Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
30
O  gündən  arvad  yata  bilmirdi,  səhəri  dirigözlü  açırdı. 
Yuxusu  qaçaq  düşmüşdü,  ha  çalışırdısa  gözlərinə  yuxu  get-
mirdi.  Əri  aparmadığı  həkim,  göstərmədiyi  baxıcı  qalmamışdı. 
Deyirdilər  ki,  qorxub,  keçib  gedəcək.  Ancaq  yuxusuzluq  keçib 
getmirdi, uzun gecəni səhər eləyənəcən onunku ona dəyirdi. 
Gecənin  bir  aləmi  arvad  qalxıb  yatağında  otururdu.  Əri 
də yatammırdı. Arvadı bu bəlaya düçar olandan onun da yuxusu 
çəkilmişdi. 
– Uzan, gözlərini yum, - deyirdi, - yüzə qədər say. 
Arvad  ərinin  dediyi  sayaq  uzanıb  gözlərini  yumurdu, 
başlayırdı saymağa. 
– Bir, iki... on beş, otuz doqquz... yüz, yüz bir... 
Fərqi  yox  idi,  yuxusu  gəlmirdi  ki,  gəlmirdi.  Uşağı  dəfn 
elədikləri gecə, o gecənin vahiməsi canına hopmuşdu, heç cür o 
qorxunu, vahiməni canından çıxara bilmirdi. 
– Axı niyə qoymadın uşağı el adətilə dəfn  eləyək, sənə 
demədimmi haram düşmür bizə. 
–  Sənin  nə  vecinə...  Bir  çətən  külfət  saxlayıram  mən. 
Birini bilirsən, birini yox. 
– Acından ölməyəcəkdik ki... Pis-yaxşı dolanırdıq. 
– Yıxıl yat, arvad! Yum gözlərini, yuxuya gedənəcən say. 
–  Yata  bilmirəm,  Yolçu,  başa  düşürsən?  Yuxusuzluq 
öldürür məni. Düz on gündü yata bilmirəm. 
– Səhər aparacam səni Molla Məhəmmədin yanına. 
–  Yolçu,  sən  atanın  goru,  çıxar  evdən  o  yüz  manatı. 
İ
ndiyəcən bizə nə gəlibsə tamahdan gəlib. 
Beləcə arvad günlərlə gecəni dirigözlü açırdı. Səhər qal-
xıb görürdülər ki, arvad yatağının içində oturub. 
–  Gecə  bayıra çıxmağa  qorxuram,  -  deyirdi,  -  hara  baxı-
ramsa, uşaq gözlərimə görünür. Yoxsa çıxıb bayırda gəzərəm. 
Qəbiristanlığın  üstüylə  yol  çəkilməsinə  arvad  ayrı  cür 
baxırdı.  Elə  fikirləşirdi  ki,  uşağı  tamaha  qurban  verdikləri,  el 
adətiylə basdırmadıqları üçün bu yol çəkilir. 
– Sənə dedim axı o vaxt, çıxar tulla evdən o yüz manatı, 
gör bir başımıza nələr gətirdin... 
Yolçu  üst-başı  toz-torpaq  içində  dayanıb  baxırdı.  Arva-
dının sözlərini eşitmədi. Onu fikir götürmüşdü. “Axı harda bas-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
31
dırmışdılar  bu  körpəni?  İndiki  kimi  yadındaydı,  gecə  qəbiris-
tanlığın  qapısından  keçib  necə  getdilər,  hansı  qəbirlərin  yanın-
dan  ötdülər.  Sonra  köhnə  qəbirlərin  arasında  torpağı  qurumuş 
otlardan  təmizləyib  külünglə  balaca  qəbir  qazdılar.  Üstünə  də 
balaca  başdaşı  sancdılar  ki,  qəbrin  yeri  itməsin.  İndi  necə  ol-
muşdu qəbir, hara qeyb olmuşdu?». 
Qəbiristanlığın  köçürülməsi  söhbəti  qalxandan  ər-arvad 
ə
l-haya  düşmüşdülər.  Elə  həmin  günün  səhəri  ikisi  də  obaş-
dannan  durub  qəbiristanlığa  gəlmişdilər.  Bir  ay  bundan  əvvəl 
basdırılmış uşağın qəbri yoxa çıxmışdı. Qəbiristanlığı aşağı-yu-
xarı neçə dəfə gəzmişdilər, ancaq qəbir tapılmırdı ki, tapılmırdı. 
Evdən  çıxıb  həmin  gecə  uşağı  dəfn  eləməyə  apardıqları 
yolla gəlirdilər. Hansı yolla keçib gəldiklərini fikirləşə-fikirləşə 
gəlib qəbiristanlığın ortasına çıxırdılar. Ancaq qəbir tapılmırdı, 
qayıdıb yolu bir də gəlirdilər. Fərqi yox idi. Sonra bir dəfə gecə 
yarısı  arvadı  Yolçunu  durğuzub  qəbiristanlığa  gətirmişdi  ki, 
bəlkə  qaranlıqda  gəldikləri  yolu  yaddaşında  bərpa  eləyə-eləyə 
qəbrin  yerini  tapa.  Qaranlıqdan  üşənə-üşənə  o  qədər  yolu 
piyada gəlmişdilər. Ayın tutqun işığında qəbirlərin arasıyla dan 
yeri  ağaranacan  o  qəbri  axtarmışdılar.  Ancaq  yenə  qəbri  tapa 
bilmirdilər ki, bilmirdilər. 
Yolçunun üst-başına baxdı, günəşdən yanıb qaralmış sifə-
tinə baxdı; yazığı gəldi. Üz-gözünün ifadəsində tutduğu işdən it 
kimi  peşiman  olduğu  bilinirdi.  Və  onu  da  hiss  elədi  ki,  uşağın 
qəbrini  tapıb  köçürməyincə,  arvadının  özünə  gələcəyinə,  yaşa-
yacağına inanmır. 
Keçib onun yanında, daşın üstündə oturdu. Arvadı Yolçu-
dan  aralanıb  adamlara  qarışdı.  Günün  günortadan  keçdiyini 
bildiyindən  başa  düşürdü  ki,  uşağın  qəbri  bu  gün  tapılmalıdı, 
hava qaralanacan tapılmasa, sonra gec olacaq. 
Göz-gözə  gəldilər,  hiss  elədi  ki,  Yolçu  danışmağa,  dər-
dini bölüşməyə adam axtarır. Ancaq o danışmaq istəmirdi, heç 
kəslə  kəlmə  belə  kəsmək  istəmirdi.  Gördüyü  bu  mənzərə  o 
qədər sarsıdıcıydı ki, danışmağa özündə güc belə duymurdu. 
Aradan  nə  qədər  keçdiyini  bilmədi.  Bir  də  başını  qaldı-
randa gördü ki, Pəri tozun-torpağın içərisində adamlardan ayrı-
lıb ona sarı gəlir. Gəlib ərinin qabağında dayandı: 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
32
–  Nə  oturmusan  burda,  görmürsən  axşam  düşür,  bəsdi 
dincəldin, qalx görək neynirik. - Arvad bunu deyib əlini qaşına 
qoyaraq günbatan səmtə baxdı ki, görsün günün hansı vaxtıdı. 
Yolçunun tükü də qımzanmadı, elə bil arvadının sözlərini 
eşitmirdi. 
– Səninlə deyiləm? Görmürsən qaş qaralır? 
– Gəl otur dincini al, həlak eləmə özünü, cəhənnəm olsun 
hər şey... 
–  Başına  at  təpibdi  nədi,  uşağın  qəbri  tapılmasa,  dəli 
ollam  bu  gün  haqqı,  -  arvad  əllərinin  ikisini  də  birdən  günəşə 
sarı uzatdı. 
–  Yekə  arvadsan,  ağlını  başına  yığ,  bir  həftəlik  uşaqdan 
ötrü özünü həlak eləmə. Yazıqsan, bir çətən külfətimiz var axı. 
Özünə yazığın gəlmir, barı balalarına yazığın gəlsin. 
–  O  uşaqsız  mənə  ömür  yoxdu,  olmayacaq,  bu  su  kimi 
aydındı sənə, sənin deməyin artıqdı. 
–  Gəl  otur,  sən  atanın  goru,  görək  bir  dünyanın  hara-
harasıdı.  Bir  həftədi  işimdən-gücümdən  olub  düşmüşəm  sənin 
dalınca.  Gecə  də  yuxuma  qəbir  girir,  başdaşı  girir.  Bir  bizdə 
görünməyib ki... Camaat heç bu yaşda öləni qəbiristanlığa gətir-
mir... 
Arvad bir gözü qəbiristanlıqda: 
–  Sənə  dedim  həyətdə,  bağın  ayağında  basdıraq  uşağı,  – 
dedi.  -  Qoymadın,  dedin  aparaq  qəbiristanlığa.  Bu  da  sənin 
qəbiristanlığın. Di, tap görüm necə tapırsan... 
– Bəlkə elə belə xeyrədi. Uşaqdı da, nə yaşamışdı ki, nə 
də yadda qala... 
–  Doqquz  ay  onu  bətnimdə  gəzdirmişəm,  canımda  gəz-
dirmişəm, sənə nə var ki... 
Yolçu  dinmədi,  daha  doğrusu  bilmədi  nə  cavab  versin. 
Uşağı gecəynən gətirib qəbiristanlıqda basdırdıqları gündən bəri 
hər şey yaddaşında bir-birinə qarışmışdı və varlığını sarsıdan bu 
qarmaqarışıqlıqdan nə yolla xilas olacağını bilmirdi. 
Qəfildən isti  külək  qalxaraq,  bir  andaca  qəbiristanlığı  ağ 
dumana bürüdü. Toz-torpaq sütunu göyə milləndi. Boğanaq qə-
biristanlıq  yerinin  bu  başından  vurub  o  başından  çıxdı,  burula-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə