə rəğbət yaranır.
Lakin buna baxmayaraq o, öz əclaflığından-
azərbaycanlıları qətlə yetirmək niyyətindən vaz
keçmir. Necə deyərlər “ilanın ağına da qarasına da
lənət”.
Əsərdə yığcam Ģəkildə olsa da, 20 noyabr
vertalyot qəzasına da toxunulub. Müəllifə görə bu
hadisə bizim Ģimal qonĢularımızın düĢünülmüĢ
ssenarisi əsasında törədilib. Qəzanın baĢ verməsi və
prosesin özü əsərdə çox inandırıcı Ģəkildə verilmiĢdir.
Ġki gəncin sevgisi ilə baĢlayan əsər həmin
sevginin uğursuzluğu ilə sona yetir. Əlbəttə tökülən o
boyda qanın üstündə bu iki gəncin xoĢbəxtliyi baĢ
tutmazdı. Krasnodara köçən erməni qızı Liananın bir
oğlu olur, adını Tural qoyur. Liana elə oradaca
qünyasını dəyiĢir. Vergi müfəttiĢləri tərəfindən
təqsirləndirilən Tural isə 3 illik məhbus həyatından
sonra azadlığa çıxır. Bir sıra məcburi köçkünlər kimi
gələcək haqqında düĢüncələrə dalır. O, elə bu
düĢüncələr içində dünyasını dəyiĢir. Əsərdə
düĢündürücü məqamlar çoxdur.
Əsərin sonunda müəllif erməni gülləsinə tuĢ
gəlmiĢ 90-dan artıq Qaradağlı kənd sakinlərinin
siyahısını və onlar haqqında qısa məlumat vermiĢdir.
Məncə, bu kitab doğma Qaradağlı uğrunda canından
keçənlərin ruhuna böyuk sayğı göstəricisi olub, geniĢ
Dostları ilə paylaş: |