ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


HƏRİMƏLƏ, ÜyƏYNƏ VƏ DİRİYYƏ Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN ƏQİDƏSİNİN YAYILDIĞI İLK YERLƏR



Yüklə 5,57 Mb.
səhifə22/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

HƏRİMƏLƏ, ÜyƏYNƏ VƏ DİRİYYƏ Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN ƏQİDƏSİNİN YAYILDIĞI İLK YERLƏR


Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynə şəhərində dünyaya gəlmiş, Hənbəli məzhəbli bir ailədə böyüyüb boya-başa çatmış və bu məzhəbin əqidələri ilə müəyyən qədər tanış olmuşdu. O, Müsəyləməyi Kəzzab və s. kimi peyğəmbərlik iddiası edənlərin nəzər və rəylərini mütaliə etmişdi. Elə cavanlığının ilk dövrlərindən etibarən dində dəyişiklik yaratmaq sövdası onun başında dolanırdı.

Nəcd əyalətinin (əvvəllər oranın xüsusi coğrafi və ictimai mövqeyi barədə müəyyən qədər bəhs olundu) Hərimələ, Üyeynə, Diriyyə, Riyaz və sair kimi mühüm şəhərləri vardı. Bunlar (xüsusilə Diriyyə və Riyaz şəhərləri) vəhhabiliyin yaranıb genişlənməsində çox mühüm rol ifa etmişdi.

Adı çəkilən şəhərlərin əhalisi qəbilə icması və tayfa şəklində yaşayırdılar. Qəbilə mədəniyyəti onların həyatının əsasını təşkil edirdi. Qəbilə icmasında qəbilə rəisi və tayfa başçısı qüdrətin başında dururdu. Onun əmr və göstərişlərini icra etmək vacib idi. Qəbilə üzvləri də aralarında mövcud olan adət-ənənələrə çox ciddi şəkildə riayət edirdilər. Qəbilələrin ən mühüm xüsusiyyətləri müharibə və qarətçilikdən ibarət idi. Onlar öz güzəranını təmin etmək üçün bu iki mühüm məsələni icra etməyə məcbur idilər.

Nəcd şəhərlərinin əhalisi mədəniyyət baxımından çox da yüksək səviyyədə deyildi. Səbəbi də oranın xüsusi coğrafi mövqeyə malik olması idi. Geniş səhralar, kəskin iqlim, mədəniyyət mərkəzindən uzaq olmaq, qonşu ölkələrdəki mədəniyyətlərdən birbaşa, yaxud müəyyən yollarla bəhrələnməmək, münasib iqtisadi qüdrətə malik olmamaq, özlərinin xüsusi məişət çətinlikləri və s. qəbilələrin mədəniyyət səviyyəsinin çox aşağı olmasında xüsusi rol oynayırdı. Elə bu məsələ də, yəni Nəcd əyalətində sakin olan qəbilələrin ictimai inkişaf səviyyəsi və mədəniyyətinin aşağı olması onların öz adət-ənənələri və əqidələri ilə müvafiq olan hər növ təfəkkürü, məsləki və dini qəbul etməyə vadar edən əsas amil idi. Bu da onları, müharibə və qarətçilik xüsusiyyətlərinə bəraət qazandıra biləcək hər növ ideologiya və dinin qəbul olunmasına sövq edirdi. Buna əsasən vəhhabilik Ərəbistanın Nəcd diyarında belə bir şəraitdə yarandı və tədricən Ərəbistanın digər nahiyələrinə yayıldı.

Məhəmməd ibn Əbdül-Vəhhab ibtidai təhsilini öz doğulduğu Üyeynə şəhərində aldıqdan sonra Hənbəli məzhəbinin təlimlərini daha artıq mənimsəmək, eləcə də qonşu ölkələrin ictimai və siyasi şəraitinə yaxından tanış olmaq üçün Nəcdin müxtəlif şəhərlərinə və oradan da xaricə (Şam, İraq, İran) səfər etdi. Onun azğınçı fikir və əqidələri elə ilk əvvəldən atasını və ustadlarını şübhələndirdi. Onun heç bir sığınacaq yeri olmadığından çoxlu səfərlərdən sonra Nəcdə qayıtmağa məcbur oldu.

O, Nəcdə daxil olduğu ilk dövrdən Hərimələdə yaşayan atası və ailəsinə tabe olaraq oraya yollandı. Hərimələ Nəcdin mühüm şəhərlərindən biri hesab olunurdu və Üyeynənin yaxınlığında yerləşirdi. O həmin şəhəri özünün əqidələrini izhar etmək üçün münasib gördü. Amma atasının vəfatından sonra 1153-cü h.q. ilinə qədər öz dəvətini rəsmi şəkildə aşkar edə bilmədi. Bəlkə də bunun səbəblərindən biri, atasının ehtimal üzrə baş verəcək müxalifətləri ilə qarşılaşa bilməməsi idi.

Hər bir halda, Məhəmməd ibn Əbdül-Vəhhab atasının vəfatından sonraTövhidadlı kitabını yazmaqla öz əqidələrini aşkar etdi camaatın təəssüb üzündən olan səthi əməl əqidələrində şübhələr yaratdı. O, Hərimələdə çox da müvəffəqiyyət qazana bilmədi. Səbəbi o diyara hakim olan qəbilə əhval ruhiyyəsi, eləcə qəbilə başçılarının onunla anlaşma əldə edə bilməmələri idi. Cənab Fəqihi öz kitabının bir qismində belə yazır: “Vəhhabi yazıçıları Məhəmməd ibn Əbdül-Vəhhabın Hərimələdə müvəffəqiyyət qazanmamasının səbəbini Həmyan qəbiləsinin (Hərimələdə məskun olan iki qəbilədən biridir günah yaramaz əməllərlə məşhurdur) əmr be məruf nəhy əz münkərə dəvəti hesab edirlər.” Sonra o belə nəticə alır ki, onun səbəbi bu deyildi. Əksinə, Hərimələ şəhərinin rəisləri iki qəbilədən olduğuna hər birinin digərinə rəis olmağı iddia etməsi1 Məhəmməd ibn Əbdül-Vəhhabın öz əqidələrini yayıb təbliğ etməkdə müvəffəqiyyət qazanmasına mane olmuşdu. Bu məsələ çox əhəmiyyət kəsb edirdi. Yəni, iki rəisi olmaqla iki qəbilədən təşkil olunan xüsusi şəraitdə yerləşən Hərimələyə hakim olan qəbilə sistemi vəhhabiyyətiMəhəmməd ibn Əbdül-Vəhhabın tövsiyələrini qəbul etmək üçün münasib şəraitə malik deyildir. (Məhəmməd ibn Əbdül-Vəhhab bir qəbiləyə rəislik qüdrət vermək əsasında fikirləşirdi). Buna əsasən yalnız bəzi vaxtlar məsləhət naminə yanaşı yaşayan o şəhərin iki qəbiləsinin arasındakı ixtilaflar vəhhabiliyin banisinin siyasi-dini baxımdan müvəffəqiyyət qazanmasına mane olurdu. Nəticədə, bir tərəfdən Hərimələdə məskunlaşan iki qəbilə arasındakı iqtidarın müvazinəti, digər tərəfdən isə Məhəmməd ibn Əbdül-Vəhhabın quru təəssüb əsasında olan təlimləri (bu, əsas etibarı ilə camaatın əqidələrini hədəf tutmuşdu) onun Hərimələdə müvəffəqiyyət qazanmamasının amili oldu. Diqqət yetirmək lazımdır ki, onun müvəffəqiyyət qazanmamasının səbəbi daha çox bu ola bilərdi ki, o, mahiyyət etibarı ilə Hərimələdə sakin olan iki qəbilənin heç birinin üzvü deyildi bəlkə o yerin siyasi ideoloji şəraiti ilə tam agah deyildir.

Məhəmməd ibn Əbdül-Vəhhab həmin dövrdə müvəffəqiyyət qazanmamasının ardınca öz doğulduğu yerəÜyeynəyə qayıtdı. Ayətullah Sübhani onun bu şəhərdəki fəaliyyətləri barədə belə qeyd edir: “... Öz vətəninə daxil olduqdan sonra oranın əmiri Osman ibn Əhməd ibn Müəmmər ilə əhd-peyman bağladı ki, qarşılıqlı olaraq bir-birinə kömək etsinlər, əmir icazə versin ki, o öz əqidələrini aşkar şəkildə təbliğ edə bilsin. Nəticədə Üyeynə daxil olmaqla, Nəcd məntəqəsinin əmir yaşayan bütün məntəqələrinə hakim olsun. Məhəmməd ibn Əbdül-Vəhhab daha sonra əmirlə olan əlaqələrini möhkəmləndirmək üçün əmirin bacısı ilə evləndi. Əqd bağlandıqdan səmimi həmkarlıq vədəsi verildikdən sonra Şeyx əmirə dedi: “Ümidvaram ki, Allah Nəcdi ərəbləri sənə bağışlasın!”1

Məhəmmədin Üyeynədə gördüyü işlərdən biri bu idi ki, camaatın etiqadlarını sarsıtmaq inkar etmək üçün ciddi səylə çalışdı göstəriş verdi, camaatın ehtiram göstərdiyi ağacları kəsdilər, Zeyd ibn Xəttabın qəbri üzərində olan binanı günbəzləri dağıtdılar.”1 O, Üyeynədə dərs hövzəsi təşkil etdi tədrisə başladı. Üyeynə Nəcdin sair yerlərinin alimləri Şeyxin dəvətinin irəliləməsini gördükdə Ehsanın əmiri Süleyman ibn Məhəmmədə çoxlu məktublar yazaraq vəhhabiliyin günbəgün artmaqda olan təhlükələri barədə xəbərdarlıq edib onu dəf etməyə çağırdılar. “Ehsanın Qətifin əmiri Süleyman Himyəri Üyeynənin əmirinə göstəriş verdi ki, bu fitnəni mümkün qədər tez bir zamanda yatırtsın, Şeyxi qətlə yetirsin. Üyeynənin əmiri Şeyxdən üzr istəyib Üyeynəni tərk etməsini tələb etmək məcburiyyətində qaldı.”2

Məhəmməd ibn Əbdül-Vəhhabın öz dəvətini davam etdirmək üçün Üyeynə şəhərini seçməsinin aşağıdakı yönlərdə əhəmiyyəti var idi:

1. Üyeynə Məhəmməd ibn Əbdül-Vəhhabın doğulduğu yer və onun ana vətəni idi. O həmin yerin mövcud ixtilafları, məişət qaydaları, dini-siyasi təfəkkürləri, bir sözlə, oranın ictimai mühitinə agah idi və oranın əhalisi də həm onu, həm də ailəsini yaxşı şəkildə tanıyırdılar. Xüsusilə, onun atası Əbdül-Vəhhab o şəhərdə camaat arasında qəzavət və mühakimə mənsəbini öhdəsinə almışdır.

2. Üyeynənin əhalisi Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsinə qarşı xüsusi hörmət bəsləyirdilər. Çünki, onun atası uzun müddət hənbəli fiqhinin tədris edilməsini və qəzavət işini öhdəsinə almışdı. Buna görə də camaat onun övladları ilə tam başqa cür rəftar edirdilər.

3. Məhəmməd ibn Əbdül-Vəhhab Üyeynənin siyasi şəraitini və orada məskunlaşan qəbilə rəislərini yaxşı tanıyırdı. Üyeynə Ehsa hakiminə tabe olduğuna görə qəbilə rəisinin Ehsanın hakiminin siyasətləri ilə əlaqədar seçdiyi üslubda rol oynayırdı. Məhəmməd ibn Əbdül-Vəhhab çalışırdı ki, mümkün olan qədər Üyeynənin əmirini vəhhabiliyi qəbul etməyə təşviq etsin ki, güclü dini arxaya malik olaraq Ehsa əmirinin hakimiyyətindən çıxıb müstəqil olsun.

4. Məhəmməd ibn Əbdül-Vəhhabın Üyeynəni özünə mərkəz seçməsinin dördüncü dəlili Üyeynənin Ehsanın xüsusi iqtisadi mövqeyini ələ keçirməklə əlaqədar düşmənçiliyi idi. Məhəmməd ibn Əbdül-Vəhhab öz fəaliyyətlərini davam etdirmək üçün iqtisadi siyasi arxaya ciddi ehtiyac duyurdu. Ehsa da bu məqsəd üçün münasib iqtisadi baza olduğundan vəhhabiliyin banisi öz siyasi bünövrəsini Ehsa məntəqəsinin iqtisadi qüdrəti ilə təkmilləşdirmək Üyeynənin Ehsa əleyhinə olan düşmənçiliyindən bəhrələnmək istədi.1

Məhəmməd ibn Əbdül-Vəhhabın dəvətinin Üyeynədə davam etməsi nəticəsindəümumi xüsusi müsəlmanlardan çoxunu özünə ardıcıl etdi özü ilə eyni əqidəyə gətirdi... Buna görə onun şan-şöhrəti yayılmağa başladı. Hər bir yedə - dini, hətta siyasi yığıncaqlarda belə, onun işlərindən söhbət açılırdı.”2 Onun işinin şöhrət əhəmiyyətinin artmasına səbəb olan ardıcıllarının havadarlarının hərəkəti Ehsanın hakimi Osman ibn Əhməd ibn Müəmmərin nigarançılığına səbəb oldu o, Üyeynənin əmirini məcbur etdi ki, Məhəmməd ibn Əbdül-Vəhhabı aradan götürməyə dair ciddi tədbir görsün.

Məhəmməd ibn Əbdül-Vəhhabın Osmana, Nəcd əyalətinə tam hakim kəsilmək vədəsi verməsinə baxmayaraq (onunla həmkarlıq etməsi şərtilə) hər an Üyeynəyə hücum etməsi ehtimalı verilən Ehsanın əmirinin qorxusundan Məhəmmədi o şəhəri tərk etməyə məcbur etdi. Məhəmməd ibn Əbdül-Vəhhab sonra Diriyyə şəhərinə gəldi. Vəhhabilik də məhz bu şəhərdə kök atıb yarımadanın digər məntəqələrinə yayıla bildi.

Diriyyə şəhəri coğrafi strateji baxımdan xüsusi əhəmiyyətə malik idi. “Ərəb coğrafiyaçıları Nəcdin qədim şəhərlərinin ən böyüyü kimi Zəryə şəhərini qeyd etmişlər. Caci xəlifə o yerin adını yeni tələffüzə uyğun olaraq Diriyyə adlandıran ilk şəxs idi.”1Miratul-əhvalkitabında qeyd olunur ki, “Diriyyə Səudiyyə Ərəbistanın bir bölməsi olub Riyazın şimal-qərbində, 20 km. məsafəsində yerləşir. Bu şəhər Ali-Səudun sabiq paytaxtı idi, Vadiyi-hənifə oradan keçirdi. Onun abad diyarlarından biri Məhəmməd ibn Əbdül-Vəhhab onun sülaləsindən çoxlu alimlərin yaşayış məskəni olan Bəhiradır. Onun qəbri həmin yerdədir. Diriyyə ilk dəfə olaraq 850-ci h.q. ilində abad edilmişdi. Məhəmməd İbn Səud oranın hakimi olmuş, 1157-ci h.q. ilində öz vətənindən Üyeynəyə qovulan Məhəmməd ibn Əbdül-Vəhhab da Diriyyədə yaşamış, həmçinin, Məhəmməd İbn Səud vəhhabi məzhəbini yaymağa başlamışdı.”2

Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, Diriyyəyə hakim olan qüdrət Ali-Səud idi və Diriyyənin cəmiyyətinə qəbilə və tayfa üsul-idarəsi hökm sürürdü. O şəhərin əhalisi Məhəmməd ibn Əbdül-Vəhhabın gəldiyi ilk dövrlərdə son dərəcə yoxsulluq və ehtiyac içində yaşayır, gündəlik məişətlərini təmin etmək üçün ciddi səylə işləyirdilər. Cəngavərlik və ətraf məntəqələrə təcavüz etmək ruhiyyəsi onların bütünlükdə varlığına hakim kəsilmişdi. Müharibə və hücum yolu ilə mənfəət axtarmaq, qənimət və sərvət əldə etmək onların nəzərində çox əhəmiyyətli bir məsələ idi. Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyənin qəbiləvi cəmiyyətinin xüsusi mövqeyi ilə tanış olduqdan sonra öz ayin və məsləkini o şəhərin hakiminə təqdim etmək qərarına gəldi. Çünki, vəhhabiliyin hakim tərəfindən (qəbilə üsul-idarəsi ilə) qəbul olunacağı təqdirdə sair şəxslər də onu qəbul etməli idilər. Deməli, Məhəmməd ibn Əbdül-Vəhhab özünün xüsusi məqsədlərinə nail olmaq üçün Diriyyə şəhərinə daxil olan kimi birbaşa oranın hakimi Məhəmməd İbn Səudun yanına getdi və onu öz ayinini qəbul etməyə təşviq etdi. Nəhayət, onların arasında baş verən razılaşmaya əsasən Diriyyədə bir növ siyasi-dini ittihadiyyə yaradıldı. Beləliklə, vəhhabilik ayini bir tərəfdən Ali-Səudun sonrakı hərəkət və tədbirlərinə qanunilik verdi və ona dini arxa oldu. Digər tərəfdən də Ali-Səudun siyasi qüdrəti vəhhabiliyin təbliğ olunub yayılması üçün böyük bir arxa sayıldı.

Robert Lisi bu barədə yazır: “... Bu məsələ, yəni Diriyyə şəhərinin hakimi Məhəmməd İbn Səudun ibn Əbdül-Vəhhabın xəbərini Riyazın şimalında bir neçə kilometrliyində yerləşən Hənifə dərəsindəki xurma bağları arasında eşitməsi o ruhani şəxs üçün bir növ yaxşı şans sayılırdı. (Riyaz o dövrdə Ali-Səudun hökmranlığı altında deyildi.) Məhəmməd İbn Səud ona dedi: “Sizin diyarınızdan daha yaxşı olan bir şəhərə xoş gəlmisiniz!” Buna əsasən Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyənin şəriət hakimi oldu.”1

Daha mühüm əhəmiyyət kəsb edən məsələ iki Məhəmmədin – Məhəmməd ibn Əbdül-Vəhhab ilə Məhəmməd İbn Səudun arasında baş verən sövdələşmə idi. Məhəmməd ibn Əbdül-Vəhhab İbn Səuda vədə verib dedi ki, vəhhabiliyi qəbul etdiyi və onun təbliğ edib yaydığı surətdə onun qüdrət və hakimiyyətinə öz ixtiyarında olan camaata və ətraf məntəqələrə hücumlarına dini don geyindirməklə yanaşı, bunu qanuni bir iş kimi qələmə versin. İbn Səud da iltizam verdi ki, vəhhabiliyi özünün hərbi qüdrəti ilə qoruyub genişləndirəcəkdir.

Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyədə vəhhabilik məsləkini yayıb genişləndirməyə təbliğ etməyə başladı. “Siqaret çəkilməsi, rəqs musiqi qadağan edildi... Ziyarətgahlar bütün texniki vasitələr məhv edilib aradan aparıldı.”2 Robert Lisi bu barədə belə yazır: “... Nəcd ordusu vəhhabilərin yol göstərmələrindən təsirlənib Səud sülaləsinin rəhbərliyi ilə yırtıcılığa, vəhşiliyə başladılar. Onlar ölüm qarşısında etinasız idilər. Yalnız Allahın istəyi ilə (əlbəttə, vəhhabilərin nəzərində!) atəş açırdılar...”3 Müharibə qarətçilik, qan axıdılması qəbilələrin qarət edilməsi kimi vəhşiliklərə dini cəhətdən don geyindirilirdi. Qəbilə həyatı sürən Diriyyə əhalisində müharibə qarətçilik ruhiyyəsi olduğuna görə bir məsləkin onlara arxa durduğundan öz işlərini qanuni qələmə verir çox xoşhal olurdular. Fəqihi ibn Bişr Nəcdin Diriyyənin vəhhabiliyi qəbul ətraf məntəqələrə təcavüz etməsindən sonrakı vəziyyəti ilə əlaqədar belə deyir: “Mən (İbn Bişr) Diriyyə şəhərini bu tarixdən sonra səudilərin dövründə müşahidə etdim. Oranın əhalisi çox varlanmış, silahları qızıl-gümüşlə bəzədilmişdi; nəcib atlara minir, iftixarlı, bər-bəzəkli paltar geyir bütün sərvət vəsaitlərindən istifadə edirdilər. Elə bir həddə çatmışdılar ki, dil onların firavanlığını bəyan etməkdə acizdir.”1 Diriyyə əhalisindəki bu dərin dəyişikliklər yalnız ətraf məntəqələrə etdikləri təcavüzlər sayəsində baş vermişdir. Onlar vəhhabi məsləkinin köməyi ilə özlərinə bəraət qazandıraraq öz təcavüzkarlıqlarını qanuni hesab edirdilər.

Beləliklə, Diriyyə Ərəbistanın Nəcd diyarında vəhhabi dininin təbliğ olunması üçün bir mərkəzə çevrildi və vəhhabilərin İslamın müqəddəs məkanlarına, o cümlədən, Məkkə, Mədinə, Kərbəla və Nəcəf şəhərinə hücumları oradan idarə olundu. İbrahim Paşa Misrinin Nəcdə hücum edib oraya qoşun yeritməsi zamanı Diriyyənin yerlə yeksan olunmasına və Ali-Səud hakimlərinin birinci hakimiyyət dövrünün sona çatmasına baxmayaraq, onların Nəcddən çıxmasından sonra Ali-Səuddan qalan vəhhabilər bir daha oranı təmir edib abadlaşdırdılar və tamamilə məhv olmasının qarşısını aldılar. Sonrakı fəsillərdə vəhhabilərin törətdiyi cinayətlər, eləcə də onların əleyhinə olan müxtəlif reaksiyalar araşdırılacaqdır.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə