Вагиф
Султанлы. Щечлик вадиси
81
– Öldürməsək, bir xata çıxarar bu, - dedi, - nə durmu-
sunuz...
Camaat daş-kəsəyə cumdu. Əliş üstünə yağdırılan daş
zərbələrindən güclə qaçıb qurtardı. Ancaq heç kəs dalınca
yüyürməyə ürək eləmədi.
* * *
Ə
liş daş-kəsək zərbələrindən qaçıb qurtararaq çayı keçdi,
sahil boyu uzanıb gedən xırda təpəciklərin arxasında görünməz
oldu. Nəfəsini dərmək, bir azca toxtamaq üçün yerə çökdü.
Sinəsindən tər su kimi axıb gedirdi. Əliş yalnız indicə, səhər
açılandan bəri ilk dəfə havanın bürkü olduğunu hiss elədi.
Ə
ynində heç nə yox idi, belinə doladığı kəfən də hardasa düşüb
qalmışdı. «Bəs niyə isti onu belə yandırır. Elə bil ki, yayın
cırhacırında yun paltara bürünüb». Elə bil özünü indicə gördü:
bədəni gözlərinin içinəcən ağappaq tük gətirmişdi. «...Xort-
dayıb, vəssəlam! Bu insan rəngidimi, insan sifətidimi? Özü-
özündən qorxursa, başqaları neyləsin? Bir də axı, insan olsaydı,
yemək yeyərdi, yemək istəyərdi. Basdırıldığı gündən gör bir nə
qədər vaxt keçir, ac-susuz dolanır, yemək-içmək yadına belə
düşmür... Elə buna görə də adamlar heç bircə sözünə də qulaq
asmaq istəmədilər. Sən bir işə bax, Bəkir, onunla bir yerdə
böyümüş Bəkir də qorxub özündən getdi... Xortlayıb... Başqa
cür ola bilməz. Yoxsa, niyə onu görən kimi bu qədər adamı əs-
məcə tutdu?.. Adam görməmişdilərmi? Lap olsun ki, onu tanı-
madılar, bəs niyə görən kimi işlərini buraxıb bir yerə yığışdılar.
Görünür, o dərəcədə qorxuncdu, heybətlidi ki, adamlar ondan
üşənir...».
Ə
lişin yaddaşında hər şey bir-birinə qarışmışdı və bu
qarmaqarışıqlıq içərisində iynə ulduzu boyda işıq, aydınlıq
görünmürdü. Əliş özü özündən qorxurdu, hövllənirdi, özündən
qaçmaq istəyirdi, ona dəhşətli gələn bu əzablardan biryolluq
qurtarmaq istəyirdi.
Belə fikirləşə-fikirləşə xışıltı səsinə arxaya döndü. Ar-
xaya çevrilməyiylə gözünə dəyən havaya qalxmış bel tiyəsi
oldu. Dərhal sıçrayıb qalxdı. Tanımadığı iri cüssəli adam bel
Вагиф
Султанлы. Щечлик вадиси
82
tiyəsi başının üstündə quruyub qaldı. İri cüssəli adam Əlişin
giləsi ağarmış gözlərinə tuş gələn kimi əsməcəsi tutdu və ba-
ş
ının üstünə qaldırdığı bel tutan əlləri boşaldı. Əlişin gözlərinin
qabağındaca uşaq kimi tir-tir titrəməyə başladı.
Ə
liş heç nə deməyib yovşanlı düzənliyin içərilərinə doğru
getdi. Bir xeyli gedib dayandı, çevrilib arxaya baxdı. Onu
öldürmək istəyən iri cüssəli adam başının üstündə bel tiyəsi hələ
də tir-tir titrəyirdi.
* * *
– Ay oğul, səni bura göndərənə bir demisənmi, ay belə-
belə olmuşun doğduğu, heç bir vicdanın, qeyrətin varmı ki, yolu
burdan çəkirsən? Bir neylədiyini fikirləşirsənmi, ölüb yerə gi-
rirsənmi? Soruşmusanmı ki, ay allahın kor bəndəsi, dünyanı
tutub duracaqsanmı, bir gün sən də bu cəmi məxluqat kimi
ölməyəcəksənmi? Onda heç sənin cəmdəyinə tüpürməyəcək-
lər...
O dinmədi, cavab verməyə söz tapmadı, gözlədi ki, qoca
çıxıb getsin, çünki heç bir şey eşitmək istəmirdi, yaddaşında
indiyəcən eşitmədiyi cürbəcür səslər bir-birinə qarışmışdı. Hər
ş
eydən, hər şeydən qaçmaq istəyirdi.
– Ay oğul... - sözün ardını eşitmədi, qulaqlarında dəhşətli
bir uğultu başladı. Bu uğultu hansısa bir dibsiz dərinlikdən gə-
lir, daş səslərinə, külüng səslərinə qarışaraq böyüyürdü. Bu
uğultuyla müqayisədə insan səsləri, böyür-başındakıların danı-
ş
ıqları pıçıltı kimi gəlirdi ona.
Uğultudan xilas olmaq üçün adamlardan aralanıb yov-
ş
anlı düzə tərəf qaçmağa başladı.
Bayaqdan bəri ara vermədən danışan qoca:
– Ə, buna nə oldu, niyə belə elədi bu?
Ona cavab verən olmadı, hamı buldozerçinin arxasınca
baxırdı. O isə qulaqlarında böyüyən, içinə, varlığına sığmayan
səsdən canını qurtarmaq üçün qaçırdı. Səs isə azalmaq, öləzi-
mək bilmir, uğultudan beyni çatlayırdı.
Sonra gördü ki, daha qaça bilmir, ayaqları torpaqdan ara-
lanmır, uğultu o dərəcədə güclüydü ki, bütün varlığını sarsı-
Вагиф
Султанлы. Щечлик вадиси
83
dırdı. Yerə uzandı, istidən, bürküdən qovurğa kimi olmuş tor-
pağı qucaqladı. Səs elə güclüydü ki, dəli olurdu. O üz-bu üzə
çevrilir, əlləri, barmaqlarıyla torpağı eşib tökür, çabalayırdı. Səs
isə böyüyür, böyüyürdü.
Sonra heç bilmədi ki, nə vaxt huşunu itirdi.
Özünə gələndə ilk duyduğu qoxu yovşan ətri oldu. Baxdı
ki, bayaqdan bəri başını yovşan topasının üstünə qoyub uzanıb.
aradan nə qədər keçdiyini bilmirdi. Başını qaldırıb göy üzünə
baxdı, gün xeyli əyilmişdi. Uzaqdan qəbiristanlıq yerindəki
adamlar qarışqa kimi görünürdülər. Bu qədər yolu qaça-qaça
gəldiyinə özü də heyrət elədi.
Ayaqlarına baxdı, ayaqqabıları yoxdu, hardasa düşüb qal-
mışdı. Bayaq varlığını sarsıdan o uğultu o qədər güclüydü ki,
ayaqqabılarının harda düşüb qalmasından xəbəri belə olma-
mışdı.
Ləpirlərini tutub qayıtmağa başladı. Bayaqkı gurultu qu-
laqlarından çəkilib getmişdi, canında, varlığında qəribə bir yün-
güllük duyurdu. Neçə gündən bəri ona kimliyini belə unutduran
bu gözlənilməz əhvalatlar nağıl kimi gəlirdi. Elə bil gördükləri,
eşitdikləri olmamışdı, bunları hardansa kimdənsə eşitmişdi. An-
caq yox. Yaxınlaşdıqca böyüyən, aydınlaşan qəbir daşları, qəbir
daşlarının arasında tələsə-tələsə, təntiyə-təntiyə işləyən insan
qaraltıları onu təzədən sərt, amansız həyata qaytarır, yaddaşını
təzələyirdi.
Qəbiristanlığa gəlib çatanda günəş bir az əyilmişdi.
Adamlar bir az tələsə-tələsə işləyirdilər. Xeyli aralıdakı alçaq
dikdirin üstünə çıxıb qəbiristanlıq yerinə göz gəzdirdi. Bayaq
qoyub getdiyi adamların hamısı yerindydi, hələ də nəfəslərini
dərmədən işləyirdilər. Sümsük it bayaqkı kimi sahibinin sümük-
lərini təzə qəbiristanlıq yerinə daşıyırdı. Həlimə qarı adam-
lardan ayrılıb bir tərəfdə oturmuşdu, oğlunun qəbrindən çıxan
daşları qabağına qoyub layla çalırdı. Uşaqları analarından bir
qədər aralı ayaq üstə durub ağlayırdılar. Arvad heç kəsi yaxına
buraxmırdı.
– Rədd olun burdan, - deyirdi, - səhərdən başımı-beynimi
aparmısınız.
Uşaqlar isə analarını tək qoyub getmək istəmirdilər.
Dostları ilə paylaş: |