Вагиф
Султанлы. Щечлик вадиси
90
anası yuxularına gəlirsə, o da mütləq anasının yuxusuna girir.
O, anasını necə axtarırsa, anası da onu eləcə axtarır. Hər dəfə
anasını yuxuda görəndə istəyirdi onunla vədələşib görüşsün,
ancaq hər dəfə də bunu unudurdu, nədənsə. Ancaq bir dəfə ana-
sı ona görüş vəd elədi. Uzaqdan-uzağa o yad kişinin qoltuğunda
gedə-gedə: «Sabah bazarın qabağına gələrsən, - dedi, - gözlə-
yəcəyəm orda səni». Nə isə demək istədi, amma anası tutqun
kölgəyə dönüb havaya qarışdı.
Səhər anasının dediyi vaxtda bazarın qabağına gəldi. Bir
tərəfə çəkilib gözləməyə başladı. Tələsə-tələsə keçib gedən
adamların arasında anasını axtarırdı. Ürəyinə dammışdı ki, ana-
sı mütləq gələcək. Ancaq vaxt ötür, gəlib çıxmaq bilmirdi.
Fəhmlə duymuşdu ki, anası adamların arasıyla onu izlə-
yə-izləyə çıxıb gedir. Eynən yuxularındakı kimi yad kişinin qo-
luna girmişdi. Yerindən qopub dəli kimi özünü camaata vur-
muşdu. Qadın onu görüb qaçmağa başlamışdı. Adamları itə-
ləyə-itələyə anasına çatmağa çalışırdı. Ancaq başa düşəmmirdi
ki, anası ondan niyə qaçır. Adamlar seyrələndə artıq anası qaçıb
haradasa gizlənmişdi, nə qədər axtarmışdısa, tapammamışdı.
Bu əhvalatdan sonra anasını yuxularından qovmağa çalı-
ş
ırdı. Anası yenə yuxularına gəlir, dil tökür, onu görüşə çağı-
rırdı. Ancaq daha onu axtarmağa getmədi. Mixəyi saçlı, mavi
gözlü o qadın yad kişinin qoluna girib ömürlük onun yaddaşın-
dan çıxıb getdi.
...Sonrası yadına gəlmirdi; goreşəni öldürmüşdümü, uşağı
sakitləşdirmişdimi, burasını bilmirdi. Bir də ayıldı ki, buldozeri
qəbiristanlığın içərisiylə aşağı-yuxarı sürür, projektorun işığında
qorxunc görünən başdaşılarını əcayib kölgələrilə birlikdə uçu-
rub tökür.
Qəbiristanlıqda nə qədər işlədiyini hiss eləmədi. Vücu-
dundan qan-tər su kimi axıb gedirdi. Traktor hayqıra-hayqıra
işlədikcə vahiməsi daha da artırdı. Və elə bil işin qurtarmağın-
dan qorxurdu. Qəbir daşları uçulub töküldükcə sanki içərisin-
dəmi, damarlarındamı, qəlbinin dərinliklərindəmi nə isə gərilir,
burulub-burulub mamırlı başdaşları kimi uçulub tökülür, içini-
içalatını şil-küt eləyirdi. Və başdaşılarının uçulub tökülərkən
çıxardığı tükürpədici səsləri elə bil içərisində də eşidirdi.
Вагиф
Султанлы. Щечлик вадиси
91
Hərdən başdaşılarının arasında ağappaq bir kölgə göz-
lərinə dəyirdi. Kölgə fəryad qoparırmış kimi əllərini göyə tutub
qışqırırdı, ancaq səs eşitmirdi, kölgənin fəryadı səssiz idi, eşi-
dilməz idi. Nə illah eləyirdisə, gözləri bu ağ kölgəni seçəm-
mirdi, traktorun işığı üstünə dikilən kimi qaranlığa çəkilirdi. O
kölgəni buldozerin çalovu başdaşılarına qatıb apardımı, yoxsa
özü harasa qeyb oldumu – bunu bilmədi.
Gecənin bir aləmi işini qurtardı, dərhal buldozeri sürüb
qəbiristanlıq yerindən çıxardı. Hayana gedirdi? Bunu bilmirdi;
ucsuz-bucaqsız yovşanlı düzlə hansısa bir səmti tutub irəlilə-
yirdi. Əslində səmt də tutmamışdı, dənizdə yol azmış kapitan
kimi sükanı başlı-başına buraxmışdı.
Elə bil arxasınca düşüb qovurdular. Bu qorxu elə güc-
lüydü ki, çevrilib arxaya baxmağa ürək eləmirdi. Qaranlıqlar
projektorun selləmə işığında qurğuşun kimi əriyib tökülürdü.
Elə yorulmuşdu ki, özünü traktorun yayları çıxmış oturacağında
deyil, pərqu yataqda hiss eləyirdi.
Bayaqdan bəri gözlərində oynayan dəli mürgü ona ra-
hatlıq vermirdi. Göz qapaqları yorğunluğun ağır yükünə davam
gətirməyib bükülürdü. Və bu dəli mürgü içərisində yaddaşında
adda-budda ağaran olub keçmiş hadisələr barədə düşünmək
çətin idi. «Yüz il sonra bu yerlərə gələnlərin, bu yoldan ötən-
lərin görən bundan xəbəri olacaqmı? Görəsən, at dırnaqlarının,
maşın təkərlərinin altında çürüyən xaraba qəbiristanlıqdan xəbər
tutulacaqmı? Bu yoldan keçib gedənlərin ayaqlarının altı sızıl-
dayacaqmı?» – mürgüdənmi, yorğunluqdanmı düşüncələri qırı-
lır, sonra təzədən başlayırdı. – «...İlahi, bu işi tutmayacaqdı, axı,
tutmayacaqdı... Özünə söz verməmişdimi, söz verməmişdimi...
Bəs necə rahat olacaq bundan belə... Çalovun ağzında baş-
daşılarının çıxardığı o tükürpədici səsə necə dözdü, necə... İnsan
fəryadına bənzəyən bu səsdən niyə sınmadı, niyə dayanmadı,
niyə qayıdıb getmədi. Gecdi daha, gecdi... gecdi...».
Arabir qulaqlarına qəbiristanlıqda gördüyü uşağın çığırtı
səsi gəlirdi. Bu səsi eşidəndə yuxusu bir anlığa çəkilirdi. Ona
elə gəlirdi ki, uşaq bu zülmət gecədə traktorun arxasınca yü-
yürür, qışqıra-qışqıra onu səsləyir:
– E-he-heyyyy!!!
Вагиф
Султанлы. Щечлик вадиси
92
Bu səs çox-çox uzaqlardan gəlir. Beşikdənmi, uşaq evin-
dənmi gəlir, bunu bilmir. Ancaq qəribəydi, bu səs əks-səda ver-
mirdi, əks-səda verə bilmirdi və get-gedə bu səs gecənin müdhiş
qaranlığında əriyir, eşidilməz olurdu.
«...Gecdi daha, gecdi... gecdi... gecdi...» – elə bil səs ili-
ş
ib içərisində qalmışdı, çıxıb gedə bilmirdi.
...Buldozer uçurum aşağı yuvarlanıb dəhşətli gurultu qo-
pardı.
1982,
Bakı-Moskva
Вагиф
Султанлы. Щечлик вадиси
93
Hekayələr
XİFFƏT
Qaranlıq otaqda uçuşan milçəklərin yalnız səsini eşidirdi;
yuxudan tamam ayılmamışdı. Və uçuşan milçəklərin səsini
eşidə-eşidə ona elə gəlirdi ki, heç nə eşitmir, mütləq sakitlikdi,
çünki qaranlıqsa heç nə eşidilməməlidi – onun təsəvvüründə
həyatın, təbiətin məntiqi beləydi. Ona elə gəldi ki, qapı aralandı,
otağa kimsə daxil oldu, hətta qapı aralanarkən qaranlığa hücum
çəkən soyuq işıq selini də gördü. Torpaq döşəmədə yaş süpürgə
gəzməyə başladı. Otağı süpürüb zibili buxarının gözünə tökdü-
lər, sonra kölgə necə gəlmişdisə, eləcə də qeyd oldu.
Srağagün gördüyü yuxunun cazibəsindən heç cür qopam-
mırdı. Yuxuda görürdü ki, əri çıl-çılpaq pambıq kimi yumşaq
qarın içində uzanıb onu səsləyir:
– Çıxar sən də paltarlarını, - deyir, - gəl uzan burda, ya-
man sərindi. Orda, istidən, bürküdən nəfəsim çatlayır.
Soyuqdan dişləri taqqıldaya-taqqıldaya ayağının birini
götürüb o birini qoyur.
– Çıxar, - deyir, - gəl uzan yanımda, bura yaman sərindi,
gün bişirdi axı səni. – Əri mismar barmaqlarıyla sümükləri ağa-
ran biləyindən yapışmışdı, nə illah eləyirdisə, onun əlindən, bar-
maqlarından qopammırdı.
– Burax, - deyirdi, - burax əllərimi, qoy gedim sənə isti
paltar gətirim, soyuqdu axı...
– Gəlməyəcəksən, - deyir, - bilirəm, getdinsə, gəlməyə-
cəksən, yaxşı tanıyıram səni.
Yalvarırdı, yaxarırdı, dartınırdı, mismar barmaqlardan
açılammırdı. Dartındıqca barmaqlar sümüklərinə işləyirdi. Və
birdən... sol qolu biləyindən qopub ərinin barmaqları arasında
qalır, fırlanıb-fırlanıb ağappaq qarın içərisinə yıxılır. Huşunu
itirir, handan-hana sağ qoluna dirsəklənib birtəhər ayağa qalxır.
Birdən-birə düzü-dünyanı bürümüş qar nəhri səs eləyə-
eləyə əriməyə başlayır və əri bu ucsuz-bucaqsız qar nəhrilə
birgə axıb gedir. Uğuldaya-uğuldaya axıb gedən qar selinin
Dostları ilə paylaş: |