Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə35/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

71 
 
ocaqlı  vərəminin  kəskin  və  yaxud  yarım  kəskin  başlanğıcı  bəzən  infiltrativ  ağciyər  vərəminə 
bənzəyir.  Hər  iki  halda  termorequlyasiya  pozulmuş  olur,  öskürək  və  hemoqrammada 
dəyişikliklər,  EÇS-in  artması  və  s.  aşkar  olunur.  Rentgenoloji  müayinələr  zamanı  məhdud  bir 
sahədə orta və aşağı intensivli ocaqlı kölgələr müəyyən olunur. Lakin infiltrativ vərəmdən fərqli 
olaraq belə ocaqların sayı çox olur, onların ətrafında inkişaf etmiş perifokal iltihabi proses olmur. 
Bunlar,  adətən bir və  yaxud hər iki  ağciyərin  yuxarı paylarında  yerləşir.  Ocaqlı proses zamanı 
fibroz,  peribronxial,  perivaskulyar  və  plevral  dəyişikliklər  aşkar  olunur.  İnfiltrativ  fokuslar 
adətən daha iri, tək olur, ən çox ikinci seqmentdə və ağciyərlərin kökü ilə birləşən aydın görünən 
“itilənmiş  cığırla”  birləşir.  İtilənmiş  cığır  bir  sıra  əlamətlərlə  kiçik  ocaqlı  pnevmoniyanı 
ağciyərlərin ocaqlı vərəmindən fərqləndirməyə imkan verir. 
Əvvəlcə  qeyd  olunmalıdır  ki,  qeyri-spesifik  iltihabi  proses  kəskin  yüksək  hərarətlə,  güclü 
öskürək,  döş  qəfəsində  ağrılar,  təngnəfəslik  və  baş  ağrıları  ilə  başlayır.  Auskultasiya  zamanı 
kəskin  tənəffüs  fonunda,  kiçik  qabarcıqlı  yaş  və  quru  xırıltılar  eşidilir.  Qanda  leykositoz, 
neytrofillərin  güclü  sola  meyli,  EÇS-in  sürətlənməsi,  aneozinofiliya  aşkar  olunur.  Bəlğəmdə 
vərəm mikobakteriyaları olmur. Qeyri-spesifik ocaqlar üçün xarakterik lokalizasiya adətən, aşağı 
paylarda və çox nadir hallarda (5-6% xэstələrdə) yuxarı paylarda olur. Ağciyərlərin kökündə və 
aralıq  toxumada  (interstisində)  iltihabi  dəyişikliklər  daha  inkişaf  etmiş  olur  və  aparılan  qeyri-
spesifik müalicə nəticəsində qısa bir müddətdə bəzən spontan, bəzən də kliniki və rentgenoloji 
dəyişikliklər  yox  olur.  İnterstisial  dəyişikliklər  və  ocaqlı  dəyişikliklər  sorulur.  Vərəm  zamanı 
ocaqlı  dəyişikliklər  spesifik  kimyəvi  terapiya  nəticəsində  tədricən  sorulmağa  başlayır  və  uzun 
müddət  tələb  edir.  Bəzi  hallarda  ağciyərlərin  mərkəzi  xərçəngi  zamanı  ocaqlı  vərəmə  şübhələr 
yarana bilir. Bu о zaman olur ki, şiş prosesi seqmentlərdən birində yerləşir, hipoventilyasiya ilə 
müşahidə olunur. Bəzi hallarda ocaqlı və yaxud da paycıq səviyyəsində kölgəliklər əmələ gətirir. 
Ağciyər toxumasının emfizematoz qabarması hesabına deşik-deşik işıqlı sahələrlə əvəz olunaraq 
göstərilən  rentgenoloji  şəkil  paycıq  atelektazının  emfizematoz  qabarıqlı  sahələrlə  və  ikincili 
infeksiyanın qoşulmasının təsiri ilə yaranmış dəyişikliklərin bütövlükdə əlaqələri ilə izah olunur. 
Belə  ləkəli  sahələr  əvvəlcə  ağciyərlərin  periferik  şöbələrində  sonra  isə  hipoventilyasiya 
zonasının  hər  yerində  yaranır  və  ya  həmin  nahiyədən  havanın  oradan  xaric  olması  ilə  bağlı 
seqmentar  və  pay  atelektazı  əmələ  gəlir.  Bəzən  antibakterial  müalicə  nəticəsində  bronx 
keçiriciliyi  bərpa  olunur  və  ağciyərlərdə  ocaqlı  kölgələr  yox  olur.  Rentgenoloji  şəklin  belə 
dinamikası  bəzən  diaqnozun  qoyulmasında  həkimi  çaşdırır.  Bununla  belə  bu  vəziyyət 
qısamüddətli  olur,  çünki  bronxların  obturasiyası  inkişaf  etdikcə  atelektaz  bir  və  ya  bir  neçə 
seqmentdə inkişaf etmiş olur. Onların hamısını differensiasiya etmək üçün kompleks müayinələr 
aparılır və diaqnoz dəqiqləşdirilir. 
Ağciyərlərin  fibroz  ocaqlı  vərəmi  hipertireoz  və  yaxud  vegetativ  nevrozun  qoşa  klinik 
simptomları  ilə  gedən  bu  xəstəliklərin  differensial  diaqnostikasında  öncə  termorequlyasiyanın 
pozulmasının xüsusiyyətləri aydınlaşdırılmalıdır. Belə ki, endokrin və vegetativ pozğunluqlarda 
tək  axşamlar  deyil,  subfebril  temperatur  səhərlər  də  müşahidə  olunur.  Bu  subfebril  temperatur 
amidopirin  və  tuberkulostatik  preparatların  təsiri  ilə  normallaşmır  və  bəzi  halllarda  sedativ 
dərmanlarla normaya düşür. 
Xəstələrdə  süst  gedişli  xronisepsis  zamanı  periodik  olaraq  bədən  hərarətinin  yüksəlməsi 
müşahidə olunur ki, bu da vərəm üçün xarakterik deyil. Bəzən vərəmli xəstələr üçün xarakterik 
olan  qanhayxırma  müşahidə  olunur,  amma  bu  əlamət  xroniki  tonzillit  və  endokarditdə  də 
müşahidə  oluna  bilər.  Belə  hallarda  qanhayxırma  mənbəyini  aşkar  etmək  üçün  badamcıqlar, 


72 
 
burun-udlaq,  yuxarı  tənəffüs  yolları  muayinə  olunur,  yaxud  da  ürək  qüsurunun  ağciyərlərdə 
durğunluğunun aşkar olunması diaqnozun müəyyənləşməsinə kömək edir. 
Bir sıra hematoloji dəyişikliklər differensial diaqnostika üçün vacibdir.  Ağciyərlərin ocaqlı 
vərəminin  bərkimə  fazasında  hemoqrammada,  EÇS-də,  proteinoqramada  heç  bir  dəyişikliklər 
olmadığı halda tonzilit və yaxud xroniosepsisdə leykositoz, neytrofillərin sola meyli, sürətlənmiş 
EÇS müşahidə olunur. Tuberkulin diaqnostika da bu halda bəzi məsələlərə aydınlıq gətirə bilir. 
Xroniosepsis  zamanı  bir  sıra  hallarda  tuberkulinin  anergiyası  aşkar  olunur.  Kox  sınağı  zamanı 
dəri altına yeridilmiş tuberkulinə qarşı da xəstələr vegetativ nevroz və tonzillit zamanı reaksiya 
vermir,  lakin  Kox  sınağı  ilə  vərəm  xəstəliyinin  aktivliyini  müəyyən  etmək  əksər  hallarda 
mümkün olur. 
Differensial diaqnostikada bəlğəmin, bronx yuyuntularının mədə yuyuntularının, qırtlaqdan 
götürülmüş seliyin müayinəsi diaqnostik rol oynayır. Ancaq vərəm mikobakteriyalarının bir dəfə 
aşkar  olunması  xəstəliyin  diaqnozunu  qoymaq  üçün  həlledici  rol  oynaya  bilməz,  çünki  bəzi 
hallarda turşuya davamlı saprofitlər və yaxud atipik mikobakteriyalar morfoloji cəhətdən vərəm 
mikobakteriyalarına  oxşar  elementlər  aşkar  olunmuş  ola  bilər.  Belə  hallarda  “ex  juvantibus” 
müalicə metodu köməyə gəlir. 
Ağciyərlərin ocaqlı vərəminin  eksudativ  formasında müalicə 6-9  ay ərzində 3-4 preparatla 
aparılır. Produktiv formalı ağciyər ocaqlı vərəmində izoniazid, rifampisin, etambutol, yaxud da 
pirazinamidlə  müalicə  6-9  ay  ərzində  aparılır.  Eyni  müalicəni  xroniki  ağciyər  vərəminin 
kəskinləşməsində də təyin edirlər. İlk 4 ay hər gün, sonrakı 2-3 ayı isə fasiləli müalicə aparılır. 
Ocaqlı vərəmin aktivliyini müəyyən etmək üçün 2-6 ay ərzində müalicə apanlmalıdır. Aktivlik 
aşkar  olunduqda  isə  sağalana  qədər  müalicə  davam  etdirilir.  Müalicə  nəticəsində  yeni  ocaqlar 
tamamilə sorula bilər, lakin bir sıra hallarda fibroz və kalsinat ocaqlar pnevmoskleroz fonunda 
formalaşır.  Müalicə  olunmayan,  yaxud  da  qeyri-adekvat  müalicə  olunan  ağciyərlərin  ocaqlı 
vərəmi olan xəstələrdə proses inkişaf edə bilər və yayılmış, çox ağır formalı ağciyər formalarının 
inkişafına səbəb ola bilər. 
Fibroz  ocaqlı  vərəmin  patogenizi  bütün  ağciyər  vərəmi  formalarının,  yəni  ilkin  vərəm 
kompleksinin,  səpələnmiş  ağciyər  vərəminin,  yumşaq  ocaqlı  vərəmin,  infiltrativ  vərəmin, 
tuberkulomanın,  kavernoz  vərəmin  geriyə  sorulması  nəticəsində  əmələ  gəlir.  Patomorfoloji  və 
kliniki  cəhətdən  fibroz  ocaqlı  vərəm  geniş  polimorfizmi  ilə  səciyyələnir  və  bundan  əvvəlki 
vərəmin kliniki formasından asılıdır. Fibroz ocaqlı ağciyər vərəmi zamanı zəiflik, yorğunluq və 
digər funksional dəyişikliklər aşkar olunur. Xəstələr bəlğəmli öskürəkdən, qanhayxırmadan, döş 
qəfəsində  ağrılardan  şikayət  edirlər  ki,  bu  da  zədələnmə  sahəsində  spesifik  pnevmosklerozla 
bağlı  ola  bilər.  Zədələnmə  nahiyəsi  üzərində  perkutor  səs  qısalır  və  quru  xırıltılar  eşidilə  bilir. 
Ocaqların olduğu zonada spesifik yaxud da qeyri-spesifik iltihabi proseslərin aktivliyindən asılı 
olaraq qanda və bəlğəmdə dəyişikliklər ola bilər. Bərkimə fazasında qanda limfositar leykositoz 
ola bilər. Bəlğəmdə vərəm mikobakteriyaları çox nadir hallarda aşkar oluna bilər. Rentgenoloji 
cəhətdən  fibroz-ocaqlı  vərəmdə  ocaqların  polimorfizmi,  kəskin  sərhədləri  və  intensivliyi  aşkar 
olunur.  Fibroz-ocaqlı  vərəmin  gedişi  ocaqların  vəziyyətindən,  sayından  və  əvvəlki  vərəm 
formasının müalicə metodundan asılıdır. 
Fibroz-ocaqlı  vərəmin  müalicəsi  prosesin  aktivliyinə  bağlıdır.  Bərkimə  mərhələsində  və 
aktivlik olmadıqda müalicəyə ehtiyac yoxdur. 
Ağ  ciyərlərin  ocaqlı  vərəminin  kliniki  sağalması  kriterisi  effektiv  müalicə  kursu  başa 
çatdıqdan  sonra  2  il  ərzində  kliniki-funksional  və  rentgenoloji  dəyişikliklərin  olmaması  ilə 
müəyyənləşdirilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə