Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
75
–  Axı  bu  nə  təhər  işdi...  Yuxarıdan  hansısa  qərar,  ya 
göstəriş  verilir,  bir  qədər  keçəndən  sonra  məlum  olur  ki,  bu 
səhvmiş,  kökündən  yanlışmış,  ölkəni  uçuruma  aparırmış.  Mən 
indiyəcən  bir  dəfə  görməmişəm  ki,  yuxarıdan  ağıllı  bir  qərar 
verilsin. Nə vaxta qədər belə olacaq. 
–  Sənin  sözünün  qüvvəti,  qərar  verəndə  bir  camaatın 
ağzını arayırlar ki, bəyəm görsünlər onların ürəyincədi, ya yox? 
Bir  fikirləşirlərmi  ki,  ayə,  bu  qərarı  axı  biz  daşa,  torpağa  ver-
məmişik,  adamlardan  ötrü  vermişik,  onlar  bundan  narazıdır-
larsa, day onda bu qərar nədən ötrüdü, kimdən ötrüdü... 
–  Elədi,  qardaş,  elədi,  bax  indi  bu  kənddə  ağlı  kəsən 
uşağından  tutmuş  ahılınacan  kimdən  soruşsan  ki,  bu  qəbiris-
tanlıq məsələsinə necə baxırsan, hamısı daş atıb başını tutacaq. 
Çünki haqsız qərardı. 
– Haqsız yox ey, vicdansız qərardı... 
–  Vallah,  adam  bilmir  başını  götürüb  hara  getsin  bu 
dünyadan. Nə ölüyə rahatlıq var, nə diriyə... 
Bayaqdan  bəri  göyün  başgicəlləndirən  dərinliklərindən 
mat-mat  insanları  süzən  qartallar  uçub  getmişdilər.  İndi  aydın 
səmada özgə bir canlı gözə dəymirdi. 
...Sümsük  it  ağzında  sahibinin  sümükləri  qəbir  çuxur-
larının  arası  ilə  qaçırdı.  Ağzında  tutduğu  sümüyü  təzə  qəbiris-
tanlıq yerində qazdığı çuxura qoyur, təzədən geri qayıdırdı. Nə 
vaxtdan bəriydi ki, sahibinin sümüklərini bir-bir ağzındaca təzə 
qəbiristanlıq  yerinə  daşıyırdı.  İt  böyür-başında  qan-tər  içində 
işləyən  adamlara  məhəl  qoymadan  göz  qırpımındaca gedib  qa-
yıdırdı. 
...Bir dəstə adam dövrələmə dayanıb gendən-genə Əlişin 
xortdayıb çıxdığı qəbir çuxuruna baxırdılar. Adamların baxışla-
rından  sir-sifətlərindən  bir-birindən  gizləmək  istədikləri  qorxu 
boylanırdı.  Dövrəsində  dayansalar  da,  heç  kəs  Əlişin qəbir  çu-
xuruna yaxınlaşmağa cürət eləmirdi. Qəbrin torpağı da, yanı da 
üstə düşüb qalmış başdaşı da nə isə sirli idi, vahiməliydi. 
Ə
lişin qəbrindən çıxan torpağın üstündə barmaqların yeri 
aydınca bilinən yalın ayaq izləri vardı və bu ayaq izləri içəridən 
başlayaraq qəbrin başına dolana-dolana təzədən qəbrin içərisinə 
qayıdırdı.  Hamıya  elə  gəlirdi  ki,  Əliş  xortdayıb  çıxsa  da,  təzə-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
76
dən  qayıdıb  qəbrin  içərisində  gizlənib,  ona  görə  də  heç  kəs 
yaxınlaşmağa ürək eləmirdi. 
Ağzında sahibinin ayaq sümüyü təzə qəbiristanlıq yerinə 
tələsən  it  bu  mənzərədən  durdu,  sümüyü  yavaşca  yerə  qoyub 
qəbir  çuxurunun  başına  toplaşan,  üzündə,  baxışlarında  qorxu, 
təlaş  gəzdirən  bu  adamlara  baxdı,  baxdı.  Ancaq  bir  şey  anla-
madı,  təzədən  yerə  qoyduğu  sümüyü  ağzına  alıb  qəbir  çuxu-
runun  başına  toplaşan  adamların  yanından  sivişib  təzə  qəbiris-
tanlıq yerinə baş aldı. 
Bir  az  bundan  qabaq  qəhqəhə  səsi  qəbiristanlığı  başına 
götürən  Həlimə  qarı indi  qucağındakı  daşlara  layla  çalırdı.  Ar-
vad  daşın  birini  götürüb  o  birini  qoyurdu.  Qarının  səsi  su  səsi 
kimi  qəbiristanlığın  üstüylə  axıb  keçirdi.  Bu  səsdə  elə  bir  hə-
zinlik,  kövrəklik  vardı  ki,  sanki  qarı  layla  çalmırdı,  ağı  deyib 
ağlayırdı. 
...İlantutan  ovsun  oxuya-oxuya  qəbiristanlığın  içərisilə 
dolaşırdı.  Ağzını  çataqlayıb  heybə  kimi  çiyninə  atdığı  salafan 
torbalarda  ilanlar  bir-birinə  elə  sarmaşmışdılar  ki,  deyirdin  bir 
baş  bir  bədəndilər.  Daha  bayaqkı  kimi  nazik,  tükürpədici  səs-
lərlə  mələşmirdilər.  Üstlərinə  şaxıyan  günəşin  istisindən,  ağzı 
bağlı  torbanın  havasızlığından  tamam  solmuşdular.  Və  ilantu-
tanın  son  ilanı  da  yuvasından  çıxarmaq  üçün  oxuduğu  ovsun 
onlara  bürkünü  də,  havasızlığı  da  unutdurur,  dəlicəsinə  məst 
eləyirdi. 
İ
lantutan  qəbiristanlığın  yuxarı  başına  çatıb  dayandı. 
Bayaqdan  bəri  neçə  dəfə  ovsun  oxuya-oxuya  qəbiristanlıq  ye-
rini fırlanmışdı, ancaq daha ilan gözə dəymirdi. Çiynindəki ilan 
dolu  salafan  torbaları  yerə  qoydu,  iri,  yastı  bir  daşın  üstündə 
oturdu. Qolsuz köynəyi tamam su içərisində idi. O baş bu başa 
fırlanmaqdan tamam yorulub əldən düşmüşdü. 
Qəbiristanlığın hər daşına, hər ilan yuvasına bələdiydi; on 
ildən  yuxarıydı  ki,  hər  yayda  yoldaşıyla  buraya  gəlir,  ovsun 
oxuya-oxuya  ilanları  yuvalarından  çıxarıb  tuturdu.  Ötən  yay 
hansısa  ilan  yoldaşını  kürəyindən  çalıb  öldürmüşdü.  İlan  elə 
hirslə  çalmışdı  ki,  yarımca  saat  keçməmiş,  yoldaşı  gözlərinin 
qabağındaca  gömgöy  göyərmişdi.  Günün  günorta  çağı  gözlə-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
77
rinin  qabağında  solub  getməkdə  olan  yoldaşına  baxa-baxa  qal-
mışdı, heç nə eləyə bilməmişdi. 
İ
lk  dəfəydi  ki,  bu  qəbiristanlığa  təkcə  gəlirdi.  Yoldaşını 
ilan çalıb öldürəndən ürəyi peşəsindən sınmışdı. Qəbiristanlığın 
köçürülməsi xəbərini eşitməsəydi, bəlkə heç gəlməyəcəkdi. 
İ
lantutan  özündən  xəbərsiz  dodaqlarının  altında  ovsun 
oxuyurdu.  Ovsun  oxuyanda  hər  şey  gözlərində  dumana  bürü-
nürdü, keçmiş-gələcək yaddaşında bir-birinə qarışırdı. İlantutan 
oxuduqca yüngülləşirdi, yorğunluğu ovsun səsinə qarışaraq hiss 
olunmadan canından ayrılıb gedirdi. 
Bir  də  başını  qaldırdı  ki,  bir  cüt  körpə  ilan  balası  gəlib 
ayaqlarının  altındaca  durub.  İlan  balalarının  xırda  gözləri  elə 
duru,  elə  təmiz  idi  ki,  onlara  yazığı  gəldi.  Ovsun  səsindən 
ağıllarını itirmişdilər, o səsdən savayı heç nə eşitmirdilər. Səsini 
kəsdi  ki,  bəlkə  ilan  balaları  özünə  gələ,  çıxıb  gedə.  Ancaq 
ovsundan  xumarlanmış  ilan  balaları  xırda,  duru  gözlərini  ona 
dikib dururdular. 
Bir  xeyli  beləcə  gözlərini  körpə  ilanların  gözlərindən 
çəkmədən dayanıb baxdı. Sonra qalxıb salafan torbaları çiyninə 
aşırdı, yola tərəf baş aldı. 
Hava  isti  olsa  da,  çiynindəki  salafan  torbalara  yığdığı 
ilanlar  soyuq  idi  və  bu  soyuqluğu  qanında,  damarlarında  hiss 
eləyirdi. 
On-on  beş  addım  atmamış  dönüb  arxaya  baxdı;  ilan 
balaları  sürünə-sürünə  ardınca  gəlirdi.  İlanları  azdırmaq  üçün 
addımlarını  yeyinlətdi.  Ta  şəhərə  gedən  daş  yola  çıxana  qədər 
arxaya çevrilmədi. 
 
* * * 
...Buldozerçi  çevrilib  qəbiristanlıq  boyu  gəldiyi  yola 
boylandı.  Bilirdi  ki,  bu  qəbirlərə,  qəbir  daşları  üzərindəki 
yazılara sonuncu dəfə baxır, bilirdi ki, bu qəbirlərdən həmişəlik 
ayrılır  və  bir  az  sonra  bu  qəbirlər  yerlə-yeksan  olacaq,  bir  az 
sonra bu unudulmuş adamları yer üzünə bağlayan son izlər, son 
nişanələr büsbütün silinəcək. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə