Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
33
burula uzanıb nazildi, sonra hiss olunmadan çıxıb getdi. Ancaq 
qəbiristanlığın üstündən ağ toz dumanı xeyli vaxt çəkilmədi. 
Küləyin,  boğanağın  qalxmasıyla  kəsilən  səslər  təzədən 
oyandı, bellər, külünglər əvvəlki ritmiylə işləməyə başladı. 
Arvad  gözlərini  qəbiristanlığın  üstündən  asılıb  qalan  toz 
dumanından çəkmədən: 
– Ürəyimə damıb  ki, uşağın qəbri torpaq altda qalıb. Bu 
qədər  qəbri  ki  qazıb  töküblər,  onun  altında  bilək  boyda  başda-
ş
ının itməsinə nə var ki... 
Yolçu  yenə  dinmədi,  çünki  daha  canında  taqət  qalma-
mışdı,  indi  də  qazılıb  tökülən  torpaq  yığınının  altında  qəbri 
axtarmağa  başlasalar,  bu  işə  tab  gətirməzdi.  Ancaq  arvad  inad 
eləyirdi: 
– Yolçu, dur, ürəyim partlayır mənim. Heç olmasa gedək 
o  yerləri  bir  də  axtaraq.  Yadındadımı,  gecə  hardan  keçib  gəl-
mişdik... 
Durub  qəbiristanlığın  içərisinə  tərəf  getdi.  Gedə-gedə 
fikirləşirdi  ki  axı,  bu  dünya  niyə  belədi;  birinin  özünə  dərd 
elədiyini  o  biri  vecinə  almır.  Biri    başdan-başa  çirkab  içəri-
sindədi,  o  biri  ən  xırda  məsələdə  heysiyyətinin  tapdanmasına 
belə dözmür, dözə bilmir. Bax, elə bu qəbirlər, bu qəbir daşları 
bir-birindən niyə bu qədər seçilir?.. 
– Ay oğul, bu daşın ucundan yapış aparaq? - Boş qəbrin 
başında dayanmış qoca bir kişi ona sarı döndü. 
Daşın  o  biri  ucundan  tutdu.  Bir  xeyli  getdilər.  Qocanın 
daşı  aparmağa  gücü  çatmırdı,  yol  boyu  ayaqları  titrəyirdi,  az 
qalırdı yıxıla. 
Dayandı, daşı yavaşca yerə qoydular: 
– Tələsmə, əmi, - dedi. 
– Qorxuram, oğul, qaş qaralır, sonra gec olar. Bir də baş-
daşını  necə  düzəltdirərəm?  Üz-gözüm  də  öyrəşib  buna.  Əlimi 
sürtəndə  elə  bil  ciyərparamın  kürəyini  sığallayıram.  Bu  baş-
daşını ora aparammasam, rahat olammaram. 
Qocanın  səsi  elə  titrək  idi  ki,  sanki  danışmır,  ağlayırdı. 
Tük  basmış  sifəti  göz  yaşlarına  bulaşdığından  par-par  yanırdı. 
Görürdü  ki,  qoca  dincəlmək  üçün  dayansa  da,  yerində  dura 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
34
bilmir, başdaşını təzəcə sökülüb dağılmış qəbiristanlıq yerindən 
çıxarmaq istəyir. 
– Oğul, - dedi, - belə rahat gəzməyindən deyəsən qəbiris-
tanlıqda bir adamın yoxdu. 
– Yox, əmi, – dedi, – mənim heç kəsim yoxdu. 
Qoca başını bulaya-bulaya: 
–  Xoşbəxtsən  ki,  oğul, heç  kəsin  yoxdu.  Bu  qəbri söküb 
daşımaq bilirsən nə zillətdi... Kimlərdənsən, oğul? 
– Mənim heç kəsim yoxdu, əmi... 
Bunu  deyib  başdaşını  təkbaşına  qaldırıb  aparmaq  istədi, 
ancaq yerindən tərpədə bilmədi. 
– Dayan, oğul, tək apara bilməzsən, qoy ucundan tutum. 
Mənim  belə  qocalığıma  baxma.  Oğlumdu  axı,  nə  qədər  ağır 
olsa, mən tək qaldıra billəm, ancaq sən yox. - Qoca bunu deyib 
başdaşının ucundan tutdu. Təzədən getməyə başladılar. 
...Həlimə  qarının  səsi  qəbiristanlığı  başına  götürmüşdü. 
Arvad ağzını göyə tutub qarğış yağdırırdı. Uşaqları arvadın da-
lınca tökülərək bayaqkı kimi qaytarıb evə aparmağa çalışırdılar. 
Ancaq arvad heç kəsə məhəl qoymurdu. 
– Bu yazığı dəli elədilər, – bunu qoca dedi və başdaşının 
ağırlığı  altında  titrəyən  ayaqlarının  büküləcəyindən  qorxub  da-
yandı. Təzədən daşı yerə qoydular. 
–  Hə,  oğul!  Bu  uşağın  sümüklərini  bir-bir  əllərimlə  yığ-
mışam  torbaya.  Düz  bir  torba  ağzına  kimi  sümük  elədi.  Sü-
mükləri  torpaqdan  ayırıb  yığdıqca  uşaqlığı  gəlirdi  yadıma. 
Balaca  olanda  deyirdi  ki,  ata,  bilirsən,  mən  nə  olacağam?  Saç-
larını sığallayırdım, soruşurdum, quzum, nə olacaqsan? Deyirdi, 
ata,  dərviş  olacağam.  Deyirdim  oğul,  niyə  dərviş,  yer  üzündə 
sənət qəhətdimi, bəyəm, gəlib dərviş olasan? Deyirdi, yox, ata, 
mən  dərviş  olacağam,  gəzəcəyəm  qarış-qarış  yer  üzünü.  De-
yirdim,  oğul  axı,  niyə  dərviş  olacaqsan,  bir  desənə,  mən  də 
bilim. Deyirdi ki, bunu sonra, mən dərviş olanda biləcəksən. Nə 
illah eləyirdim, bir söz qopara bilmirdim. Elə uşaqlıqdan dərviş 
paltarı  geyirdi,  yerişi-duruşu,  hərəkətləri,  rəftarı  ilə  özünü  dər-
vişlərə oxşadırdı. Bilmirəm, harda görmüşdü bu bədbəxt dərviş 
tayfasını,  niyə  dərviş  olmaq  istəyirdi?  Sonra  gəldi  belə  oldu. 
Birdən-birə  ayaqları  tutuldu,  erkən  yaşlarından  yatağa  düşdü. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
35
Hayana  apardımsa,  dərdinə  bir  çarə  tapılmadı.  Bədbəxt  gözlə-
rimin  qabağındaca  əriyib  getdi.  İndi  qəbrindən  sümüklərini 
çıxaranda  baxıram,  baxıram,  sümüklər  o  illəri  geri  qaytarır. 
Fikirləşirəm ki, insan niyə belə bədbəxtdi, ömür, həyat niyə belə 
mənasızdı.  Uşağın  əllərini  basdırmadım,  apardım  evə.  Dünən 
axşam  əllərinin  sümüklərini  qabağıma  qoyub  o  ki  var  ağla-
mışam.  Bir  vaxt  bu  əllərin  necə  canlı  olduğunü  gözlərimin  qa-
bağına  gətirdikcə  nəfəsim  tutulurdu.  Gördüm  ki,  əllər  evdə 
mənə rahatlıq verməyəcək, təzədən gətirib basdırdım. 
Təzə  qəbiristanlıq  yerinə  nə  vaxt  gəlib  çatmaqlarından 
xəbəri olmadı. Qocanın söhbəti o qədər cazibəli idi ki, nə yolun 
uzunluğunu,  nə  də  başdaşının  ağırlığını  duymamışdı.  Təkcə 
başdaşını  yerə qoyanda  hiss  elədi  ki, xeyli  yol  gəliblər  və  yor-
ğ
unluqdan əlləri-ayaqları sızıldayır. 
Təzə  qəbiristanlıq  yerində  xeyli  məzar  vardı;  qəbirlərin 
bəziləri  sıra  ilə,  bəziləri  tələm-tələsik,  necə  gəldi  salınmışdı. 
Yaxın  qohumları  yanaşı  basdıra  bilmək  üçün  bəzi  yerlər  iplə, 
məftillə əhatəyə alınmışdı.
 
Bir xeyli yeni köçürülmüş qəbirlərin 
arasıyla gəzib təzədən qocanın yanına qayıtdı. Qoca: 
– Allah səni xoşbəxt eləsin, oğul, – dedi, – Yaman karıma 
gəldin.  Sən  olmasaydın,  bu  qədər  yolu  çətin  ki,  gəlib  çıxa 
biləydim. 
– Dəyməz, əmi, – dedi, – allah sənə də ömür versin. 
Qocanın  başdaşını  basdırmasına  kömək  eləyə  bilərdi. 
Ancaq  hiss  elədi  ki,  dayana  bilmir,  dözə  bilmir.  Təzə  qəbi-
ristanlıq yerindən ayrılıb gəldiyi yolla geri qayıtdı. 
Köçürülməmiş  bir  qəbrin  böyründə  hardansa  gələn  səs 
onu  saxladı.  Başını  qaldırdı.  Qarşısındakı  qəbrin  torpağının 
ilbəil  göyərib  solan  otlarından  hiss  olunurdu  ki,  indiyəcən  bir 
dəfə də olsun yada salınmayıb, üstünə ayaq basılmayıb. Ancaq 
bilirdi ki, bu qəbrin sahibi Cəlal kişi torpağa qoyulandan sonra 
unudulmayıb,  hələ  sağlığında,  əli  qazanc  gətirməkdən  kəsilən 
gündən, qocalığın onu sürükləyib ölüm yatağına saldığı gündən, 
içində  ölüm  gəzdirə-gəzdirə  evin-ailənin  artığına  çevrildiyi 
gündən unudulub. 
Cəlal  kişi  bu  yurdda  qərib  idi.  Cavanlığında  düzü-dün-
yanı yora-yora çox yerlər gəzmişdi, aranı dağa, dağı arana qat-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə