Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

Вагиф__Султанлы._Щечлик_вадиси__98_AĞ_YOL'>Вагиф__Султанлы._Щечлик_вадиси'>Вагиф
 Султанлы. Щечлик вадиси 
 
97
kimi yayılırdı və bu səsin ağacın özəyindən, qabığından ağrıya-
ağrıya necə çıxıb gəldiyini bütün əzalarıyla duyurdu. 
Başını  qaldırıb  bir  də  budaqlara  baxdı.  Gözlərinə  inan-
madı; qarağacın yaşıl yarpaqları sızıldaya-sızıldaya qopub don-
muş torpağın üstünə tökülürdü. 
1985, Bakı 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
98
AĞ YOL 
 
 
Gecələr  eyvanda  dayanıb  ayın  süd  aydınlığında  ağaran 
yollara baxardı. Bu ağ yol kəndin ətəyindən yovşanlı düzənlərin 
içərilərinə doğru uzanıb gedirdi. Yatağına girib gözlərini yuman 
kimi  ağ  yolla  çapan  ağappaq  at  yuxularına  girərdi.  Ayın  süd 
aydınlığında ağ at hər gecə çapa-çapa bir az da uzaqlaşırdı. Bu 
bəyaz gecənin ağappaq yollarıyla ağ at hayana çapırdı belə? Bəs 
niyə  gecələr  bu  ağ  yolun  sonu  görünmürdü,  yönü-səmti  bilin-
mirdi... 
Və gecələr yuxularında ağ yolun tükənəcəyindən qorxur-
du. Bu qorxu ötən il sədr Qaçay kolxozun atlarını yığdırıb ətliyə 
göndərən gündən peyda olmuşdu. 
...  Kənddə  cəmi-cümlətanı  üç  at  qalmışdı.  Biri  naxırçı 
Lətifiniydi.  Onun  atına  dəyməmişdilər,  ona  görə  ki,  Lətif  kol-
xozun fermasında yeganə naxırçıydı, özü də qocalıb əldən düş-
müşdü,  atsız  keçinə  bilməzdi.  Biri  də  qarovulçu  Zakirdə  qal-
mışdı. Çünki Zakir də tingliyin yanında yonca qarovulu çəkirdi, 
uzaq  yolu  gedib-gəlmək  üçün  hökmən  ona  da  at  lazımıydı. 
Üçüncü  də  Nəzir  kişinin  atıydı.  Ancaq  Nəzir  kişi  nə  kolxozun 
naxırını  otarırdı,  nə  də  uzaq  yerdə  yonca  qarovulu  çəkirdi;  ata 
ehtiyacı-filanı da yox idi. Səbəb buydu ki, Nəzir kişi kolxozun 
nalbəndiydi  və  uzun  ömrü  boyu  atdan  ayrı  bircə  günü  belə 
olmamışdı. Kənddə uşaqdan böyüyə kimi hamı bilirdi ki, Nəzir 
kişi  yeməksiz,  susuz  yaşayar,  ancaq  atsız  bircə  saat  da  keçinə 
bilməz. 
Nəzir kişi kənddə təkcə nalbəndlik eləmirdi, kimin atının 
yanından  bir  əsim  yel  ötüb  keçsə,  çəkə-çəkə  gətirərdi  onun 
yanına, deyərdi ki: «Ay usta, qadan alım, bir bunun dərdi-halını 
ə
rz elə».  Nəzir kişi də əvvəlcə atın ağzını açıb dişlərinə baxar-
dı,  kipriklərini aralayıb  gözlərinin  haşiyəsinə  baxardı,  sonra da 
ə
yilib qarnının  altına  baxardı  və  yalnız  bundan  sonra heyvanın 
«dərd-halını ərz eləyərdi». 
Atlar yığılıb ətliyə göndərilən gündən qoca hiss eləmişdi 
ki, sədr Qaçay onun «nalbənd dükanı»nı sökdürmək istəyir, am-
ma  xətrini  uca  tutduğu  üçünmü,  qəlbini  sındırmaq  istəmədi-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
99
yindənmi, nədənsə hələlik bu işə əl bulamır. Gözləyir ki, bəlkə 
qoca  özü  hər  şeyi  başa  düşdü.  Ancaq  Nəzir  kişi  hər  şeyi  başa 
düşə-düşə onu da bilirdi ki, yaşı ötsə də, işsiz qalmaq, peşəsini 
tərgitmək ağırdı onunçün, vəssalam. 
Qaş  qaralan  vaxtıydı.  Soyuq  payız  küləyi  ağacların  sap-
sarı  yarpaqlarını  insafsızcasına  qoparıb  küçələrə  səpələyirdi. 
Göyün mavi boşluğunda bir əlcə ağappaq bulud yuxu kimi, xə-
yal kimi dalğalanırdı. Nəzir kişi «nalbənd dükanı»nda oturmuş-
du. Gözlərini göy üzünə elə zilləmişdi ki, elə bil bir əlcə ağap-
paq buludun qeyb olacağından qorxurdu. Küçədən gələn tappıltı 
səsinə  fikirdən  ayrıldı.  Başını  qaldırıb  açıq  pəncərədən  bayıra 
baxdı, qaralan üfüqlərə baxdı və bir də örüşdən yorğun-yorğun 
qayıdan mal-qaraya baxdı. Sonra da baxışlarıyla axtarıb-axtarıb 
gözlərini zillədiyi o bir əlcə bulud parçasını tapdı. 
Ciyərlərinə  güc  gəlmişdi.  Papirosunu  elə  sümürürdü  ki, 
elə  bil  ömür-billah  üzünə  həsrət  qalacaqdı.  Papirosunu  sümür-
dükcə sanki fikirləri daha dərinlərə işləyirdi və bu dərinliklərdə 
yumaq kimi çözələnirdi, ucunu-bucağını tapa bilmirdi. 
Handan-hana  ağır-ağır  yerindən  qalxdı.  Asılqandan  köh-
nə,  rəngi  bozarmış  kürkünü  götürüb  geyindi.  Ağır-ağır  otağın 
qapısını bağlayıb evə tərəf üz tutdu. 
Nəzir  kişi  qocalmışdı.  Ancaq  bu  gün  qocalıq  dərdi  dü-
ş
ündürmürdü  onu.  Bu  dərdi  uzun  illər  boyu  çəkə-çəkə  köh-
nəltmişdi. Bu gün züryətsizliyinin də fikrini eləmirdi, çünki bu 
dərdi  də  qəlbində çoxdan dəfn eləmişdi, lap çoxdan. Yarası  da 
qaysaqlayıb unudulmuşdu bu dərdin. 
Düz  bir  həftəydi  ki,  əlin  ağdan-qaraya  vurmurdu.  Vaxt 
varıydı  günün  gözü  yumulanacan  dizini  qatlamırdı,  hər  gün 
otuz-qırx  at  ayağı  nallayırdı.  Bəs  indi?  Hərdən  yolüstü  ötüb 
keçən atlıların bəzisi ustanın yanına buyruğa gələrdi, hərdən də 
uzaq kəndlərdən təkəm-seyrək bu səmtə yolu düşən tapılardı. 
... Və bu dərd ustanı dirigözlü yeyirdi. 
O  gecə  səhərə  kimi  yata  bilmədi,  elə  bil  iynə  üstə 
uzanmışdı,  bədənini  dəlik-deşik  eləyirdi.  Yalnız  səhər  üzü  bir 
balaca çimir eləyə bildi. 
Gecənin süd aydınlığında ağ at yenə ağ yolla çapırdı. Bəs 
ağ  atın  belidəki  ağ  çuxalı  oğlan  kim  idi?  Atın  yalını  necə  də 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
100
qucaqlamışdı... Və birdən-birə ağ at da, atın belindəki ağ çuxalı 
oğlan  da  ayın  süd  aydınlığında  qeyd  oldu.  Sonra  gözlərinə  nə 
göründüsə,  yerindən  sıçrayıb  qalxması  bir  oldu,  hövllü-hövllü 
arvadı Zərişi səslədi: 
– Qarı, qarı, ver mənim şalvarımı, kəhəri apardılar. 
Zəriş  səssiz-səssiz  yatırdı  və  bir  anlığa  qocaya  elə  gəldi 
ki, Zəriş uşaqdı, ağlı kəsmir, qəlbində hələ dərd, nisgil yuva sal-
mayıb, çünki yalnız ağlı kəsməyn, qəlbində dərd, nisgil sığına-
caq tapmayan uşaq bu cür sakit, səssiz uyuya bilərdi. 
Ancaq Zəriş oyandı. Oyandı və heç nə başa düşmədi. Elə 
bildi ki, qocanı qara basır, ya da ki, başına hava-zad gəlib. 
Və  Zəriş  qorxdu.  Qaranlıq  otaqda  ağ  tuman-köynəkdə 
evin küncündə yatağına oturmuş illərlə bir yastığa baş qoyduğu 
ə
rindən  hövlləndi.  Elə  bil  Zərişin  başına  bir  qazan  qaynar  su 
ə
ndərdilər. Gözlərinin qabağından bircə anda neçə-neçə əcayib-
qəraib  lövhə  gəldi,  keçdi.  Bu  əcayib-  qəraib  lövhələrin  birində 
Zəriş  gördü  ki,  Qara  Səmidin  arvadı  Yorğa  Sona  ətəyini  əlinə 
alıb çıxıb kəndin içinə, küçənin ortasıyla o baş bu baş qaça-qaça 
çığırır: «Ay camaat, Nəzir kişinin başına hava gəlib, Nəzir kişi 
dəli olub, dəli olub, dəli olub...». 
–  Qarı,  qarı,  niyə  qoydun  kəhəri  apardılar,  evimin  dirə-
yini yıxdılar. 
Zəriş  yenə  dinmədi,  gözlərini  ərinin  ağzına  dikib  durdu. 
Çünki  Zəriş  hələ  heç  nə  başa  düşməmişdi  və  qulağından  Qara 
Səmidin arvadı Yorğa Sonanın səsi çəkilib getmirdi. Bu səs sərt 
bir  qayayamı,  dağamı,  daşamı  dəyib  sınırdı,  çiliklənirdi,  əks-
səda  verirdi:  «Ay  camaat,  Nəzir  kişi  dəli  olub,  dəli  olub,  dəli 
olub...». 
– Qarı, qarı, niyə susursan, səninlə döyüləm? Kəhəri niyə 
verdin, evimin dirəyini niyə yıxdın, qarı? 
Zəriş birdən-birə özünə gəldi: 
–  Əşi,  nə  kəhər,  nə  filan,  kim  apardı,  haçan  apardı,  nə 
danışırsan, başına at təpibdi, nədi... 
– Qarı, qarı... 
Nəzir  kişi  arvadı  kənara  itələyib  ağ  tuman  köhnəkdə 
eşiyə çıxdı. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə