ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


VƏHHABİ TƏFƏKKÜRÜNÜN YARANMASINDA BEYNƏLXALQ ŞƏRAİTin rolu



Yüklə 5,57 Mb.
səhifə23/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

VƏHHABİ TƏFƏKKÜRÜNÜN YARANMASINDA BEYNƏLXALQ ŞƏRAİTin rolu


Bu bölmədə vəhhabiliyin yaranmasına təsadüf edən beynəlxalq şəraiti araşdıracaq, həmçinin bu şəraitin vəhhabi hərəkatının inkişaf edib yayılmasına necə təsir göstərdiyi barədə məlumat verəcəyik.

Vəhhabilik o dövrdə Osmanlı imperatorluğunun sərhədlərində yerləşən Ərəbistan yarımadasında yarandığını, həmçinin siyasi və tarix cəhətdən bu imperatorluğun dünyanın böyük ərazilərində təsirli olduğunu nəzərə alaraq belə qeyd etmək olar ki, osmanlıların qüdrətinin zəifləməsi vəhhabilərin yaranıb yayılmasında təsirli amillərdən biri olmuşdur.

Bu bölmədə həmin məsələnin müxtəlif yönlərini – istər daxili, istərsə də xarici amillərini nəzərə alaraq (həmin dövrdə) Osmanlı imperatorluğuna hakim olan daxili və xarici vəziyyəti araşdıracağıq. Əlbəttə, qeyd etməliyik ki, yuxarıda Osmanlı imperatorluğunun necə yaranması ilə əlaqədar müəyyən mətləblər bəyan olundu. İndi isə osmanlıların qüdrətinin ən yüksək həddə olduğu dövrü, sonra isə onda baş verən enişli-yoxuşlu hadisələri araşdıracağıq.

Osmanlı imperatorluğu miladın XV-XVI əsrlərində özünün ən güclü dövrlərini yaşayırdı. Tarixin bu dövründə Avropa dövlətləri bu imperatorluğun qarşısını ala biləcək qədər qüdrətə malik deyildilər. Bu imperatorluğun geniş hüdudları Balkanda kiçik Asiyadan Ermənistana qədər, şimali Afrika və Misirə, şərqdə isə Suriya və Fələstin ərazilərinə qədər gedib çatırdı. Belə ki, Adriatik dənizi “Türk dəryası” adı ilə məşhurlaşmışdı. Osmanlı imperatorluğunun nisbətən uzun ömürlü olması o dövrdə dünyanın münasib siyasi şəraiti, sultanlardan bir neçəsinin ləyaqəti, bir neçə rəhbər işçilərinin camaata qarşı səmimi və iş bacaran olması, camaatın da onu himayə etməsi nəticəsində olmuşdu və onlar öz xoşbəxtliklərini Osmanlı hökumətinin davam etməsində görürdülər.

Hər bir tərəqqinin ardınca tənəzzül gəldiyi, eləcə də hər bir təvəllüd axırda xəstəlik və ölümlə sona çatdığı, həmçinin, İbn Xəldun və Vil Dorant kimi məşhur tarixçilərin mədəniyyətlərin tərəqqi və tənəzzülləri barədə xüsusi olaraq qeyd etdiklərinə əsasən Osmanlı imperatorluğu da bu qanundan istisna olunmurdu. XVI miladi əsrinin ikinci yarısı geniş ərazilərə malik olan Osmanlı imperatorluğunun süquta uğramasının əvvəlləri idi. Coğrafi, idarəçilik və qanunçuluq baxımından pərakəndəlik, iqtisadi və ictimai dəyişikliklər, Osmanlı dövlətinin dini xüsusiyyətlərinin zəifləməsi, dini və milli cəmiyyətlərin əsl mədəniyyətdən uzaq düşməsi nəhayət böyük Osmanlı imperatorluğunu dağıtdı.

Bu imperatorluğun dağılmasının ilkin əsər-əlamətləri onun padşahlarından biri olan Süleyman Başukuhun dövründə aşkar oldu və onun ölümündən sonra bu imperatorluq tənəzzülə doğru üz qoydu. Bacarıqsız sultanlar biri digərindən sonra rəyasət kürsüsünə oturdular və Osmanlı imperatorluğu bir neçə quru və dəniz döyüşlərində ağır məğlubiyyətə düçar oldu.

Saray məmurlarının hiylələri, hərəmxanalardakı xacələrin və qadınların təhrik olunması, dövlət aparatında baş verən eybəcər hallar ölkədəki siyasi və iqtisadi durumu aradan aparmışdı. Həm müsəlmanların, həm də məsihilərin iştirak etdiyi qiyamlar da günbəgün artmağa başladığı zaman, onların idarə sistemi dağıldı və dövlət başçıları biri-birinin ayağının altını qazmağa başladılar.

Ardıcıl iqtisadi böhranlar, çörək və sair kimi gündəlik tələbat mallarının bahalaşması, qərbdə hazırlanan ucuz qiymətli gümüş və sair məmulatların gətirilməsi, əmək haqqının azaldılması Osmanlı imperatorluğunun problemlərini daha da artırdı. Həmin dövrdə türk mallarının qiymətinin qalxması nəticəsində xarici mallar sel kimi axıb ölkəyə gəlməyə başladı, şəhərlərdə və kəndlərdə xarici mal ticarəti rövnəqləndi. Sənətkarlıq və ticarət işi çiçəkləndi, müxtəlif siniflərin istehsal qüvvələri artdı. Amma qərb dünyasının əksinə olaraq sənətkarlığın və ticarətin Osmanlı imperatorluğunda genişlənməsi iqtisadi və ictimai inqilab yaratmadı.

Osmanlı imperatorluğunun tədrici olaraq tənəzzülə uğraması barəsindəTarixi imperatoriye Osmani Türkiyeyi cədidkitabında belə qeyd olunur: “Osmanlı imperatorluğunun tənəzzülə uğraması tədricən baş verirdi, yəni onun süqutunun ilk mərhələsi bir neçə əsr öncə başlamışdı. Lakin quruluşun əsas qüdrəti xüsusilə orta şərq cəmiyyətinin daxili qurluşunun bünövrəsi bu daxili inhirafın ciddi görünməsinin qarşısını alırdı. Avropa da uzun illər ərzində bu tənəzzülü dəqiq şəkildə ayırd edə, yaxud ondan öz xeyrinə istifadə edə bilməmişdi. Məhz buna görə belə bir şəraitdə imperatorluq uzun illər davam gətirə bilmişdi. Hətta XVII miladi əsrinə qədər Osmanlı imperatorluğunun tənəzzülə uğraması hadisəsi avropalılar üçün çox da aşkar deyildi bu da Osmanlı padşahlarına mövcud çatışmazlıqları bərpa etmək üçün münasib şərait fürsət yaratmışdı. Amma onlar bunun qarşısında xudbinliyə düçar olub ölkə daxilində islahat işləri aparmaq fikrinə düşməmişdilər. Onlar bu fikrə artıq çox gec düşdülər.”1

Ümumi şəkildə osmanlıların tənəzzülə uğraması iki cəhətdən araşdırıla bilər: biri xarici amillər, yəni istismarçı qüvvələrin və istilaçıların bu imperatorluqda törətdikləri işlər cəhətindən, digəri isə daxili amillər, yəni, bu imperatorluğun quruluşundakı inzibatsızlıqlar cəhətindən. Halbuki, həmin dövrdə qərb ölkələrində elmi-texniki inqilab özünün ilkin mərhələlərini keçirməkdə idi.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə