Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
90
anası  yuxularına  gəlirsə,  o  da  mütləq  anasının  yuxusuna  girir. 
O,  anasını  necə  axtarırsa,  anası  da  onu  eləcə  axtarır.  Hər  dəfə 
anasını  yuxuda  görəndə  istəyirdi  onunla  vədələşib  görüşsün, 
ancaq hər dəfə də bunu unudurdu, nədənsə. Ancaq bir dəfə ana-
sı ona görüş vəd elədi. Uzaqdan-uzağa o yad kişinin qoltuğunda 
gedə-gedə:  «Sabah  bazarın  qabağına  gələrsən,  -  dedi,  -  gözlə-
yəcəyəm  orda  səni».  Nə  isə  demək  istədi,  amma  anası  tutqun 
kölgəyə dönüb havaya qarışdı. 
Səhər anasının dediyi vaxtda bazarın qabağına gəldi. Bir 
tərəfə  çəkilib  gözləməyə  başladı.  Tələsə-tələsə  keçib  gedən 
adamların arasında anasını axtarırdı. Ürəyinə dammışdı ki, ana-
sı mütləq gələcək. Ancaq vaxt ötür, gəlib çıxmaq bilmirdi. 
Fəhmlə  duymuşdu  ki,  anası  adamların  arasıyla  onu  izlə-
yə-izləyə çıxıb gedir. Eynən yuxularındakı kimi yad kişinin qo-
luna  girmişdi.  Yerindən  qopub  dəli  kimi  özünü  camaata  vur-
muşdu.  Qadın  onu  görüb  qaçmağa  başlamışdı.  Adamları  itə-
ləyə-itələyə  anasına  çatmağa  çalışırdı.  Ancaq  başa  düşəmmirdi 
ki, anası ondan niyə qaçır. Adamlar seyrələndə artıq anası qaçıb 
haradasa gizlənmişdi, nə qədər axtarmışdısa, tapammamışdı. 
Bu əhvalatdan sonra anasını yuxularından qovmağa çalı-
ş
ırdı.  Anası  yenə  yuxularına  gəlir,  dil  tökür,  onu  görüşə  çağı-
rırdı.  Ancaq  daha  onu  axtarmağa  getmədi.  Mixəyi  saçlı,  mavi 
gözlü o qadın yad kişinin qoluna girib ömürlük onun yaddaşın-
dan çıxıb getdi. 
...Sonrası yadına gəlmirdi; goreşəni öldürmüşdümü, uşağı 
sakitləşdirmişdimi, burasını bilmirdi. Bir də ayıldı ki, buldozeri 
qəbiristanlığın içərisiylə aşağı-yuxarı sürür, projektorun işığında 
qorxunc  görünən  başdaşılarını  əcayib  kölgələrilə  birlikdə  uçu-
rub tökür. 
Qəbiristanlıqda  nə  qədər  işlədiyini  hiss  eləmədi.  Vücu-
dundan  qan-tər  su  kimi  axıb  gedirdi.  Traktor  hayqıra-hayqıra 
işlədikcə vahiməsi daha da artırdı. Və elə bil işin qurtarmağın-
dan  qorxurdu.  Qəbir  daşları  uçulub  töküldükcə  sanki  içərisin-
dəmi, damarlarındamı, qəlbinin dərinliklərindəmi nə isə gərilir, 
burulub-burulub  mamırlı  başdaşları  kimi  uçulub  tökülür,  içini-
içalatını  şil-küt  eləyirdi.  Və  başdaşılarının  uçulub  tökülərkən 
çıxardığı tükürpədici səsləri elə bil içərisində də eşidirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
91
Hərdən  başdaşılarının  arasında  ağappaq  bir  kölgə  göz-
lərinə dəyirdi. Kölgə fəryad qoparırmış kimi əllərini göyə tutub 
qışqırırdı,  ancaq  səs  eşitmirdi,  kölgənin  fəryadı  səssiz  idi,  eşi-
dilməz  idi.  Nə  illah  eləyirdisə,  gözləri  bu  ağ  kölgəni  seçəm-
mirdi, traktorun işığı üstünə dikilən kimi qaranlığa çəkilirdi. O 
kölgəni  buldozerin  çalovu  başdaşılarına  qatıb  apardımı,  yoxsa 
özü harasa qeyb oldumu – bunu bilmədi. 
Gecənin  bir  aləmi  işini  qurtardı,  dərhal  buldozeri  sürüb 
qəbiristanlıq  yerindən  çıxardı.  Hayana  gedirdi?  Bunu  bilmirdi; 
ucsuz-bucaqsız  yovşanlı  düzlə  hansısa  bir  səmti  tutub  irəlilə-
yirdi.  Əslində  səmt  də  tutmamışdı,  dənizdə  yol  azmış  kapitan 
kimi sükanı başlı-başına buraxmışdı. 
Elə  bil  arxasınca  düşüb  qovurdular.  Bu  qorxu  elə  güc-
lüydü  ki,  çevrilib  arxaya  baxmağa  ürək  eləmirdi.  Qaranlıqlar 
projektorun  selləmə  işığında  qurğuşun  kimi  əriyib  tökülürdü. 
Elə yorulmuşdu ki, özünü traktorun yayları çıxmış oturacağında 
deyil, pərqu yataqda hiss eləyirdi. 
Bayaqdan  bəri  gözlərində  oynayan  dəli  mürgü  ona  ra-
hatlıq vermirdi. Göz qapaqları yorğunluğun ağır yükünə davam 
gətirməyib  bükülürdü.  Və bu  dəli  mürgü  içərisində  yaddaşında 
adda-budda  ağaran  olub  keçmiş  hadisələr  barədə  düşünmək 
çətin  idi.  «Yüz  il  sonra  bu  yerlərə  gələnlərin,  bu  yoldan  ötən-
lərin görən bundan xəbəri olacaqmı? Görəsən, at dırnaqlarının, 
maşın təkərlərinin altında çürüyən xaraba qəbiristanlıqdan xəbər 
tutulacaqmı?  Bu  yoldan  keçib  gedənlərin  ayaqlarının  altı  sızıl-
dayacaqmı?» –  mürgüdənmi,  yorğunluqdanmı düşüncələri qırı-
lır, sonra təzədən başlayırdı. – «...İlahi, bu işi tutmayacaqdı, axı, 
tutmayacaqdı...  Özünə  söz  verməmişdimi,  söz  verməmişdimi... 
Bəs  necə  rahat  olacaq  bundan  belə...  Çalovun  ağzında  baş-
daşılarının çıxardığı o tükürpədici səsə necə dözdü, necə... İnsan 
fəryadına  bənzəyən  bu  səsdən  niyə  sınmadı,  niyə  dayanmadı, 
niyə qayıdıb getmədi. Gecdi daha, gecdi... gecdi...». 
Arabir  qulaqlarına  qəbiristanlıqda  gördüyü  uşağın  çığırtı 
səsi  gəlirdi.  Bu  səsi  eşidəndə  yuxusu  bir  anlığa  çəkilirdi.  Ona 
elə  gəlirdi  ki,  uşaq  bu  zülmət  gecədə  traktorun  arxasınca  yü-
yürür, qışqıra-qışqıra onu səsləyir: 
– E-he-heyyyy!!! 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
92
Bu səs çox-çox uzaqlardan gəlir. Beşikdənmi, uşaq evin-
dənmi gəlir, bunu bilmir. Ancaq qəribəydi, bu səs əks-səda ver-
mirdi, əks-səda verə bilmirdi və get-gedə bu səs gecənin müdhiş 
qaranlığında əriyir, eşidilməz olurdu. 
«...Gecdi daha, gecdi... gecdi... gecdi...» – elə bil səs ili-
ş
ib içərisində qalmışdı, çıxıb gedə bilmirdi. 
...Buldozer  uçurum  aşağı  yuvarlanıb  dəhşətli  gurultu qo-
pardı. 
1982,  
Bakı-Moskva 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
93
Hekayələr 
 
XİFFƏT 
 
 
Qaranlıq otaqda uçuşan milçəklərin yalnız səsini eşidirdi; 
yuxudan  tamam  ayılmamışdı.  Və  uçuşan  milçəklərin  səsini 
eşidə-eşidə ona elə gəlirdi ki, heç nə eşitmir, mütləq sakitlikdi, 
çünki  qaranlıqsa  heç  nə  eşidilməməlidi  –  onun  təsəvvüründə 
həyatın, təbiətin məntiqi beləydi. Ona elə gəldi ki, qapı aralandı, 
otağa kimsə daxil oldu, hətta qapı aralanarkən qaranlığa hücum 
çəkən soyuq işıq selini də gördü. Torpaq döşəmədə yaş süpürgə 
gəzməyə başladı. Otağı süpürüb zibili buxarının gözünə tökdü-
lər, sonra kölgə necə gəlmişdisə, eləcə də qeyd oldu. 
Srağagün gördüyü yuxunun cazibəsindən heç cür qopam-
mırdı.  Yuxuda  görürdü  ki,  əri  çıl-çılpaq  pambıq  kimi  yumşaq 
qarın içində uzanıb onu səsləyir: 
– Çıxar sən də paltarlarını, - deyir, -  gəl uzan burda, ya-
man sərindi. Orda, istidən, bürküdən nəfəsim çatlayır. 
Soyuqdan  dişləri  taqqıldaya-taqqıldaya  ayağının  birini 
götürüb o birini qoyur. 
– Çıxar, - deyir, - gəl uzan yanımda, bura yaman sərindi, 
gün bişirdi axı səni. – Əri mismar barmaqlarıyla sümükləri ağa-
ran biləyindən yapışmışdı, nə illah eləyirdisə, onun əlindən, bar-
maqlarından qopammırdı. 
–  Burax,  -  deyirdi,  -  burax  əllərimi,  qoy  gedim  sənə  isti 
paltar gətirim, soyuqdu axı... 
–  Gəlməyəcəksən,  -  deyir,  -  bilirəm,  getdinsə,  gəlməyə-
cəksən, yaxşı tanıyıram səni. 
Yalvarırdı,  yaxarırdı,  dartınırdı,  mismar  barmaqlardan 
açılammırdı.  Dartındıqca  barmaqlar  sümüklərinə  işləyirdi.  Və 
birdən...  sol  qolu  biləyindən  qopub  ərinin  barmaqları  arasında 
qalır,  fırlanıb-fırlanıb  ağappaq  qarın  içərisinə  yıxılır.  Huşunu 
itirir, handan-hana sağ qoluna dirsəklənib birtəhər ayağa qalxır. 
Birdən-birə  düzü-dünyanı  bürümüş  qar  nəhri  səs  eləyə-
eləyə  əriməyə  başlayır  və  əri  bu  ucsuz-bucaqsız  qar  nəhrilə 
birgə  axıb  gedir.  Uğuldaya-uğuldaya  axıb  gedən  qar  selinin 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə