Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
66
balaca,  ensiz  çayın  sahili  boyu  söyüd  ağacları  sıralanmışdı. 
Bunlar da Sultanzadənin öz əllərinin məhsuluydu. Həyətdə nar, 
armud, heyva acağlarının sayı-hesabı yoxdu. 
Bura  gələnlər  həmişə  Sultanzadəni  bu  həyətdə  görmüş-
dülər. İndi adamlara elə gəlirdi ki, bu saat möcüzə baş verəcək, 
evin qıfıl vurulmuş qapıları birdəncə açılacaq və Sultanzadə ev 
paltarında eyvana çıxıb qonaqları qarşılayacaq. Qonaqlar gözlə-
yirdilər, ancaq möcüzə baş vermirdi. 
Sultanzadənin övladı olmurdu. Ər-arvad evlənmələrindən 
on  il  keçənədək  gözləmişdilər,  başa  düşəndə  ki,  daha  uşaqları 
olmayacaq,  uşaq  evindən  körpə  bir  qız  götürüb  saxlayırdılar. 
Qonşular  Sultanzadənin  uşaq  götürüb  saxladığını  bilirdilər. 
Uşağın  qulağına  çatmasın  deyə  evlərini  də  dəyişməyə  məcbur 
olmuşdular. 
Sultanzadə  bu  qızı  canından  artıq  istəyirdi.  Qız  da  onu 
dəlicəsinə  istəyirmiş...  Qızı  yağ  içində  böyrək  kimi  böyütmüş-
dülər. Qız da ki, nə qız – dünya maralı, baxan bir də dönüb bax-
maq istəyirdi. 
İ
yirmi  yaşına  kimi  xəbər  tutmamışdı.  Ancaq  bir  gün... 
qohum-qonşulardan kimsə, nə məqsədləsə bu sirri qıza açmışdı. 
Bunu  kimin  elədiyini  Sultanzadə  ölənəcən  bilməmişdi.  O  da 
bilinməmişdi  ki,  qız  bu  xəbəri  niyə  belə  dəhşətlə  qarşılamışdı. 
Burda  Sultanzadənin  nə  günahı  ola  bilərdi  ki...  Uşaq  evindən 
körpəcə  bir  qızcığazı,  əslini-nəslini  tanımadığı  bir  uşağı  iyirmi 
il  əllərinin  içərisində  böyütmüşdü,  o  eləməsə  də  başqa  birisi 
eləyəcəkdi bunu, bəlkə də yiyə duran olmayacaqdı, uşaq evində 
atasız-anasız  böyüyəcəkdi.  Pislikmi  eləmişdi?!  Öyrənib-bilən-
dən sonra da qız heç nəyi üzə vurmamışdı. Qızın əhvalatı başa 
düşdüyünü  Sultanzadə  özü  hiss  eləmişdi,  o  da  üzə  vurmamış, 
özünü  bilməməzliyə  qoymuşdu.  Ancaq  bir  axşam  Sultanzadə 
işdən dönəndə qızı evdə görməmişdi – yazı stolunun üstünə bir 
məktub qoyulmuşdu. Qız evdən getmişdi. Bu əhvalatdan sonra 
Sultanzadə birdən-birə qocalmışdı. 
Axşam  dəfnə  gələn  qonaqlar  qatarla  qayıtmışdılar.  Sul-
tanzadənin arvadı isə qayıtmamışdı, o gecəni təmtəkcə kimsəsiz 
yurdda  qalmışdı,  otağın  işığını  yandırmadan  səhəri  dirigözlü 
açmışdı. Üç otağıydı və otaqların birinin açarını həmişə cibində 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
67
gəzdirərdi. Bu Sultanzadənin şəxsi otağıydı, arvadı bu evə gəlin 
gəlmişdi.  Gəlinlik  cehizi  –  köhnə  qədim  pianodan  tutmuş  bu-
fetin  qab-qacağınacan  qurulu  necə  vardısa  qalırdı,  evin  bir  çö-
pünə  də  toxunulmamışdı.  Arvadının  bir  cüt  xalçası  divardan 
asılmışdı.  Sultanzadə  Bakıdakı  evinin  əşyalarını  qab-qaşığına 
kimi  təzədən  alıb  yığmışdı.  Və  Sultanzadənin  anası  bu  otağın 
qapısını ən əziz qonağa belə açmazdı. 
O  gecə  qohum-qonşunun  təkidinə  baxmayaraq  Sultanza-
dənin  arvadı  evdən  çıxmamıdı.  Baldızları  da  nə  illah  elə-
mişdilərsə,  onu  razı  sala  bilməmişdilər;  nə  bir  yana  getmiş,  nə 
də  bir  kimsənin  yanında  qalmağına  razı  olmuşdu.  «Əl  çəkin 
məndən, - demişdi, - qoyun öz dərdimi dərd kimi özüm çəkim. 
Sabah cəhənnəm olub gedəcəyəm, sonra o ev, o da siz, bir çöpü 
də  gərəyimə  deyil.  Ancaq  bu  gecəlik  məni  sakit  buraxın.  O 
bircə  qardaşınızın  qəbrinə  and  verirəm,  mənim  bu  gecəmə 
toxunmayın».  -  Bu  sözdən  sonra  baldızları  dinməz-söyləməz 
çəkilib getmişdilər. 
O  gecə  Sultanzadənin  arvadı  səhərə  kimi  yatmamışdı. 
Səhərə  kimi  pəncərənin  qabağında  dayanıb  gözlərini  qaran-
lıqdan  çəkməmişdi.  Səhərə  kimi  aran  çayının  səsinə  qulaq  as-
mışdı  və  bu  bir  gecədə  Sultanzadə  ilə  keçirdiyi  otuz  beş  illik 
ömrünü  təzədən  yaşamışdı;  otuz  beş  illik  ömür  çayın,  suyun 
səsinə qarışıb bir gecədə ömründən təzədən axıb keçmişdi. 
Səhərisi  gün  onu  qəbiristanlıqda  görmüşdülər.  Günün 
gözü  əyilənəcən  Sultanzadənin  qəbrinin  üstündə  oturub  səssiz-
səssiz  ağlamışdı.  Sonra  isə  hayana  çıxıb  getdiyini  bilən  ol-
mamışdı. Elə bil arvad yağlı əppək olub göyə çəkilmişdi. Ancaq 
gecələr  Sultanzadənin  qəbri  üstə  xırdaca  yovşan  dəstələri 
qoyulardı.  Bunu  kimin  gətirib  qoyduğunu  heç  kəs  bilmirdi. 
Ancaq  qəbrin üstə  düşən  ləpirlər  Sultanzadənin arvadının  ayaq 
izlərinə  bənzəyirdi.  Bir  müddət  sonra  qəbrin  üstündən  yovşan 
dəstələri də yığışdı – Sultanzadənin qəbri beləcə unuduldu. 
Qazılıb meyitləri köçürülmüş vahiməli qəbir çuxurlarının 
ə
hatəsində  biləkdən  azca  uzun  başdaşı  vurulmuş  uşaq  qəbri 
qalmışdı.  Üstündə  ad-filan,  tarix  yazılmamışdı.  «Görünür,  az 
yaşayıb,  lap  az,  bəlkə  qırx  gün,  bir  ay,  bəlkə  də  lap  az.  Görən 
niyə bəs başdaşına bir şey yazılmayıb? Bəlkə az yaşadığı üçün 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
68
özlərinə dərd eləmək istəməyiblər. Eləcə adsız-ünvansız torpağa 
tapşırıblar?  Bəlkə  də  torpağa  beləcə  adsız  basdırılmağın  nə  isə 
gizli bir səbəbi var?». 
Başını qaldıranda uşağı qarşısında gördü. Uşağın üst-başı 
torpağa  elə  bulaşmışdı  ki,  yerdən  güclə  seçilirdi.  «Bəlkə  uşaq-
dan  soruşsun,  görən bilərmi?  Hardan  biləcək,  körpə  uşaqdı,  bu 
az yaşında bir belə qəbrin hansı birisini tanısın?». 
Uşaq onu gözləmədən: 
–  O  mənim  qardaşımdı,  -  deyir,  -  yeddi  qurbanla  tapmı-
ş
ıq.  Onun  qəbrini  uçursan,  mən  qardaşsız  neyniyə  billəm?  - 
deyir və üzünü çevirib harasa qeyb olur. 
Yadına  düşür.  Yeddi  qurbanla  tapılmış  bu  uşağın  taleyi 
ona  tanışdı.  Yadındaydı,  qırx  gün  ona  ad  qoyulmamışdı.  Qırxı 
tamam olan günü uşağın ilk qurbanı kəsilmiş, həmin gün dayısı 
uşağın  adını  Məzahir  qoymuşdu.  Səhəri  gün  isə  uşaq  tələf 
olmuşdu. 
Qırx  gün!  Cəmisi  qırx  gün!  Ömrə  bir  bax?  Qırx  gündən 
ötrü  dünyaya  gəlmək...  Dünyanın  suyundan,  bərəkətindən, 
havasından  qırx  gün  dadmaq.  Cəmisi  qırx  gün!  Buna  ömürmü 
demək  olar,həyatmı  demək  olar,  fələk?  Doqquz  ay  bətnində 
uşaq  gəzdirəsən,  doqquz  ay  həsrətlə,  qorxuyla  övlad  yolu 
gözləyəsən,  ancaq  qırxca  gün  yaşaya,  vəssəlam.  Qırx  gündən 
sonra  onu  əzizlədiyin  əllərinlə  aparıb  torpağa  tapşırasan.  Qırx 
gündən  sonra  onu  evə,  ailəyə  bağlayan  nə  varsa,  özün  öz  əl-
lərinlə məhv eləyəsən. Sən bir ömrə bax, fələk? Qırx gün!.. 
O  yeddi  qurbanın  yeddisini  də  kəsmişdilər.  Düz  yeddi  il 
hər  dəfə  qurban  kəsiləndə  anası  körpənin  qəbri  üstə  pay  gətir-
mişdi.  Düz  yeddi  il  o  qəbir  –  qırx  günlük  körpənin  qəbri əziz-
lənmişdi. Yeddi ildən sonra isə yavaş-yavaş unudulmuşdu. 
Bəs niyə uşaq bu qəbri qardaşınınkı hesab eləyir? Axı də-
qiq  bilir  ki,  bu  onun  qardaşı  deyil.  Bəlkə  qəbrini  uçurtmamağı 
xahiş elədiyi qadın da anası deyil, tamam yad, uzaq bir adamdı. 
Bəlkə də anasıdı. Axı, bunu necə bilmək olar? 
Uşağa bu barədə işarə vursan, onsuz da kövrək olan qəl-
binə  xal  düşəcək.  İnanırsa,  qoy  inansın...  Axı həyat  elə  çoxları 
üçün yalandı, aldanışdı. İnsan bir şeyə inanıb təsəlli tapa bilirsə, 
bu  özü  həyatdı,  ömrün,  həyatın  puçluğuna  etirazdı.  Qoy  necə 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə