Вагиф
Султанлы. Щечлик вадиси
84
Uşaqlar bilirdilər ki, arvadı bir yolla inandırıb daşları
ə
lindən ala bilməsələr, arvad evə qayıtmayacaq, gecəli-gün-
düzlü bu qəbiristanlıqda qalacaq. Arvad isə uşaqlarının bircə sö-
zünə belə inanmır, onları heç cür yaxına buraxmaq istəmirdi.
Həlimə qarının böyük qızı Sona anasına sarı yeridi. Ar-
vad özünü daşların üstünə yıxdı:
– Qoymaram, - dedi, - yaxın gələsiniz.
Arvadın üzünün-gözünün yaşı toz-torpağa bulanıb ona
eybəcər bir görkəm vermişdi. Kəlağayısı sürüşüb boynundan
düşmüşdü, çal saçları çılpaq çiyinlərinə səpələnmişdi. Oğlunun
qəbrindən çıxan bu qara daşlardan savayı heç nəyi görmürdü,
görmək istəmirdi...
Həlimə qarı qara daşların üstündə uzanıb qalmışdı. Qara-
günlü Sona anasının bu halına dözməyib yaxınlaşdı, əyilib onu
qara daşlardan ayırmaq istədi, ancaq nə illah elədisə arvadı
yerindən tərpədə bilmədi.
Həlimə qarı eləcə üzü üstə torpağa uzanıb qalmışdı, din-
mirdi, danışmırdı, qarğımırdı. Sona bir də anasını daşlardan qo-
parmaq istədi, ancaq gücü çatmadı. O biri uşaqlar köməyə gəl-
dilər. Anasını yerdən aralayıb arxası üstə çevirdilər. Cəmi bircə
dəqiqə əvvəl özünü daşların üstünə yıxan arvad indi quruyub
ağaca dönmüşdü. Daşların ikisi arvadın bükülü qolları arasında
qalmışdı. Nə illah elədilərsə, arvadın qollarını aralayıb o daşları
çıxara bilmədilər.
Həlimə qarı elə bil ölmüşdü, bütün bədəni günün cırha-
cırında buz kimi soyuq idi. Ancaq təkcə arvadın gözləri danı-
ş
ırdı. Gözlərinə baxanda hiss eləyirdin ki, arvad ölməyib ya-
ş
ayır. Gözlər qəribə tərzdə sağa-sola hərəkət eləyir, elə bil hə-
dəqəsindən çıxmaq istəyirdi.
Arvadın kürəyini torpağa söykəyib oturtmaq istədilər, an-
caq bədəni quruyub ağaca döndüyündən nə illah elədilərsə, əyil-
mədi ki, əyilmədi.
Gözlər yerində işlədiyindən arvadın sifəti rəng verib rəng
alırdı, baxan kimi bilinirdi ki, danışmaq istəyir, ancaq dili tutul-
duğundan gözləri ilə nə isə demək, anlatmaq istəyir.
Вагиф
Султанлы. Щечлик вадиси
85
Uşaqlar anasının bu halına dözməyib ağlayırdılar. Təkcə
Sona ağlamırdı. Gözlərini anasının gözlərinə dikib durmuşdu.
Anasının nə istədiyini gözlərindən oxumaq istəyirdi.
– Kiriyin, - dedi, - bəsdirin uşaq kimi göz yaşı tökdüyü-
nüz, qoyun görüm arvad nə istəyir.
Uşaqlar xırp səslərini kəsdilər.
Sona təzədən anasına tərəf əyilib gözlərini onun gözlərinə
dikdi. Arvadın gözlərinə qan gəlirdi və qan gəldikcə bəbəkləri
daha ehtirasla yerində oynayırdı.
Anasının qollarını ovxalamağa başladı, ancaq arvadın
bədəni yumşalmaq bilmirdi, daş kimiydi, əl vurduqca gərilirdi.
Damarları şişib qaralmışdı.
– Ana, ana, nə istəyirsən, bircə dillənsənə... - Sona göz
yaşı içərisində soruşurdu.
Həlimə qarı dillənmək üçün gücünü toplayır, ancaq danı-
ş
ammırdı, əvəzində gözlərinə bir az da qan sağılırdı.
Sonanı hıçqırıq boğdu.
– Ana, ay ana... - dedi və içərisinə axan göz yaşından
sözünün dalını gətirəmmədi.
Arvadın gözlərinə yenə qan sağıldı.
Sona qızların kiçiyinə dönüb:
«– Qaç çaydan su gətir», - dedi.
Qız çaya tərəf götürüldü.
Arvadın gözləri qandan sulanmışdı, baxmaq olmurdu.
Sona hiss elədi ki, anası daha onu görmür.
Qızlara tərəf dönüb:
– Götürün evə aparaq, - dedi.
Sona anasının qollarından, o biri qızlar ayaqlarından tut-
dular. Ancaq qaldıra bilmədilər, arvadın quruyub ağaca dönmüş
bədəni elə bil ikiqat ağırlaşmışdı.
– Dayanın, daşları qollarının arasından çıxaraq. - Bunu
Sona dedi.
Hərəsi bir tərəfdən arvadın qollarını aralayıb daşları çı-
xarmaq istədilər. Ancaq ha əlləşdilərsə, arvadın qollarını ara-
laya bilmədilər.
Sona birdən anasının gözlərinə baxdı. Anasının qandan bu-
lanmış gözləri böyümüş, eybəcər bir hala düşmüşdü. Uşaqlarının
Вагиф
Султанлы. Щечлик вадиси
86
ikisi arvadın qollarını tutdular. Sona birtəhər daşları anasının qu-
cağından çıxardı.
Bundan sonra arvadı yerdən aralamaq istədilər. Ancaq
Sona gözlərini anasının gözlərindən çəkə bilmirdi.
– Dayanın, - dedi, bir az gözləyin.
Kiçik qız bir şüşə su ilə qaça-qaça özünü yetirdi. Sona
suyu alıb anasının üzünü islatdı, boyun-boğazını islatdı. Sonra
arvadın gözlərinə baxdı. Arvadın gözləri tanınmaz dərəcədə
böyümüşdü. Sona anasının gözlərinə baxa-baxa birdəncə başa
düşdü ki, bu gözlər heç vaxt öz əvvəlki təravətinə qayıtmaya-
caq, bu gözlər heç vaxt durulmayacaq.
Gözlər böyüyürdü.
Uşaqlar lal-dinməz dayanıb anasının gözlərinə baxırdılar.
Heç biri danışmaq, dillənmək istəmirdi, eləcə gözləyirdilər ki,
bu işin axırı nə ilə qurtaracaq.
Birdən arvadın gözlərinin ikisi də pırtlayıb yerindən çıx-
dı, ayaqlarından bir qədər aralı düşərək torpağa bulaşdı.
Hamısı birdən qiyyə çəkdi. Gözlərin pırtlayıb çıxmağıyla
arvadın bədəni boşaldı.
Sona qara yaylığını başından çıxarıb anasının gözlərini
bağladı. Arvadın meyitini götürüb ağlaşa-ağlaşa evə tərəf yönəl-
dilər.
* * *
İş
ləyə-işləyə qarğış eləyirdilər. Köhnə, quzulamış başda-
ş
ılarını çıxarıb necə gəldi tökürdülər.
Qulaqları dumanlı şəkildə bu qarğış səslərini eşidirdi,
ancaq nə deyildiyini, kimin ünvanına söylənildiyini ayırd eləyə
bilmirdi. Səslər hayandansa, çox uzaqdan gəlirdi, adamlar da
uzaqlığın toranında seçilmirdi. Əlləri, qolları, sir-sifətləri boz
rəngdəydi, heç adama da bənzəmirdilər, boz-boz kölgələr idilər.
Və bu kölgələr hərəkət eləyirdilər, yerlərini dəyişirdilər. Köl-
gələrin biri ona sarı gəlirdi. Hərəkət elədikcə böyüyür, əli-qolu,
üzü-gözü aydınlaşırdı. Ancaq addım-addım ona yaxınlaşan köl-
gənin çox qəribə, qorxunc yerişi vardı, elə bil insan deyildi, nə
isə başqa bir canlı idi.
Dostları ilə paylaş: |