Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
45
yun  şırıltısına  qarışaraq  daş  divarlarda  əks-səda  verir.  Və  bu 
səsin  vahiməsindən  kənd  hamamına  gələnlərin  sayı  get-gedə 
azalmağa başladı, sonra tamam əl-ayaq kəsildi. 
Hamamçı  Ağaisa  axşama  kimi  hamamın  qabağında  boş-
bekar oturub müştəri gözləyirdi. 
– O sözü çıxardanın atasına lənət, - deyirdi. - Divardan da 
səs  gələrmi?  Dəli  olub  ölmədimi  Cəvahir  gözünüzün  qaba-
ğ
ında?  Özünüz  öz  əlinizlə  torpaqlayıb  başdaşı  qoymadınızmı? 
Ayda  filan  qədər  dövlətə  plan  verməliyəm  mən.  Özünüz  gəl-
mirsiniz, cəhənnəm, gələni də qoymursunuz, bütün rayona yay-
mısız bu söz-söhbəti. 
Ancaq o sözün kəndə yaydığı qorxu və vahimə necə güc-
lüydüsə,  camaat  hamamçının  sözlərinə  məhəl  qoymur,  damda, 
daşda,  tövlədəcə  yuyunub  təmizlənir,  hamama  gəlməyə  ürək 
eləmirdi. 
...Kor  ilan  bayaqdan  bəri  yuvadan  çıxmışdı,  səksəkə 
içərisində  Cəvahir  qarının  qəbrinin  üstündə  oturub  ətrafa  göz 
gəzdirirdi. Bir az o yanda ilantutan ovsun oxuya-oxuya ilanları 
yuvalarından çıxarır, uzaq şəhərə aparıb zəhər almaq üçün qalın 
salafan  torbalara  yığırdı.  Torbada  bir-birinin  bədəninə  sarma-
ş
an,  tükürpədici  səslə  mələşən  ilanları  gördükcə  qorxudan  az 
qalırdı ürəyi dayana. Kor ilan qorxurdu ki, birdən onu da tutub 
salafan  torbaya  salarlar,  zəhər  almaq  üçün  uzaq  şəhərə  apa-
rarlar. Ötən yay iki qardaşını beləcə tutub aparmışdılar. O vaxt-
dan insan ayağının səsi gələndə canına vəlvələ düşür, qaçıb özü-
nü  hansı  yuvaya  gəldi  toxuyurdu.  İlan  ən  çox  o  ovsundan  qor-
xurdu. Qardaşlarını da alladan ovsun olmuşdu. «İlahi, o ovsun-
da  nə  cazibə  vardı  elə?  Niyə  qardaşları  o  yalan  vədlərə  al-
dandılar?  Bəs  onun  niyə  birdən-birə dili-ağzı  bağlandı,  qardaş-
larını çağırammadı, qaytarammadı. Bir-birinə qoşulub kor kimi 
o səsin dalınca getdilər, bir daha geri dönmədilər. Niyə onda lal 
kimi dayanıb dururdu?». 
Ötən  yay  qardaşlarını  yoldan  çıxaran  o  iki  nəfərin  birini 
kürəyindən çalıb öldürmüşdü. Kənd bir-birinə dəymişdi. Şəhər-
dən həkim gəlib çıxanacan sancdığı adam canını tapşırmışdı. O 
birindən  isə  qorxurdu.  Elə  qorxurdu  ki,  arxadan  yaxınlaşmağa 
belə  ürək  eləmirdi.  Ən  çox  da  onun  soyuq  gözlərindən  qor-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
46
xurdu.  Bir  dəfə  sancmaq  üçün  arxadan  yaxınlaşanda  o,  soyuq 
gözlər kürəyinin arasından necə baxmışdısa, daş kimi mıxlanıb 
yerində qalmışdı. Nə illah eləmişdisə, qaçıb gizlənməyə özündə 
güc tapmamışdı. Xoşbəxtlikdən o zaman insan otların arasından 
onu seçəmməmişdi. 
İ
ndi  qəbiristanlığı  başına  götürmüş  bu  səs-küyün  içəri-
sində  kor  ilan  o  ovsundan  savayı  heç  nə  eşitmirdi.  Ovsun 
oxunduqca ilan kövrəlirdi, yumşalırdı, məst olurdu, qardaşlarını 
tutub  uzaq  şəhərə  aparan  o  soyuq  gözlərə  qarşı  bütün  kinini, 
nifrətini  unudurdu.  İlan  ixtiyarsız  olaraq  o  səsə  doğru  sürü-
nürdü.  «Ona  nələr  vəd  olunur,  ilahi?  Bu  yoldan  qayıtmaqmı 
olar?  O  səs  necə  doğmadı,  necə  şirindi,  elə  bil  layla  çalınır. 
Ə
gər  qorxduğu  bu  səsdisə,  niyə  aldanır,  niyə  qayıtmır,  niyə 
dayanmır? Onu özündən alıb aparan nədi belə?..». 
İ
lantutan dodağının altında ilanların anlayıb eşidəcəyi bir 
dildə ovsun oxuyurdu. İlanlar onların beynini dumanlandıran o 
ovsunu yaxından eşitmək üçün sərin yuvalarından çıxırdılar. 
Kor  ilan  nə  vaxt  yuvasından  çıxdığını  bilmirdi.  Nəfəsini 
içəri çəkib ruhuna, varlığına yuxu kimi yayılan o səsi dinləyirdi. 
Ovsunda  nə  cazibə  vardısa,  özünü,  aldanmış  qardaşlarını  büs-
bütün unutmuşdu, o səsdən savayı heç bir şey eşitmirdi. Bir də 
baxıb gördü ki, ilantutanın ayaqları altındadı. O sirli əsrarəngiz 
dünya  ilantutanın  uzun,  nazik  qıçları  arasından  daha  aydın  gö-
rünürdü.  «O  nə  rəngdə  dünyayadı  elə?  Bəs  o  göyüzünü  örtən 
gömgöy  duman  nədi?  Görən  ona  nələr  vəd  olunur,  ilahi?  Az 
qalır  xoşbəxtlikdən  qəşş  eləyə”.  Başı  elə  gicəllənir  ki,  elə  bil 
kimsə quyruğundan yapışıb var gücüylə fırlayır. 
Boynundan  tutan  dəmir  maşadan  açılammır.  Uzun  nazik 
qıçların  arasından  görünən  o  sirli-sehrli  dünya  birdən-birə  göy 
dumana bürünür. 
...Briqadir Qaraş Qumrunun qəbri üstündə oturub əllərilə 
üzünü  örtmüşdü.  Qaraş  hər  dəfə  bu  qəbrin  üstə  gələndə  Qum-
runun  yoxluğunu  unudurdu,  dünyada  ölüm,  ayrılıq  adına  bir 
varlığın mövcudluğuna inanmırdı. 
Qumrunun Qaraşın istəklisi olduğunu bütün kənd bilirdi. 
Aralarında on yaş fərq olsa da, bir-birini uşaqlıqdan istəyirdilər. 
Qumru  yetim  idi,  ata  üzü  görməmişdi.  Anası  təkbaşına  onu  nə 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
47
illətlə  böyütmüşdü,  bir  allah  bilirdi.  Qumrunun  istəklisi  oldu-
ğ
unu bilə-bilə Bəkirin ona elçi göndərməsi və elçilərinə  «yox» 
cavabı  verilən  gününcə  səhəri söhbət  camaat  arasına çıxmamış 
onu yoldaşları ilə qaçırıb zorla özünə arvad eləməsi yatsa Qara-
ş
ın yuxusuna da gəlməzdi. O əhvalatdan sonra Qaraş büsbütün 
sarsılmışdı, təkcə içərisində Bəkirə qarşı buz kimi soyuq bir nif-
rət gəzdirirdi. Və bu nifrəti ona görə bu günəcən gətirib gəlmiş-
di ki, Qaraş Qumrunu heç cür unuda bilmirdi. 
Ə
rə gedəndən sonra Bəkir Qumrunu işə qoymurdu. Qaraş 
bütün günü pambıq sahələrini gəzir, Qumrunu fikrindən, düşün-
cəsindən qovub çıxarmağa çalışırdı. Qumrunun işlədiyi sahənin 
kənarına  onun  adı  yazılıb  vurulmuş  taxta  lövhə,  tez-tez  altına 
çəkilib  söhbət  elədikləri  qoşa  söyüd  hər  gün  yaddaşındakı  xa-
tirələri təzələyirdi. Ona elə gəlirdi ki, səhərlər maşın siqnal ve-
rə-verə  camaatı  işə  səsləyəndə  günlərin  birində  Qumru  əlində 
zənbil Bəkirin evindən çıxıb adamlara qarışacaq. O nə vaxtdan 
bəriydi  bu  günü  qorxu  və  həyəcanla  gözləyirdi.  Ancaq  günlər 
ötür,  Qumru  gözə  dəymirdi.  İllər  keçdikcə  Qaraş  yavaş-yavaş 
özü də istəmədən Qumrunun yoxluğuna alışmışdı. Ancaq sahə-
nin  kənarında  Qumrunun  adı  yazılmış  taxta  lövhəni  dəyiş-
məmişdi. 
Bəkirdən  Qumrunun  boynuna  düşən  altı  uşağın  altısı  da 
doqquz aylığında ana bətnində boğulub ölmüşdü. Yeddinci uşaq 
isə  sağ-salamat  doğulmuşdu.  Elə  rahat  olmuşdu  ki,  Qumru  bu 
uşağın doğulmasını özü də hiss eləməmişdi. 
Qumru bu uşağı əllərinin içərisində böyüdürdü. Uşaq bö-
yüdükcə,  dil  açıb  danışdıqca  onun  ana  qəlbini  sevinc  qarışıq 
qorxu  bürüyürdü.  Ürəyinə  dammışdı  ki,  günlərin  birində  uşaq 
yuxu içində birdəncə quşa çevrilərək pırıltı ilə uçub gedəcək, bir 
daha qayıtmayacaq. Və beşiyə baxdıqca elə bil ki, uşağın quşa 
çevrildiyini, gizlin-gizlin qanad çıxardığını görürdü. 
Uşaq  səhərdən  axşama,  axşamdan  səhərə  kimi  evin  bir 
tərəfindəcə  tavandan  asılmış  beşikdə  yırğalanırdı.    Nə    sirdisə,  
başqa  heç  yerdə  rahatlıq  tapammırdı. 
Beşik  Bəkirin  ulu  nənəsindən  qalmışdı  və  iki  əsr  idi  ki, 
beləcə  yırğalanırdı.  Beşiyin  asıldığı  hörmə  kəndirin  birini  hö-
rümçək toru elə tutmuşdu ki, deyirdin beşiklə birgə bu hörüm-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə