Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə25/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   18   19   20   21   22   23   24   25   26

 

85 


atan  Dr.  Cevat  Heyet  Azerbaycan'da  tedavi  gördüğü 

hastanede  vefat  etmiĢtir.  Merhuma  Cenabı  Allah'tan  rah-

met  kederli  ailelerine  sabır,  tüm  Türk  Dünyasına  baĢ-

sağlığı dileriz. 



Yakup Ömeroğlu 

 

* * * 



Azərbaycanda  Cavad  Heyəti  məĢhur  həkim  kimi 

tanıyan, onun tibbi xidmətindən istifadə edənlər də az de-

yil.  Amma  daha  geniĢ  təbəqə  onu  məhz  maarifçilik  xid-

mətinə  görə,  tariximizi,  ədəbiyyatımızı  mükəmməl  bilən, 

―dil içində dil bəsləyən‖, dilimizin nəinki istifadəsinə, həm 

də  nəzəri  tədqiqinə  yönəli  böyük  iĢlər  görən  vətənpərvər 

ziyalı  kimi  tanıyır.  Bu  mənada  ―ensiklopedik  zəka  sahib-

lərinin  dövrü  keçmiĢdir‖  fikri  ilə  razılaĢmaq  düzgün 

olmazdı.  Çünki  dar  ixtisaslaĢmanın  labüdlüyü  ilə  yanaĢı, 

bütövlük  naminə  müxtəlif  sahələrdəki  biliklərin  bir  araya 

gətirilməsi  də  vacibdir.  Yoxsa  insane  təfərrüatlar  içəri-

sində  itib-batar,  dünyanın  ümumi  mənzərəsinin  canlan-

masında çətinlik yaranar. 

Səlahəddin Xəlilov 

 

* * * 



Onun  haqqında  çox  yazıldı.  Məqalələr,  xatirələr  nəĢr 

edildi.  Cərrah  Cavad  Heyət  mədəniyyət,  ədəbiyyat  və 

ictimai  fikir  tariximizdə  də,  filologiya  sahəsində  də 

araĢdırmaları,  qiymətli  kitabları  və  bunların  arasında 

«Varlıq» dərgisi də bəs edir. 

Sadiq  ürək  cərrahı  Sayın  Cavad  Heyət  sanballı 

alimlərdən  biridir.  Cərrahlıq  fəaliyyəti  ona  dünya  Ģöhrəti 

qazandırıb.  Cavad  Heyet  aorta  dəliyinin  daralması,  ürək 

qapaqlarının  anadan  gəlmə  və  qazanılmıĢ  qüsuları  fallo 

triada,  teatrda  və  pentadası  Ģəklində  təzahür  edən  ano-




 

86 


maliyaların aradan qaldırılması üçün hastalar üzərində çox 

saylı  əməliyyatlar  aparmıĢ,  o  ölümə  məhkumluğu  labüd 

sayılan insanlara ikinci bir hayat baxĢ etmiĢdir. ĠĢde onun 

böyüklüyü,  onun  cərrah  möhtəĢəmliyi  budur.  Onu  ölkə-

lərin məĢhur alimləri tanıyır. Bu ölkələrin alimləri, cərrah-

ları onu ürəkdən alqıĢlayırlar. 

Mən  də  Türk  vətəninin  dəyanətli  oğlu,  ürək  cərrahı, 

sadiq  doktorunu,  əziz  dostumu,  millətin  çocuğunu  vətən 

məhəbbəti, vətən sevgisi, vətən sayqısı ilə alqıĢlayıram. 

 

Ehsan Doğramaçı 

 

* * * 



Doktor  Cavad  Heyət  haqqında  bu  kiçik  dost  sözünü 

yazmağa  baĢlarkən  fikrimdə  istər-istəməz  düz  21  il 

bundan  əvvəlin  xatirələri  canlandı,  o  vaxtların  ki,  mən 

Azərbaycan  Yazıçılar  Ġttifaqının  cavan  bir  katibiydim  və 

biz hamımız çox qaynar bir ədəbi həyat yaĢa¬yır¬dıq. 

Və  təbii  ki,  hakim  ideologiyanın  Azərbaycanda 

«Cənub»  sözünün  özünü  belə  yasaq  elədiyi  bir  zamanda, 

Cənubla  bağlı  təssübkeĢlik,  maraq,  intizar,  narahatlıq 

bizim  içimizdəki,  fikrimizdəki,  qələmimizdəki  həmin 

milliliyin çox ciddi bir tərkib hissəsi idi. 

Belə  bir  vaxtda  o  dövr  üçün  böyük  bir  ruh  yük-

səkliyinə,  qəribə  –  çox  təmiz,  Ģəffaf  bir  nikbinliyə,  həyə-

can  dolu  bir  marağa  səbəb  olan  və  bizi  daxilən  isidən 

xəbər eĢitdik: Ġranda Azərbaycan dilində «Varlıq» adlı bir 

ədəbi jurnal çıxmağa baĢlayıb. 

Elçin 

 

* * * 



Azərbaycan ictimai fikir tarixində dr.Cavad Heyətin və 

onun "Varlıq" jurnalının xüsusi mövqeyi vardır. 




 

87 


"Varlıq" jurnalı ilk nömrəsindən bugünədək mövqeyini 

dəyiĢmədən  böyük  tarixi  vəzifəni  yerinə  yetirməklə  milli 

ictimai fikrə nur çilədi, onun hərəkətverici qüvvəyə çevril-

məsinə güclü təkan verdi. Cənubi Azərbaycanda, eləcə də 

Ġranın  ayrı-ayrı  əyalətlərində  yaĢayan  azərbaycanlıların 

milli-mənəvi  özünüdərk  və  milli  oyanıĢına  ciddi  təsir 

göstərən, sözün həqiqi mənasında böyük ictimai-siyasi və 

ədəbi  məzmun  kəsb  edən  "Varlıq"  jurnalının  bu  gün  təd-

qiqata cəlb olunması təqdirəlayiq hadisədir. 

Son  illər  Cənubi  Azərbaycan  ədəbiyyatını  araĢdıran, 

dövri  mətbuatını  araĢdıran,  dövri  mətbuatda  bir  sıra 

dəyərli məqalələr çap etdirən Pərvanə Məmmədlinin "Var-

lıq" jurnalını tədqiqat obyekti seçməsi təsadüfi deyildir. 

"Varlıq" jurnalı uzun illərdir ki,, Azərbaycan Ģifahi və 

yazılı ədəbiyyatını tədqiq və təbliğ edir. Onun baĢlıca apa-

rıcı ana xətti, istiqaməti: Ģifahi xalq ədəbiyyatının toplan-

ması,  nəĢri,  təbliği  ilə  yanaĢı,  klassik  və  müasir  ədəbiyy-

atın  ayrı-ayrı  nümunələrinin,  eləcə  də  ədəbi-tənqidi 

məqalələrin  verilməsi  olmuĢdur  ki,  bunun  ana  dili,  milli 

mədəniyyəti, elmi-ictimai fikri və tarixi qadağan olunmuĢ 

xalq üçün nə demək olduğu aydınlaĢır. 

 

Teymur Əhmədov 

 

* * * 



Cavad  Heyət  əməl  adamı  idi.  ―Varlıq‖  jurnalını  təsis 

etmək  onun  əməlpərvərliyindən  irəli  gəlirdi.  Həmid 

Nutqini, Məhəmmədəli Fərzanəni, Həsən Savalanı, Kərim 

Sönməzi,  Xamneyi  Mənzurini,  Səməd  Sərdarniyanı, 

Qulamhüseyn  Beqdelini  və  bu  sıradan  olan  kiĢiləri  ―Var-

lıq‖ın ətrafına toplayaraq doktor Heyət Ġranda türk dilinin 

varlığını  qoruyub  saxlaya  bildi.  Bu  onun  öz  xalqı 

qarĢısında böyük xidməti idi. Ən nəhayət, professor Cavad 




 

88 


Heyət  bir  simvol  idi,  bir  nümunə  idi,  öz  sənətinə 

vurğunluğun  nümunəsi,  öz  prinsiplərinə  sədaqətin  nümu-

nəsi  idi.  Boyundan  da  uca  Ģəxsiyyəti  var  idi,  yaĢının 

doxsanı  haqlamasına  baxmayaraq  qamətini  də  Ģəxsiyyəti 

kimi  düz  saxlamağı  bacardı.  ĠĢıqlı  adam  idi.Heyət  Ġranda 

türk  dilinin  varlığını  qoruyub  saxlaya  bildi.Zəmanəmizdə 

belələrinə  az  təsadüf  edilir.  Böyük  irs  qoydu,  onun  irsi 

milli  mənəvi  varlığı  zənginləĢdirir,  yaddaĢları  təzələyir. 

Əminliklə  deyə  bilərəm  ki,  professor  Cavad  Heyətin  mə-

nəvi  ömrü,  onun  dövrümüz  üçün  uzun  hesab  edilən 

cismani ömründən də çox-çox uzun olacaq, çünki diri bir 

həyat yaĢadı öz varlığı ilə millətin diriliyinə xidmət etdi. 



Cəmil Həsənli  

* * * 


Ġran Türklük bilimi çalıĢmalarının bânisi, Ġran Türklü-

ğünün ak sakalı ve ―Varlık‖ mücadelesine ömrünü adamıĢ 

mümtaz bilim adamı Prof. Dr. Cevat HEYET‘in 13 Ağus-

tos 2014 ÇarĢamba günü Bakü‘de Hakk‘ın rahmetine yü-

rüdüğünü  derin  bir  üzüntü  ile  öğrenmiĢ  bulunmaktayız. 

Çok kıymetli büyüğümüzü rahmet ve Ģükranla anıyor, kıy-

metli ailesine baĢsağlığı diliyoruz. 

 

Marmara Üniversitesi Türkiyat AraĢtırmaları Enstitüsü 



adına   

Prof. Dr. Gülşen SEYHAN ALIŞIK 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə