Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
69
düşünür,  düşünsün,  təki  bununla  təskinlik  tapsın,  təkliyini,  ye-
timliyini unuda bilsin. 
Qəbiristanlığın  yuxarı  başına  keçib  çayın  sahilinə  endi. 
Uzaqdan  baxanda  adamın  ağlına  belə  gəlməzdi  ki,  belə  isti, 
bürkülü yerdən çay axa bilər. 
Yazqabağı  dağlarda  qarlar  əriyəndə  çay  daşar,  qəbiris-
tanlığın  yuxarı  tərəfi  suyun  altında  qalardı.  O  zaman  camaat 
elliklə tökülüb gələr, çayın sol sahili boyu bənd atardılar. Ancaq 
gələn yaz sel bəndi təzədən yuyub aparar, qəbiristanlığın yuxarı 
tərəfi  suyun  altında  qalardı.  Yazqabağı  suların  kükrəyib  qalx-
dığı o çağları xatırlayanda inanmaq olmurdu ki, bu həmin çaydı. 
Çayın  yatağındakı  balaca  gölməçələrdə  su  həddən  artıq 
qızdığından  qurbağalar  çıxıb  sahilin  gün  tutmayan  künclərinə 
çəkilmişdilər. Qurbağaların dəriləri qupquru qurumuşdu, istiyə, 
bürküyə,  susuzluğa  dözə  bilmirdilər,  günün  dönməyini  gözlə-
yirdilər ki, suyun istisi çəkilsin, girib dərilərini islatsınlar. 
Qalxıb çay aşağı getməyə başladı. Bilirdi ki, bu çay aran 
düzlərini  keçib  dolana-dolana,  burula-burula  gedib  Kürə  qovu-
ş
ur.  İndi  çayın  dibinə  baxdıqca  qurumuş  torpaqda  səssiz-səssiz 
axan  suyun  izini  görürdü.  İllər  uzunu  suyun  altında  qalan  bu 
torpaq indi günəşin hərarətinə dözə bilmirdi. 
Çayın yaxasıyla ensiz cığır uzanırdı. Cığırı tutub gedirdi. 
Qarşıda  bir  dəstə  adam  çayın  kənarında  durmuşdu.  Yaxınla-
ş
anda  gördü  ki,  Həlimə  qarı  qucağında  qara-qara  daşlar  çayın 
içərisinə  düşüb  gölməçədəki  suyla  daşları  yuyur.  Uşaqları 
yuxarıda dayanıb ağlaşırdılar. 
Həlimə  qarı  qucağındakı  daşları  böyrünə  yığmışdı.  Göl-
məçənin isti suyunda daşları oxşaya-oxşaya yuyur, sonra tuma-
nının  ətəyiylə,  əynindən  cırıb  çıxardığı  çit  qoftasıyla  silirdi. 
Arvad bu işi elə ehtiyatla görürdü ki, deyirdin oğlunun meyitini 
yuyur. 
Çayın yatağındakı gölməçənin dibi lil olduğundan su bu-
lanmışdı və Həlimə qarı daşları lilli suda yuyurdu. 
Dözə bilmədi, üzün çevirib qəbiristanlıq səmtə getdi. Ba-
yaq  Həlimə  qarını  qəbiristanlığın  içərisində  görmüşdü  və  qarı-
nın qəhqəhələri indi də qulaqlarıdan çəkilib getmək bilmirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
70
Adamlar bayaqkı kimi işləyirdilər. İsti olduğundan tər da-
banlarından süzülüb gedirdi. Pal-paltarları suyun içindəydi. Əl-
ləri, sir-sifətləri tərdən, torpaqdan yapışqana dönmüşdü... 
...  İt  ağzında  sahibinin  kəlləsi  təzə  qəbiristanlıq  yerinə 
qaçırdı.  Bayaqdan  bəri  bu  yolu  aşağı-yuxarı  o  qədər  qaçmışdı 
ki,  tamam  əldən  düşmüşdü.  Bir  anlığa  dincini  almaq  üçün  sü-
müyü yerə qoyanda dili ağzından bir qarış çıxırdı. 
«...Niyə  insanlar  yaxınlarının,  əzizlərinin  qəbrinin  yol 
altında  qalıb  unudulmasına  dözə  bilmirlər?  Axı  onsuz  da  bu 
köçürülən qəbirlər haçansa unudulacaq, haçansa dağılıb, ovulub 
torpağa  qarışacaq,  izi-tozu  büsbütün  itəcək.  Axı,  bu  dünyanın 
yaşını  hələ  heç  kəs  bilmir...  İnsan  niyə  belə  yazıqdı,  nə  vaxta 
qədər  taleyin  əlində  oyuncaq  olacaq?  Nə  vaxta  qədər  insan 
özünün gücsüzlüyünü, acizliyini dərk eləməyəcək? Nə vaxtacan 
dərk  eləməyəcək  ki,  o  bir  heçdi,  dünyanın  milyon  illik  yaddaş 
salnaməsində  qum  zərrəsindən  də  kiçikdi.  Görəsən,  bu  qəbi-
ristanlıqda əlləşib vuruşan, doğmalarının qəbirlərini söküb təzə 
qəbiristanlıq yerinə aparan bu insanlar fikirləşirmi ki, on ildən, 
on  beş  ildən,  lap  uzağı  otuz  ildən  sonra  onların  da  yeri  təzə 
qəbiristanlıqda  olacaq,  bir  vaxt  köçürdükləri  qəbirlərlə  qonşu 
düşəcəklər.  Onların  da  qəbirlərinin  üstündə  bu  başdaşılarından 
seçilməyən daşlar olacaq, onların da yanından keçəndə doğum-
ölüm  tarixlərinə  baxıb,  ömrün,  həyatın  puçluğunu,  mənasız-
lığını xatırlayıb başlarını bulayacaqlar...». 
Bel-külüng səslərinin ahəngi altında işləyən bu adamların 
sifətində, çöhrəsində o hissi, duyğunu görmürdü. Geyimi, əyin-
başı,  sir-sifətləri  torpaqdan  seçilməyən  bu  adamlar  həyata  o 
qədər  bağlıydılar  ki,  inana  bilmirdi,  onlar  insandı  və  nə  vaxtsa 
onların ömrünün sonu, nəhayəti olacaq. 
Camaatın arasında iyirmi-iyirmi iki yaşlarında bir qız da 
vardı,  geyimindən  bura  adamına  bənzəmirdi,  görünür,  qəbiris-
tanlıq  əhvalatını  eşidib  yaxınlarından,  qohumlarından  kiminsə 
qəbrini köçürmək üçün gəlmişdi. Ancaq qəbirlərin arasında ora-
bura  vurnuxur,  deyən  axtardığı  başdaşını  tapa  bilmirdi.  Qızın 
bir  suyu  ona  şirin  gəlirdi,  elə  bil  hardasa  görmüşdü.  Qəfildən 
yadına düşdü: Sultanzadənin uşaq evindən götürüb saxladığı qız 
idi. Sultanzadənin evində bu qızın uşaqlığını görmüşdü. Aradan 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
71
bu  qədər  vaxt  keçsə  də,  qız  boy-buxununda,  hərəkətlərində 
uşaqlıq illərinin cizgilərini qoruyub saxlayırdı. 
Qız  səhərdən  bəri  əlindəki  balaca  çınqılla  bir-bir  qəbi-
ristanlıqdakı  başdaşılarını  döyəcləyib  sonra  qulağını  daşa  söy-
kəyirdi.  Elə  bil  torpağın  altında  yatan  diriydi,  onun  başdaşını 
döyəcləməsini eşidəcəkdi, səsinə səs verəcəkdi. 
Qızın  hərəkətlərindən  hiss  olunurdu  ki,  Sultanzadənin 
evindən  çıxan  gündən  bəri  (o  vaxtdan iki  il  keçirdi) əsl  atasını 
axtarır  və  qəbiristanlıq  yerinə  gəlib  çıxması  onu  göstərirdi  ki, 
atasını  axtarmaqdan  yorulmayıb  və  tapmasa,  qalan  bütün  öm-
rünü də bu işə sərf eləyəcək. Ancaq qızın nə üçün anasını deyil, 
yalnız  atasını  axtarması  sirr  idi,  bəlkə  də  özünün  taleyində 
günahkar anasını bilməyindəndi. 
«...Görən  qızı  uşaq  evindən  götürüb  saxlamış,  iyirmi  il 
atalıq  eləmiş  Sultanzadənin  vətəninə  nə  çəkib  gətirmişdi.  Qız 
niyə  atasını  bu  qəbiristanlıqda  axtarırdı.  Nəyə  görə  ona  elə 
gəlirdi  ki,  atasının  qəbri  bu  unudulmuş  qəbirlərin  arasında  ola 
bilər. Bu yuxudamı ayan olmuşdu, ürəyinəmi dammışdı, yoxsa 
kimsə  xəbər  vermişdi  qıza?..  Qəbirləri  dönə-dönə  axtarmasın-
dan hiss olunur ki, onu dünyaya gətirən insanın sümüklərinin bu 
qəbiristanlıq yerində olduğuna qəti inanır...». 
Səhərdən  bəri  qəbiristanlıqda  böyüklü-kiçikli  atasını  so-
ruşmadığı adam qalmamışdı. Qabağına çıxana tanıdı-tanımadı: 
– Mənim atamın qəbrini tanımırsınız? - deyirdi. 
Adamlar başlarını bulayırdılar. 
–  Bilirsiniz,  atam  ucaboylu,  qarayanız  bir  adamdı. 
Qaşının üstündə çapığı vardı. Üzü, gözləri eynən mənimki kimi 
olub. Özüm neçə dəfə yuxumda görmüşəm. 
Qızı tanımayanlar: 
– Atanın adı nə idi? - soruşurdular. 
–  Adını  bilmirəm,  -  deyirdi,  -  təkcə  nişanələrini  xatırla-
yıram.  -  Qız  atasını  yuxuda  görərkən  yadında  saxladığı  nişa-
nələri sayırdı. 
Ancaq  gördüm  deyən  yox  idi,  heç  kəs  o  nişanədə  adam 
tanıdığını xatırlamırdı. 
Qız  qəbiristanlıqdakı  adamların  onun  atasını  tanımadıq-
larını  yəqinləşdirəndən  sonra  daha  heç  kəsdən  heç  nə  soruş-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə