Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

45 
 
Döş qəfəsidaxili limfa düyünləri vərəmi gedişinə görə ağırlaşmamış və ağırlaşmış qruplara 
bölünür. 
Ağırlaşmamış  bronxoadenitin  kliniki  təzahürü  intoksikasiya  əlamətləri,  döş  qəfəsi  limfa 
düyünlərinin  və  onların  əhatəsində  olan  orqanların  spesifik  prosesə  cəlb  olunma  dərəcəsindən 
asılıdır. Döş qəfəsi limfa düyünləri vərəminin başlanğıcı, adətən tədricən olur. Uşaq tez yorulur, 
iştahası  zəifləyir,  əsəbi  olur,  bədən  hərarəti  subfebril  dərəcədə  qalxır.  Çox  nadir  hallarda, 
xüsusilə,  azyaşlı  uşaqlarda  bronxoadenit  kəskin  başlaya  bilir,  temperatur  febril  dərəcəyə  qədər 
qalxır, ancaq bununla belə, uşağın vəziyyəti qənaətbəxş olur. 
Müasir  zamanda  uşaqlarda  birincili  vərəmdə  paraspesifik  reaksiyalara  az-az  rast  gəlinir. 
Ancaq  bununla  belə,  bəzən  blefarit,  keratokonyuktivit,  düyünlü  eritema  müşahidə  olunur.  Bir 
sıra  xəstələrdə  öskürək,  bezən  göy-öskürəyə  bənzər  bitonal  xarakter  daşıyır.  Bitonal  öskürəyə, 
adətən  döş  qəfəsidaxili  limfa  düyünlərinin  çox  böyüdüyü  zaman  təsadüf  olunur.  Erkən  yaşlı 
uşaqlarda  bitonal  öskürəkdən  başqa,  normal  nəfəsalma  ilə  müqayisədə  ekspirator  stridor,  yəni 
küylü  uzanmış  nəfəsvermə  müşahidə  olunur.  Stridor  uşaqlarda  traxeya,  bronx  və  udlağın 
zədələnməsində rast gəlinən xırıltıdan onunla fərqlənir ki, axırıncılar həm nəfəs almada, həm də 
nəfəs vermədə eyni xırıltılı səslər əmələ gətirirlər. Göyöskürəyə bənzər öskürək nisbətən iri yaşlı 
uşaqlarda olur. Ancaq burada xoruz qışqırtısı, “banlaması” olmur. 
Bitonal  öskürək  və  ekspirator  stridor  təkcə  böyümüş  döş  qefəsi  limfa  düyünlərinin 
böyüyərək  bronxlara  təzyiqindən  deyil  və  həm  də  bronx  divarlarının  və  sinirlərin  (xüsusən 
qayıdan  sinir)  iltihabi  prosesə  cəlb  olun-masındandır.  Xəstələrdə  anamnez  öyrənilərkən,  aktiv 
vərəmli xəstələrlə kontakt və tuberkulinə həssaslıq yoxlanarkən, adətən, viraj aşkar olunur. Bəzi 
uşaqlarda  tuberkulin  sınaqları  hiperergik  xarakterli  ola  bilər.  Obyektiv  olaraq  döş  qəfəsi  daxili 
limfa düyünləri vərəmi olan xəstələrdə dərinin bəyazlığı, bədən çəkisinin azalması, gözün altında 
göy  ləkələr  aşkar  olunur.  Döş  qəfəsi  ön  divarında  bəzən  1-ci,  2-ci  qabırğaarası  nahiyədə  1  və 
yaxud 2 tərəfli periferik venoz şəbəkənin genişlənməsi (Viderq Offer əlaməti) müşahidə olunur. 
Bel sümükləriarası nahiyənin yuxarı üçdə birində bəzən səthi kiçik damarların genişlənməsi 
müşahidə  olunur  (Frank  əlaməti).  Periferik  limfa  düyünlərinin  on  azı  4-5  qrupu  əllənir.  Onlar 
yumşaq  elastikli  konsistensiyalı  olur,  ətraf  toxumalarla  birləşməyən,  hərəkətli  və  ağrısızdırlar. 
Böyümüş  limfa  düyünlərinin  bronxları  sıxması  perkutor  və  auskultativ  əlamətlər  meydana 
gətirir.  Bronxofoniya  7  yaşa  qədər  uşaqlarda  7-ci  boyun  fəqərəsindən  aşağı,  14  yaşa  qədər 
uşaqlarda  isə  1-ci  döş  fəqərəsi  nahiyəsində  eşidilir.  Bronxofoniya  nə  qədər  aşağıda  eşidilirsə, 
limfa  düyünlərinin  bir  о  qədər  çox  böyüməsini  göstərir.Traxeobronxial  limfa  düyünləri 
tərəfindən iri damarların sıxılması nəti-cəsində fırfıra səsi (Smit əlaməti) eş-dilir. Fırfıra səsi döş 
sümüyünün yuxarı sərhədləri bərabərində, başı arxaya əyərkən eşidilir. Böyümüş limfa düyünləri 
ilə  sıxılma  nəticəsində  səsli  bitonal  öskürək  də  əmələ  gəlir.  Bitonal  öskürək  döş  qəfəsi  limfa 
düyünlərinin böyüməsindən yaranır və uzun müddət qalır. О ancaq limfa düyünləri kiçildikdən 
sonra  yox  olur.  Bronxoadenit  göyöskürəyə  bənzər  öskürəklə  müşahidə  olunur.  Göyöskürək 
zamanı xəstə uşaqlarda bitonal öskürək olması bronxoadenitdən şübhələnməyə əsas verir. 
Arxa  divar  aralığı  nahiyəsində  təzə  iltihabi  dəyişikliklərin  olmasını  müsbət  Petruşki 
simptomu təsdiq edir. Belə ki, 3-cü, 7-ci döş fəqərələrinin sümük çıxıntıları üzərindəki nahiyəni 
sıxarkən ağrının yaranması bu simptomun müsbət olmasını göstərir. Laborator müayinələr vərəm 
bronxoadeniti zamanı az informativ olurlar. Hemoqrammada xəstəliyin başlanğıcında bir qədər 
leykositoz  olsa  da,  tezliklə  normaya  düşür.  İlk  anlarda  limfopeniya  və  EÇS-in  bir  qədər 
sürətlənməsi nəzərə çarpır. Bəlğəmin, bronxların  və mədənin  yuyuntularının müayinəsi zamanı 
vərəm mikobakteriyaları aşkar olunmur. Şişvari, yaxud da tumoroz formasında döş qəfəsidaxili 


46 
 
limfa  düyünlərinin  şişəbənzər  və  yaxud  tumoroz  formalı 
vərəmi  daha  ağır  gedişli  olur.  Bu,  çox  erkən  yaşlı 
uşaqlarda  olur.  Klinikası  daha  qabarıq  olur  və 
ağırlaşmalarla gedir. Qeyd etmək lazımdır ki, xəstəliklərin 
kliniki  təzahürləri,  onların  formasına  görə  müqayisədə 
nisbidir  və  hər  dəfə  eyni  dərəcədə  klinik  əlamətlərlə 
üzləşilmir.  Belə  ki,  tumoroz  formalı  döş  qəfəsi  daxili 
limfa  düyünləri  vərəminin  bütün  hallarında  qabarıq 
formalı  vərəm  intoksikasiyası  olmur  və  bəzi  hallarda 
ağırlaşmalar vermir. Digər tərəfdən perinodulyar iltihabla, 
güclü  limfangit  və  limfostazla  keçən  döş  qəfəsi  limfa 
düyünləri  vərəminin  infiltrativ  forması  güclü  klinikaya 
malik  ola  bilər.  Göstərilən  əlamətlər  əsas  etibarilə  döş 
qəfəsi  daxili  limfa  düyünlərinin  yayılmış  və  ağır 
formalarında  təsadüf  edilir.  Bir  sıra  hallarda  klinikanın 
çox  zəif  olması  bu  xəstəliyin  diaqnostikasında  ren-
tgenoloji  müayinə  metodunun  vacibliyini  üzə  çıxarır. 
Bronxoadenitlərin 
kəskin 
dövründə 
rentgenoloji 
müayinələr  zamanı  limfa  düyünləri  ətrafında  perifokal 
iltihabi  proses  aşkar  olunur  və  bu  dəyişikliklər  ağciyər 
kökünün şəklini dəyişir, onun genişlənməsinə səbəb olur. 
Əgər ağciyər kökü normada 1,5 sm-dirsə, xəstəlik zamanı 
2-2,5  sm-ə  çatır.  Ağciyərin  kökü  deformasiyaya  uğrayır. 
Adətən  aypara  şəklində  olan  kök  kölgəsi  faktiki  olaraq 
itmiş  olur  və  sağ  tərəfdən  baş  bronxun  proyeksiyası 
müəyyən olunmur. 
İnfiltrativ  bronxoadenitdə  perifokal  iltihaba  malik 
limfa  düyünləri  bir  qədər  böyümüş  olur.  Bu  forma 
şişəbənzər formadan fərqli olaraq uzun sürmür. 
Tumoroz  bronxoadenit  zamanı  isə  limfa  düyünləri 
daha çox böyüyür və kənarları hamar olur. 
Paratraxeal  limfa  düyünlərinin  böyüməsi  aralığınm 
kölgəsinin 
genişlənməsi 
ilə 
müşahidə 
olunur, 
konturlarının hamarlığı isə mediastenal plevranın prosesə qoşulmasını göstərir. 
Bifurkasion  limfa  düyünlərinin  böyüməsi  zamanı  divar  aralığı  orqanlarının  tomoqrafık 
müayinəsi  ilə  müəyyənləşdirilən  bifurkasiya  bucağının  genəlməsi  müşahidə  olunur.  Əgər 
rentgenoloji  metod  vasitəsilə  şübhə  yaranmış  vərəm  bronxoadeniti  aşkar  olunmursa,  əlavə 
metodlarla:  bronxoskopiya,  bronxoqrafiya  vasitəsilə  böyümüş  limfa  düyünlərini  aşkar  etmək 
olur. İlkin vərəm kompleksi kimi bronxoadenitlər də kliniki gedişinə görə əlverişli, xoşxassəli və 
ağırlaşmış  olur.  Plevrit  bronxoadenitin  tez-tez  müşahidə  olunan  ağırlaşmalarındandır.  Ən  çox 
prosesə qoşulan kostal, interlobar və mediastinal plevralardır. 
Vərəm  bronxoadeniti  zamanı  bronxların  zədələnməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Bronxların  vərəmi  ən  çox  tumoroz  adenit  zamanı  müşahidə  olunur,  bronxlar  bu  prosesə  cəlb 
olunurlar və perforasiya baş verə bilir.  Belə hallarda bronx divarından vərəm mikobakteriyaları 
limfa düyünündəki kazeozla bronx boşluğuna daxil, öskürəklə xaric olur və aspirasiya vasitəsilə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə