Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
78
«...Qəbirlər də insanlar kimiymiş, onların da yetimi, yiyə-
sizi  varmış,  atalı-analısı  varmış,  xoşbəxti-bədbəxti  varmış».  - 
Çala-çala  çuxurların  arasında  dikələn  başdaşılarına  baxa-baxa 
düşünürdü. 
Hava cəhənnəm kimi istiydi. Gün vurduqca əlləşməkdən 
sızıldayan  sür-sümüyü  yumşalır,  dəli  bir  mürgü  gözlərində, 
bəbəklərində  oynayırdı.  Bel-külüng  səsləri çox  uzaqdan  gəlirdi 
ona.  Və  bu  səs  sehrmiş,  ovsunmuş  kimi  yaddaşında  olan  hər 
ş
eyi  qovub  çıxarırdı.  Başının  altına  bir  daş  parçası  qoyub 
uzandı. 
Lap  yaxınlıqda  qəbir  yeri  qazırdılar.  Səsini  tanımadığı 
birisi danışır, o biri qaza-qaza qulaq asırdı. 
–  Hə,  onu  deyirdim  axı,  dünən  gecə  rəhmətlik  gəlmişdi 
yuxuma, deyirdi, ay oğul, bu qəbri köçürəndə bəs baxmadın ki, 
saqqalımı  götürmüsən,  ya  yox?  Çaş-baş  qaldım,  bilmədim  nə 
cavab  verəm.  Dedi,  ay  oğul,  məni  bu  ahıl  çağımda  xəcalət 
eləmə, ayıbdı, saqqalsız adam arasına çıxa bilmirəm, gör harda 
qoymusan  mənim  saqqalımı,  tap  gəlir.  Səhər  gəlib  qəbir  yerini 
ə
lək-vələk eləmişəm, çürük kəfən əskisindən başqa gözümə heç 
nə  dəyməyib.  Fikirləşdim  ki,  orda  saqqalmı  tapmaq  olar,  on  il 
bundan  qabaq  qoyulubdu  torpağa.  Dedim,  kişinin  ruhu  tutar 
uşaqları,  gedim  Molla  Məhəmmədə  bir  Quran  oxudum.  Ancaq 
elə həmin gecə kişi yenə gəlib girdi yuxuma və bu dəfə dişinin 
dibindən  çıxanı  dedi  mənə.  Dedi,  sənə  söz  tapşırmışam,  iş 
buyurmuşam  ki,  yerinə  yetirəsən,  day  deməmişəm  ki,  yersiz 
yerə  ruhuma  dua  oxutdurasan.  Dözəmmədim,  obaşdannan  bir 
də  gəlib  qəbir  yerini  töküb-töküşdürdüm.  Saqqalı  topasıynan 
yuxuda  kişinin  nişan  verdiyi  səmtdən  tapmışam.  İndi  bu 
hadisədən  sonra  yuxum  büsbütün  çəkilib,  heç  cür  özümü  ələ 
alıb rahatlıq tapammıram, az qalıram dəli olam. Bunu mənə bir 
başqası  danışsaydı,  ələ  salardım,  gerçəkdən  güman  eləyərdim 
ki,  yəqin  başı  xarab  olub,  ağlı  üstündə  deyil.  Ancaq  bədbəxt-
likdən bu əhvalat öz başıma gəlib... 
– Cəfərə xəbər eləyəmmədik, gəlib anasının qəbrinə yiyə 
dursun.  Qayıdıb  qəbiristanlığı  yerlə-yeksan  görsə  dəli  olacaq 
yazıq. Day neynim, bir həftə bundan irəli vurduğum teleqrama 
cavab alammadım. Srağagün gedib təzədən zəng eləmişəm Ba-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
79
kıya, iş yerinə, deyiblər hansı şəhərəsə ay yarımlıq məzuniyyətə 
gedib.  Qalmışam  odla  su  arasında.  Bir  anasının  qəbrinə  görə 
bizləri yad eləyirdi, qəbir itəndən sonra ayağı tamam yığılar bu-
ralardan. 
–  Heç  olmasa, təzə  qəbirləri  köçürəydik  gərək.  Eləsi var 
ki, hələ meyiti soyumayıb... 
– Əşi, birdi, ikidi, hansını köçürəsən... 
–  Sultanzadənin  qəbrinə  nə  deyirsən,  ona  ki,  gücümüz 
çatardı.  Axı,  bir  vaxt  gələcək,  bunu  eləmədiyimiz  üçün  başı-
mıza döyəcəyik. 
– Vallah, mənə qalsa, bu işi boynuma götürərdim, nə çə-
tin şeydi ki, iki nəfər cavanla bir təhər yoluna qoyardım, ancaq 
məni  yandıran  budur  ki,  bu  bədbəxtin  qohum-əqrəbalarından 
bircə  nəfərin  yadına  düşmür  ki,  qəbiristanlıqda  belə  adamları 
var. 
–  Sənin  sözünün  qüvvəti,  neçə  gündür  ki,  söhbət  qal-
xandan  qəbiristanlıqdayam,  Sultanzadənin  qohum-əqrəbaların-
dan bircə nəfəri görməmişəm bu tərəflərdə... 
–  Hələ  Umuxanımın  ərinə  nə  deyəsən?  Oğlanları  istə-
yiblər  ki,  analarının  qəbrini  köçürələr,  ataları  qoymayıb,  deyib 
ki,  çəkilin  oturun  yerinizdə,  sizin  ananız  qəhbə  olub, belə ada-
mın  gərək  izi-tozu  da  qalmasın,  qoyun  versinlər  buldozerin 
ağzına.  Əşi,  nə  olub-olub  da  bu  köpəyoğlunun  qızı.  Uşağa  da 
anası haqqında elə söz deyərlərmi?.. 
–  Eşitməmisiniz  ki,  Faiq  müəllimin  arvadı  nə  oyun  çı-
xarıb? O günü bir vaxt dərs dediyi şagirdlərindən beş-altı nəfər 
gəlibmiş.  İstəyiblər  qəbri  söküb  təzə  qəbiristanlıq  yerinə  kö-
çürsünlər. Arvadı eşidib başı lovlu abırlarını verib. «Faiq müəl-
limin  arvadı,  uşağı,  qardaşları  dura-dura  siz  haranın  itisiniz,  – 
deyib,  köçürərlər  də  özləri  bilərlər,  köçürməzlər  də».  Yazıqlar 
da kor-peşman qayıdıblar geri. Bəs, buna nə deyəsən? 
Birdən  gördülər  ki,  çılpaq,  belinə  kəfən  dolamış,  bəri-
bədəni  ağappaq  tük  içərisində  olan  bir  adam  onlara  tərəf  gəlir. 
Elə  heybətli  görünüşü  vardı  ki,  adamlar  qeyri-ixtiyari  əl 
saxladılar,  nəfəslərini  çəkmədən  donub  yerlərindəcə  qaldılar. 
Ancaq bədəni başdan-başa tük gətirmiş bu eybəcər vücud onlara 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
80
tərəf gəlirdi. Bircə anda adamlar işindən ayrılıb bir yerə toplaş-
dılar. 
Ağ tüklü vücud da dayandı. 
Heç  kəs  danışa  bilmirdi,  elə  bil  hamının  dili  birdən-birə 
lal olmuşdu. 
Ağ tüklü vücud: 
– Mən Əlişəm, - dedi, - dirilib gəlmişəm... 
Adamların üstündən elə bil qorxu küləyi əsib keçdi, kütlə 
ə
sməcəyə  tutulubmuş  kimi  titrəməyə  başladı.  Ancaq  heç  kəs 
dillənə bilmədi. 
Ə
liş: 
–  Niyə  belə  qanlı-qanlı  baxırsınız?  -  dedi.  -  Yoxsa  tanı-
madınız məni?.. 
Qəfildən  gözləri  adamların  arasında  Bəkiri  aldı.  Əlişin 
ömrünün yarıdan çoxu Bəkirnən bir yerdə keçmişdi və indi Əliş 
Bəkiri  əsməcə  tutan  kütlənin  içərisində  görəndə  giləsi  ağarmış 
gözlərinə  işıq  gəldi.  Sevindi  ki,  heç  olmasa,  Bəkir  adamları 
onun dirilib gəldiyinə, Əliş olduğuna inandıracaq. 
–  Bəkir!  -  dedi  və  yerindən  qopub  ixtiyarsız  Bəkirə  sarı 
yeridi.  Bir-iki  addım  atmamışdı  ki,  bayaq  Bəkirin  ürəyi  gedib 
tirtap  yerə  uzandı,  başı  kəsilmiş  heyvan  kimi  çabalamağa 
başladı. 
Ə
lişin  üzündəki  işıq  qeyb  oldu.  Hələ  də  əsim-əsim  əsən 
kütlənin içərisindən kimsə özünü ələ alıb: 
– Rədd ol burdan, - dedi, - xortdamısan sən... Bu saat çı-
xıb getməsən, öldürəcəyik səni. 
Ölüm  adı  gələndə  Əlişin  qolundakı  güllə  yarasının  yeri 
göynədi: 
–  Siz  allah,  mənə  toxunmayın,  qoyun  gəlim,  girim  öz 
qəbrimə,  -  dedi.  -  Vallah,  xortdamamışam  mən.  Gecə  qəbrimi 
qazıb  üzüyümü,  qızıl  dişlərimi  oğurlamaq  istəyirdilər.  Diri  ol-
duğumu  görüb  qaçıb  getdilər.  Mən  sətəlcəm  olmuşam,  ölmüş 
bilib gətirib dəfn eləmisiniz... 
Yerbəyerdən: 
– Yalan deyirsən, xortdamısan sən. Bir həftə qəbirdə sağ 
qalmaq olmaz, - qışqırışdılar. 
Kimsə: 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə