397
hazırda AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat və
texnika elmləri bölməsinin akademik katibinin
müavini, Əməkdar elm xadimi, 90 illik yubileyini bu
yaxınlarda qeyd edəcəyimiz Maqsud Ġsfəndiyar oğlu
Əliyev idi.
M.Əliyev 1924-cü ilin 27 avqustunda Tbilisi Ģəhərində
ziyalı ailəsində dünyaya gəlmiĢdir. O, 1941 ci ildə orta məktəbi
“əla” qiymətlərlə bitirib, Tbilisi Dövlət Universitetinin fizika-
riyaziyyat fakültəsinə daxil olmuĢdur. Lakin II Dünya
müharibəsinin baĢlanması səbəbindən o universitetdə təhsilini
yarımçıq qoyaraq ordu sıralarında faĢistlərlə döyüĢə
yollanmıdır. 1946-cı ildə SSRĠ Ali Sovetinin fərmanı ilə
“Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif
olunmuĢdur. Müharibə qurtardıqdan sonra o, univeristet
təhsilini Bakıda, ADU-da (indiki BDU) tamamlamıĢdır.
Maqsud müəllim elmimizdə bir sıra ilklərə imza atıb. O,
selenin kristallaĢmasına, elektrik, optik və istilik xassələrinə
aĢqarların təsirini ilk olaraq tədqiq edərək bir sıra maraqlı və
dəyərli nəticələr almıĢdır. O, müəyyən etmiĢdir ki, kiçik
miqdarda aĢqar vurulması selenin elektrik və istilik xassələrini
əsaslı surətdə dəyiĢir. Alimin apardığı tədqiqatlar 1957-ci ildə
onun uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz
əksini tapmıĢdır. Onu da qeyd edim ki, Maqsud müəllim
yarımkeçiricilər sahəsində elmi məqaləsi çap olunan ilk
alimdir. Düzdür, bu sahədə
ondan
əvvəl akademik
H.Abdullayev məqalələr nəĢr etdirmiĢdir. Lakin Həsən
müəllimin məqalələri öz təcrübi hissəsini Leninqradda (indiki
Sankt-Peterburq), Maqsud müəllim isə Bakıda yerinə
yetirmiĢdi.
Maqsud müəllim Akademiyanın müstəqil Fizika
institutunun yaranmasında (əvvəllər Akademiyanın Fizika və
riyaziyyat institut birlikdə və direktoru da akad.Z.Xəlilov
olub) H.Abdullayevlə birlikdə çiyin-çiyinə çalıĢıb, 1961-ci
398
ildən öz taleyini bu institutla bağlamıĢdır. O, bu institutda baĢ
elmi iĢçi vəzifəsindən fəaliyyətə baĢlamıĢ, sonradan özünün
təĢəbbüsü
ilə yaradılan “Yarımkeçiricilərdə köçürmə
hadisələri” laboratoriyasına müdir vəzifəsinə seçilmiĢ və bu
günə kimi də həmin laboratoriyaya rəhbərlik edir.
Prof.M.Əliyev uzun illərdir ki, klassik yarımkeçiricilər
olan germanium, silisium, A
ııı
B
v
tipli yarımkeçirici birləĢmələr,
onların əsasında bərk məhlullar, evtektikalar, mürəkkəb
yarımkeçiricilərdə
köçürmə
hadisələrinin
tədqiqi
ilə
məĢğuldur.Bu tədqiqatlar nəticəsində o, böyük bir məktəb
yaratmıĢdır ki, həmin məktəbin nümayəndələri Fizika institutu
ilə yanaĢı, Respublikamızın, eləcə də digər ölkələrin elm və
təhsil ocaqlarında çalıĢırlar.O, ilk dəfə olaraq A
ııı
B
v
birləĢmələri və onların bərk məhlullarına aid dissertasiya
mövzuları təklif edərək bu iĢlərə rəhbərlik etmiĢdir.Maqsud
müəllim digər ölkə və Ģəhərlərin tanınmıĢ alimləri ilə əlaqə
yaradaraq bu elm sahəsinin inkiĢafı üçün əlindən gələni
etmiĢdir.Yarımkeçiricilərin tədqiqi sahəsində dünyaca tanımıĢ
A.F.Ġoffe adına Fiziki-Texniki institutunun əməkdaĢları,
professorlar D.N.Nasledov, L.S.Stilbans, A.P.Reqel və b. sıx
elmi əlaqələri buna parlaq misaldır. Prof.D.N.Nasledov onun
haqqında belə yazır: ”Əliyev Maqsud Ġsfəndiyar oğlu bizim
ölkəmizdə və xaricdə geniĢ elm aləminə sadə və mürəkkəb
yarımkeçiricilərdə
istilikkeçirmənin
tədqiqaçısı
kimi
tanınmıĢdır. O, müxtəlif Beynəlxalq konfranslarda Azərbaycan
fiziklərini təmsil etmiĢdir. O, dəfələrlə yarımkeçiricilərə həsr
olunmuĢ Ümumittifaq konfranslarında məruzələrlə çıxıĢ etmiĢ
və Bakıda keçirilən A
ııı
B
v
və A
ııı
B
vı
yarımkeçiricilərinə həsr
olunmuĢ
Ümumittifaq
konfransının
təĢkilatçılarından
olmuĢdur”. Bu yazının sonunda söylənilən fikir Maqsud
müəllimi təkcə tədqiqatçı kimi deyil, həm də elmin bir
təĢkilatçısı kimi xarakterizə edir. Yarımkeçiricilər fizikası
sahəsində daha bir tanınmıĢ alim, prof. A.P.Reqel Maqsud
müəllimin apardığı tədqiqatların A.F.Ġoffenin diqqətini cəlb
399
etdiyini (Ġoffe keçmiĢ SSRĠ-də bu elm sahəsinin banilərindən
olmuĢdur) və yüksək qiymətlədirdiyini qeyd edir. Sonra o
yazır:
”M.Ġ.Əliyevin
rəhbərliyi
altında
dar
zonalı
yarımkeçiricilərin fiziki xassələrinin tədqiqi sahəsində
kompleks tədqiqatlar uğurla aparılır. M.Əliyev və onun
əməkdaĢları özlərinin yaratdıqları və 700KE maqnit sahəsi
almağa
imkan
verən
impuls
elektromaqnitində
yarımkeçiriciləri güclü və kvantlayan maqnit sahəsində tədqiq
etmiĢlər. Onun 1963-cü ildə nəĢr olunmuĢ “Yarımkeçiricilərin
istilikkeçirməsi” monoqrafiyası o vaxt bu məsələyə həsr
olunmuĢ və SSRĠ-də çap olunan ilk monoqrafiya idi”.
Belə hesab edirəm ki, akademik, fizika sahəsində Nobel
mükafatı lauretı J.Ġ.Alferovun Maqsud müəllim haqqında
söylədikləri oxucular üçün maraqlı olar. O yazır: ”Maqsud
Ġsfəndiyaroviç Əliyev Sovet və dünya elmində yarımkeçiricilər
fizika və texnikasına böyük töhfələr vermiĢ görkəmli alim kimi
tanınır. M.Ġ.Əliyev və onun məktəbinin yarımkeçiricilərdə
fonon-elektron və fonon-fonon qarĢılıqlı təsiri sahəsində
apardıqları və müəyyən hissəsi onun monoqrafiyasına daxil
olan tədqiqatların nəticələri SSRĠ və xaricdə elm aləmi
tərəfindən
qəbul
olunmuĢdur. Sürətlə inkiĢaf edən
yarımkeçirici elektronika üçün onun yarımkeçiricilərin
istilikkeçirməsi və digər fiziki xassələrinin öyrənilməsi
sahəsində tədqiqatları Ģübhəsiz ki, həm elmi və həm də praktiki
əhəmiyyət kəsb edir. Bu iĢlərə akad. A.F.Ġoffe böyük diqqət
yetiridi və məhz onun təĢəbbüsü ilə M.Ġ.Əliyev bu tədqiqatları
Azərbaycan EA-nın Fizika institutunda aparır. ”Maqsud
müəllim haqqında çoxsaylı belə mütəxəssis rəyləri vardır.
Fizikaya yaxın olanlar çox yaxĢı bilirlər ki, həmin rəylərin,
fikir və mülahizələrin müəllifləri fizika sahəsində dünya
elminin nəhəngləridir.
Maqsud müəllim bir alim kimi dəfələrlə elmi
nailiyyətlərimizi
Almaniya,
Fransa,
Ġngiltərə,
Ġtaliya,Türkiyə,Macarıstan və b.olkələrdə keçirilən elmi
Dostları ilə paylaş: |