Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
54
– «Dayan, dayan...». Niyə dayanmalıyam? Dayanıb sənin 
moizələrinə  qulaqmı  asmalıyam?  Özünü  mənə  tanıdacaqsan? 
Sənin  arvadın  deyildi,  üç  manat  nəzirdən  ötrü  qəbiristanlıqda 
saçyolmasına çıxan? Bunu kənddə bilməyən yoxdu, yoxsa bunu 
da danacaqsan?.. 
– Əşi, qurtar sən allahın bu söz-söhbəti, qoy ölümüzü kö-
çürək.- Yumrusifət, saqqallı kişi mübahisəni kəsmək istədi. 
–  Belə  gündə  öz  ölünü  yaddan  çıxarmazsan.  Ancaq 
günbəzi  köçürməyə  gələndə  özünə  iş  tapacaqsan.  Ta  ki,  işdən 
yaxanı  kənara  çəkəsən.  Tikilib  hazır  olandan  sonra  isə...  Əşi, 
bunları  deməyin  nə  mənası  var?  Sənin  nə  vecinə,  deyirəm,  öz 
başım ağrıyır. Çıx get, sən olasan allahın əsəbiləşdirmə məni. 
Yumrusifət,  saqqallı  kişi  bu  sözə  bəndmiş  kimi  ondan 
aralandı.  Ancaq  xeyli  müddət  arxadan  onu  təhqir  eləyən  səsi 
eşitdi. 
–  Bunlar  kəndin  camaatından  deyil,  ayrı  xəmirdən  yoğ-
rulub. Tfu... 
Yumrusifət,  saqqallı  kişi  bu  sözü  eşidəndə  dayandı, 
qayıtmaq istədi, ancaq qayıtmadı, təzədən yoluna davam elədi. 
 
* * * 
 
Həlimə qarının dəli qəhqəhəsi qəbiristanlığı başına götür-
müşdü.  Bu  səs  dalğalana-dalğalana  kəndin  əl-ətəyinəcən  gedib 
çatırdı.  Qarının  qəhqəhəsində  sirrə,  sehrə  bənzər  nə  vardısa, 
adamı  iliyinəcən  sarsıdırdı,  əlini  büsbütün  dünyadan  üzürdü, 
ovsunlayırdı. Bu səs adamları sanki uzun illərin sərxoşluğundan 
bir  anlığa  ayırırdı,  ayıldırdı.  Və  adamlar  dünyaya  ayıq  gözlə 
baxmaqdan  çəkindiklərindənmi,  nədəndi,  bu  səsdən  hürkürdü-
lər,  hövllənirdilər.  Bu  səsdən  sonra  adamlar  biri-birindəncə 
xoflanırdılar,  özlərindəncə  xoflanırdılar,  özləri-özlərindən  qaç-
maq  istəyirdilər.  Qeyri-ixtiyari  əl  saxlayırdılar,  bel-külüng  səs-
ləri tamam kəsilirdi. Səs çəkilənəcən beləcə dayanıb dururdular, 
işləyəmmirdilər. Və çəkilib gedən qəhqəhə səsi əllərin,  qolların  
tabını-taqətini  də  özüylə  alıb  aparırdı. 
Umuxanımın qəbrinin önündə dayandı. Başdaşının üstün-
də,  xırda  hərflərlə  qazılmış  doğum-ölüm  tarixinə  baxdı.  Cəmi 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
55
otuz  yaş!  Vəssəlam!  Ömrünün  çiçək  kimi  açılan  vaxtında  sol-
muşdu. Bir zamanlar gözəlliyilə bütün mahalda məşhurdu. Yol-
dan  keçəndə  tamaşasına  durardılar.  Bütün  ətraf  kənd-kəsəyin 
cavanları  Umuxanımın  həsrətindən  ölərdilər.  Bir  vaxt  bu  qa-
dının  adı  gələndə  kişilərin  qəlbinə  gizilti  dolardı,  yuxuları  ərşə 
çəkilərdi. 
O  yola  nə  vaxt  düşdüyü  bilinmirdi.  Və  Umuxanımın  elə 
bil uşaqlığı, yetkinliyi olmamışdı, eləcə birdən-birə gözəl qadın 
donunda,  mələk  donunda  göydən  nazil  olmuşdu.  Bu  kənddə 
Umuxanımın  keçmişini  tanımırdılar,  harda  böyüyüb  ərsəyə 
çatdığını  bilmirdilər.  Umuxanım  elə  gözəl  idi  ki,  bu  gözəlliyin 
işığı onun keçmişini görməyə qoymurdu. Umuxanım bu kəndin, 
bu mahalın həyatına birdəncə daxil olmuşdu. 
Təkcə  onu  bilirdilər  ki,  Umuxanım  dünyanın  qayğısız 
günlərindən  birində  özü  də  duymadan  aldanmışdı.  Aldandığını 
özündən  gizləyə-gizləyə  bir  xeyli  yaşamışdı.  Sonra  başqa 
birisinə aldanmışdı. Sonra da bir başqasına. Umuxanım beləcə-
beləcə  aldana-aldana  yaşamışdı  və  bir  də  baxıb  görmüşdü  ki, 
bütün  bu  ətraf  kənd-kəsəkdə  məşhurdu.  Gecəsi-gündüzü  olma-
yan  bu  həyat  onu  bezdirmiş,  ölümündən  bir  az  qabaq  ərə  get-
mişdi. 
Ancaq Umuxanım ailə həyatına dözə bilməmişdi. Günlər 
ötdükcə  qızlığını,  gəlinliyini  itirdiyi  o  illərin  ağrısını  çəkir, 
adam arasına çıxmağa utanırdı. Əri nə illah eləyirdisə onu evə-
eşiyə bağlaya bilmirdi. 
–  Burax  məni,  qoy  çıxım  gedim,  -  deyirdi,  -  dözə  bil-
mirəm. Niyə axı, məni məcbur elədin ərə gedim. İndi mənə görə 
sən də camaat içinə çıxa bilmirsən. 
Ancaq əri buna razı olmurdu ki, olmurdu: 
– Heç kəsə fikir vermə, - deyirdi, - başını aşağı sal uşaq-
larımızı böyüt. 
Umuxanım görürdü ki, əri belə desə də, içində əzab çəkir, 
ona  rast  gəldiyinə,  onunla  evləndiyinə  min  kərə,  milyon  kərə 
peşimandı. 
Evlərinə gələnlərin əksəriyyəti ilə Umuxanım  görüşmüş-
dü,  bunu  Umuxanımın  əri  də  yaxşı  bilirdi.  Bu  adamlar  Umu-
xanıma  özgə  gözlə  baxırdılar.  Heç  nə  deyib  danışmasalar  da, 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
56
Umuxanım  onların  gözlərindən  elə  şeylər  oxuyurdu  ki,  ərinin 
üzünə baxa bilmirdi. Umuxanım hiss eləyirdi ki, evlərinə gəlib-
gedən,bir vaxt onun həsrətindən yanıb qovrulan bu adamlar ona 
yuxarıdan  aşağı  baxır.  Umuxanım  hiss  eləyirdi  ki,  ailə  həyatı 
onun əlini-qolunu bağlayıb, ailə onu heç cürə rahatlıq bilmədiyi 
dar  bir  qəfəsə  salıb  və  asanlıqla  bu  dar  qəfəsdən  qurtarmaq 
mümkün  olmayacaq.  Umuxanım  belə  şeylərə  vərdiş  eləmə-
mişdi,  ailə  həyatı  çox  böyük  əzab  hesabına  başa  gəlirdi.  Ərə 
getməklə  Umuxanım  hökmünü,  zabitəsini  itirmişdi,  qürrəsini, 
gözəlliyini  itirmişdi.  İndi  elə  bil  heç  kəs  Umuxanımın  gö-
zəlliyini görmürdü, görmək istəmirdi, göz-gözə gəldiyi adamlar 
yalnız onun keçmişini bildiklərini hiss elətdirir, hansısa bir söz-
ləmi,  işarəyləmi  o  günləri  unutmadıqlarını  xatırladırdılar.  Be-
lədə  Umuxanım  özünü  alçalmış  sanırdı,  özünə  yazığı  gəlirdi, 
ə
rinə  yazığı  gəlirdi.  Bəlkə  də  uşaqları  olmasaydı,  hər  şeyə  tü-
pürər, təzədən əvvəlki həyatına qayıdardı. Ancaq uşaqlar əl-qo-
lunu bağlamışdı, ha fikirləşirdisə, bir çıxış yolu tapa bilmirdi. 
Hərdən  kəndin  uşaqları  küçədən  onun  adını  qışqıra-
qışqıra  keçirdilər.  Umuxanım  uşaqların  qışqırıq  səsində  evinə 
gəlib-gedən  adamların  gözlərində  duyduğu  ifadələri  duyurdu. 
Uşaqların səsində, qışqırığında sözlə izaha gəlməyən nə isə giz-
lənirdi.  Ər-arvad  qışqırıq  səslərini  eşitməzliyə  vururdular;  biri 
radionun  səsini  qaldırır,  o  biri  özünü  məşğul  kimi  göstərirdi. 
Tək  bircə  dəfə  uşaqlar  onun  adını  qışqıra-qışqıra  küçədən  ke-
çəndə  əri  dözə  bilməmiş,  əlinə  ağac  alaraq  qışqırışan  uşaqları 
küçənin yuxarı başınacan qovmuşdu. 
Son günlər Umuxanım səhərdən axşamacan həyətdə olur-
du. Əri nə vaxt işdən qayıdırdısa, onu evin qənşərindəki tut ağa-
cının altında görürdü. Körpənin beşiyini də gətirib tut ağacından 
asmışdı. Bütün günü kürəyini ağaca söykəyib beşiyi yırğalaya-
yırğalaya gözlərini harasa zilləyib baxırdı. Elə bil nə isə olma-
lıydı, kim isə gəlməliydi; hər xışıltı səsinə dönüb baxır, heç nə-
dən  diksinirdi.  Gecələri  də  çətin  keçirdi;  səhərəcən  gözlərini 
qırpmadan  qaranlığa  baxırdı,  özünü  unutduğundanmı,  yoxsa 
ə
rinə oyaq olduğunu bildirməməkdən ötrüydümü, axşamdan daş 
kimi düşüb qalır, yatağında belə çevrilmirdi. 
Ancaq bir gün... 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə