Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

61 
 
zəiflik,  tərləmənin  artması,  öskürək,  döş  qəfəsində  və  kürəkdə  deşici  ağrılar,  bədən  çəkisinin 
azalması, oynaqlarda ağrı, hərarətin bir qədər qalxması müşahidə olunur. 
Sarkoidoz  limfa  düyünlərini  ağciyərlərlə  birlikdə  zədələyir.  Bütün  qrup  limfa  düyünləri 
yayılmış şəkildə böyüyə bilər, ancaq ən çox boyun, qasıq və qoltuqaltı limfa düyünləri böyüyür. 
Periferik  limfa  düyünlərində  limfadenit  xoşxassəli  gedişə  malikdir.  Periadenit  inkişaf  etmir, 
irinləmə  və  irin  axarları  əmələ  gəlmir.  Sarkoidozlu  xəstələrdə  tuberkulinə  hissiyyat  əksər 
hallarda  zəif  olur.  Differensial  diaqnostika  zamanı  xəstələrin  əvvəllər  vərəmli  xəstələrlə 
kontaktda  olması,  inkişaf  etmiş  intoksikasiya  nəzərə  almmalıdır.  Sarkoidozlu  xəstələrin 
bəlğəmində  vərəm  mikobakteriyaları  aşkar  olunmur.  Xəstəliyin  gedişi  əksər  hallarda 
xoşxassəlidir.  Ümumiyyətlə,  səpələnmiş  ağciyər  xəstəliklərində  biopsiyanın,  bakterioloji, 
immunoloji  metodların  rolu  çox  böyükdür.  Müalicə  zamanı  təkcə  dəqiqləşdirilmiş  vərəm 
diaqnozu ilə kifayətlənmək olmaz. Bu kliniki formanın  patogenezi  də araşdırılmalıdır. Prosesin 
yayılma  mənbəyi  müəyyənləşdirilməlidir.  Axırıncının  müəyyən  olunmasından  sonra  təkcə 
ağciyərlərdəki  ocaqların  sorulması  deyil,  eyni  zamanda  xəstəliyin  yayılma  mənbəyi 
bakteriemiyanın  hematogen  prosesinin,  yaxud  da  limfobronxogenin  yayılmış  mənbəyi  də 
söndürülməlidir.  Yalnız  bu  mənbəyin  yayılması  söndürüldükdən  sonra  xəstəni  sağalmış  hesab 
etmək  olar.  Əgər  bu  olunmursa,  təkrar  kəskinləşmənin  və  təkrar  yayılmanın  qarşısının  tam 
alınması haqda danışmaq mümkün deyil. 
Ağciyərlərin səpələnmiş vərəmi olan xəstələrə xüsusi diqqət lazımdır. Onların təkcə müalicə 
dövründə deyil, tam sağaldıqdan sonra müşahidə olunmasma ehtiyac var. 
Beləliklə,  kəskin,  yarımkəskin,  xroniki  gedişi,  mürəkkəb  patogenezi  və  geniş  kliniki 
əlamətləri  ilə  seçilən  ikincili  vərəmin  orqan  və  sistemlərdə  geniş  yayıla  bilən  kliniki  forması 
sayılan ağciyərlərin səpələnmiş vərəminin ən mühüm əlamətləri üzərində dayanırıq. 
Tuberkulinə  qarşı  reaksiya  səpələnmiş  ağciyər  vərəmində  hiperergik,  zəif  müsbət  və 
mənfiyə  qədər  ola  bilər.  Vərəmin  kəskin  formasında  xəstəliyin  başlanğıc  mərhələsində 
tuberkulin  sınağı  müsbət  və  hiperergik  olur.  Proses  inkişaf  etdikcə  bu  reaksiya  zəifləyir  və 
tezliklə  mənfi  olur  (mənfi  anergiya).  Lakin  xəstə  müalicə  olunaraq  vəziyyəti  get-gedə 
yaxşılaşırsa,  tuberkulinə  həssaslıq  bərpa  olunur  və  yenidən  müsbət  tuberkulin  reaksiyası  aşkar 
olunur. 
Xroniki səpələnmiş vərəmdə tuberkulinə qarşı hissiyyat zəif müsbətdən müsbətə qədər olur. 
Xəstəliyin kəskinləşməsi keçdikdən sonra isə tuberkulinə qarşı hissiyyat normergik hala düşür. 
Rentgenoloji  müayinə  səpələnmiş  ağciyər  vərəminin  diaqnostikasında  mühüm  müayinə 
metodudur  və  səpələnmənin  variantlarını  müəyyənləşdirmək  münkün  olur.  Kəskin  hematogen 
səpələnmə  zamanı  xəstəliyin  başlamasından  10-14  gün  sonra  hər  iki  ağciyərdə  simmetrik 
yerləşmiş  kiçik  (l-2mm)  eyni  tipli  dairəvi  və  hamar  konturlara  malik  ocaqlar  aşkar  olunur. 
Yarımkəskin səpələnmədə ocaqların diametri 5-6-dan 10-15 mm-ə qədər olur, onlar ağciyərlərdə 
simmetrik  damarların  istiqamətində  yerləşirlər,  ocaqlar  az  və  orta  intensivli,  konturları  qeyri-
hamar  olur.  Belə  ocaqların  qovuşması,  bir  fokus  və  parçalanma  əmələ  gətirməsi  mümkündür. 
Xroniki gedişdə qovuşmuş ocaqlar daha yığcam yerləşmiş yuxarı paylarda aşkar olur. Ocaqların 
sayının  çox  olması  ilə  bağlı  kiçik  damar  kötükləri  görünmür.  Xroniki  disseminasiya  zamanı 
ocaqların  yerləşməsinin  simmetriyası  pozulur.  Ocaqlı  kölgələr  yuxarı  paylarda,  ağciyərlərin 
yuxarı hissələrində yerləşir, polimorf olur, müxtəlif intensivlikli və ölçülü olurlar. Ağciyər şəkli 
yuxarı  şöbələrdə  güclənmiş  və  deformasiyaya  uğramışdır.  Aşağı  şöbələrdə  bir  qədər  ağciyərin 
şəkli  zəifləmişdir  (vikal  bazal  emfizema).  Əgər  parçalanma  boşluqları  yaranırsa,  onlar 
ağciyərlərin yuxarı şöbələrində yerləşirlər. Limfogen səpələnmə üçün bir ağciyərin zədələnməsi 


62 
 
xarakterikdir. Rentgenoloji şəkildə tor şəkilli tutqunluq və bunun fonunda çoxsaylı kiçik ocaqlar 
görünür. Ocaqlar əsas etibarilə ağciyər kökü ətrafında olur. Tomoqrafık müayinə zamanı hissəvi 
kalsinasiyaya uğramış döş qəfəsində daxili böyümüş limfa düyünləri aşkar etmək olur. 
Bəlğəmdə vərəm mikobakteriyaları yaşlı xəstələrin təxminən 50%-də, ondan da bir qədər az 
faizdə uşaqlarda aşkar olunur. Xəstələrin əksəriyyətində insan tipi vərəm mikobakteriyaları aşkar 
olur. Ağciyərdən kənar proseslərdə isə öküz tipi də aşkar olunur. 
İri  ocaqlı  vərəmdə,  xüsusilə  onun  parçalanma  fazasında,  xroniki  səpələnmiş  vərəmin 
parçalanma  fazasında,  adətən,  vərəm  mikobakteriyalarının  xaric  olunması  müşahidə  olunur. 
Xəstəliyin kəskin formasında leykopeniya, eozinofillərin və limfositlərin azalması, çubuqnüvəli 
neytrofillərin  çoxalması  və  EÇS-in  sürətlənməsi  müşahidə  olunur.  Xroniki  səpələnmiş  vərəmin 
kəskinləşmə  mərhələsində  leykositoz  12-20xl071itr,  çübüqnüvəli  neytrofillərin  çoxalması, 
limfopeniya, monositoz və EÇS-in sürətlənməsi aşkar olur. 
Səpələnmiş  ağciyər  vərəmi  olan  xəstələrdə,  xüsusilə  xəstəliyin  kəskin  formalarında 
anticisimciklərin  yaranması  və  limfositlərin  blasttransformasiyası  aşağı  düşür.  Vərəm 
intoksikasiyası  nəticəsində  böyrəküstü  vəzinin  funksiyası  zəifləyir.  Bu,  müalicə  zamanı 
kortikosteroid preparatların təyin olunmasına əsas yaradır. 
Bronxoloji  müayinələr  zamanı  bronxların  selikli  qişasında  qabarcıqların  yayılmasını  aşkar 
etmək olar. Bunlar quru və əziyyətli öskürəyə səbəb olurlar. Bundan başqa, infiltrat və sağalmış 
bronx vərəmindən sonra çapıqlar da aşkar etmək olar. Diaqnozun çətinləşdiyi hallarda biopsiya 
metodlarından, hətta ağciyərlərin açıq biopsiyasından istifadə olunur. Belə xəstələrin bioptatında 
spesifik qranulomalar aşkar olunur. 
Səpələnmiş ağciyər vərəmində tənəffüs funksiyasının pozulması  patofizioloji  pozğunluqlar 
patomorfoloji  dəyişikliklər  tənəffüs  orqanlarında  geniş  yayılma  və  intoksikasiya  əlamətləri  ilə 
əlaqədardır, çünki bu faktorlar ventilyasiyaya, qan axarına, ürək-damar sisteminə, hipoksemiya 
və hipoksiya mexanizmlərinə və digər mexanizmlərə təsir göstərir. Xarici tənəffüsün müayinəsi 
zamanı  ağciyərlərin  həyat  tutumunun  azalması,  tənəffüsün  dəqiqəlik  həcminin  azalması, 
hiperventilyasiya  və  tənəffüs  ekvivalentinin  artması  ilə  müşahidə  olunur.  Arterial  və  venoz 
qanda  oksigenin  miqdarı  azalır.  Ağciyərlərin  xroniki  səpələnmiş  vərəmi  olan  xəstələrdə 
restruktiv  tipli  ventilyasiya  çatışmazlığı  ilə  bərabər,  obstruktiv  tipli  ventilyasion  çatışmazlıq  da 
inkişaf edir. 
Səpələnmiş vərəmin bütün formaları düzgün mualicə olunmadıqda ağırlaşmalarla müşahidə 
olunur  və  kavernalar,  kavernoz  və  fibroz-kavernoz  ağciyər  vərəminin  əmələ  gəlməsinə  gətirib 
çıxarır.  Səpələnmiş  ağciyər  vərəmindən  yaranmış  kavernoz  forma  uzun  müddət  xroniki  gedişə 
meyllidir. 
Səpələnmiş  ağciyər  vərəminin  kompleks  müalicəsi  nəticəsində  xəstələrin  vəziyyəti  2-3 
həftədən sonra yaxşılaşır, 2-3 ay sonra ağciyərlərdə xırıltılar eşidilmir, ağciyərlərdə rentgenoloji 
ocaqlı  kölgələrin  azalması  təsadüf  olunur.  Yeni  kavernaların  bağlanması  4-6  aydan  sonra  baş 
verir. Adətən  vərəm mikobakteriyalarının  xaric olunmasının dayanması 2-6 ay çəkir. Ocaqların 
tam sorulması 9 aya qədər çəkir, bəzən 7 ay ərzində müalicə olunur 
Rentgenoqrammada  səpələnmiş  prosesin  tam  yox  olmasından  sonra  ağciyərin  birləşdirici 
toxuma  əsasının,  köklərin  bir  qədər  bərkiməsi  və  ağciyər  toxumasının  emfizematozluğu  aşkar 
olunur. Ayrı-ayrı hallarda ağciyərlərin yuxarı paylarında tək-tək bərkimiş ocaqlar aşkar olunur. 
Başqa dəyişikliklər cüzi miqdarda olur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə