Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
48
çək toru da ulu nənəsindən qalmadı. Bu beşikdə uşaq üzü gün-
doğana  uzanmalıydı  və  gündoğana  açılan  dəmir  milli  pəncə-
rədən uşağın üzünə ovuc içi boyda işıq düşməliydi, yoxsa rahat 
olammazdı. Ayrı yerdə uşağın sifəti meyit rəngi alırdı və baxan 
deyərdi  ki,  bu  saat  uçub  gedəcək.  Beşiyə  uzadan  kimisə  rəngi 
üstünə  gəlir  və  uşağı  yuxu  aparırdı.  Uşağın  yuxu  gördüyünü 
yanaqlarında  kölgələnən  ləkələrdən,  üzünün,  dodaqlarının  qey-
bə  çəkilən  təbəssümündən,  bət-bənizinin  torpaq  rəngi  almasın-
dan bilirdi. Qumru bütün günü beşiyin başında oturar, gözlərini 
uşağa  zilləyərdi,  elə  bil  yuxunu  uşağın  üzündəncə  oxumaq 
istəyirdi. 
Beşik  yırğalandıqca  xatirələr  onu  tilsim  kimi  çəkib  keç-
mişə aparırdı. Bir anlığa uşağı unudurdu, ona elə gəlirdi ki, yır-
ğ
alanan  beşikdəki  özüdü  və  anası  beləcə  başının  üstündə  da-
yanıb onun yuxularına qarışmaq istəyir. 
Uşaq  oyanıb  qışqırdıqca  o  da  diksinir,  qorxudan  rəngi-
ruhu  uçurdu.  Hər  dəfə  qəfil  qışqırtıdan  sonra  uşağı  yenidən 
yuxu  aparırdı  və  nə  illah  eləyirdisə,  oyada  bilmirdi.  Uşağın 
çöhrəsində  səssiz  bir  kölgə  gəzirdi  və  elə  bil  bu  kölgə  tuluq-
lanmış qan idi, çıxmağa yer, səmt axtarır, ancaq tapammırdı. 
Ana  qəlbilə  duyurdu  ki,  uşağın  çöhrəsindəki  o  tutqun 
kölgə  nədisə  balasının  həyatı  ondan  asılıdı.  Kölgə  uşağın 
gözlərinin həndəvərində dolaşırdı, elə bil bəbəklərin çıxmağa ən 
münasib yer olduğunu kəsdirmişdi. 
Uşaq gözlərini açan kimi ürəyi üstünə gəlirdi: 
– Nə çox yatdın, qurban? 
– ... 
Uşaq  cavab  vermirdi  və  təzədən  gözlərini  yumurdu.  Ən 
çox qorxduğu bu sual onu tilsim kimi yuxunun qoynuna çəkirdi. 
Qalxıb  ehtiyatla  balasının  başını  qolları  üstünə  alırdı.  Yuxu 
könülsüz-könülsüz gözlərindən çəkilirdi. 
– Yuxu görürdün, yenə, quzu? 
– Deməyəcəyəm, bildin, deməyəcəyəm, əl çək məndən! 
Uşağın dişləri yaşına sığmayan əsəbiliklə qıcanırdı. 
Qumrunun  bəbəklərində  bir  cüt  göz  yaşı  muncuqlanırdı. 
Ə
lacsız-əlacsız  yaş  süzülən  gözlərini  uşağın  çöhrəsinə  dikirdi. 
Bilirdi  ki,  uşağa  nə  zaval  gəlmişdisə,  yuxudan  gəlmişdi.  Yu-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
49
xuda  nə  demişdilərsə,  neyləmişdilərsə,  gözünün  qabağındaca 
sönüb gedirdi. O yuxu nəydisə sirr olaraq qalırdı. Bilirdi ki, uşa-
ğ
ın  əcəli  o  sirli  yuxuyla  bağlıdı,  sirri  açsa,  güman  ki,  yaşa-
yacaqdı. 
–  Nə  görürdün  yuxuda,  qurban?  Bax  indi  əmin  gələcək, 
sabah  özüylə  səni  meşəyə  gəzməyə  aparacaq.  Bircə  de  görüm 
nə görürüdün yuxunda... 
– Yox, deməyəcəyəm! 
–  Adam  heç  anasından  sözmü  gizləyər?  Nə  görürdün 
yuxunda, hə, qurban? 
O  əl  çəkmir,  uşaq  inad  eləyirdi.  Uşağın  inadını  qırmaq 
çətin idi,  yaman  çətin idi. Ancaq  bilirdi  ki,  uşağın    taleyi   ina-
dındadı,  inadını  sındıra  bilsə,  yaşayacaq balası, sındırammasa 
heç... 
O  bütün  gecələrini  sübhə  kimi  uşaqla  birgə  qalmağa  ra-
zıydı, təki uşaq yatmasın, o sirli, vahiməli yuxunu bir daha gör-
məsin.  Ancaq  uşaq  yatmaq  istəyirdi,  uşaqda  yuxuya  qəribə 
təşnəlik  vardı,  yerinə  uzanan  kimi  bir  əlcə  daş  parçasına 
dönürdü, ha çağırırdı, silkələyirdi, oyanmaq bilmirdi. 
Gecə  itlər  səs-səsə  verib  ulaşanda  uşağın  taleyilə  bağlı 
qorxu  və  vahimə  bürüyürdü  onu.  Ona  elə  gəlirdi  ki,  o  ulaş 
səslərilə uşağın yuxusu arasında nə isə sirli, anlaşılmaz bir əlaqə 
var və bu qərib, müdşih səs onu sehrinə salıb aparmaq istəyir. 
Gecənin bir vədəsi uşaq gözlərini açır, sorğulu baxışlarını 
anasına zilləyirdi. 
– Məəm qardaşım vaar, əmmə? 
– Yox, qurban... 
– Var, altı qardaşım var, məəm... 
Onu  heyrət  bürüyürdü,  çünki  bircə  dəfə  olsun  uşağın 
yanında  bu  barədə  danışılmamışdı.  «Hal  aparır  uşağı,  nədi, 
fələk...  bu  nə  dərddi  mən  düşmüşəm.  Bunu  kim  xəbər  verib 
ona?». 
Dan  yeri  onun  yuxusuz  gözlərindən  başlayırdı.  Yorğun-
luğunu,  səhəri  diri  gözlü  açdığını  yalnız  dan  üzü  hiss  eləyirdi. 
Və  bu  yorğunluqla,  yuxusuzluqla  birgə  səhərin  açılması  ona 
sonsuz  fərəh  gətirirdi.  Sübhün  toranında  yuxusuz  gözlərilə 
uşağın  çöhrəsinə  baxırdı.  Üzünün  ləkələrindən,  göz  qapaqla-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
50
rının  titrəyişindən,  dodaqlarında  uçuşan  təbəssümdən  yuxusu-
nun qorxulu olub-olmadığını bilmək istəyirdi. 
Uşağın ömrü yuxudaca gəlib keçirdi və nə böyüyürdüsə, 
yuxuda  böyüyürdü,  gözlərini  açan  kimi  sanki  uşaq  kiçilirdi, 
solurdu. 
Bir  gecə  uşağın  səsinə  dimdik  atılmışdı.  Görmüşdü  ki, 
uşaq beşiyin içində oturub qorxudan tir-tir titrəyir. Ana balasını 
qucağına almışdı. 
–    O  kimdi  orda  əmmə?  –  uşaq  əlilə  otağın  qaranlıq 
küncünü göstərirdi. 
Bircə  anda  mürgü  ananın  gözlərindən  çəkilmişdi. 
– Heç kəs yoxdu orda, quzu, gözünə görünür, nədən qor-
xursan... 
Uşaq gözlərini qaranlıq küncə dikib dururdu. Qaranlıqda 
çılpaq,  əcaib  bir  vücud  onu  ağuşuna  çağırırdı.  Dişiylə  dırnaq-
larını çeynəyə-çeynəyə onu hədələyirdi. Uzun kirpikləri yer sü-
pürən bu qorxunc vücud hər gecə yuxularına gəlir, onu aldadıb 
aparmaq istəyirdi. Qorxudurdu ki, yuxusunu açsa, canını alacaq. 
– Qoyma, üstümə gəlir, əmmə! – Uşaq anasının qucağına 
elə qısılır ki, deyən köksünü yarıb içəri girəcək. 
–  Qorxma,  quzu,  sənə  heç kəs  heç  nə  eləyəmməz,  –  ana 
təşvişlə  qaranlığa  baxır.  –  O  yanda  atandı,  burda  mən,  nədən 
qorxursan axı? İstəyirsən işığı yandırım... 
Uşağın qışqırığı ananı vahiməyə salır. 
– Qoyma, öldürdü məni, əmmə, atamı çağıııır!.. 
–  Bəkir!!!  –  Arvadının  çağırışına  Bəkir  dik  atıldı.  –  Dur 
işığı yandır, hal aparır uşağı. Bir az əlli tərpən! 
– Ataaa!!! – Uşaqdan elə qışqırıq qopur ki, daş-divar sək-
sənir. 
Bəkir qalxıb işığı yandıranda uşaq Qumrunun qucağında 
solub  getməkdəydi.  Elə  bil  kimsə  ikiəlli  uşağın  hulqumundan 
tutub canı çıxıncaya qədər boğmuşdu. 
Uşağın  ölümündən  sonra  Bəkir  Qumrunun  gününü  göy 
ə
skiyə  düymüşdü.  «Sənnən  mənə  arvad  olmayacaq,  –  deyirdi, 
nə  qədər  ki,  gözün  o  piyaniskə  köpək  oğlundadı,  uşaq  üzünə 
həsrət qoyacaqsan məni...». Qumrunu elə döyürdü ki, yerinə bir 
başqası  olsaydı,  səsi  ərşə  dayanardı.  Ancaq  Qumrunun  cınqırı 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə