Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
51
da  çıxmırdı.  Elə  bil  bədənində  sümüyü  yox  idi  və  Bəkirin 
yumruqları, təpikləri ona əsər eləmirdi. Bəkirin ayaqları altında 
halsız-halsız  inildəyirdi.  Ərinin  bu  vəhşiliklərindən  sonra  da 
evdən  çıxıb  getməyə  həvəsi  gəlmirdi.  Qumrunun  heç  nəyə  hə-
vəsi  qalmamışdı.  Uşağın  ölümü  ömrünün  yarpağını  salmışdı. 
Eləcə  gözləyirdi.  Gözləyirdi  ki,  nəsə  olacaq.  Elə  gözləyə-göz-
ləyə də əriyib getmişdi. 
Qumrunun  ölümündən  sonra  Bəkir  təzədən  evlənmidi. 
Bəkir  Qaraşın  hər  gün  Qumrunun  qəbri  üstə  gəldiyini  bilirdi. 
Arvadının  qəbrinin  köçürülməməyinin  əsl  səbəbi  də  buydu  — 
qəbri  Qaraşa  qısqanırdı.  İstəyirdi  ki,  qəbir  uçurulub  yerlə-yek-
san ola, tamam itib gedə, bəlkə onda Qaraş Qumrunu büsbütün 
yadından çıxararardı. 
...  Qəbiristanlığın  ortasında  bir  dəstə  adam  dayanıb 
söhbət eləyirdilər. Qaraşın gözləri bu adamların arasında Bəkiri 
aldı. Bəkir də Qaraşı gördü və istədi gözlərini ondan yayındıra, 
özünü görməməzliyə vura. Ancaq gördü ki, gözlərini Qaraşdan 
ayırammır  və  uzaqdan-uzağa  Qaraşın  baxışları  qarşısında  kə-
silə-kəsilə dayanıb durur. 
Qaraşın  yaxınlaşmağıyla  söhbət  kəsildi.  Bəkir  ovsunla-
nıbmış kimi hələ də gözlərini ondan ayırammırdı. 
Qaraş alçaqdan: 
–  Sənə  sözüm  var,  Bəkir,  -  dedi,  -  bir  dəqiqəliyə  bura 
zəhmət çək. 
Bəkir  istədi  desin  ki,  mənim  bu  adamlardan  gizlin  işim 
yoxdu, nə sözün var de, amma nə düşündüsə, səsini çıxarmadı, 
adamlardan  ayrılıb  qorxaq  addımlarla  Qaraşa  sarı  getdi.  Qəbi-
ristanlığın içərisilə dinməz-söyləməz xeyli yanaşı yeridilər. 
Sonra  Qaraş  nə  fikirləşdisə  ayaq  saxladı  və  birdəncə 
dönüb: 
– Niyə Qumrunun qəbrini köçürmürsən, Bəkir? -dedi. 
Bəkirdən  səs  çıxmadı.  Bayaqdan,  Qaraşı  uzaqdan-uzağa 
gördüyü  andan  Bəkirin  dalağı  sancmışdı  və  Qaraşın  ona  nə 
deyəcəyini  yaxşı  bilirdi.  Ancaq  elə  bil  bu  fikir  bayaq  Bəkirin 
ürəyinə dammamışdı. Bəkir bu sözləri ilk dəfəydi eşidirdi, ona 
görə  də  quruyub  qalmışdı,  bilmirdi  nə  cavab  verə.  Qumru  ilə 
evləndiyi gündən bu yana ilk dəfəydi ki, Qaraşla kəlmə kəsirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
52
– Düz on il arvadlıq eləyib sənə, evinin çırağını yandırıb. 
Sənin  üstündən  aşıb  bu  işi  görsəm,  camaatın  ağzından  qurtara 
bilməzsən. Nə qədər ki, gec deyil, vaxt ikən qaz köçür qəbri. 
Sözünə ara verib: 
–  Belə  sakit  danışmağıma  baxma,  -  dedi,  -  qəbri  köçür-
məsən, sümüklərini xıncım-xıncım elərəm. 
Bəkir eynən bayaqkı sayaq heykəl kimi dayanıb durmuş-
du. Ağzını açıb dillənməyə ürək eləmirdi. Bilirdi ki, artıq-əskik 
bir  söz  desə  Qaraş  doğrudan  da  sümüklərini  xıncım-xıncım 
eləyər. 
Qaraş çevrilib getdi. 
...Babalı  bağından  isti  meh  əsməyə  başlamışdı  və  meh 
ə
sdikcə qalınlığın çürük yarpaq və qabıq qoxusu qəbiristanlığın 
üfunət  iyinə  qarışaraq  kəndə  yayılırdı.  İlan  kimi  bir-birinə 
sarmaşıb  durmuş  ağaclar  sirli-sirli  pıçıldaşırdılar.  Qəbiristan-
lıqdan  gələn  bel-külüng  səsləri  gündüzün  kirimişliyində  ağac-
ların  bu  sirli  pıçıltılarını  eşitməyə  qoymurdu.  Gecələr  bu 
pıçıltılara  qurdların  ulaş  səsləri  də  qarışacaq  və  bu  səs  kəndin 
ab-havasına  çökmüş  qorxu  və  vahiməni  çəkilib  getməyə  qoy-
mayacaqdı. 
İ
ki  qoca  əllərində  əsa  qəbiristanlıq  yerini  gəzirdilər. Qo-
caların birinin əlindəki əsanı qabağa uzada-uzada yeriməsindən 
hiss olunurdu ki, ya tamam  kordu, ya da gözləri yaxşı görmür. 
Kənardan baxanda adama elə gəlirdi ki, bu saat ayaqları sürüşüb 
qəbir  çuxuruna  yıxılacaqlar  və  bir  daha  ordan  çıxa  bilməyə-
cəklər. Bir-bir qəbirlərin başında dayanır, nisbətən gümrah olanı 
gözləri zəif qocaya qəbir sahibinin kim olduğunu deyirdi. Göz-
ləri  zəif  olan  qoca  isə  yanındakına  inanmırmış  kimi  yaxınlaşıb 
ə
llərini  başdaşına  sürtürdü.  Axtardığı  adamın  başdaşı  olmadı-
ğ
ını yəqinləşdirəndən sonra: 
– Yox, bu deyil, - deyirdi və əl-ələ tutub başqa qəbirlərə 
tərəf gedirdilər. 
Uşaqlar  qəbiristanlıq  yerində  gizlənpaç  oynayırdılar. 
Qazılıb  tökülmüş  çuxurların  qəbir  yeri  olduğunu  ağıllarına 
gətirmədən  qaçıb  gizlənirdilər.  Ayrı  vaxt  olsaydı,  böyüklər 
onları qəbirsitanlıq yerinə buraxmazdılar, ancaq indi böyüklərin 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
53
başı ölülərinə qarşıdığından qəbir çuxurlarında gizlənpaç oyna-
yan bu uşaqlar yada düşmürdü. 
Uşaqların bütün bu qəbiristanlıq əhvalatlarından xəbərsiz 
sevinib  əylənməyi  ona  qəribə  gəlirdi.  O  heç  vaxt  belə  uşaqlıq 
keçirməmişdi, heç vaxt bu uşaqlar kimi ürəkdən sevinməmişdi. 
Uşaqlara  tamaşa  elədikcə,  başa  düşürdü  ki,  o,  uşaq  olmayıb, 
uşaq sevinciylə sevinməyib, heç vaxt qayğısızlığın nə olduğunu 
bilməyib. 
Bəs  səhərdən  bəri  onun  yanına  gəlib  gedən,  anasının 
qəbrinin uçurulacağından qorxan o uşaq kimdi? Niyə bəs o, bu 
uşaqlar kimi gülüb sevinməyin nə olduğunu bilmir. Və indi hiss 
elədi  ki,  anasının  qəbrinin uçurulacağı  üçün  vahiməyə  düşən  o 
uşaqla  onu  nələr  bağlayır.  Hiss  elədi  ki,  o  uşağa  baxanda  özü-
nün keçmişini görür, uşaqlığını görür, ömrünün o illərini görür 
ki, yaşıdlarından fərqli olaraq sevinə bilmirdi, çiyinləri vaxtsız, 
erkən  qayğıların  ağırlığına  dözmürdü.  O,  əvvəllər  də,  indi  də 
uşaq  qayğısızlığının,  səbəbsiz  sevincin  nə  olduğunu  dərk  eləyə 
bilmirdi. 
Bütün  bunları  düşünə-düşünə  gözləri  ilə  qəbiristanlıq 
yerində o uşağı axtarıb tapmaq istədi. Ancaq nə qədər o yan-bu 
yana boylandısa gözlərinə dəymədi. 
 
* * * 
 
Günbəzin  kərpiclərinin  yığıldığı  yerdə  iki  nəfər  bir-biri 
ilə danışırdı. 
–  Nə  oldu,  niyə  kömək  eləmirsən,  bu  qədər  daşı  ordan 
bura təkbaşına daşımışam. Ayrı vaxt bircə nəfər günbəzin içinə 
səndən  icazəsiz  girəndə  az  qalırsan  təpəsini  dağıdasan.  Ca-
maatın verdiyi nəzir-niyazı elə qamarlayırsan ki, elə bil dədənin 
halalca  malıdı.  Günbəzin  təmirinə  gələndə  isə  bircə  dəfə  ci-
bindən  bir  qəpik  çıxarıb  verməmisən.  Elə  camaatın  cibini  soy-
mağı  bilirsən.  Çək  yaxanı  dur  qıraqda,  tikilib  hazır  olandan 
sonra gəlib dədə malı kimi sahib olarsan. 
–  Dayan,  dayan,  qabaqdangəlmişlik  eləmə,  -  bayaqdan 
bəri  qarşısındakının  təhqirlərinə  sakitcə  dözən  yumrusifət, saq-
qallı kişi axır ki, dilləndi: 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə