Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə87/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   83   84   85   86   87   88   89   90   ...   101

 

 

392 



 

oxucu kütləsinin diqqətini cəlb edəcəkdir. Belə ki,əsər  

Qarabağ  savaĢındakı  bəzi  qaranlıq  məqamları 

iĢıqlandıra bilir.  

 

 

 



 


 

 

393 



 

FƏDAKAR ALİM, GÖRKƏMLİ PEDAQOQ 

  

     Mədəd müəllimlə  tanıĢlığımızdan əvvəl onun oğlu 



MüĢfiqlə  tanıĢ  olmuĢdum.  MüĢfiqlə  tanıĢlığım  isə 

məndə 


Mədəd 

müəllimin  ailəsi,  ümumiyyətlə 

Çobanovlar  haqqında  ilk  xoĢ  təəssüratlar  yaratmısdı. 

Mədəd  müəllimin  özü  ilə  ilk  tanıĢlığım  Ģair 

R.Abdullayevin  yaradıcılıq  gecəsində  olmuĢdu.  O, 

həmin  gecəyə  R.Abdullayevin  yaradıcılığına  həsr 

olunmuĢ  sanballı  əsəri  ilə  gəlmiĢdi.  O  zaman  biz  bir 

masa  arxasında  oturduq.  Görünür    hər  ikimizin 

müəllimliyimizi  nəzərə  alıb,  sonralar  da  Ramiz 

müəllim  bizi  həmiĢə  öz  məclislərində  eyni  masa 

arxasında  oturdardı.  Bu  görüĢlər  aramızda  isti 

münasibətlərin  yaranmasına  səbəb  oldu  və  mən 

Mədəd  müəllimin  60  illik  yubileyinə  dəvət  olundum. 

Məhz  onun  bu  yubileyində  səslənən  çıxıĢlar,  çap 

olunan  avtobioqrafik  məlumatlar  məndə  onun  həyatı 

və  yaradıcılığı  haqqında  geniĢ  və  obyektiv  təsəvvur 

yaratdı.  Gürcü  ədəbi  mühitində  yetiĢən,  yazıb 

yaradan,  filologiya  elmləri  doktoru,  professor  adına 

kimi  yüksələn  M.Çobanov  doğrudan  da  fədakar 

alim,görkəmli  pedaqoqdur.  Onun  yaradıcılığı  çox 

Ģaxəlidir.  O,  Azərbaycan  dilçiliyinin  bir  sıra  aktual 

problemlərinə  həsr  olunmuĢ  çox  saylı  əsərlər  çap 

etdirməklə  yanaĢı  ədəbi  tənqid  və  jurnalistika, 

pedaqogika,  dillərin  tədrisi  metodikası,  tarix  və  hərbi 

tarix  sahəsində  qələmini  sınamıĢ  və  sanballı  əsərlər 

yaratmıĢdır. 




 

 

394 



 

     M.Çobanovun 

pedaqoji 

fəaliyyətinin 

qızıl 

səhifələrindən  biri  Gürcüstan  Respublikasının  Təhsil 



Nazirliyinin  təklifi  ilə  Azərbaycan  məktəbləri  üçün 

1992-1993-cü  illərdə  yazdığı  fənn  proqramları  və 

“Azərbaycan 

dili”, 


“Azərbaycan-Türk 

dili” 


dərslikləridir.  O,  həmin  dərslikləri  yazmaqla  qonĢu 

ölkədə  yaĢayan  həmvətənlərimizə  ölçüyəgəlməz 

xidmət  göstərmiĢdir.  Onun  yaradıcılığında  Borçalı 

mövzusu  xüsusi  yer  tutur.  Borçalı  alimləri  və 

toponimləri  barədə  əsərləri  doğulub  boya-  baĢa 

yetdiyi  yurda  böyük  məhəbbətin,  gərgin  əməyin 

bəhrəsidir.  

      Azərbaycan  Ali  Hərbi  Dənizçilik  məktəbində 

keçirilən yubileyində mənə Mədəd müəllim haqqında 

çox Ģeylər məlum oldu. Sovet dönəmində rus dilində 

fəaliyyət  göstərən  bu  məktəbin  müstəqillik  dövründə 

tezliklə Azərbaycan dilində fəaliyyət göstərməsi üçün 

Mədəd 

müəllim  Azərbaycan  Təhsil  Nazirliyi 



tərəfindən  bu  məktəbə  “Dillər”  kafedrasına  müdir 

vəzifəsinə  göndərilmiĢdir.  O,  məktəbdə  bütün 

normativ  sənədlərin  Azərbaycan  dilinə  tərcüməçisi 

olmaqla  yanaĢı,  bir  sıra  dərslik  və  dərs  vəsaitlərinin, 

habelə  tədris  proqramlarının  müəllifi  və  tərcüməçisi 

olmuĢdur.  Mədəd  müəllim  məktəbdə  kursantların 

intelektual 

səviyyələrini 

yüksəltmək  məqsədilə 

müxtəlif  dərnəklər  yaratmıĢ,  konfrans  və  viktorinalar 

təĢkil  etmiĢ,  özü  baĢ  redaktor  olmaqla  çoxtirajlı 

“Dalğalar  qoynunda”  qəzetinin  çap  olunmasına  nail 

olmuĢdur..Həmin  məktəbin  Azərbaycan  dilində 



 

 

395 



 

uğurlu  fəaliyyətində  Mədəd  müəllimin  də  zəhməti 

vardır. 

       Tale mənə Mədəd müəllimin 70 illik yubileyində 

də iĢtirak etməyi qismət elədi. Onun haqqında yazılan 

avtobioqrafik 

kitabla 

tanıĢ 


olduqdan 

sonra 


təəccülənməyə  bilmirsən.  Ġki  yubiley  arası  müddətdə 

bu insan necə məhsuldar  iĢləmiĢ, nələr yaratmıĢdır?! 

    Millətinə  sədaqətli,  Vətəninə  bağlı,  Ulu  Borçalını 

sonsuz  məhəbbətlə sevən,  görkəmli  alim  və pedaqoq, 

müdrik  ağsaqqal,  gözəl  insan,    filologiya  elmləri 

doktoru, 

professor 

Mədəd 


Çobanov  çoxsaylı 

kitabların  və  elmi  əsərlərin  müəllifidir.  Məncə  onun 

əsərləri siyahısında baĢda MüĢfiq Mədəd oğlu durur. 

    Mədəd  müəllimi  75  illik  yubileyi  münasibətilə 

ürəkdən  təbrik  edir,  möhkəm  can  sağlığı  və 

yaradıcılıq  uğurları  arsulayıram!  Onun  irəlidə  qeyd 

etdiyim  kimi  60  və  70  illik  yubiley  təntənələrində  

iĢtirak  etmiĢəm.  O  gün  olsun  80,  90,  100  illik 

yubileylərində iĢtirak edək! 

                                                                          

 

                                     



 

 



 

 

396 



 

ELMİMİZİN VƏ  ELİMİZİN AĞSAQQALI 

 

 



         YaxĢı 

yadımdadır,  biz  fizika  fakültəsini 

bitirəndə  dövlət  imtahanı  komissiyasının  sədri 

Azərbaycan  EA-nın  Fizika  institutunun  əməkdaĢı  idi. 

O vaxt biz onun haqqında məlumatlı olmasaq da əmin 

idik ki, ən azı elmlər doktorudur. Lakin onun II Dünya 

savaĢı  iĢtirakçısı  olduğu  heç  ağlımıza  da  gəlmirdi.  O 

vaxtlar  biz  tələbələr  arasında  belə  bir  fikir 

formalaĢmıĢdı  ki,  Akademiya  iĢçiləri  öz  dar 

ixtisaslarına  möhkəm  qapandıqlarında  ümumi  kursu 

tamam  unutmuĢlar.  Lakin  elə  ilk  imtahandan  bizim 

komissiya sədrimiz   bu fikri tamamilə alt-üst etdi. O 

elə suallar verir və  aldığı  cavabları  elə Ģərh  edirdi  ki, 

komissiyanın  diğər  üzvləri  (illərlə  ali  məktəblərdə 

fizikanı  tədris  edən)  öz  maraqlarını  gizlədə 

bilmirdilər.  Sədr  Ģəxsən  özü  məni  sorğuya  tutdu. 

Adətən  tələbələrin  bilikləri  imtahan  tam  qurtardıqdan 

sonra  komissiya  üzvlərinin  birgə  məsləhətləĢməsi 

nəticəsində  qiymətləndirilir.  Lakin  sədr  imtahanın 

sonunu gözləmədi. Son sualına cavab verdikdən sonra 

dərhal “əla” dedi. Dövlət imtahanı qurtardıqdan sonra 

o,  məni  yanına  çağırıb  aspiranturaya,  özü  də  Fizika 

institutunun  aspiranturasına  daxil  olmağı  tövsiyyə 

etdi.  Bununla  da  mənim  gələcək  həyat  yolumun 

seçimində  tərəddüdlərə  son  qoyuldu.  Mənim  ali 

təhsildən sonrakı yoluma iĢıq saçan o vaxtlar   (1967-

cü  ildə)  fizika-riyaziyyat  elmləri  doktoru,  professor, 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə