Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
57
Bir  gün  əri  işdən  qayıdanda  Umuxanımı  həyətdəki  tut 
ağacından özünü asmış görmüşdü. 
Meyitin iki addımlığındaca quruyub qalmışdı. 
Umuxanımın  gözəl  sifəti  qapqara,  kösöv  rəngindəydi, 
açıq  gözlərinin  qarası  axıb  gizlənmişdi,  zərif  boynu  bədəninin 
ağırlığına  dözməyib  uzanmışdı.  Ağzının  bir  tərəfindən  gələn 
qan çənəsinə kimi axıb nazik şırım salmışdı və Umuxanımın qa-
ralıb  kösövə  dönmüş  sifətində  qurumuş  qan  şırımı  zorla  seçi-
lirdi. 
Uşaqların  kiçiyi  tut  ağacının  o  biri  budağından  asılmış 
beşikdə  yatırdı,  böyüyü  isə  ağacdan  sallanan  meyitin  ayaqları 
altında oturub anasının düşüb qalmış ayaqqabıları ilə oynayırdı. 
Ə
ri  handan-hana  özünə  gələndə  gətirib  meyiti  ağ  mələ-
fəyə  bürümüşdü.  O  gecə  uşaqları  yatızdırıb  səhərə  qədər  tut 
ağacının  dibində  tükürpədici  səslə  ulayan  itlə  birgə  arvadının 
meyitinə  keşik  çəkmişdi.  Meyit  o  biri  gün  günorta  üstünəcən, 
milis idarəsindən bir dəstə adam  gəlib çıxanacan tut ağacından 
asılı qalmışdı. 
...İndi  qəbrini  büsbütün  unudublar.  Qəbiristanlıq  uçuru-
landa son xatirə – qəbir daşı da uçurulub dağılacaq, bu qadınla 
bağlı son nişanə də yer üzündən silinəcək. 
Umuxanımın  qəbrinin  dörd  bir  yanı  çala-çala  qazılmışdı 
və  bu  çalaların  hər  birindən  qorxu  baxırdı,  vahimə  baxırdı.  Bu 
çalalardan  ölümün  soyuq,  sərt  üzü  görünürdü  və  adam  inana 
bilmirdi  ki,  bir  vaxt  gələcək,o  da  bütün  canlılar  kimi  torpağın 
altında,  belə  qaranlıq,  vahiməli  qəbir  çuxurunda  məskən 
salacaq. 
…Uşaq yumşaq torpağın üstündə oturmuşdu. Rəngi-ruhu, 
üst-başıyla  torpaqdan  seçilmirdi.  Gözlərini  məchul  bir  nöqtəyə 
dikib  durmuşdu,  sanki  ətrafında,  böyür-başında  qazılan  qəbir-
lərin,  daşınan  insan  cəsədlərinin  ona  dəxli  yox  idi.  Sanki  uşaq 
deyildi, yaşlı idi, ahıl idi, yaşayıb yorulmuşdu, dünyanın sirrinə, 
sehrinə  inamını  itirmişdi.  Sanki  uşaq  ikən  qocalmışdı.  Və  uşa-
ğ
ın  çöhrəsində  dünyaya  qarşı  elə  bir  soyuqluq  və  etinasızlıq 
duyğusu  vardı  ki,  ona  yaxınlaşıb  bir  söz  soruşmağa  ürək  elə-
mədi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
58
Qəbiristanlığın içərisilə, adamların  və  başdaşılarının  ara-
sıyla  yavaş-yavaş  addımlayır.  Bir  həftə  bundan  qabaq  az  qala 
onu  daş-qalaq  eləmək  istəyən  bu  adamlar  indi  elə  bil  onu  gör-
mürlər,  bəlkə  bilərəkdən  özlərini  görməzliyə  vururlar,  bununla 
demək istəyirlər ki, ona da, onu buraya göndərənə də nifrət elə-
yirlər. Bəlkə onu özlərinə tamam yad, uzaq bir insan hesab elə-
yirlər; düşünürlər ki, o, insan deyil, onu insan doğmayıb, qəlbi, 
ürəyi  yoxdu.  Bəlkə  elə  güman  eləyirlər  ki,  bu  boyda  qəbiris-
tanlıqda  bircə  nəfər  doğması,  əzizi  olmadığı  üçün  bunun  qisa-
sını alır. Axı insanlar cürbəcürdü, hərə bir şey fikirləşə bilər və 
bunu insanlara qadağan eləmək qeyri-mümkündü. Kim bilir, ola 
da bilsin ki, bu qəbiristanlıq yerindəki doğmalarının, əzizlərinin 
qəbrini  köçürən  bu  insanların  doğrudan  da  başı  öz  dərdlərinə 
qarışıqdı, içərilərinə çəkiliblər, özgə heç kəsi görmürlər, görmək 
istəmirlər.  Bunu  dərk  eləmək  üçün  gərək  o  adamların  ömrünü 
yaşayasan, özünü onların yerinə qoya biləsən. 
Qəbiristanlığın içərisilə addımladıqca bu adamlara qarış-
maq  istəyirdi,  onların  dərdinə  şərik  olmaq  istəyirdi,  ancaq  ba-
carmırdı,  elə  bil  dili-ağzı  bağlanmış,  hissiz,  duyğusuz  bir  can-
lıya  çevrilmişdi.  Köçürülən  qəbirlərdən  düşüb  qalan  insan  sü-
mükləri  qəbiristanlığın  qara,  yumşaq  torpağı  üzərində  ağarırdı. 
Adamlar bunun insan sümükləri olduğuna məhəl qoymadan üs-
tündən yeriyib keçirdilər; insan sümükləri insan ayaqlarının al-
tında  xırçıldayırdı.  Bu  xırçıltı  səsi  yaddaşındakı  bütün  qeyri 
səsləri batırır, beyninə, iliyinə işləyirdi; əti çimçəşirdi, sanki in-
sanların  ayaqları  altında  qalan  onun  cəsədi,  onun  sümükləriydi 
və  o  ayaqların  ağrısını,  ağırlığını  sinəsində,  qabırğalarının  üs-
tündə hiss eləyirdi. 
Ə
gər  bu  qəbirləri  özünə  doğma  bilirdisə,  niyə  onları  kö-
çürən  insanlardan  uzaqdı...  Niyə  özüylə  bu  insanlar  arasında 
yaxınlıq, bağlılıq tapa bilmir. 
–  Səhərdən  qəbirlərin  arasıyla  veyil-veyil  gəzir.  –  Sü-
mükləri xərəyə yığıb aparan iki qocanın hansısa dilləndi. 
Çevrilmədi, dönüb onara sarı baxmadı. “Görən onun ve-
yil-veyil gəzməyi qocaları niyə belə narahat eləyir? Bəlkə onla-
ra  kömək  lazımdı,  axı  sinnin,  yaşın  bu  çağında  bu  dərinliyinə 
qəbri qazıb sümükləri çıxarmaq, sonra da xərəyə doldurub təzə 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
59
qəbiristanlıq yerinə aparmaq ağır işdi. Bəlkə qayıdıb onlara kö-
mək eləsin, heç olmasa təzə qəbiristanlıq yerində qəbir qazar». 
Ancaq qayıtmadı, özü istəsə belə qayıda bilmədi. 
...Çolaq Səftərin gəlhagəliydi. Bilmirdi nə sürətlə işləsin. 
Təzə  qəbiristanlıq  yerində  bu  gün  iyirmiyə  qədər  qəbir  qaz-
mışdı,  hər  birini  də  əlli  manata.  Ayrı  vaxt  Çolaq  Səftər  qəbrin 
birini iyirmi beşdən yuxarı qazmazdı, ancaq indi sifariş verən o 
qədər  çox  idi  ki,  istər-istəməz  məzəndəni  qaldırmışdı.  Çolaq 
Səftərlə  vaxtında  behləşə  bilməyənlər  isə,  ölüləri  üçün  qəbri 
özləri  qazırdılar,  çünki  bu  axırıncı  gün  idi  və  Səftər  özü  istəsə 
belə bundan artıq qəbir qaza bilməzdi. 
Çolaq  Səftər  işin  öhdəsindən  gəlmək  üçün  uşaqlarını  da 
qəbiristanlıq  yerinə  tökmüşdü.  Hamısı  bir  vaxtda  doğulubmuş 
kimi  eyni  boy-buxunda  olan  bu  uşaqların  hərəsi  əllərində  bel 
Səftərin nişan verdiyi yeri didələyirdilər. Səftər hər işini buraxıb 
uşaqlara  baş  çəkir,  onlara  yalandan  vədlər  verməklə  həvəs-
ləndirirdi. 
Səftər  elə  sürətlə  işləyirdi  ki,  heç  kəsi  görmürdü.  Qəfil-
dən  başını  qaldırıb  Abış  kişinin  oturduğu  səmtə  baxdı,  ancaq 
onu  yenə  görmədi.  Bayaq  qocayla  aralarındakı  söhbəti  xatır-
layaraq başını buladı. 
...İri  tut  gövdəsindən  başdaşı  vurulmuş  başqa  bir  qəbrin 
önündə dayandı. Üstündəki yazıya baxmamış da sahibini tanıdı 
–  Faiq  müəllimin  qəbriydi.  Dəyirmandan  bir  az  yuxarıda,  şu-
mun  qırağında  döyülməkdən  qançır  olmuş  meyit,  meyitin  əy-
nindəki  torpaq  rəngli  pal-paltar,  bir  tərəfə  düşüb  qalmış  ayaq-
qabı tayları... Bunlar indiki kimi yadındaydı. Faiq müəllimi xa-
tırlayanda  ilk  gözünün  qabağına  gələn  döyülməkdən  qançır  ol-
muş həmin meyit və meyitin sinəsindəki güllə yaraları olurdu. 
Faiq müəllimin ölümü sirr idi, gecə kimi, zülmət kimi sirr 
idi  və  bu  çağacan  da  sirr  olaraq  qalırdı,  ən  qəribə  də burasıydı 
ki,  heç  kəs  bu  sirrə  əl  aparmaq  istəmirdi.  Bu  ölümdə  adamı 
ağrıdan  nahaqdan  mühakimə  olunmaqdan  savayı,  bir  də  Faiq 
müəllimin  yadların-yaxınların  nəzərində  «oğru”  kimi  qalma-
ğ
ıydı. 
«...Mən pulla basdırılmışam, əzizlərim, torpaqla yox. Pul 
altında  yatmaq  çətindi,  pulun  ağırlığı  altında  nəfəsim  çatlayır. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə