Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə88/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   84   85   86   87   88   89   90   91   ...   101

 

 

397 



 

hazırda  AMEA-nın  həqiqi  üzvü,  fizika-riyaziyyat  və 

texnika  elmləri  bölməsinin  akademik  katibinin 

müavini, Əməkdar elm xadimi, 90 illik yubileyini bu 

yaxınlarda qeyd edəcəyimiz  Maqsud Ġsfəndiyar oğlu 

Əliyev idi.  

M.Əliyev  1924-cü  ilin  27  avqustunda  Tbilisi  Ģəhərində 

ziyalı ailəsində dünyaya gəlmiĢdir. O, 1941 ci ildə orta məktəbi 

“əla”  qiymətlərlə  bitirib,  Tbilisi  Dövlət  Universitetinin  fizika-

riyaziyyat  fakültəsinə  daxil  olmuĢdur.  Lakin  II  Dünya 

müharibəsinin  baĢlanması  səbəbindən  o  universitetdə  təhsilini 

yarımçıq  qoyaraq  ordu  sıralarında  faĢistlərlə  döyüĢə 

yollanmıdır.  1946-cı  ildə  SSRĠ  Ali  Sovetinin  fərmanı  ilə 

“Almaniya  üzərində  qələbəyə  görə”  medalı  ilə  təltif 

olunmuĢdur.  Müharibə  qurtardıqdan  sonra  o,  univeristet 

təhsilini Bakıda, ADU-da (indiki BDU) tamamlamıĢdır.   

Maqsud müəllim elmimizdə bir sıra ilklərə imza atıb. O, 

selenin  kristallaĢmasına,  elektrik,  optik  və  istilik  xassələrinə 

aĢqarların  təsirini  ilk  olaraq  tədqiq  edərək  bir  sıra  maraqlı  və 

dəyərli  nəticələr  almıĢdır.  O,  müəyyən  etmiĢdir  ki,  kiçik 

miqdarda aĢqar vurulması selenin elektrik və istilik xassələrini 

əsaslı surətdə  dəyiĢir. Alimin  apardığı  tədqiqatlar 1957-ci  ildə 

onun  uğurla  müdafiə  etdiyi  namizədlik  dissertasiyasında  öz 

əksini  tapmıĢdır.  Onu  da  qeyd  edim  ki,  Maqsud  müəllim 

yarımkeçiricilər  sahəsində  elmi  məqaləsi  çap  olunan  ilk 

alimdir.  Düzdür,  bu  sahədə 

ondan 

əvvəl  akademik 



H.Abdullayev  məqalələr  nəĢr  etdirmiĢdir.  Lakin  Həsən 

müəllimin  məqalələri  öz  təcrübi  hissəsini  Leninqradda  (indiki 

Sankt-Peterburq),  Maqsud  müəllim  isə  Bakıda  yerinə 

yetirmiĢdi.  

Maqsud  müəllim  Akademiyanın  müstəqil  Fizika 

institutunun  yaranmasında  (əvvəllər  Akademiyanın  Fizika  və 

riyaziyyat  institut  birlikdə  və    direktoru  da  akad.Z.Xəlilov 

olub)  H.Abdullayevlə  birlikdə  çiyin-çiyinə  çalıĢıb,  1961-ci 




 

 

398 



 

ildən öz taleyini bu institutla bağlamıĢdır.  O, bu  institutda baĢ 

elmi  iĢçi  vəzifəsindən  fəaliyyətə  baĢlamıĢ,  sonradan  özünün 

təĢəbbüsü 

ilə  yaradılan  “Yarımkeçiricilərdə  köçürmə 

hadisələri”  laboratoriyasına  müdir  vəzifəsinə  seçilmiĢ  və  bu 

günə kimi də həmin laboratoriyaya rəhbərlik edir. 

Prof.M.Əliyev  uzun  illərdir  ki,  klassik  yarımkeçiricilər 

olan germanium, silisium, A

ııı


B

v

 tipli yarımkeçirici birləĢmələr, 



onların  əsasında  bərk  məhlullar,  evtektikalar,  mürəkkəb 

yarımkeçiricilərdə 

köçürmə 

hadisələrinin 

tədqiqi 

ilə 


məĢğuldur.Bu  tədqiqatlar  nəticəsində  o,  böyük  bir  məktəb 

yaratmıĢdır ki, həmin məktəbin nümayəndələri Fizika institutu 

ilə  yanaĢı,  Respublikamızın,  eləcə  də  digər  ölkələrin  elm  və 

təhsil  ocaqlarında  çalıĢırlar.O,  ilk  dəfə  olaraq    A

ııı

B

v



 

birləĢmələri  və  onların  bərk  məhlullarına  aid  dissertasiya 

mövzuları  təklif  edərək  bu  iĢlərə  rəhbərlik  etmiĢdir.Maqsud 

müəllim  digər  ölkə  və  Ģəhərlərin  tanınmıĢ  alimləri  ilə  əlaqə 

yaradaraq  bu  elm  sahəsinin  inkiĢafı  üçün  əlindən  gələni 

etmiĢdir.Yarımkeçiricilərin  tədqiqi  sahəsində  dünyaca  tanımıĢ 

A.F.Ġoffe  adına  Fiziki-Texniki  institutunun  əməkdaĢları, 

professorlar  D.N.Nasledov,  L.S.Stilbans,  A.P.Reqel  və  b.  sıx 

elmi  əlaqələri  buna  parlaq  misaldır.  Prof.D.N.Nasledov  onun 

haqqında  belə  yazır:  ”Əliyev  Maqsud  Ġsfəndiyar  oğlu  bizim 

ölkəmizdə  və  xaricdə  geniĢ  elm  aləminə  sadə  və  mürəkkəb 

yarımkeçiricilərdə 

istilikkeçirmənin 

tədqiqaçısı 

kimi 

tanınmıĢdır. O, müxtəlif Beynəlxalq konfranslarda Azərbaycan 



fiziklərini  təmsil  etmiĢdir.  O,  dəfələrlə  yarımkeçiricilərə  həsr 

olunmuĢ  Ümumittifaq  konfranslarında  məruzələrlə  çıxıĢ  etmiĢ 

və  Bakıda  keçirilən  A

ııı


B

v

  və  A



ııı

B



  yarımkeçiricilərinə  həsr 

olunmuĢ 


Ümumittifaq 

konfransının 

təĢkilatçılarından 

olmuĢdur”.  Bu  yazının  sonunda  söylənilən  fikir  Maqsud 

müəllimi  təkcə  tədqiqatçı  kimi  deyil,  həm  də  elmin  bir 

təĢkilatçısı  kimi  xarakterizə  edir.  Yarımkeçiricilər  fizikası 

sahəsində  daha  bir  tanınmıĢ  alim,  prof.  A.P.Reqel  Maqsud 

müəllimin  apardığı  tədqiqatların  A.F.Ġoffenin  diqqətini  cəlb 




 

 

399 



 

etdiyini  (Ġoffe  keçmiĢ  SSRĠ-də  bu  elm  sahəsinin  banilərindən 

olmuĢdur)  və  yüksək  qiymətlədirdiyini  qeyd  edir.  Sonra  o 

yazır: 


”M.Ġ.Əliyevin 

rəhbərliyi 

altında 

dar 


zonalı 

yarımkeçiricilərin  fiziki  xassələrinin  tədqiqi  sahəsində 

kompleks  tədqiqatlar  uğurla  aparılır.  M.Əliyev  və  onun 

əməkdaĢları  özlərinin  yaratdıqları  və  700KE  maqnit  sahəsi 

almağa 

imkan 


verən 

impuls 


elektromaqnitində 

yarımkeçiriciləri güclü  və kvantlayan maqnit  sahəsində tədqiq 

etmiĢlər. Onun 1963-cü ildə nəĢr olunmuĢ “Yarımkeçiricilərin 

istilikkeçirməsi”  monoqrafiyası  o  vaxt  bu  məsələyə  həsr 

olunmuĢ və SSRĠ-də çap olunan ilk monoqrafiya idi”.       

Belə  hesab  edirəm  ki,  akademik,  fizika  sahəsində  Nobel 

mükafatı  lauretı  J.Ġ.Alferovun  Maqsud  müəllim  haqqında 

söylədikləri  oxucular  üçün  maraqlı  olar.  O  yazır:  ”Maqsud 

Ġsfəndiyaroviç Əliyev Sovet və dünya elmində yarımkeçiricilər 

fizika və texnikasına böyük töhfələr vermiĢ görkəmli alim kimi 

tanınır.  M.Ġ.Əliyev  və  onun  məktəbinin  yarımkeçiricilərdə  

fonon-elektron  və  fonon-fonon  qarĢılıqlı  təsiri  sahəsində 

apardıqları  və  müəyyən  hissəsi  onun  monoqrafiyasına  daxil 

olan  tədqiqatların  nəticələri  SSRĠ  və  xaricdə  elm  aləmi 

tərəfindən 

qəbul 


olunmuĢdur.  Sürətlə  inkiĢaf  edən 

yarımkeçirici  elektronika  üçün  onun  yarımkeçiricilərin 

istilikkeçirməsi  və  digər  fiziki  xassələrinin  öyrənilməsi 

sahəsində tədqiqatları Ģübhəsiz ki, həm elmi və həm də praktiki 

əhəmiyyət  kəsb  edir.  Bu  iĢlərə  akad.  A.F.Ġoffe    böyük  diqqət 

yetiridi və məhz onun təĢəbbüsü ilə M.Ġ.Əliyev bu tədqiqatları 

Azərbaycan  EA-nın  Fizika  institutunda  aparır.  ”Maqsud 

müəllim  haqqında  çoxsaylı  belə  mütəxəssis  rəyləri  vardır. 

Fizikaya  yaxın  olanlar  çox  yaxĢı  bilirlər  ki,  həmin  rəylərin, 

fikir  və  mülahizələrin  müəllifləri  fizika  sahəsində  dünya 

elminin nəhəngləridir. 

Maqsud  müəllim  bir  alim  kimi  dəfələrlə  elmi 

nailiyyətlərimizi 

Almaniya, 

Fransa, 

Ġngiltərə, 

Ġtaliya,Türkiyə,Macarıstan      və  b.olkələrdə  keçirilən  elmi 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə