Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

87 
 
laylı  quruluşa  malikdir,  daxilindəə  isə  qatı  və  yaxud  duru  kəsmikvari  nekroz  kütləsi  vardır. 
Psevdotuberkulomada tipik həqiqi tuberkulomalardan fərqli olaraq ağciyər stromasının kollagen, 
elastik  və  argirofil  lifləri  olmur.Bütün  tuberkulomalar  eyni  dərəcədə  pis  vaskulyarizasiya 
olunmuşdur. Mikrobioloji müayinələr zamanı tuberkulomanın kazeoz kütləsində virulent vərəm 
mikobakteriyaları aşkar olunur. 
Tuberkulomanın formalaşması bir sıra hallarda kliniki təzahürlərlə müşahidə olunmur. Belə 
hallarda tuberkulomanı ancaq profilaktik müayinələr zamanı aşkar etmək olur. Tuberkulomanın 
ölçüləri  kiçik  olduqda  və  dağılma  boşluğu  olmadıqda,  auskultativ  və  perkutor  dəyişikliklər 
müşahidə olunmur. Belə tuberkulomalarda vərəm mikobakteriyaları da çox nadir hallarda aşkar 
olunur. 
Tuberkulomalar zamanı orqanizmin tuberkulinə qarşı yüksək həssaslığı əsasında tuberkulin 
reaksiyaları  nəzərə  çarpacaq  qədər  yüksək  olur,  yəni  hiperergik  reaksiyalar  müşahidə  olunur. 
Prosesin  şiddətlənməsi  və  tuberkulomanın  daxilindəə  dağılma  nəticəsində  boşluğun,  yəni 
destruksiyanın  əmələ  gəlməsi  ilə  kliniki  təzahürlər  də  artmağa  başlayır.  Belə  hallarda  bəlğəmli 
öskürək  əmələ  gəlir,  bəlğəmdə  vərəm  mikobakteriyaları  aşkar  olunur.  Tuberkulomanın 
kapsulında damarların zədələnməsi nəticəsində qanhayxırma əmələ gələ bilər. Xüsusilə iri ölçülü 
tuberkulomalarda həmin nahiyədə ağciyər səsinin kütləşməsi və yaş xınltılar əmələ gəlir. Qanın 
müayinəsində  neytrofilyoz,  EÇS-in  sürətlənməsi  müşahidə  olunur.  Bronxoloji  müayinələr 
nəticəsində  bronxların  spesifik  zədələnməsi  aşkar  oluna  bilər.  Əksər  hallarda  tuberkulomalar 
klinikasız, gizli gedişə malikdir və bu dövr uzun illər davam edə bilər. Belə hallarda təkcə kliniki 
cəhətdən  deyil,  qanın  müayinəsi  və  digər  müayinələr  də  heç  bir  aktivlik  göstərmir.  Belə 
xəstələrin,  adətən,  şikayətləri  də  olmur.  Fizikal  müayinələrdə  heç  bir  əlamətlərlə  özünü  bürüzə 
vermir.  Ancaq  rentgen  -flüoroqrafik  müayinələr  zamanı  belə  xəstələr  təsadüfən  aşkar  oluna 
bilirlər. Vərəm mikobakteriyaları aşkar olunmur və tuberkulin sınaqları da adətən normaya yaxın 
ola bilər. 


88 
 
Tuberkulom
alar  rentgenoloji 
cəhətdən  ayrıca, 
dəyirmi, 
dəqiq 
konturlara  malik 
olub,  diametri  1 
sm-dən 
böyük 
olan  fokus  kimi 
görünür.  Əksər 
xəstələrdə 
tuberkulomalar 
plevra  altında  və 
yaxud  payarası, 
ən 
çox 
ağciyərlərin 
birinci  və  ikinci 
seqmentlərində 
yerləşir.  Tuberkulomanın  kölgəsi  yekcins  deyil,  bərkimiş  sahəciklər  və  yaxud  kirəcləşmiş 
ocaqlar  görünür.  Tuberkulomada  dağılma  olarsa,  fokusda  oraqvari  işıqlı  zolaq,  bəzən  perifokal 
iltihab  və  azsaylı  bronxogen  ocaqlar,  hərn  də  kirəcləşmiş  sahəciklər  görünür.  Tuberkuloma 
daxilindəəki  yaranan  boşluq,  adətən,  fokusun  kənarında  aparıcı  bronxun  başlanğıcında,  nadir 
hallarda  isə  tuberkulomanın  mərkəzində  olur.  Bir  neçə  belə  boşluğun  yaranması  mümkündür. 
Tuberkulomanın  ətrafında,  adətən,  ocaqlar,  pnevmoskleroz,  ağciyər  köklərində  isə  kirəcləşmiş 
limfa  düyünləri  aşkar  edilir.  Tuberkulomalarda  prosesin  şiddətlənməsi  nəticəsində  ağciyər 
kökünə doğru gedən perivaskulyar və peribronxial bərkimə şəklində “cığır” aşkar olunur. Plevra-
nın  iltihabi  ve  çapıqlı  dəyişikliklər  formasında  zədələnməsi  və  tuberkuloma  yaxınlığında  bu 
dəyişikliklərin  olması,  söylədiyimiz  kimi,  kompüter  tomoqrafiya  zamanı  yaxşı  aşkar  olunur. 
Hiperergik  tuberkulin  reaksiyala-rı,  adətən,  şiddətlənən  tuberkulomalarda  aşkar  olunur  və  bu 
əlamət, yəni tuberkulinə qarşı allergiyanın olması, tuberkulomanın differensial diaqnostikasında 
istifadə  edilə bilər. Qeyri-aktiv  tuberkulomalarda və  spesifik  kimyəvi  terapiya fonunda  yaranan 
tuberkulomalarda isə tuberkulin reaksiyası zəif, yaxud da orta dərəcədə olur. 
Laborator  müayinələr  zamanı  vərəm  mikobakteriyaları  bronx  yuyuntusunda  və  bəlğəmdə, 
adətən, tuberkulomada dağılma, parçalanma olduqda aşkar olunur. Vərəm mikobakteriyalarının 
koloniyaları az sayda təsadüf olunur, ona görə də tuberkulomalarda alınan materialı bir neçə dəfə 
müayinə  etməyə  ehtiyac  olur.  Aşkar  olunmuş  vərəm  mikobakteriyaları  yüksək  virulentliyi  və 
vərəm  dərmanlarına  qarşı,  hətta  uzunmüddətli  kimyəvi  terapiyadan  sonra  həssaslığını  saxlamış 
olurlar. Bu onu göstərir ki, vərəm əleyhinə preparatlar tuberkulomanın kazeozuna çətinliklə daxil 
ola bilir. Qanın ümumi müayinəsində nəzərə çarpacaq dəyişikliklər aşkar olunmur. Adətən EÇS 
20 mm/s-dən artıq olmur. 
Xəstələrdə  qanda  qlükokortikoidlərin  miqdarının  artması  vərəmin  bu  forması  üçün  çox 
xarakterikdir,  ki  bu  da  onun  patogenetik  mexanizmində  produktiv  iltihabın  məhz  tuberkuloma 
üçün xarakterik olduğunu göstərir. 
Bronxoloji  müayinələr,  adətən,  diaqnozun  dəqiqləşdirilməsi  və  differensial  diaqnostika 
məqsədilə  aparılır.  Bu  zaman  bronxların  selikli qişasında  vərəm  iltihabı  3-5%  xəstələrdə  aşkar 
olunur  və  xüsusilə  də  tuberkulomada  parçalanma  olarkən  aşkar  olunur.  Bununla  belə, 


89 
 
patomorfoloji  müayinələrin  nəticələri  göstərir  ki,  tuberkulomaya  yaxın  olan  bronxlarda  və 
endoskopiya üçün əlçatmaz yerlərdə  spesifik dəyişikliklər aşkar olunur. Prosesin uzunmüddətli 
getməsi  ilə  əlaqədar  bronxlarda  qeyri-spesifik  dəyişikliklər  xroniki  produktiv  və  yaxud  atrofik 
bronxit  xarakterli  dəyişikliklər  aşkar  olunur.  Endoskopik  müayinələr  zamanı  periferiyada 
yerləşmiş belə dəyirmi fokuslardan hər hansı bir bioptatın alınmasını qeyri-mümkün edir. Belə 
hallarda transtorakal punksion biopsiyaya və çox nadir hallarda isə torakotomiyaya ehtiyac olur. 
Xarici  tənəffüsün  və  ürək-qan-damar  sisteminin  müayinəsi  elə  bir  dəyişiklik  aşkar  etmir, 
ancaq ağciyərlərin kapilyar qan damarlarının skanoqramması tuberkuloma ətrafında bunların çox 
zəifləməsini  aşkar  edir.  Beləliklə,  radioizotop  skanerlə  müayinələr  tuberkuloma  ətrafında 
vaskulyarizasiyanın  pozulmasını  aşkar  edirsə,  bu  kimyəvi  terapiyanın  perspektivsizliyini  və 
cərrahi müdaxiləyə bir başa göstəriş olduğunu göstərir. 
Diaqnostika  məqsədilə  aparılan  müayinələrin  nəticələri  tuberkulomanın  aşağıdakı  əsas 
əlamətlərini aşkar edir: ağciyərlərdə ayrıca yerləşən aydın konturlara malik və diametri 1 sm-dən 
böyük  olan  dəyirmi  bir  kölgə,  ətraf  toxumalarda  tək-tək  fokuslar,  vərəm  mikobakteriyalarının 
aşkar  olunmaması  və  orqanizmin  tuberkulinə  qarşı  yüksək  həssaslığı,  kliniki  gedişinin  zəif 
simptomatikası,  intoksikasiya  simptomlarının  olmaması,  yaxud  da  zəif  inkişaf  etməsi.  Kliniki 
gedişinə görə tuberklyomaların üç variantı var: 
1)
 
reqressiya  edən  -  tuberkuloma  tədricən  kiçilir  və  sonra  yerində  ocaq  yaxud  da  ocaqlar, 
indurasiya sahəsi, ya da bu dəyişikliklərin hər ikisi əmələ gəlir
2)
 
stabil olan - xəstə müşahidə olunan dövrdə rentgenoloji dinamika aşkar olunmur
3)
 
proqressivləşən  -  tuberkulomada  dağılma,  perifokal  iltihab  və  ətrafdakı  ağciyər 
toxumasında bronxogen səpələnmə aşkar olunur. 
Vərəm  mikobakteriyaları  aşkar  edilmədikdə  və  tuberkulinə  qarşı  hiperergik  reaksiya 
olmadıqda  diaqnozu  müəyyənləşdirmək  üçün  götürülmüş  bioptatın  sitohistoloji  müayinəsi  və 
yaxud da aparıcı bronxdan götürülmüş möhtəviyyatın müayinəsi kömək edir. 
Tuberkulomanın  differensial  diaqnostikası  zamanı  ağciyərlərin  şarabənzər  törəmələri 
diaqnostik  çətinliklər  törədir.  Belə  törəmələrin  sayı  Ravelliyə  görə  (1951-ci  il)  72,  S.A. 
Reinberqə  görə (1962-ci il) 84-ə qədərdir. Bunlara xoşxassəli  və bədxassəli  şişlər, parazitar və 
qeyri-parazitar  dolmuş  kistalar,  eozinofil  infiltratları,  iltihabi  qranulomalar,  pnevmokaniozlar, 
kisələşmiş plevritlər və s. aiddir. 
Tuberkulomanı  dəyirmi  vərəm  infiltratından  fərqləndirmək  üçün  nəzərə  almaq  lazımdır  ki, 
kliniki-rentgenoloji  əlamətlərinə  görə  dəyirmi  vərəm  infiltratı  əksər  hallarda  kəskin  başlayır, 
intoksikasiyalarla müşahidə olunur, leykositoza, habelə neytrofillərin sola inkişafına meyllidir və 
EÇS  artmış  olur.  Gözlənilmədən  qanhayxırma  yarana  bilir  və  vərəm  mikobakteriyaları  aşkar 
olunur.  İnfıltrat  şiddətlənərkən  əksər  hallarda  dağılma,  destruksiya  ilə  müşahidə  olunur.  Bu 
zaman pnevmoneogen boşluq yaranır və buna xas olan bütün  əlamətlərlə təzahür edir, spesifik 
müalicə fonunda belə infiltratlar müsbət dinamika ilə, yəni geriyə sorulma ilə xarakterizə olunur. 
Belə infiltratların rentgenoloji şəkli yüksək intensivliyinə baxmayaraq adətən homogen olmur və 
konturları  girintili-çıxıntılı  olur,  infiltratdan  ağciyər  kökünə  “cığır”  istiqamətlənir  (“tennis 
raketkası” simptomu). 
Periferik  xərçəng  rentgenoloji  şəklinə  görə  tuberkulomaya  bənzəyir.  Ağciyər  xərçəngi 
adətən  kişilərdə  50  yaşdan  sonra  müşahidə  olunur,  tuberkulomada  isə  xəstələrin  anamnezində 
xəstənin  keçirmiş  olduğu  vərəmin  bir  sıra  formaları,  vərəmli  xəstə  ilə  kontakt  göstərilə  bilər. 
Xərçəngə  tutulmuş  xəstələr  vərəmli  xəstələrdən  daha  çox  ümumi  zəiflikdən  şikayət  edir. 
Xərçəngli  xəstələr  çox  az  miqdarda  selikli,  duru,  bəzən  yapışqan  kimi  və  bəzən  də  qanlı 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə