Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
72
madı,  təzədən  əlindəki  çınqılla  başdaşılarını  döyəcləməyə  baş-
ladı.  Başdaşını  döyəcləyəndən  sonra  qulağını  daşa  söykəyib 
dinşəyirdi,  ancaq  yerin  təkindən  səs,  hənir  gəlmirdi.  Qəbirlər 
inadla  susurdular.  Ancaq  qız  ruhdan  düşmürdü,  başdaşılarını 
döyüb dinşəməkdən yorulmurdu və inanırdı ki, atasının qəbrini 
tapsa, mütləq torpağın altından onun səsini eşidəcək, atası müt-
ləq ona hay verəcək. 
– Get, təzə qəbiristanlıq yerinə də bax, bəlkə atanın qəbri 
ordadı,  köçürüblər.  -  Bayaq  atasının  qəbrini  soruşduğu  qoca, 
beli bükülmüş kişi dilləndi. 
Ancaq  qız  təzə  qəbiristanlıq  yerinə  getmədi,  çünki  ina-
nırdı  ki,  onun  atasının  qəbri  unudulmuş  qəbirlərin  arasında 
olmalıdı, atası tək-tənha, kimsəsiz qalmalıdı. Və bu unudulmuş 
qəbirlərdə  yatanların taleyi  onun  atasının  taleyinə  bənzəməlidi, 
ona görə heç cür burdan aralanmaq istəmir, eyni qəbirlərin üs-
tünə dönə-dönə gedir, başdaşını çınqılla döyüb dinşəyirdi. 
Sultanzadənin  qəbrinə  çatanda  dayandı.  Qız  onun  öldü-
yünü bilsə də, qəbrini görməmişdi, ancaq bilirdi ki, Sultanzadə 
bu  qəbristanlıqda  basdırılmağını  vəsiyyət  eləyib.  Qız  Sultan-
zadənin  qəbrini  köçürülməmiş  qəbirlər  arasında  görəndə  təəc-
cübləndi,  çünki  ömrü  boyu  xeyirxahlıq  eləmiş  belə  bir  insanın 
qəbrinin unudulacağına inanmırdı. 
Ancaq  qız  Sultanzadənin  başdaşını  döymədi,  uzun  müd-
dət  qəbrin  önündə  dayanıb  durdu,  sonra  özü  də  hiss  eləmədən 
qəbrin  üstünə  çökdü.  Qız  Sultanzadənin  evindən  çıxıb  getdiyi 
gündən bu yana iyirmi il ona atalıq eləmiş bu insana qarşı içə-
risində  hansı  hisslər  gəzdirdiyini  özünə  də  izah  eləyə  bilmirdi. 
Bu hisslər nə nifrətə bənzəyirdi, nə də sevgiyə. Burası ona mə-
lum  idi  ki,  Sultanzadəni  görmək,  onunla  üz-üzə  gəlmək  istə-
mirdi.  Onun  varlığını  unutmaq  istəyirdi,  taleyin  amansızlığı 
ucundan həyatına daxil olmuş bu insandan uzaqlaşmaq istəyirdi. 
Ancaq indi qəbrini görəndə birdən-birə Sultanzadəyə qəl-
bində mərhəmət hissi duydu. Ömrünün erkən çağlarını xatırladı. 
O illəri xatırladı ki, ayağı təzə-təzə yer tuturdu, Sultanzadə hər 
axşam  əlindən  tutub  dənizin  kənarına  gəzməyə  aparırdı.  Köv-
rəldi, gözləri doldu, ancaq özünü saxlaya bildi, ağlamadı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
73
Qız özünün sadəlövhlüyünə inana bilmirdi. Bu iyirmi ildə 
Sultanzadənin  onun  atası  olmadığını  hiss  eləmədiyinə  heç  cür 
inana bilmirdi. Bir vaxt qəlbində, varlığında Sultanzadənin tut-
duğu yer çoxdan boşalmışdı və bu boşluq daha onu ağrıtmırdı. 
Bəs niyə kövrəldi, niyə gözləri doldu? Axı niyə, niyə? Və 
qız birdən-birə dərk elədi ki, Sultanzadəni özündən tamam qova 
bilməyib,  keçmişindən  qova  bilməyib  və  bəlkə  heç  zaman 
yaddaşından çıxara bilməyəcək... 
 
 
* * * 
 
Axşam tərəfi qız artıq büsbütün ümidini itirmiş halda bu 
başdaşından  o  biri  başdaşına  yüyürürdü.  Bir  azdan  qəbiris-
tanlığın uçurulacağını bildiyindən tamam başını itirmişdi. Daha 
bayaqkı  kimi  dayanıb  səbirlə  başdaşılarını  döyməyə,  sonra  da 
qulağını  daşa  söykəyib  dinşəməyə  vaxt  qalmırdı,  eləcə  ağzını 
başdaşına tutub qışqırırdı: 
– Ata! Ata! 
Qızın  səsi  daşa  dəyib  qayıdırdı,  əks-səda  verirdi,  ancaq 
ə
bədi  yuxuya  getmiş  qəbirlərdən  səs-hənir  gəlmirdi;  daşlar 
inadla  susurdular.  Bu  qəbri  buraxıb  o  birinə  yüyürürdü,  fırfıra 
kimi qəbirlərin arasında fırlanırdı. 
– Ata! Ay ata! Ataaa!!!  -  Elə qışqırırdı ki, eşidənin tükü 
ürpəşirdi. 
Tanıyan olmasaydı, onu dəli zənn eləyərdi. 
Sonra səs birdən-birə kəsildi, qız harasa qeyb oldu. 
 
 
* * * 
 
İ
lkindi  vaxtı  Çolaq  Səftər  işini  qurtarıb  köhnə  qəbi-
ristanlıq yerinə gəldi. Bütün günü əlləşməkdən it kimi yorulmuş 
adamlar yerbəyerdən Səftərin üstünə düşdülər. 
–  Rəhmətliyin  oğlu,  bu  dərinliyində  qəbir  qazarlar,  sən 
qazmısan?  Day  meyiti  eşib  çıxaranacan anadan  əmdiyimiz  süd 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
74
burnumuzdan  gəldi.Adam  bir  iş  görəndə  sonrasını  fikirləşməz 
ki, işdi-şayət yerə quyladığımı çıxarası olsam, neyləməliyəm... 
Çolaq Səftər: 
–  Ə,  mən  neyniyim,  -  dedi,  -  indiyəcən  heç  olmuşdumu 
ki, qəbiristanlığı bir yerdən başqa yerə köçürəsən. Ə, Oruc əmi, 
sənin  yaşın  doxsanı  keçib,  heç  bu  doxsan  ildə  görmüsənmi  ki, 
qəbiristanlığı köçürsünlər. 
 – Yox, Səftər, balalarımın canı üçün görməmişəm.  Mən 
o Nikolayın qan-qan deyən vaxtlarını görmüşəm. Kişi gərək sö-
zün düzünü danışsın, onda da belə şeylər yox idi. Atam balası, 
qəbiristanlığı da köçürərlər... 
–  Mən  bilmirəm,  nə  deyib  köçürürlər  axı  bu  qəbiris-
tanlığı, - geyimindən bura adamına oxşamayan birisi dilləndi. 
– Əşi, nə bilim, deyirlər plana düşüb. Bilmirsən ki, Sovet 
hökumətində hər şey plannandı... 
–  Necə  yəni  plana  düşüb.  Plan  bəyəm  zənbillə  göydən-
zaddan  gəlir?  O  planı  tutan  insan  döyül?  Kağız,  qələm  onun 
ə
lində döyül? Planı tutanda bu yolu qəbiristanlığın böyrüylə, lap 
bir az aralı çəksə, başına daş düşər onun? 
–  Ay  atam,  bunu  mənə  niyə  deyirsən,  get  hökumət  baş-
çılarına de də. 
–  Hökumət  başçıları  məni  eşidir  bəyəm?  Bütün  bu 
bəlaları  törədən  elə  hökumətin  başında  oturanlar  döyül?  Əgər 
hansı bir nadan deyibsə ki, qatıq qaradı, qatığın ağ olduğun sü-
but  eləməyə  çalışsan,  vay  sənin  halına.  Bütün  ömrün  gedəcək, 
ancaq  adicə  bir  şeyi  sübut  eləyə  bilməyəcəksən.  Rəhmətliyin 
oğlu, nəyi qoyub nəyi axtarırsan. 
–  Heç  olmasa,  camaat  yığışıb  gedəydi,  deyəydi  ki,  a  ki-
ş
ilər, ölülərin ruhuyla oynamaq olmaz. Nə vaxta kimi kabinetdə 
oturub əmr, göstəriş verəcəksiniz. Bir gəlin bu kəndə baxın, bu 
kəndin  qəbiristanlığına  baxın,  sonra  papağınızı  qabağınıza  qo-
yub fikirləşin ki, neyləyirsiniz... 
–  Boş  söhbətdi,  -  Oruc  əmi  dedi.  -  Bir  mənim  saçlarıma 
bax, ay oğul, bircə qara tük tapmazsan. Mən dünyanın hər üzü-
nü  görmüşəm,  fikirləşirdim  ki,  ahıl  adamam,  daha  məni  heç 
nəylə təəccübləndirmək olmaz. Ancaq demə, səhv eləyirmişəm, 
yanılırmışam, bu dünyada hər şey olarmış. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə