Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə78/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   74   75   76   77   78   79   80   81   ...   101

 

 

356 



 

Məhz buna görə Masallı rayon Partiya Komitəsinin o 

vaxtkı II katibi Zəfər Məmmədov orta məktəbin 1945-

ci il buraxılıĢının məzunlarını bir yerə toplayıb, onlara 

kənd  təsərrüfatı  sahəsində  təhsil  almağı  tövsiyə  etdi. 

Lakin gənc Nərimanın atası Muxtar kiĢinin fikri baĢqa 

cür  idi.  O,  oğlunun  katiblə  görüĢündən  aldığı 

təəssüratı bölüĢdükdən  sonra  dedi:  “Oğlum, bizim  bu 

gün  maddiyatdan  çox,  saf,  təmiz  mənəviyyata 

ehtiyacımız  var.  DəhĢətli  müharibə  dövründə  mənəvi 

cəhətdən 

sarsılmıĢ 

insanları 

təhsillə, 

maarifləndirməklə  ayağa  qaldırmaq  olar.  Mən  səni 

müəllim görmək istəyirəm”. 

Onsuz da gənc Nəriman öz seçimini etmiĢdi. Lakin 

atasının dediyi sözlər onda seçiminin düzlüyünə inamı 

bir  qədər  də  gücləndirdi  və  bu  inam  onu  keçmiĢ 

V.Ġ.Lenin adına APĠ-nin (indiki ADPU) dil-ədəbiyyat 

fakültəsinə 

gətirib 


çıxardı. 

Təhsil 


illərində 

akademiklər  H.Araslı,  M.Mehdizadə,  Ə.Dəmirçizadə, 

professorlar  Ə.Sultanlı,  Ə.Seyidov  və  baĢqa  elm 

nəhənglərindən  bəhrələnən  gənc  Nəriman  təhsilini 

baĢa vurduqdan sonra doğma kəndinə qayıdaraq gənc 

nəslin  təlim-tərbiyəsilə  məĢğul  olmağa  baĢladı. 

Ġnstitutu  bitirmək  ərəfəsində  dilçi-alim  Zeynal 

Hacızadə  rektorluq  qarĢısında  onun  institutda 

saxlanması barədə vəsatət qaldırmıĢdı (o vaxtlar ayrı-

ayrı  müəllimlər  belə  vəsatət  qaldırmaq  hüququna 

malik  idilər).  Lakin  gənc  Nəriman  həmin  vəsatətlə 

bağlı  öz  müəlliminə  belə  demiĢdi:  “Mən  kəndə 

getməliyəm.  Orada  mənə  daha  çox  ehtiyac  var.  Həm 



 

 

357 



 

də qoca ata, anam, dörd kiçik qardaĢım və dörd kiçik 

bacım  məni  gözləyir”.  Beləliklə,  N.Hüseynov 

Masallıya ilk ali təhsilli müəllim kimi qayıtdı. 

1949-cu  ildə  Nəriman  müəllim  Boradigah  kənd 

orta  məktəbinə  tədris  iĢləri  üzrə  direktor  müavini 

vəzifəsinə  təyin  olundu.  O  zaman  həmin  məktəbin 

direktoru  vəzifəsində  Azərbaycanın  azsaylı  ziyalıları 

arasında  böyük  nüfuz  sahibi  olan  Rəfi  Həsənov 

çalıĢırdı.  O,  xəstələndikdən  sonra  direktor  vəzifəsi 

müvəqqəti  olaraq  Nəriman  müəllimə  həvalə  olundu. 

RXMġ-in  müdiri  onu  direktor  təyin  etmək  istədikdə 

isə,  Nəriman  müəllim  gənc  və  təcrübəsiz  olduğunu 

əsas gətirərək bu vəzifədən imtina etdi. Nəhayət 1961-

ci  ildə  onu  həmin  məktəbə  direktor  vəzifəsinə  təyin 

etdilər və hal-hazıra kimi o, bu vəzifədə çalıĢır.  

Nəriman 

müəllim  məktəb  direktoru  təyin 

olunduqdan  sonra  irəlidə  qeyd  etdiyim  kimi  məktəbə 

yeni  nəfəs  gətirdi.  O,  məktəbdə  zəngin  fənn  kabinet 

və  laboratoriyaları,  idman  qurğuları  yaradılmasına, 

dərslərin  kabinet  sistemi  ilə  keçirilməsinə  nail  oldu. 

Ayrı-ayrı  dərnəklər,  idman  bölmələri  fəaliyyətə 

baĢladı.  ġagird  təĢkilatı  gücləndirildi,  Ģagird  özünü 

idarəetmə  təĢkilatının  rolu  yüksəldildi.  ġagirdlər 

müxtəlif  fənn  olimpiadalarında,  bədii  özfəaliyyət 

festivallarında uğurlar qazanmağa baĢladılar. Ġdmançı 

Ģagirdlər  müxtəlif  idman  növləri  üzrə  rayon  və 

respublika  birinciliklərinin  iĢtirakçısı  və  qalibləri 

oldular. 




 

 

358 



 

Nəriman  müəllim  bacarıqlı,  savadlı  və  peĢəkar 

müəllim  kollektivi  yaratmağa  nail  oldu.  Məhz  bunun 

sayəsində 

məktəbin 

onlarca 


məzunu 

təhsildə 

qazandıqları  müvəffəqiyyətlərə  görə  qızıl  və  gümüĢ 

medallarla  təltif  olunub  Respublikamızın  müxtəlif  ali 

təhsil müəssisələrinə daxil oldular. Məktəbin bugünkü 

kollektivi  demək  olar  ki,  Nəriman  müəllimin  keçmiĢ 

Ģagirdlərindən  ibarətdir.  Bunun  səbəbi  Ģübhəsiz  ki, 

onun  müəllimlik  peĢəsini  öz  Ģagirdlərinə  sevdirə 

bilməsidir.  O,  öz  zəhmətinin  bəhrəsini  görür. 

ġagirdləri  onunla  çiyin-çiyinə  gənc  nəslin  təlim  və 

tərbiyəsilə məĢğuldurlar. 

Nəriman  müəllim nəinki müəllimlik peĢəsini, həm 

də  tədris  etdiyi  dil-ədəbiyyat  fənnini  də  Ģagirdlərinə 

sevdirə  bilmiĢdir.  Məhz  bunun  nəticəsidir  ki, 

məktəbin  15-dən  artıq  məzunu  onun  peĢəsini  seçərək 

dil-ədəbiyyat 

müəllimi  ixtisasına  yiyələnmiĢlər. 

Bunlar 


B.Həsənov, 

A.Cavadov, 

M.Kazımov, 

N.Ağayev,  B.Məmmədov  və  baĢqalarıdır.  Onlar 

Nəriman  müəllimlə  çiyin-çiyinə 1 saylı və  eləcə də  2 

saylı  Boradigah  orta  məktəblərində  çalıĢırlar 

(Sonradan Boradigah onbirillik məktəbi bazasında iki 

orta  məktəb  yaradıldı.  N.Hüseynov  hazırda  1  saylı 

məktəbin  direktorudur).  N.Hüseynovun  iĢ  təcrübəsi 

Respublikamızda  nümunəvi  iĢ  təcrübəsi  kimi  təbliğ 

olunmuĢ  və  yayılmıĢdır.  “Bakinskiy  raboçiy”, 

“Azərbaycan  müəllimi”,  “Qala”,  “AxtarıĢ”  və  baĢqa 

qəzetlər  onun  haqqında  müxtəlif  məqalələr  dərc 

edərək  pedaqoji  iĢ  üsulunu  bütün  Respublikaya 




 

 

359 



 

yaydılar.  Jurnalist-publisist  M.Novruzov  “Müəllim 

əməyinin  izi”  (Bakı  2000)  adlı  kitabında  yazır:  “Adı 

nəinki  Masallıda,  bütün  Respublikamızda    yaxĢı 

tanınan  zəngin  tarixi  və  özünəməxsus  ənənələri  olan 

Boradigah 1 saylı orta məktəbinin qazandığı Ģöhrət və 

uğurlarında  38  il  bu  tədris  ocağına  rəhbərlik  edən 

Nəriman  Hüseynovun  böyük  əməyi  vardır.  O, 

direktorluğa  sıravi  müəllimlikdən  qətrə-qətrə,  damla-

damla  təcrübə  toplayaraq, idarəetmə  elminin  sirlərinə 

yiyələnə-yiyələnə,  adamların  psixologiyasına  bələd 

ola-ola gəlmiĢdir”. 

Nəriman  müəllim  məktəb  direktoru  iĢlədiyi 

müddətdə  5000-dən  artıq  Ģagird  məktəbi  bitirmiĢdir. 

Həmin  dövrdə  ayrı-ayrı  fənlərin  öyrənilməsində 

xüsusi müvəffəqiyyətlərə görə 310 Ģagird fəxri fərman 

və  diplomlarla  təltif  olunmuĢdur.  O,  böyük  alimlər 

ordusunun ilk  müəllimi  olmiĢdur.  Azərbaycan  MEA-

nın  müxbir üzvü  M.Tağıyev,  texnika  elmləri  doktoru 

Ġ.Babayev,  hüquq  elmləri  doktoru  A.KiĢiyev, 

biologiya  elmləri  doktoru  M.Fətullayev,  tibb  elmləri 

doktoru  E.Babayev,  filologiya  elmləri  doktoru 

Y.Babayev,  fizika-riyaziyyat  elmləri  namizədləri 

F.Məmmədov,  G.Aslanlı  və  onlarca  baĢqaları  onun 

Ģagirdləri  olmuĢlar.  Bu  sətirlərin  müəllifi  də  onların 

sırasındadır.  Orta  məktəbin  I-IV  sinif  Ģagirdləri  üçün 

yazılmıĢ  riyazıyyat  dərsliyinin  müəlliflərindən  biri 

V.Məmmədov da məhz onun Ģagirdlərindəndir. 

N.Hüseynov  Azərbaycan  müəllimlərinin  üç 

qurultayının 

(1976, 

1987, 


1998-ci 

illər) 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə