Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə24/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   18   19   20   21   22   23   24   25   26

 

81 


Doktor Cavad Heyət təbabətə dair qiymətli araĢdırmala-

rın müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində 

yazılmıĢ  dəyərli  vəsait  kimi  mütəxəssislər  tərəfindən  daim 

yüksək  qiymətləndirilmiĢdir.  Bir  sıra  beynəlxalq  elmi 

forumlar  və  toplantılarda  öz  təcrübəsinə  əsaslanaraq  dərin 

məzmunlu  məruzələrlə  çıxıĢ  etmiĢ  alimin  100-dən  artıq 

məqaləsi  müxtəlif  tibb  jurnallarında  iĢıq  üzü  görmüĢdür. 

Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların 

yeni nəslinin formalaĢdırılması ilə məĢğul olmuĢdur. 

Cavad  Heyətin  zəngin  və  çoxĢaxəli  səmərəli  fəaliy-

yətində  Azərbaycan  ədəbiyyatı  tarixi,  türk  xalqlarının 

keçmiĢi, milli folklor və eləcə də islamĢünaslığa dair təd-

qiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin 

inkiĢaf  mərhələləri,  Ģifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatĢü-

naslıq,  folklor,  ədəbi  tənqid,  publisistika  və  fəlsəfə  tari-

xinin  ən  müxtəlif  məsələlərindən  əhatəli  bəhs  olunur. 

Mədəniyyətin  müxtəlif  problemlərinin  öyrənilməsinə 

münasibətdə  tarixi  həqiqətlərdən  çıxıĢ  edərək  obyektivlik 

nümayiĢ etdirən alimin ədəbi simpoziumlarda və türkoloji 

konfranslarda  çıxıĢları  həmiĢə  təqdirlə  qarĢılanmıĢdır. 

Onun  tədqiqatlarında  və  publisistik  məqalələrindəki  əsas 

fikirlərin  böyük  qismi  təsis  etdiyi  "Varlıq"  jurnalında 

əksini tapmıĢdır. 

Cavad  Heyət  eyni  zamanda,  Azərbaycanın  elmi  və 

mədəni  nailiyyətlərinin  geniĢ  tanıdılması,  eləcə  də  ədəbi 

əlaqələrin  möhkəmləndirilməsi  iĢinə  layiqli  töhfələr 

vermiĢdir. 

Görkəmli  cərrah,  tanınmıĢ  ədəbiyyatĢünas  və  səmimi 

insan  Cavad  Heyətin  iĢıqlı  xatirəsi  onu  tanıyanların  qəl-

bində həmiĢə yaĢayacaqdır. 

 

Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin 

sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə və b. 

13.08.2014 



 

82 


 

 

 



 

AZƏRBAYCAN RESPUBLĠKASININ   

PREZĠDENTĠ ZATĠ-ALĠLƏRĠ ĠLHAM ƏLĠYEVƏ 

 

Hörmətli cənab Prezident! 

Ailəmizin  və  nəslimizin  baĢ  ucalığı,  bütün  Azərbay-

canın,  Ġranın  və  türk  dünyasının  iftixarı  doktor  Cavad 

Heyətin  vəfatı  bizi  sonsuz  dərəcədə  kədərləndirsə  də,  bu 

ayrılıq günlərində onun parlaq adına və əməklərinə göstə-

rilən  dövlət  diqqəti  və  ümumxalq  məhəbbəti  təsəllimizə 

çevrilmiĢ, hamımızı dərindən təsirləndirmiĢdir. 

Cənab Prezident! 

Görkəmli  alim  və  ictimai  xadim  Cavad  Heyət  haq-

qında  mətbuatda  dərc  edilən  vida  sözlərinin  altında  ilk 

imza  Sizinki  idi  və  sağlığında  doktora  heç  vaxt  əsirgə-

mədiyiniz ehtiram  və qayğını ömrünün bu son parçasında 

da ən ali Ģəkildə nümayiĢ etdirdiniz. Müalicəsi üçün bütün 

imkanları səfərbər etməkdən tutmuĢ doktor Cavad Heyətlə 

vida  mərasiminin  dövlət  səviyyəsində  təĢkilinədək  zəruri 

addımların  atılmasındakı  qayğılarınız  və  lütfünüz  unu-

dulan  deyil,  Sizin  bu  nəcibliklərinizi  həmiĢə  minnətdar-

lıqla yad edəcəyik. 

Atanız,  müasir  Azərbaycan  dövlətinin  qurucusu  Hey-

dər Əliyevə səmimi məhəbbət bəsləyən doktor Cavad He-

yət  Sizin  də  onun  böyük  yolunun  layiqli  davamçısı  oldu-

ğunuzu  iftixarla  söyləyər,  nailiyyətlərinizdən  hər  zaman 

qürur duyardı. 

Azərbaycanın  son  illər  ərzində  ən  müxtəlif  sahələrdə 

nail olduğu misilsiz yüksəliĢlər,  xüsusilə elm və mədəniy-




 

83 


yətdəki  uğurlar  Sizin  müdrik  və  yorulmaz  rəhbərliyinizin 

əyani nəticələridir. 

Doktor  Cavad  Heyətə  sağlığında  və  onun  həyatdan 

getdiyi  günlərdə  olan  diqqətləriniz  də  əslində  bütövlükdə 

elmə,  mədəniyyətə  münasibətinizin,  Azərbaycan  dövləti 

və xalqının daha da yekdil, daha da qüdrətli olması naminə 

gerçəkləĢdiridiyiniz  ardıcıl  siyasətin  baĢqa  bir  ifadəsi 

hesab edilməlidir. 

Sizə  bütün  yaxĢılıqlarınıza  görə  bir  daha  ən  dərin 

təĢəkkürlərimizi  bildirir,  Azərbaycan  dövləti  və  xalqı 

naminə  çoxcəhətli  fəaliyyətlərinizdə  müvəffəqiyyətlər 

diləyirik. 



 

Doktor Cavad Heyətin ailəsi 


 

84 


 

 

Son  illər  səhhətində  yaranan  narahatlıqlar  bu  böyük 



insanın fəaliyyətinə nisbətən təsir etmiĢdi, amma bu yaĢda 

belə  soydaĢlarımızla  bağlı  olan  tədbirlərdən  qalmamağa 

çalıĢırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və 

bu  münasibətlər  hər  zaman  vaxtında,  məqamında  olması, 

gərəkliliyi,  barıĢdırıcılığı  ilə  seçilirdi.  Həm  də  dostlarına, 

xüsusilə  səhhəti  ilə  qayğılanan  arxadaĢlarına  son  mən-

zilinin Bakıda olması arzusunu dilə gətirirdi. 

Böyük azərbaycanlının müstəqil Azərbaycanın baĢkən-

dində  dəfn  olunması  onun  halal  haqqıdır.  Cavad  Heyətin 

yeri  hər  zaman  görünəcək  və  o,  hər  bir  azərbaycanlının 

ürəyində, oxucularının qəlbində yaĢayacaq 

 

Sabir Rüstəmxanlı 

 

* * * 



BaĢda  Ġran  Türkləri  olmaq  üzrə  Azərbaycan  və  Tür-

kiyə Türklərinin dil, tarix, ədəbiyyat mədəniyyət və mədə-

niyyətinin  dünyada  tanınmasında  və  yayılmasında  böyük 

rol  oynamıĢdır.  Onun  dil,  ədəbiyyat  tarix  və  mədəniyyət 

iĢlərinin  Türk  dünyası  üçün  bir  institutdan  daha  çox  xid-

məti  olmuĢdur.  Heyətin  əsərləri,  Azərbaycan,  Ġran,  Tür-

kiyə, Amerika kimi ölkələrdə də nümayiĢ olunmuĢdur. 

Ustad  Cevat  Heyətin  əziz  xatirəsi  əbədi  olaraq  Türk 

dünyasında yaĢayacaq. 

Əli Kafkasiyalı 

 

* * * 



Türkçe  bayrağını  yıllarca  dalgalandıran,  Tahran  mer-

kezli  yayınladığı  VARLIK  Dergisi  ile  nesillere  mektep 

olan,  dilimiz  üzerine  pek  çok  kıymetli  araĢtırmaya  imza 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə