Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə23/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   18   19   20   21   22   23   24   25   26

 

78 


qiymətləndirilməlidir. Cənubda və ġimalda da 80-ci illərin 

ikinci  yarısından  etibarən  vüsət  almıĢ  milli  azadlıq  və 

demokratik  hərəkatımızın  köklərindən  bir  qismi  də  "Var-

lıq"a, onun naĢiri və yazarı - bir sözlə, canı və ruhu Cavad 

Heyətə  gedib çıxır. Onu da qeyd edək ki,  Cavad Heyətin 

‖Varlıq‖  dərgisində  gedən  yazılarının  böyük  hissəsi 

sonralar kitab halında Tehran və Bakıda və Ankarada çap 

olunmuĢ  ―Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatı‖,  ‖Ġki  dilin 

müqayisəsi‖, ―Azərbaycan ədəbiyyatına bir baxıĢ‖, ―Türk-

lərin  tarix  və  mədəniyyətinə  bir  baxıĢ‖,  ―Ədəbiyyat-

Ģünaslıq‖,  ―Azərbaycan  ədəbiyyatı  tarixinə  bir  baxıĢ‖, 

―Qərb  fəlsəfəsi  tarixi.  Bertran  Rassel‖  (Cavad  Heyətin 

təqdimində)  və  ―Türk  dili  və  ləhcələrinin  tarixi‖    adlı  

səkkiz kitabda  öz əksini tapıb. 

"Varlıq"da,  xüsusilə  məhz  Cavad  Heyətin  özünün 

məqalələrində  bütöv  Azərbaycan  xalqının  milli  dediyimiz 

həmin  Ģüurunu  qidalandıra  biləcək  mövzuların  əksəriy-

yətinə  toxunulmuĢdur.(  ―Varlıq‖  jurnalının  20  ildə    çıxan  

saylarını araĢdıran və  bununla bağlı ayrıca  ilk dəfə elmi 

monoqrafik kitab nəĢr edən - təqdim olunan yazının müəl-

lifinin bu fikri söyləməyə yəqin ki, qətiyyəti çatır)

*

   



C.Heyətin  elmi-publisistik  fəaliyyətində  Ġranda  Azər-

baycan tarixini məqsədəyönlü Ģəkildə saxtalaĢdıran, dünya 

ictimai  fikrini  azdırmağa    çalıĢaraq  xalqımızın  tarixi  ilə 

əlaqədar əsassız iddialar irəli  sürən müxtəlif  fikir  sahib-

ləri ilə cəsarətli mübarizə də həmiĢə mühüm yer tuturdu. 

Dərgi  ayrı  düĢmüĢ  iki  qardaĢın  bir  təfəkkür,  bir 

düĢüncə iĢığında birləĢməsində tarixi bir missiyanı  yerinə 

yetirir,  Cənubu  ġimala,  ġimalı  Cənuba  qovuĢdururdu.  Ġlk  

növbədə  Güney  Azərbaycanda  milli  hərəkatın  inkiĢafına 

                                                           

*

 Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi 



görünür. 


 

79 


milli  özünüdərk  prosesinə  xidmət  edib,  ikiyə  bölünmüĢ 

xalqın siyasi, mədəni və bədii təfəkkür baxımından qovuĢ-

masında  əvəzsiz  rol  oynayıb.  Dərgidə  vahid  Azərbaycan 

mədəniyyəti konsepsiyası rəhbər tutulub. 

Farsca ürəyə del, dil deyirlər. Azərbaycan türkcəsində 

bu  kəlam  sözün klassik  məqamlarında  iĢlənir.  Amma fars 

dili  ilə  müqayisədə  fərqli  məna  daĢıyan  doğma  dil  sözü-

müz də vardır. Cavad Heyət tək ürək həkimi olmayıb, həm 

də Azərbaycan türklərinin dilinin, lisanının həkimi, təbibi  

oldu.  ġəhriyarın  ―Varlıq‖  dərgisinə  həsr  etdiyi  Ģeirində

*

 

söylədiyi  kimi  lal  olmaqla,  karlıq  və  korluq    mərəzinə  də 



tutulmuĢ  bir xalqı doktor Cavad Heyət büsbütün sağaldıb, 

dilini açdı, onu danıĢdıra bildi. Bu, bir həkim kimi Cavad 

Heyətin  göstərdiyi  möcüzə  idi.  Vətəninin  oğlu  kimi  ulu-

suna göstərdiyi əvəzolunmaz xidmət idi.  Cavad Heyət tək 

elə xalqı üçün etdiyi bu möcüzəvi xidməti ilə özünə əbədi 

yaĢarlıq  qazandı, cismi bizləri tərk etsə də.  Cavad Heyət 

həm də özündən sonra milli kimliyini tanıyan, dilinə, ədə-

biyyatına,  mədəniyyətinə  sahib  çıxıb  qoruyan,  ona  dəyər 

verən yeni bir nəsil  yetiĢdirdi. Bu gənc nəsil onun saldığı 

yeni yolun davamçılarıdır! 

Rahat uyu, ruhun Ģad olsun, ustad! 

 

 



 

 

                                                           

*

 

Dil açmada karlıq da gedər, korluğumuz da, 



  Çün lallığımız doğmuĢ idi karlığımızdan. 


 

80 


 

 

 

 

CAVAD HEYƏT HAQQINDA  

ÜRƏK SÖZLƏRĠ 

 

BaĢ sağlığından 



Azərbaycanın  elmi-ədəbi  ictimaiyyətinə  ağır  itki  üz 

vermiĢdir.  Görkəmli  həkim,  Paris  Beynəlxalq  Cərrahlıq 

Akademiyasının  üzvü,  tanınmıĢ  publisist  və  ədəbiyyat-

Ģünas Cavad Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də 

ömrünün 90-cı ilində vəfat etmiĢdir. 

Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz Ģəhə-

rində  anadan  olmuĢdur.  Orta  hərbi  məktəbi  bitirdikdən 

sonra o, Tehran Universitetinə daxil olmuĢ, ikinci kursdan 

ali  təhsilini  Türkiyənin  Ġstanbul  Universitetində  davam 

etdirərək  1943-1946-cı  illərdə  burada  tibb  fakültəsində 

oxumuĢdur. 

Əmək  fəaliyyətinə  1946-cı  ildə  Ġstanbul  Universite-

tində baĢlayan Cavad Heyət 1949-cu ilədək burada cərrah-

lıq  klinikasında  çalıĢmıĢ,  daha  sonra  ixtisasını  təkmilləĢ-

dirmək  üçün  Paris  Universitetinin  cərrahlıq  kafedrasında 

iĢləmiĢdir.  O,  1952-ci  ildə  yüksək  dərəcəli  cərrah  ixtisa-

sına  yiyələnərək  Ġrana  qayıtmıĢ,  1953-cü  ildən  Tehranda 

Hidayət  və  Ədliyyə  xəstəxanalarında  cərrahlıq  klinikaları 

quraraq onlara rəhbərlik etmiĢdir. 

Doktor  Cavad  Heyət  Ġranda  eksperimental  cərrahiy-

yənin  təməlini  qoymuĢdur.  1954-cü  ildən  etibarən  ürək 

üzərində  apardığı  əməliyyatlar  onu  istedadlı  cərrah  kimi 

tanıtmıĢdır.  1969-cu  ildə  o,  Tehranda  ilk  dəfə  transplant-

tasiya  əməliyyatını  uğurla  həyata  keçirmiĢdir.  Bir  çox 

cərrahi  əməliyyatlar  məhz  onun  adı  ilə  bağlıdır.  Tibb 

sahəsində  qazandığı  nailiyyətlər  Cavad  Heyətə  geniĢ 

Ģöhrət gətirmiĢdir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə