Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
81
–  Öldürməsək,  bir  xata  çıxarar  bu,  -  dedi,  -  nə  durmu-
sunuz... 
Camaat  daş-kəsəyə  cumdu.  Əliş  üstünə  yağdırılan  daş 
zərbələrindən  güclə  qaçıb  qurtardı.  Ancaq  heç  kəs  dalınca 
yüyürməyə ürək eləmədi. 
 
* * * 
 
Ə
liş daş-kəsək zərbələrindən qaçıb qurtararaq çayı keçdi, 
sahil boyu uzanıb gedən xırda təpəciklərin arxasında görünməz 
oldu.  Nəfəsini  dərmək,  bir  azca  toxtamaq  üçün  yerə  çökdü. 
Sinəsindən  tər  su  kimi  axıb  gedirdi.  Əliş  yalnız  indicə,  səhər 
açılandan  bəri  ilk  dəfə  havanın  bürkü  olduğunu  hiss  elədi. 
Ə
ynində heç nə yox idi, belinə doladığı kəfən də hardasa düşüb 
qalmışdı.  «Bəs  niyə  isti  onu  belə  yandırır.  Elə  bil  ki,  yayın 
cırhacırında  yun  paltara  bürünüb».  Elə  bil  özünü  indicə  gördü: 
bədəni  gözlərinin  içinəcən  ağappaq  tük  gətirmişdi.  «...Xort-
dayıb,  vəssəlam!  Bu  insan  rəngidimi,  insan  sifətidimi?  Özü-
özündən qorxursa, başqaları neyləsin? Bir də axı, insan olsaydı, 
yemək yeyərdi, yemək istəyərdi. Basdırıldığı gündən gör bir nə 
qədər  vaxt  keçir,  ac-susuz  dolanır,  yemək-içmək  yadına  belə 
düşmür...  Elə  buna  görə də  adamlar  heç  bircə  sözünə də  qulaq 
asmaq  istəmədilər.  Sən  bir  işə  bax,  Bəkir,  onunla  bir  yerdə 
böyümüş  Bəkir  də  qorxub  özündən  getdi...  Xortlayıb...  Başqa 
cür ola bilməz. Yoxsa, niyə onu görən kimi bu qədər adamı əs-
məcə  tutdu?..  Adam  görməmişdilərmi?  Lap  olsun  ki,  onu  tanı-
madılar, bəs niyə görən kimi işlərini buraxıb bir yerə yığışdılar. 
Görünür,  o  dərəcədə  qorxuncdu,  heybətlidi  ki,  adamlar  ondan 
üşənir...». 
Ə
lişin  yaddaşında  hər  şey  bir-birinə  qarışmışdı  və  bu 
qarmaqarışıqlıq  içərisində  iynə  ulduzu  boyda  işıq,  aydınlıq 
görünmürdü. Əliş özü özündən qorxurdu, hövllənirdi, özündən 
qaçmaq  istəyirdi,  ona  dəhşətli  gələn  bu  əzablardan  biryolluq 
qurtarmaq istəyirdi. 
Belə  fikirləşə-fikirləşə  xışıltı  səsinə  arxaya  döndü.  Ar-
xaya  çevrilməyiylə  gözünə  dəyən  havaya  qalxmış  bel  tiyəsi 
oldu.  Dərhal  sıçrayıb  qalxdı.  Tanımadığı  iri  cüssəli  adam  bel 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
82
tiyəsi  başının  üstündə  quruyub  qaldı.  İri  cüssəli  adam  Əlişin 
giləsi  ağarmış  gözlərinə  tuş  gələn  kimi  əsməcəsi  tutdu  və  ba-
ş
ının üstünə qaldırdığı bel tutan əlləri boşaldı. Əlişin gözlərinin 
qabağındaca uşaq kimi tir-tir titrəməyə başladı. 
Ə
liş heç nə deməyib yovşanlı düzənliyin içərilərinə doğru 
getdi.  Bir  xeyli  gedib  dayandı,  çevrilib  arxaya  baxdı.  Onu 
öldürmək istəyən iri cüssəli adam başının üstündə bel tiyəsi hələ 
də tir-tir titrəyirdi. 
 
* * * 
 
–  Ay  oğul,  səni  bura  göndərənə  bir  demisənmi,  ay  belə-
belə olmuşun doğduğu, heç bir vicdanın, qeyrətin varmı ki, yolu 
burdan  çəkirsən?  Bir  neylədiyini  fikirləşirsənmi,  ölüb  yerə  gi-
rirsənmi?  Soruşmusanmı  ki,  ay  allahın  kor  bəndəsi,  dünyanı 
tutub  duracaqsanmı,  bir  gün  sən  də  bu  cəmi  məxluqat  kimi 
ölməyəcəksənmi?  Onda  heç  sənin  cəmdəyinə  tüpürməyəcək-
lər... 
O dinmədi, cavab verməyə söz tapmadı, gözlədi ki, qoca 
çıxıb  getsin,  çünki  heç  bir  şey  eşitmək  istəmirdi,  yaddaşında 
indiyəcən  eşitmədiyi  cürbəcür  səslər  bir-birinə  qarışmışdı.  Hər 
ş
eydən, hər şeydən qaçmaq istəyirdi. 
– Ay oğul... - sözün ardını eşitmədi, qulaqlarında dəhşətli 
bir uğultu başladı. Bu uğultu hansısa bir dibsiz dərinlikdən gə-
lir,  daş  səslərinə,  külüng  səslərinə  qarışaraq  böyüyürdü.  Bu 
uğultuyla  müqayisədə  insan  səsləri,  böyür-başındakıların  danı-
ş
ıqları pıçıltı kimi gəlirdi ona. 
Uğultudan  xilas  olmaq  üçün  adamlardan  aralanıb  yov-
ş
anlı düzə tərəf qaçmağa başladı. 
Bayaqdan bəri ara vermədən danışan qoca: 
– Ə, buna nə oldu, niyə belə elədi bu? 
Ona  cavab  verən  olmadı,  hamı  buldozerçinin  arxasınca 
baxırdı.  O  isə  qulaqlarında  böyüyən,  içinə,  varlığına  sığmayan 
səsdən  canını  qurtarmaq  üçün  qaçırdı.  Səs  isə  azalmaq,  öləzi-
mək bilmir, uğultudan beyni çatlayırdı. 
Sonra gördü ki, daha qaça bilmir, ayaqları torpaqdan ara-
lanmır,  uğultu  o  dərəcədə  güclüydü  ki,  bütün  varlığını  sarsı-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
83
dırdı.  Yerə  uzandı,  istidən,  bürküdən  qovurğa  kimi  olmuş  tor-
pağı  qucaqladı.  Səs    elə  güclüydü  ki,  dəli  olurdu.  O üz-bu  üzə 
çevrilir, əlləri, barmaqlarıyla torpağı eşib tökür, çabalayırdı. Səs 
isə böyüyür, böyüyürdü. 
Sonra heç bilmədi ki, nə vaxt huşunu itirdi. 
Özünə gələndə ilk duyduğu qoxu yovşan ətri oldu. Baxdı 
ki, bayaqdan bəri başını yovşan topasının üstünə qoyub uzanıb. 
aradan nə qədər keçdiyini bilmirdi.  Başını  qaldırıb  göy  üzünə  
baxdı,    gün    xeyli  əyilmişdi.  Uzaqdan  qəbiristanlıq  yerindəki 
adamlar  qarışqa  kimi  görünürdülər.  Bu  qədər  yolu  qaça-qaça 
gəldiyinə özü də heyrət elədi. 
Ayaqlarına baxdı, ayaqqabıları yoxdu, hardasa düşüb qal-
mışdı.  Bayaq  varlığını  sarsıdan  o  uğultu  o  qədər  güclüydü  ki, 
ayaqqabılarının  harda  düşüb  qalmasından  xəbəri  belə  olma-
mışdı. 
Ləpirlərini  tutub  qayıtmağa  başladı.  Bayaqkı  gurultu qu-
laqlarından çəkilib getmişdi, canında, varlığında qəribə bir yün-
güllük duyurdu. Neçə gündən bəri ona kimliyini belə unutduran 
bu gözlənilməz əhvalatlar nağıl kimi gəlirdi. Elə bil gördükləri, 
eşitdikləri olmamışdı, bunları hardansa kimdənsə eşitmişdi. An-
caq yox. Yaxınlaşdıqca böyüyən, aydınlaşan qəbir daşları, qəbir 
daşlarının  arasında  tələsə-tələsə,  təntiyə-təntiyə  işləyən  insan 
qaraltıları  onu  təzədən  sərt,  amansız  həyata  qaytarır,  yaddaşını 
təzələyirdi. 
Qəbiristanlığa  gəlib  çatanda  günəş  bir  az  əyilmişdi. 
Adamlar  bir  az  tələsə-tələsə  işləyirdilər.  Xeyli  aralıdakı  alçaq 
dikdirin  üstünə  çıxıb  qəbiristanlıq  yerinə  göz  gəzdirdi.  Bayaq 
qoyub  getdiyi  adamların  hamısı  yerindydi,  hələ  də  nəfəslərini 
dərmədən işləyirdilər. Sümsük it bayaqkı kimi sahibinin sümük-
lərini  təzə  qəbiristanlıq  yerinə  daşıyırdı.  Həlimə  qarı  adam-
lardan  ayrılıb  bir  tərəfdə  oturmuşdu,  oğlunun  qəbrindən  çıxan 
daşları  qabağına  qoyub  layla  çalırdı.  Uşaqları  analarından  bir 
qədər aralı ayaq üstə durub ağlayırdılar. Arvad heç kəsi yaxına 
buraxmırdı. 
– Rədd olun burdan, - deyirdi, - səhərdən başımı-beynimi 
aparmısınız. 
Uşaqlar isə analarını tək qoyub getmək istəmirdilər. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə