Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

65 
 
vaxt xəstəliyin  vaxtında aşkar olunmaması səbəbindən ölürlər. Differensial  diaqnostika zamanı 
ailədə olan uşağın batsilyar xəstələrlə kontaktı, ağciyərlərdə və yaxud başqa orqanlarda, nəhayət 
prosesi  sürətləndirən  faktorun  olması  nəzərə  alınmalıdır.  Diaqnozun  dəqiqləşdirilməsi  məqsədi 
ilə  qanı  qidalı  mühitdə  əkmək  olar.  Lakin  bir  şeyi  yadda  saxlamaq  lazımdır  ki,  vərəm 
mikobakteriyaları qidalı  mühitdə çox  yavaş inkişaf edir  (orta hesabla  2-3 həftə). Adi sepsis də 
batsilemiya  ilə  müşahidə  olunur.  Bu  zaman  qanda  stafilokokk  və  streptokokkların  inkişafını 
görmək olar. Bu səbəbdən 12-24 saat ərzində bu mikrobların qanda qidalı mühitdə inkişaf etməsi 
vərəm sepsisinin xeyrinə olan cavabdır. Diaqnozu müəyyən etmək üçün bəzən  “ex juvantibus” 
müalicə aparılması məsləhətdir. 
 
Miliar vərəmin tifoid forması 
 
N.İ.Piroqov  vərəmin  bu  formasını  XIX  əsrdə  yaralı  və  həddən  artıq  zəifləmiş  əsgərlərdə 
aşkar etmişdir. Kliniki gedişinə görə vərəmin bu forması qarın yatalağını xatırladır. 
Miliar  vərəmin  yatalaq  formasını  qarın  yatalağından  differensiasiya  etmək  üçün  aşağıdakı 
kriterilərdən istifadə etmək lazımdır. 

 
Yatalaq xəstəliyi tədricən başlayır, miliar vərəmin yatalaq forması isə kəskin başlayır. 

 
Miliar  vərəm  zamanı  bədən  hərarəti  qeyri  bərabər  xarakterli  olur,  qarın  yatalağında  isə 
hərarət xarakterik əyriyə malikdir, yəni birinci ilk həftə ərzində tədricən qalxır. 

 
Qarın  yatalağı  zamanı qarnın köpməsi, ishal olur ki,  bu da miliar vərəm  üçün xarakterik 
deyil. 

 
Qarın  yatalağında  leykopeniya  və  nisbi  limfositoz  olur.  Miliar  vərəmdə  isə  leykositlər 
xəstəliyin əvvəlində artır, leykositar formulanm sola meyli və limfopeniya aşkar edilir. 

 
Mərkəzi  sinir  sisteminin  fəaliyyəti  miliar  vərəmə  nisbətən  yatalaq  xəstəliyində  daha 
düşgündür. 

 
Nəhayət  qarın  yatalağı  üçün  nisbi  bradikardiya,  müsbət  Vidal  reaksiyası  və  bədən 
dərisində rozeolaların meydana gəlməsi xarakterikdir. 
Miliar  vərəmin  ağciyər  formasında  qabarcıqlar  əsas  etibarilə  ağciyərlərdə  əmələ  gəlir. 
Kəskin  inkişaf  etmiş  intoksikasiya  və  hərarətdən  başqa  xəstələrdə  təngnəfəslik,  sianoz,  quru 
öskürək,  perkutor  və  auskultataiv  əlamətlər  isə  cüzi  formada,  zəif  olur.  Ağciyərlərin  kəskin 
emfizeması  inkişaf  edir.  Ona  görə  də  perkusiya  zamanı  ağciyər  səsi  timpanik  çalarlığa  malik 
olur.  Tənəffüs  zəifləmiş  və  yaxud  gərgin  olur,  quru  və  kiçik  qabarcıqlı  xırıltılar  eşidilir. 
Rentgenoloji  müayinələr  zamanı  xəstəliyin  əlamatələri  ayırd  olunmaya  bilər.  Lakin 
rentgenoqrammada  çoxsaylı  simmetrik  yerləşmiş  1-2  mm  diametr  ölçülərində  darıvari 
qabarcıqlar  aşkar  olunur.  Orta  və  aşağı  şöbələrdə  ağciyərlərin  körpücük  sümüyü  üst  və  alt 
zonalarından çox olur. Belə ki, ağciyərlərin həcmi bu zonalarda azdır. Xəstəliyin başlanğıcında 
ocaqlı  dəyişikliklər  az  intensivli  və  incə  tor  şəklində  görünür.  Bu,  ağciyər  damarlarının  qanla 
dolmasının  artması  ilə  əlaqədardır.  Vərəm  əleyhinə  antibakterial  dərmanların  tətbiq  olunduğu 
dövrə  qədər,  xüsusilə  də  meningitin  inkişafı  ilə  əlaqədar  olaraq  xəstəlik  uşaqlarda  və  eləcə  də 
böyüklərdə  ölümlə  nəticələnirdi.  Vərəm  əleyhinə  dərmanlar  belə  xəstələrin  sağalmasına  imkan 
yaratdı. Bununla belə, müalicənin nəticəsi miliar vərəmin vaxtında aşkar olunmasından asılıdır. 
Antibakterial  müalicə  ilə  yanaşı  dezintoksikasion  terapiya,  tənəffüs  çatışmazlığı  inkişaf  edirsə, 
uzun 
müddətli  oksigenterapiya,  ürək-damar  sisteminin  müalicəsi,  kortikosteroidlər, 
immunomodulyatorlar  istifadə  olunur.  Müalicə  qanda  və  müxtəlif  orqanların  toxumalarında 
bakterial  populyasiyanın  azalmasına,  intoksikasiyanın  aradan  götürülməsinə  və  tənəffüs 


66 
 
çatışmazlığına qarşı yönəldilir. Müsbət nəticə əldə etmək 
üçün müalicə kompleks şəkildə aparılmalıdır. 
Miliar  vərəmin  müalicəsi  qısamüddətli,  yaxud  da 
düzgün  aparılmasa,  vəziyyət  bir  qədər  yaxşı  olsa  da 
sonralar  vərəm  xəstəliyinin  kəskinləşməsi  baş  verir  və 
miliar vərəmin xroniki forması inkişaf edir. 
Ağciyərlərin  xroniki  miliar  vərəmində  vərəm 
qabarcıqları ilə bərabər, diffuz pnevmoskleroz da qeydə 
alınır.  Bu  formanın  müalicəsi  xəstəliyin  kəskin 
formasından  daha  çətindir.  Antibakterial  dövrə  qədər 
xroniki  miliar  vərəmdə  kiçik,  orta  və  iri  petrifikatlar 
əmələ  gəlirdi.  Müasir  zamanda  daha  çox  fibroz  inkişaf 
edir.  Antibakterial  müalicə  nəticəsində  vərəm  ocaqları 
sorulur,  ya  da  onların  yerinde  çapıqlar  əmələ  gəlir. 
Ocaqların petrifikasiyası indi çox nadir hallarda yaranır. 
Bu  yəqin  təkcə  antibakterial  müalicə  ilə  yox,  həm  də 
onunla  izah  olunur  ki,  indi  xəstələr  daha  erkən  aşkar 
olunur və ocaqlarda kazeoz-nekroz hələ inkişaf etmiş ol-
mur. 
 
 
AĞCİYƏRLƏRİN OCAQLI VƏRƏMİ 
 
Yaşlı şəxslərdə ikincili vərəmin ən erkən forması ağciyərlərin ocaqlı vərəmidir. Ağciyərlərin 
ocaqlı  vərəmi  ekzogen  superinfeksiya  nəticəsində  yarana  bilər.  Lakin  vərəmin  bu  forması  əsas 
etibarilə  vərəm  mikobakteriyalarının  limfa  düyünlərində,  böyrəklərdə,  sümüklərdə  və  digər 
orqanlarda gizli vərəm ocaqlarından endogen yayılması nəticəsində də baş verir.  
Vərəmin ocaqlı forması yeganə patogenezə malik deyil. Ağciyərlərin ocaqlı vərəminin əsas 
əlamətləri  zədələnmənin  məhdud  olmasıdır.  Patoloji  dəyişikliklər  tək-tək  ocaqlarla  təqdim 
olunur  və  ölçüləri  l  sm-dən  artıq  olmur.  Adətən  ağciyərlərin  yuxarı  paylarında  yerləşirlər. 
Ağciyər vərəminin ocaqlı forması adətən, birtərəfli olur, ancaq ikitərəfli də ola bilər. 
Ocaqlı  vərəmin  iki  forması  ayırd  olunur:  yumşaq  ocaqlı  və  fibroz  ocaqlı  vərəm.  Bu 
formaların ayırd edilməsinə səbəb bunların müxtəlif genezli olması, fərqli patomorfoloji şəklinin 
və potensial aktivliyinin olması və prosesin geriyə sorulmasına meylliyin eyni cür olmamasıdır. 
Yumşaq ocaqlı vərəm ikincili vərəmin başlanğıcı sayılır ki, bu da sonrakı formaların inkişafı 
üçün prosesin bu mühüm formasının mahiyyətini təşkil edir. Yumşaq ocaqlı forma infiltratlardan 
fərqli  olaraq  daha  zəif  intoksikasiya  əlamətləri  ilə  keçir.  Ağciyər  toxumasında  parçalanma 
yoxdursa, stetoakustik əlamətlər aşkar olunmur. 
Rentgenoloji  müayinələr  zamanı  isə  1  və  ya  bir  neçə  sm  diametr  ölçülərə  qədər  ocaqlar 
aşkar  olunur.  Prosesin  normal  gedişi  zamanı  bu  ocaqlar  sorulur  və  yerində  çapıq 
inkapsulyasiyaya  uğramış  ocaqlar  əmələ  gəlir.  Proses  inkişaf  edirsə,  infiltrativ  və  yaxud 
ağciyərin kavernoz vərəmi yarana bilər. 
Fibroz  ocaqlı  vərəmin  gedişi  xoşxassəli  olur.  Vərəmin  bu  formasında  uzunmüddətli 
subfebrilitet,  arıqlama  və  intoksikasiyanın  inkişaf  etməmiş  zəif  əlamətləri  müşahidə  olunur. 
Fibroz ocaqlı vərəmə tutulmuş xəstələrdə müvafiq ağciyərin zirvəsi büzüşmüş olur və körpücük 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə