Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə86/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   82   83   84   85   86   87   88   89   ...   101

 

 

388 



 

olur ki, müəllif hadisələrin içində olduğundan verdiyi 

məlumatlar  düsüst  və  inandırıcı,  təsirli  və  təbiidir. 

Müəllifin  Qarabağa  ezamiyyəsi  uzun  müddətli 

olduğundan,  müstəntiq  kimi  fəaliyyəti  ilə  yanaĢı 

müxtəlif      kənd  və  yaĢayıĢ  məntəqələrinin  

müdafiəsində 

iĢtirak 


etdiyindən 

yerlərin 



coğrafiyasını  da  yaxĢı  bilir  və  konkret  faktlarla 

müdafiənin qurulma imkanlarından bəhs edir. 

    Əsər  təsadüf nəticəsində öz həmkəndlisini tüfənglə 

qətlə  yetirən  Tural  adlı  gəncin  faciəsiylə  baĢlayır. 

Hadisə  Tural  və  yaĢıdları  (onlar  orta  məktəb 

Ģagirdləridir)  kəndin  müdafiəsində  duran  həmkəndli 

döyüĢçülərə  yemək aparan zaman baĢ verir. Bu faciə 

onu  həyatının  sonuna  kimi  izləyir.  Tural  atasını, 

anasını 

və 


qardaĢını 

itirir, 


özü 

isə 


əsir 

düĢür.Əsirlikdən  azad  olduqdan  sonra  (onu  erməni 

əsirlə  dəyiĢirlər)  təsadüfən  qətlə  yetirdiyi  Kamranın 

əmisi  Hakimin  tələsinə  düĢür.  Heç  bir  müqavimət 

göstərmədən,  götür-qoy  etmədən  onun  tapĢırıqlarını 

yerinə  yetirir  və  özü  də  bilmədən  cinayət  əməlləri 

törədir. (Onun ayrı çarəsi də yoxdur. Belə ki, Hakim 

əsirlikdən  yenicə  azad  olmuĢ  yeniyetmənin  adına  bir 

neçə 

yalançı 


müəssisələr 

açdırır, 

müxtəlif 

maxinasiyalar  edir  və  nəticədə  Tural  vergidən 

yayınma  maddəsi  ilə  həbs  olunur.  Tural  hey  susur, 

haqsız ittihama etiraz etmir, vaxtilə Kamranın qətlinə 

görə  cəzanı  indi  çəkmək  istəyir.  Fırıldaq  yolu  ilə 

milyonlar  qazanan  Natiq  isə  üçmərtəbəli  villasında 




 

 

389 



 

oğlu  qətlə  yetirildikdən  sonra  xəstələnib  dəlixanaya 

düĢür. 

      Əsərin  əsas  hissəsi  Qaradağlı  kəndinə,  kənd 



əhalisinin  müharibə  dövründəki  əhval-ruhiyyəsinə, 

onların doğma yurda bağlılığına,dözümünə, Ģücaətinə 

və  mübarizliyinə  həsr  olunmuĢdur.  Qaradağlının 

müdafiəsində  Hakim  kimilər  yoxdur.  Orda  kolxoz 

sədri  Fəxrəddin  kiĢi  var,  Sahib  var,  Tural  var,  qonĢu 

kənd  məktəbinin  direktoru  var,necə  deyərlər  “pəpə 

yeyəndən  məmə  yeyənə kimi”  kəndin  bütün  sakinləri 

var.  Erməni  tərəfdən  isə  döyüĢlərə  rəhbərliyi  xaricdə 

erməni diasporunun nümayəndəsi Aqo adlı bir daĢnak 

edir.  Erməni  tərəfdən  döyüĢlərin  əsas  siması  xüsusi 

təlimlər  keçmiĢ,Suriya  və  Livandan  pul  ilə  ələ 

keçirilmiĢ və Qarabağa gətirilmiĢ muzdlulardır. Onlar 

xüsusi  qəddarlıqla  azərbaycanlıları  qətlə  yetirir, 

öldürülənlərin hesabatını xüsusi dəftərçədə qeyd edir, 

alacaqları pulu hesablayırlar. 

       Əsərdə  bir  sıra  bildiklərimiz  dəqiqləĢdirilir  və 

bilmədiklərimizə  aydınlıq  gətirilir.  Əvvəla  bir  daha 

əmin oluruq ki, erməni tərəfdən döyüĢü aparan əsasən 

xarıci  ölkələrdən  gələn  ermənilər  və  daĢnaksütun 

partiyasının  təsiri  altına  düĢən  yerli    ermənilərdir.Bu 

ermənilər əlbəttə Qarabağ ermənilərinin hamısı deyil. 

Buna yolu azıb Liana adlı erməni qızının  evinə gələn 

Turala ev sahibi və ev sahibəsinin münasibəti göstərir. 

Məlum  olur  ki,  ev  sahibi  Turalın  atası  il  dost 

olmuĢdur.  Lakin  C.Cabbarlının  “1905  ci  ildə” 

əsərində  olduğu  kimi  burada  Ġmanverdi-Allahverdi 




 

 

390 



 

qarĢıdurması  baĢ  verməmiĢdir.  Ev  sahibi  Turalı 

erməni  quldurlarından  qorumaq  üçün  kəndlərinin 

sərhəddinə  kimi  ötürür.  (Bakıda  qarıĢıqlıq  düĢən 

zaman  azərbaycanlılar  azmı  erməniyə  evlərində 

sığınacaq vermiĢdilər?) 

      Əsərdə 

bir  daha  göstərilir  ki,  Qarabağ 

döyüĢlərində  qarabağlılarla  yanaĢı  Azərbaycanın 

demək  olar  ki,  bütün  bölgələrindən  gələn  könüllülər 

iĢtirak etmiĢlər. Bakı, ġəki, Lənkəran, Naxçıvan və s. 

Masallıdan olan Ceyhun və qardaĢı valideyinlərindən 

xəbərsiz  universitet  təhsillərini  yarımçıq  qoyub 

Qarabağa  döyüĢməyə  getmiĢlər.  Ceyhun  bu 

döyüĢlərdə  qardaĢını  itirir.  Belə  itkilərimiz  çox  olub. 

Vətənə  sevgi,  torpaq  təəssübü  və  qeyrət  igidlərimizi 

ruhdan  salmamıĢ  və  Vətən  uğrunda  döyüĢlərdə  daha 

mübariz  olmağa  səsləmiĢdir.  Çox  təəssüflər  olsun  ki, 

bu  insanların  mübarizə  əzmi  o  vaxtkı  Respublika 

rəhbərliyi  tərəfindən  layiqincə  dəyərləndirilməmiĢ, 

neçə-neçə qoca,cavan qız-gəlin, uĢaq erməni gülləsinə 

tuĢ gəlmiĢ və yaxud da bu  faĢistlərinin girovluğunda 

qalmıĢdır. 

      Əsərdə  erməni  əsirliyində  qalan  azərbaycanlılara 

edilən 

zülmlər,  insanlığa  sığmayan  əclaflıqlar 



oxucunu  dəhĢətə  gətirir.  M.Quliyev  bir  hüqüqĢünas 

kimi  erməni  cinayətlərinə  hüquqi  qiymət  verir. 

Diqqəti  çəkən  məqamlardan  biri  də  əsirlərin 

dəyiĢdirilməsi  prosesidir.  Müəllif  bu  prosesi  əsərdə 

ətraflı iĢiqlandırır. Azərbaycan əsirliyində olan erməni 

qızı  dəyiĢmə  zonasında  çox  qıvraq  və  gülə-gülə 




 

 

391 



 

sərhəd  xəttini  keçib  babasının  qucağına  atılır,  erməni 

əsirliyində olan azərbaycanlı isə zorla, taqətsiz özünü  

sərhəd  xəttinə  yetirir.  Bu  prosesi  müĢahidə  edən 

Livanlı  Tiqranda  Azərbaycan  tərəfinə  rəğbət  yaranır. 

Lakin  buna  baxmayaraq  o,  öz  əclaflığından- 

azərbaycanlıları  qətlə  yetirmək  niyyətindən  vaz 

keçmir.  Necə  deyərlər  “ilanın  ağına  da  qarasına  da 

lənət”. 

        Əsərdə  yığcam  Ģəkildə  olsa  da,  20  noyabr 

vertalyot  qəzasına  da  toxunulub.  Müəllifə  görə  bu 

hadisə  bizim  Ģimal  qonĢularımızın  düĢünülmüĢ 

ssenarisi  əsasında  törədilib.  Qəzanın  baĢ  verməsi  və 

prosesin özü əsərdə çox inandırıcı Ģəkildə verilmiĢdir. 

       Ġki  gəncin  sevgisi  ilə  baĢlayan  əsər  həmin 

sevginin uğursuzluğu ilə sona yetir. Əlbəttə tökülən o 

boyda  qanın  üstündə  bu  iki  gəncin  xoĢbəxtliyi  baĢ 

tutmazdı. Krasnodara köçən erməni qızı Liananın bir 

oğlu  olur,  adını  Tural  qoyur.  Liana  elə  oradaca 

qünyasını  dəyiĢir.  Vergi  müfəttiĢləri  tərəfindən 

təqsirləndirilən  Tural  isə  3  illik  məhbus  həyatından 

sonra azadlığa çıxır. Bir sıra məcburi köçkünlər kimi 

gələcək  haqqında  düĢüncələrə  dalır.  O,  elə  bu 

düĢüncələr  içində  dünyasını  dəyiĢir.  Əsərdə 

düĢündürücü məqamlar çoxdur. 

       Əsərin  sonunda  müəllif  erməni  gülləsinə  tuĢ 

gəlmiĢ  90-dan  artıq  Qaradağlı  kənd  sakinlərinin 

siyahısını və onlar haqqında qısa məlumat vermiĢdir. 

Məncə,  bu  kitab  doğma  Qaradağlı  uğrunda  canından 

keçənlərin ruhuna böyuk sayğı göstəricisi olub, geniĢ 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə